K. A.ġahbazov, H. S. Həsənov



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix26.10.2023
ölçüsü1,36 Mb.
#132261
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63
 



G Ġ R Ġ ġ
Menecment elminin elə mövzuları vardır ki, bunnlar öl-
kənin mədəni-sosial vəziyyətindən, iqtisadi inkiĢaf səviyyəsin-
dən asılı olmadan həmiĢə öz aktuallığını saxlayır. Ġdarəetmə 
qərarları məhz bu cür mövzulardandır.
Azərbaycanda aparılan iqtisadi islahatlar tez bir zamanda 
ölkəni rəqabətqabiliyyətli, səmərəli səviyyəyə qaldırmağa və 
çoxlu sayda müqayisəli üstünlüklər əsasında dünya təsərrüfat 
sisteminə inteqrasiya etməyə istiqamətləndirmiĢdir. Artıq ölkə-
də bazar iqtisadi sisteminə xas olan komponentlər və infra-
struktur elementləri formalaĢmıĢdır. Ġqtisadi mühitdə rəqabət 
mübarizəsinə rəvac verilməsi və iqtisadi subyektlərin seçim hü-
ququnun dəstəklənməsi aparılan islahatların dəyərli nəticələri 
sayıla bilər. 
Yeni iqtisadi münasibətlər Ģəraitində hər bir iĢgüzar təĢki-
latın fəaliyyət göstərməsi, gözlənilən və gözlənilməyən dəyiĢik-
liklərə adekvat reaksiya verməsi dövrün əsas problemi kimi or-
taya çıxmıĢdır. Məsələnin münasib Ģəkildə həlli geniĢ qaydada 
strateji, kreativ, innovasiya və əməliyyat menecmentinin tətbiqi 
əsasında qərarların iĢlənməsini və reallaĢdırılmasını nəzərdə 
tutur. 
Digər tərəfdən, mülkiyyətin dövlətdən özəl əllərə keçməsi 
yerli müəssisələri avtomatik Ģəkildə səmərəli, mənfəətli etməmiĢ-
dir. Çünki xüsusi mülkiyyətçilərin necə sahibkar olmaları və 
bizneslərini necə idarə etmələri isə artıq onlarda sahibkar və me-
necer keyfiyyətlərinin olması ilə müəyyənləĢir. Deməli, iĢgüzar 
təĢkilatların səmərəliliyi onun kimin mülkiyyətində olmasında 
deyil, daha çox menecmentdən: ali menecerlərin hazırladıqları 
strateji, operativ qərarların keyfiyyətindən və onların həyata 
keçirilməsində göstərilən inadkarlıq səviyyəsi ilə ölçülür. Yalnız 
ayrı- ayrı iĢgüzar təĢkilatlardakı menecment dayanıqlı və davamlı 
iqtisadi inkiĢafın təminatçısı kimi çıxıĢ edə bilər.



ĠĢgüzar təĢkilatların rəqabətqabiliyyətliliyi, bazarda uğur-
lu mövqe qazanması isə düzgün və səmərəli menecment siste-
minin olmasından çox asılıdır. Belə menecment sisteminin 
onurğa sütununu isə çevik və düzgün idarəetmə qərarları təĢkil 
edir. BaĢqa sözlə müəssisənin və istehsalın təĢkilindən baĢlaya-
raq fəaliyyət profilinin, bazar payının, alıcının, təchizatçıların 
müəyyənləĢdirilməsi və digər strateji məsələlərin həllinin kö-
kündə rəhbərlik tərəfindən iĢlənib hazırlanan və qəbul olunan 
idarəetmə qərarları durur. Yəni, rəhbərliyin iĢinin keyfiyyəti və 
səmərəliliyi onun qəbul etdiyi idarəetmə qərarlarında əks olu-
nur. Eyni zamanda, idarəetmə qərarları müəssisənin rəqabət qa-
biliyyətliliyi və mənfəətliliyinin əsas Ģərtidir.
Əlaqələndirici proses kimi çıxıĢ edən strateji və cari ida-
rəetmə qərarlarının mühüm fərqləndirici əlamətləri vardır. Stra-
teji qərarlar, adətən unikaldır və sahibkar təĢəbbüsü formasın-
dadır. Bunlar nadir hallarda və uzun müddət üçün qəbul olunur. 
Çox zaman firmanın xarici mühitlə münasibətlərinə həsr edilir 
və tamamlanmayan, həddən artıq ümumiləĢmiĢ informasiyaya 
arxalandığından yüksək səviyyədə qeyri-müəyyənliklə və risk-
lə əlaqəlidir. Cari, operativ qərarlar isə təkrarlanan və standart 
olur, nisbətən qısa müddətə hesablanır. Bu qərarlar cari rəqa-
bətqabiliyyətliliyini saxlamaq üçün qəbul edilir, dəqiq, əsaslı 
informasiyaya söykənir və az riskli olur.
Beləliklə, yeni iqtisadi münasibətlər Ģəraitində idarəetmə 
qərarlarının hazırlanması, reallaĢdırılması iĢgüzar təĢkilatın 
fəaliyyətinin səmərəliliyini, menecmentin keyfiyyətini müəy-
yən edən təkanverici amil və əlaqələndirici proses rolunu oyna-
dığına görə onun hərtərəfli Ģəkildə araĢdırılması nəzəri, praktiki 
əhəmiyyət kəsb edir və aktual xarakter daĢıyır.
Müasir dünyagörüĢlü yüksəkixtisaslı menecerlərin hazır-
lanmasına zəruri tələbin olması, son illərdə ölkəmizdə menec-
ment sahəsindəki tədqiqatlara marağı artırmıĢdır. 



Bunları nəzərə alaraq, müəlliflər dərslikdə müasir menec-
mentdə idarəetmə qərarlarının yeri və rolunun müəyyənləĢdiril-
məsi məsələlərini kompleks Ģəkildə tədqiq etmiĢlər. 
Nəzərə almaq lazımdır ki, bu sahədə tədris prosesində 
əsasən xarici ölkələrdə nəĢr olunan dərslik və monoqrafiyalar-
dan istifadə edilməkdədir. Belə təcrübə nə qədər faydalı olsa 
da, bizim gerçəkliyi olduğu kimi əks etdirə bilmir. 
QarĢıda duran bu mühüm məsələnin həlli əhəmiyyətli də-
rəcədə menecer kadrların hazırlanması prosesində istifadə olu-
nan dərsliklərin menecment sahəsindəki bilikləri yerli reallıqla-
ra uyğun olaraq səmərəli Ģəkildə təqdim edilməsindən asılıdır. 
Bu nöqteyi-nəzərdən təqdim edilən dərslik ali məktəblərdə me-
necment, digər iqtisadi ixtisaslar üzrə mütəxəssislərin hazırlan-
masına və yenidən təkmilləĢməsinə olan çağdaĢ tələblərə uy-
ğun yazılmıĢdır.
Dərsliyin məqsədini müəyyən edərkən müəlliflər ondan 
istifadə edənlərin menecmentin bu sahəsi haqqında aydın tə-
səvvür əldə edəcəklərinə, insan fəaliyyətinin belə mürəkkəb
çoxcəhətli istiqamətləri haqqında bilik və təcrübə toplayacaqla-
rına ümid bəsləyirlər. 
Müəlliflər dərslikdə menecmentin “Ġdarəetmə qərarları” 
sahəsinin nəzəri və praktiki problemlərinin həllinə yönəlmiĢ 
fərqləndirici konsepsiya verməyə cəhd etmiĢlər. Bunun üçün 
ardıcıllıq və elmi məntiqə uyğun olaraq nizamlı qaydada idarə-
etmə qərarlarının iĢlənməsi, qəbulu və icrası mexanizmləri 
araĢdırılmıĢdır.
Ümid edirik ki, dərslik menecment elmini öyrənənlərə la-
yiqli töhfə olacaqdır. Bizə ünvanlanacaq hər bir konstruktiv rəy 
və təklifə görə oxuculara əvvəlcədən minnətdarlığımızı bildiri-
rik. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə