Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

2846-2849
2863
Ata Allahdan diləyirik ki, O bizi yoldan çıxardanın 
hökmündə tək qoymasın. Ruhdan diləyirik ki, bizə bir 
tərəfdən xeyirxahlıqda böyümək üçün zəruri olan sınağı 
və günaha, ölümə aparan aldatmanı sezmək, digər 
tərəfdən də yoldan çıxarılmağımızı yaxud yoldan 
çıxdığımızı bilmək qabiliyyəti versin. Bu dilək duada bizi 
sınağa qalib gələn İsa ilə birləşdirir. Dilək bizi oyaq 
qalmaq üçün lütf və sarsılmaz möhkəmliklə təmin edir.
597. Nə üçün duanı «bizi şərdən xilas et» sözləri 
ilə bitiririk?
2850-2854
2864
«Hiyləgər», «şər» sözləri Allaha qarşı üsyan qaldıran və 
“bütün dünyanı aldadan” (Vəhy 12:9) iblisin şəxsiyyətini 
bildirir. İblis üzərində qələbə Məsih tərəfindən bir dəfə və
həmişəlik əldə edilib. Lakin biz bütün bəşəriyyətin 
iblisdən və onun işlərindən azad olmasını diləyirik. 
Həmçinin qiymətli sülh ənamını və bizi hiyləgərdən tam 
azad edəcək Məsihin İkinci Gəlişini gözləmə lütfünü də 
diləyirik.
598. «Amin» sözünün mənası nədir?
2855-2856
2865
«Duanı söylədikdə «Amin» deyirsən və bununla «Amin», 
yəni Allahın bizə öyrətdiyi duada söylədiklərinin hamısını 
«Qoy belə olsun» sözü ilə möhürləyirsən» (müq. Kirill 
Yerusəlimli).
252


Yan Van Eyk. Oxuyan mələklər. Gent Kilsəsinin
poliptixinin bir hissəsidir. Gent (Belcika).
253


Mələklər   Allahın   məxluqlarıdır.   Onlardan   bəziləri   Allaha
sadiq
qaldılar   və   həmişə   Allaha   sadiqdirlər,   Onun   hüzurunda
Ona,   Kilsəyə   xidmət   edir   və   xilas   olanlarla   səmavi
izzətdə birləşirlər.
Yuxuda   pilləkən   görən   Yaqubun   sözlərinə   görə   “Allahın
mələkləri onunla çıxıb-düşürdülər” (Yar 28:12). Mələklər
göyü   və   yeri   birləşdirən,   fəal   və   yorulmaz   elçilərdir.
Allahla bəşəriyyət arasında sükut və ayrılıq deyil, daimi
dialoq və qırılmaz ünsiyyət var. Bu ünsiyyətin aid olduğu
insanlar   ruhani   qulaqlarını   kamilləş-dirməlidirlər   ki,   xoş
sözləri   çatdıran,   müqəddəs   hisslərə,   mərhəmətli
əməllərə,
 
xeyirxahlıqla
 
davranmağa,
 
ibrətli
münasibətlərə   kömək   edən   mələklərin   nitqini   eşidib
anlasınlar.
Katolik   xalq   salehliyinin   yaratdığı   məşhur   duada   biz
bunların hamısını Mühafizəçi Mələkdən diləyirik:
“Ey məni qoruyan Allahın Mələyi, 
məni nurlandır, qoru, istiqamətləndir və apar, 
çünki mən səmavi xeyirxahlığa görə 
sənin  himayənə verilmişəm”.
Şəkildə dua oxuyan bir qrup mələk təsvir olunub.  Onlar
möhtəşəm müqəddəslik libasları geyiniblər və bu onların
Liturgiyada iştirakını göstərir. Həqiqətən, mələklər Allahın
Öz ali iradəsini açmaq üçün insanların yanına göndərdiyi
elçilərdir.   Onların   ikinci   vəzifəsi   -   əbədi   səmavi
Liturgiyada Rəbbi izzətləndirməkdir (müqayisə Vəhy 8:2).
254


ƏLAVƏLƏR
ƏSAS DUALAR
KATOL
 
 İ  K 
   İ  MAN
 
 I  N
TƏL
 
 İ  M
   İ  N
  İ  N 
   İ  FADƏLƏR
 
 İ
255


Əsas dualar
Xaç işarəsi
Ata, Oğul və Müqəddəs Ruhun adı ilə. Amin.
Rəbbin duası: “Atamız” (Mt 6:9-13)
Ey göylərdə olan Atamız!
Adın müqəddəs tutulsun,
Sənin Səltənətin gəlsin.
Göydə olduğu kimi, yerdə də
Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver;
Və bizə borclu olanları bağışladığımız kimi,
bizim borclarımızı da bağışla.
Və bizi sınağa çəkmə,
lakin bizi şərdən xilas et.
(Çünki Səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir!) 
Amin. 
Müqəddəs Üçlüyə Həmd
Ataya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də, 
əbədi olaraq da həmd olsun. Amin. 
Mələk salamı: “Salam, Məryəm” (bax Lk 1, 28. 42)
Salam, mübarək Məryəm! Rəbb Səninlədir. Sən qadınlar 
arasında bəxtiyarsan və Sənin bətninin Səmərəsi İsa 
bəxtiyardır.
Müqəddəs Məryəm, Allah Anası, indi və ölüm saatımızda 
biz günahkarlar üçün dua et. Amin.
Allahın mələyi
Ey məni qoruyan Allahın Mələyi, məni nurlandır, qoru, 
istiqamətləndir və apar, çünki mən səmavi xeyirxahlığa 
görə sənin  himayənə verilmişəm.
256


Rəbbin mələyi
Rəbbin mələyi Məryəmə xəbər verdi 
 - və O, Müqəddəs Ruhdan dölləndi.
Salam, mübarək Məryəm ...
Budur, Mən Rəbbin quluyam
 - Mənə söylədiyin kimi olsun.
Salam, mübarək Məryəm ...
Kəlam cism oldu 
 - və bizimlə yaşadı.
Salam, mübarək Məryəm ...
Ey müqəddəs Allah Anası, bizim üçün dua et ki, 
Məsihin vədlərinin yerinə yetirilməsinə layiq görülək.
Dua edək.
Ya   Allah,   qəlblərimizi   Öz   lütfünlə   doldur   ki,   mələyin
xəbəri   vasitəsilə   biz   Oğlunun   cism   olmasını   bilək,
çarmıxda Onun əzabları və ölümü ilə dirilmənin izzətinə
çataq.   Bunu   Səndən,   Rəbbimiz   İsa   Məsihin   adına
diləyirik. Amin.
Səmavi Mələkə 
Sevin, ey səmavi Mələkə, alleluya,
Çünki bətnində daşıdığın, alleluya, 
vəd etdiyi kimi, dirildi, alleluya.
Allaha bizim üçün dua et, alleluya.
Bakirə Məryəm, sevin və şadlan, alleluya,
Çünki Rəbb doğrudan da dirildi, alleluya.
Dua edək.
Ey Allah, Oğlunun, Rəbbimiz İsa Məsihin dirilməsi 
vasitəsilə Sən dünyaya sevinc verdin. Səndən diləyirik: 
Onun Anası, Bakirə Məryəmin havadarlığı ilə əbədi 
257


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə