K. A.ġahbazov, H. S. Həsənov


 Ġdarəetmə qərarlarının təsnifləĢdirilməsi və növləri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix26.10.2023
ölçüsü1,36 Mb.
#132261
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63
 
1.2. Ġdarəetmə qərarlarının təsnifləĢdirilməsi və növləri 
Ġdarəetmə qərarının növləri və onların təsnifləĢdirilməsi sis-
temli xarakterə malikdir. Çoxlu sayda meyarlar əsasında idarəetmə 
qərarına yanaĢmalardan istifadə etmək olar. Ġlkin olaraq idarəetmə 
qərarı intuitiv, insayt və mülahizələrə əsaslanmıĢ qərarlar ola bilər. 
Ġntuitiv qərarlar
– xalis intuitiv qərar - yalnız onun düz-
günlüyünün hiss edilməsinə əsaslanan qərardır. Qərarı qəbul edən 
Ģəxs, bu zaman hər bir alternativ üzrə lehinə və əleyhinə olmasını 
Ģüurlu ölçüb-biçməklə məĢğul olmur və hətta situasiyanın baĢa 
düĢülməsinə ehtiyac duymur. O, sadəcə olaraq qərar qəbul edir. 
Ġntuitiv qərarı altıncı hissiyyat və ya nur kimi də adlandırırıq. Ġda-
rəetmə üzrə mütəxəssis olan Piter ġoderbert göstərir ki, problem 
haqqında informasiya sayının çoxalması, orta səviyyəli rəhbərə 
qərar qəbul etməkdə kömək göstərdiyi bir vaxtda, hakimiyyətin 
yuxarı smolonunun nümayəndələri hələ də intuitiv mülahizələrə 
əsaslanırlar. 
Hətta, EPM-də rəhbərliyə, məlumatlara daha çox diqqət ye-
tirməyə imkan verir, lakin vaxtın təqdim etdiyi idarəedici intuitiv 
«nou-hau»nu ləğv etmir. Prof.Minsberq də, öz tədqiqatlarında yu-
xarı səviyyəli rəhbərlərin intuisiyadan xeyli dərəcədə asılı olması-
nı təsdiq etmiĢdir. 
Yuxarı səviyyəli menecerlərin fəaliyyətinin bir tədqiqatına 
əsasən, sorğuda iĢtirak edən rəhbərlərin 80%-i bildirmiĢlər ki, öz-
lərində hansısa bir konkret ciddi problemin varlığını, məhz «qey-
ri-formal informasiya mübadiləsi və intuisiya» sayəsində aĢkar et-
miĢlər. Polivaksinanı kəĢf etmiĢ doktor Yoans Sok qeyd edir ki, 
«Ġntuisiya - biologiyasını bu vaxta qədər baĢa düĢmədiyimiz nə 
isə bir Ģeydir. Lakin həmiĢə səhərlər xoĢ ehtirasla oyanarkən fi-


18 
kirləĢirəm: görəsən o, bu gün mənim üçün nə hazırlamıĢdır, 
sanki elə bil dənizin sovqatını gözləyirəm. Mən onunla əl-ələ 
verib iĢləyirəm və ona arxalanıram. O, mənim yoldaĢımdır. 
MaterialĢünaslıqla məĢğul olan, «Reyçem» firmasının 
yaradıcısı və prezidenti Pol Kuk israr edir ki, bütün qərarlar de-
mək olar ki, antiitivdir, qəbul etdiyinə peĢman olduğu böyük 
qərarlar isə intuisiyaya əsaslanmamıĢdır. 
Mürəkkəb təĢkilati situasiyada minlərlə seçmə variantı müm-
kündür. Lazımi qədər pulu olan müəssisə, istənilən məhsulu buraxa 
bilər, lakin, onun bəzilərini mənfəətlə buraxa və sata da bilər. Hətta 
bəzi hallarda, rəhbər əvvəlcədən mümkün seçmə variantlarını 
bilmir. Belə ki, müstəsna olaraq intuisiyaya əsaslanan menecer 
keçilməz təsadüflə qarĢılaĢır. Statistika baxımından, hər-hansı bir 
məntiqi əlavə olmadan, qərarın düzgünlüyünə Ģans yüksək olmur, 
onun düzgün olması, hiss əsasında qəbul edilən seçimdir. Ġntu-
isiya - məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün 
həllini tapmaq qabiliyyətidir. Belə qərarları qəbul edən Ģəxslər hər 
bir alternativin seçilməsinə (hətta situasiyaların) vaxt sərf etmir. 
Sadəcə qərar qəbul edir.
Ġnsayt qərarlar
(insight) - konkret problemin həllinin 
baĢa düĢülməsi və ya dərk edilməsidir. Ġnsayt menecmentində 
qərar dərk edilir və bu qısa müddətdə baĢ verir. Buna görə ida-
rəetmə qərarının Ģüurlu formada fiksasiyasına ehtiyac yaranır. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə