Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

təmin etməlidir; iqtisadi sektorda insan hüquqlarının 
yerinə yetirilməsinə fikir verməlidir və onları 
istiqamətləndirməlidir. Vəziyyətə uyğun olaraq, cəmiyyət
vətəndaşlara işlə təmin edilmədə kömək göstərməlidir.
516. Təşkilat rəhbərlərinin borcu nədir?
2432
Təşkilat rəhbərləri fəaliyyətlərinə görə iqtisadi və ekoloji 
məsuliyyət daşıyırlar. Onlar yalnız investisiyalar, 
təşkilatların gələcəyi, iş yerləri, iqtisadi həyatın sağlam 
inkişafı üçün zəruri olan gəlirin artırılmasını deyil, 
həmçinin insanların rifahını nəzərə almalıdır.
517. İşçilərin məsuliyyəti nədir?
2435
Onlar çalışqan olmalı, bacarıqla, ürəklə işləməli, yaranan 
ziddiyyətləri dialoq vasitəsilə aradan qaldırmağa 
çalışmalıdırlar. Zorakılıq aktları ilə əlaqədar olmayan tətil 
ümumi rifahın nəzərə alınması ilə bərabər müvafiq 
müsbət nəticəni əldə etmək üçün zəruri vasitə olanda 
mənəvi cəhətdən doğrulmuş hesab edilir.
518. Xalqlar arasında ədalət və həmrəylik necə 
həyata keçirilir?
2437-2441
Beynəlxalq səviyyədə bütün xalqlar və təşkilatlar 
kasıblığı, resursların və iqtisadi vasitələrin qeyri-bərabər 
bölüşdürülməsini, iqtisadi və ictimai ədalətsizliyi, kasıb 
ölkələrin borclarını ləğv etmək yaxud heç olmazsa
azaltmaq, insanın istismarını, az inkişaf etmiş ölkələrin 
inkişafına maneə törədən korlanmış mexanizmləri 
zəiflətmək üçün ədalətlə və bir-birinə dəstək olaraq 
hərəkət etməlidirlər. 
214


519. Məsihçilər siyasi və ictimai həyatda necə 
iştirak edirlər?
2442
İmanlı dünyəvilər dünyəvi reallıqları məsihçi ruhu ilə 
dolduraraq, Müjdə şahidləri kimi hamı ilə əməkdaşlıq 
edərək, sülhyaradanlar və ədalət mühafizəçiləri kimi 
siyasi və ictimai həyata bilavasitə qarışırlar.
520. Kasıb adamlara məhəbbət nədən ilham alır?
2443-2449
2462-2463 
Kasıb adamlara məhəbbət Bəxtiyarlıq Əmrlərinin Müjdəsi
və İsanın nümunəsindən, Onun kasıblara olan daimi 
diqqətindən ilham alır. İsa demişdi: “Siz bu ən kiçik 
qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz” 
(Mat 25:40). Kasıb adamlara olan məhəbbət maddi 
kasıblığa qarşı mübarizədə və həmçinin mədəni, mənəvi 
və dini yoxsulluğun çoxsaylı formalarına qarşı 
mübarizədə təcəssüm etdirilir. Ruhani və cismani 
mərhəmət əməlləri, vaxt keçdikcə yaranan çoxsaylı 
xeyriyyə cəmiyyətləri – bunlar İsanın şagirdlərinə məxsus
olan kasıblara məhəbbətin üstünlüyünün konkret 
şəhadətidir.
SƏKKİZİNCİ ƏMR:
YALAN ŞAHİDLİK ETMƏ
521. Həqiqət qarşısında insanın borcu nədir?
2464-2470
2504
Hər bir insan əməllərində və sözlərində səmimi və 
düzgün olmağa çağırılıb. Hər kəs həqiqəti axtarmalı, ona 
tərəf can atmalıdır, həyatını həqiqətin tələblərinə tabe 
etməlidir. İsa Məsihdə İlahi həqiqət tam dolğunluğunda 
215


izhar oldu: O, Həqiqətdir. İsanın ardınca getmək həqiqət 
Ruhunda yaşamaq, ikiüzlülükdən, hiylədən və 
riyakarlıqdan qaçmaq deməkdir.
522. Məsihçi həqiqət barədə necə şəhadət edir?
2471-2474
2505-2506
Məsihçi ictimai və şəxsi həyatının hər bir sahəsində 
Müjdə həqiqəti barədə şəhadət etməli və lazım gələrsə, 
buna görə həyatını da qurban verməlidir. Din yolunda 
əzab çəkmək iman həqiqəti barədə ən yüksək 
şəhadətdir.
523. Səkkizinci əmr nəyi qadağan edir?
2475-2487
2507-2509 
Səkkizinci əmr qadağan edir: 
Yalançı şahidliyi, andı pozmanı, yalanı, bunların ciddiliyi 
təhrif olunmuş həqiqətin təbiəti, yalançının niyyəti və 
qurbanlara verilən ziyan ilə ölçülür;
Əsassız mühakimə, qeybət, böhtan – bunlar hər bir 
şəxsiyyətin hüququ olan etibara ziyan gətirir yaxud xoş 
şərəfini dağıdır.
Yaltaqlıq – qulluq etmək yaxud quyruq bulama, xüsusilə 
ağır günahlara yaxud qeyri-qanuni məziyyətləri əldə 
etməyə dəstək verdiyi halda.
Ziyan digər insanlara yetirilirsə, həqiqətə qarşı təqsir 
əvəzini tələb edir.
524. Səkkizinci əmr nəyi tələb edir?
2488-2492
2510-2511
Səkkizinci əmr mərhəmət tələblərinə uyğun olan 
həqiqətə hörmət tələb edir: kommunikasiya və 
informasiyada, çünki bunlar şəxsi və ümumi rifahı 
ölçməli, şəxsi həyata hörmət göstərməli, davadan yan 
keçməlidir; peşəkar sirrin saxlanılmasını, çox zərərli 
216


nəticələrlə təhdid edən müstəsna hallardan başqa, 
həmişə qorumaq gərəkdir. Həmçinin sirlə edilən məxfi 
etiraflara hörmət tələb olunur.
525. İctimai kommunikasiya vasitələrindən necə 
istifadə etmək gərəkdir?
2493-2499
2512
Ötürülən məlumat ümumi rifaha xidmət etməlidir və 
həmişə mahiyyətcə düzgün, ədalət və mərhəmət 
tələblərinə uyğun olaraq tam olmalıdır. Bundan savayı, o,
düzgün və ədəbli olmalı, mənəvi qanunlara əsaslı 
surətdə riayət etməli, qanuni hüquqlara və şəxsiyyətin 
ləyaqətinə hörmət göstərməlidir.
526. Həqiqət, gözəllik və müqəddəs incəsənət 
arasında hansı əlaqə var?
2500-2503
2513 
Həqiqət öz-özlüyündə gözəldir. Onda ruhani gözəlliyin 
şəfəqi var. Lakin şifahidən başqa incəsənət əsərlərində 
həqiqətin bir çox ifadəsi mövcuddur. Bunlar Allah 
tərəfindən verilmiş istedadın və insanın özünün 
səylərinin səmərəsidir. Həqiqi və gözəl olmaq üçün 
müqəddəs incəsənət Məsihdə aşkar olmuş Allahın sirrini 
əks etdirməli və izzətləndirməlidir və həqiqətin ali 
Gözəlliyinə və Məhəbbətə, Yaradan Allaha ibadət və 
məhəbbətə istiqamətləndirməlidir.
DOQQUZUNCU ƏMR:
HEÇ KİMİN ARVADINA TAMAH SALMA
527. Doqquzuncu əmr nə tələb edir?
2514-2516
2528-2530
217


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə