İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   19   20   21   22   23   24   25   26   27

 

51 


–  Atan  Mehdi  kişini  tanıyıram,  Tosu,  qeyrətli  adamdır.  Mən  onu  bircə  dəfə,  Nazlını 

aparmağa gələndə görmüşəm. Onda xeyli söhbət elədik. Nazlı bizim qonşuluqda olurdu. Həmin 

ev indi də onundur, onun adınadır, Ərkinazgillə lap divar-divara, qapı-qapıyadır. Nazlını Ərkinaz 

da  yaxşı  tanıyır.  Ərkinazdan  soruşursan.  O  da  namuslu  gəlindir.  Adına  pis  söz  deyilməyib. 

Evləniblərsə, lap yaxşı, başqa gözlə baxmaq düz deyil. Hər halda atan evlənəcəydi, Nazlı da ərə 

gedəcəydi. Amma bu yaxşı oldu ki, onları bir dostluğun sədaqəti birləşdirdi, onları həmin ülfətin 

vəfası  da  yaşadacaqdır.  Kapitan  Tosunun  üzünə baxa-baxa  susdu.  Əlini, adəti  üzrə,  yenə  onun 

çiyninə  endirdi,  silkələdi,  sanki  işıqlaşana  kimi  yatmaq  istəyəni,  lakin  yatıb  yuxuya  qalanı 

günorta oyadırdı: – Nazlı gözəl gəlindir, bir-iki ayın əzabına dözərdi, elə burda da ərə gedərdi. 

Onun bir qılçası şikəst, bir gözünü də davada qoyub gəlmiş kişini atması təkcə baş yoldaşı olmaq 

demək  deyil,  Tosu  bala.  Bu  –  rəhmdillikdir,  ən  çox  ərinin  dostuna  böyük...  necə  deyim,  çox 

böyük  insan  qayğısıdır.  Tosunun  köhnə  kini  təzələndi,  ürəyində  təndir  alovu  təki  buruldu, 

köksünü  yandırdı, kapitan danışdıqca bütün  varlığını  başaq  yığdıqları həmin sarı küləşlik kimi 

bürüdü. Ona elə gəldi ki, tüstüsü təpəsindən çıxır. Əlləri də yanır, ona görə də bayaq çilik-çilik 

sındırmaq  istədiyi  barmaqlarını  neçə  dəfə  şanaladı,  araladı,  elə  bil  birinin  odunun  o  birinə 

keçəcəyindən qorxurdu. Düşündü ki, kapitanı aylardan bəri quzeyə döndərən dərd bu idimi? Belə 

idisə o sirr niyə belə asan açıldı? Qarşısındakı keçilməz dağ deyildisə, sözünü, məsləhətini niyə 

bu  qədər  gecikdirib?  Kapitanın  son  sözlərindən  sonra  təri  də  kini  də  soyudu,  cavab  tapmadığı 

sorğuları köçəri quşlar kimi uçub getdi. Yurdları-yuvaları boş qaldı. Bu boşluq Tosunun xoşuna 

gəldi.  Axı  gözünün  qabağında  atası  ilə  Nazlı  qoşa  dayanmışdı.  Nazlı–top  gülləsi  Mehdi–sınıq 

tüfəng sümbəsi. Biri sübh açılışı, digəri zülməti öz arxasınca çəkib gətirən axşam toranlığı. O – 

könül sevinci, bu – ürək qubarı... Kapitan əlini onun çiyninə çox  yavaşca yatırtdı:  – Tosu bala, 

Mehdi  kişi  ilə  görüşməyə  gedəcəyəm,  –  dedi,  –  yazda.  Ayağa  qalxdı,  yeridi  qapının  ağzında 

dayandı. 

–  Gedim,  görüm  necə  dolanırlar.  Tosu  indi  hiss  etdi  ki,  gəmidədir,  gəmi  də  fırtınada. 

Divar  saatına  baxdı,  səhərə  nə  qalmışdı  ki!..  Üst  paltarlarını  soyunmadı  ki,  xəstələnər,  axı 

paltarlarını sıxsa, suyu çıxardı... Çarpayıya da geyinəcəkli uzandı, adyalı üstünə örtdü. Yatmağa 

çalışdı,  çünki  işdə  o,  matros  şagirdi  deyildi,  imtahandan  keçmişdi,  gəmi  sürücüsü  idi.  Sübh 

tezdən,  yəni  saat  səkkizdə  növbədə  olacaq,  dünyanın  bu  nəhəng  qaynar  qazanında  gəmi 

sürəcəkdi.  Belə havada  gəmini  düz sürmək asan idimi?! Gözünə  yuxu getmədi,  fikirlər qoşun-

qoşun gəldi, bir-birinə qarışdı.  Bilmədi onları  necə  ayırsın, necə seçsin.  «Köhnə ömrünə»  təzə 

gözlə baxmaq istədi,  o günlər dənizdə boğulub-batan, qayalarda səsi  qalan həmin uşaqlar kimi 

gözləri  önündən  yelə  dönüb  ötdü,  qarşıdan  gələn  Ülfət,  Ərkinaz  çəməni  götürüb  göylərə 

havalandı,  göylərdə  gəzən  Həlimət,  Peykan  dərdini  yerə  endirdi,  qüssələr  əl-ələ  tutdular, 

bəxtiyarlığı  hönkür-hönkür  ağladıqlarına  görə  sevindilər,  oynadılar,  gülüşləri  göylərin  üzünü 

qara buludlar təki tutdu. Bu buludlar ötmədi, keçmədi, üç xoşbəxtlik yurdunun üstündən üç quyu 

qaranlığı təki dayandı. Bu qaranlıqların hərəsi Tosunun qulaqlarına bir cingilti atdı, onu dərinlərə 

çəkdi, onu o günlərin də, bu günlərin də aydın-aşkar gerçəklərindən ayırdı...  

* * *  

Tufan  yaman  tufan  idi.  Elə  bil  əfsanəvi  məhşər  qiyaməti  qopmuşdu.  Dəryaların  suyu 



bütün  yer  üzünü  alıb  Xəzərə  qarışmışdı,  bu  dənizin  dalğalarına  da  boy-boy  verib  üzü  bu  yana 

qalan  qurunu  da  öz  altına  alacaqdı,  dünya  başdan-başa  dağ  dalğalarının  oynadığı  axar-baxar 

olacaqdı,  dünyada  təkcə  bir  səs-gurultu  təntənə  ilə  axacaqdı,  çağlayacaqdı.  Muğan  cır-cır 

cırıldamağa, zarıldamağa başlamışdı. Sanki qocalığı boynuna almışdı, bu döyüşə, vuruşa davam 

gətirməyəcəyini  söyləyirdi.  Bəzən  elə  bil  qayaya  dəyirdi,  bir  neçə  an  yağı  yığılan  nehrə  təki 

yerindəcə titrəyirdi, bəzən də sanırdım ki, dağ başından dərin dərəyə burnu üstə şütüyür, yumşaq 

bir  çeyilliyə  sancılır.  Belə  olanda  gödək  ayna  pərdələri  yana,  sonra  da  yuxarı  axıb  tavanla 

ötüşürdü.  Dan  yerinin  necə  qızardığı,  sabahın  necə  açıldığı  bilinmirdi.  Baxırdım  ki,  dənizin 

üzünü xəstəlik azar tozuna oxşar bir toz tutub, dalğalar ətəyindən qurğuşun asılmış kimi görünən 

bu azar tozunun altından hirsli aslan təki, şir təki, pələng təki çıxır, gəminin üstünə atılır. Tosu 

azca  çimir  eləmişdi,  ləngər  onu  kayutun  o  tərəfinə  atmışdı.  Gəminin  qabırğa-qabırğa 



 

52 


sızıldadığını, qurd görmüş quzu təki uçunduğunu eşidib duyandan sonra yatmaq fikrinə düşmədi, 

onun özünü də bir qorxu aldı. Keçid körpüsünə hər dalğa bir kəmənd atıb gedirdi, bir şillə, bir 

şapalaq vurub ötürdü. Dalğaların körpüdə çiliklənən barmaqları gəminin arxasına, orta komasına 

mişarlanmış  tirlər  təki  dəyir,  polad  lövhə  geyimi  gəmini  zanq-zanq  zanqıldadırdı.  Tosu  keçid 

körpüsündən  quru  ötə  bilmədi,  dalğalar  ayağından  girib  başından  çıxdı.  Orta  komanın  dəmir 

qapısına əlini çatdıra-çatdırmaz bir nəhəng dalğanın başından yaylıq təki qopan qanad onu divara 

yapışdırdı,  ikinci  dalğa  özünü  çatdırana  kimi  qapını  cəld  açıb  içəri  atıldı.  Üst-başının  suyunu 

çırpdı. Ona elə gəldi ki, gəminin arxasında qara ölüm vardı, o əcəldən bu orta komada yoxdur; 

çünki gəmi, dəniz bilicilərinin hamısı burada yaşayırdı. Aradan az keçəndən sonra onu əvvəlki 

vahimə  bir  də  üstələdi  –  bütün  orta  komanı  qəribə  civiltilər  doldurmuşdu,  elə  bil  ağacın 

təpəsindəki  quş  yuvasına  ilan  dırmaşmışdı,  ona  görə  də  maya  dimdik  balaların  naləsi  dünyanı 

başına  götürmüşdü.  Tosu  orta  komanın  içi  ilə  şturman  budkasına  qalxan  trapın  birinci 

artırmasına  ayaq  qoyanda  uzun  çəkən  həyəcan  siqnalı  dəhlizdə  bir  qara  xəbər  dolandırdı.  O, 

budkaya  girəndə  kapitan  mikrafonla  bütün  gəmi  əhlinə  xəbər  verirdi:  –  Hamı  üst  göyərtəyə!.. 

Qayıqları  hazırlayın.  «Şirvan»  gəmisi  batmaq  üzrədir,  heyətini  xilas  etməliyik!..  Ən  yaxında 

bizik... bizik!.. Tosunun gözləri qaraldı. Əlini budkanın əlliyinə çatdırdı, çiynini divara söykədi, 

sanki bir evin bir sal divarı öz yerindən oynamışdı, o da çiynini verib dik saxlamışdı. Gözlərini 

açdı,  Cavanşiri  bir  ala-toranlığın  uzaq  başında  gördü,  necə  də  balaca  idi  kapitan!..  Necə  də 

xırdalanmışdı,  gödəlmişdi  yeriyəndə  başı  az  qala  tavana  dəyən  baş  mexanik!..  Necə  də  çöpə 

dönmüşdü ən böyük kostyum, şalvar geyinən, lakin qollarını sinəsi üzərində çataqlayanda belə 

pencəyinin  kürəyi  partlayan  pivə  çəlləyinə  oxşar  birinci  şturman!  Necə  də  saralmışdı  sarısaç 

məsləhətçi kapitan! Gözlərini yumdu. Bir də açdı.  

– Sükanı  təhvil al!  – Kapitanın  səsi  elə bil bu ala-toranlığa silib  atdı, özünü də oradakı 

mexaniki,  şturman,  məsləhətçi  kapitanı  da  çəkib  Tosuya  yaxın  gətirdi,  onları  öz  əvvəlki 

hallarına, havalarına qaytardı.  «Allah üzümə baxdı,  – deyə düşündü.  – Bu motorsuz qayıqlarla 

məni  o  qiyamətə  göndərsəydi,  sağ  qalardımmı?! Heç  bu  boyda  gəmidə  ola-ola  başım  üstümdə 

düz durmur. Üzməyi də bilmirəm. Qayıq dönsə, suyun üzündə bircə dəfə əllərim görünərdi, bircə 

dəfə də səsim eşidilərdi... «İstiqamət iki yüz altmış!.. Kapitanın hökmü Tosunun fikrini qırdı. O, 

sükan çarxını ripiterə baxa-baxa döndərdi. Ripiterin rəqəmli bölgülü çarxı fırlanmağa başladı, iki 

yüz altmış qara xəttə yaxınlaşanda sükan çarxını saxladı. Əllikdən yapışıb dənizə baxan matros 

soxulcan  görmüş  dana  təki  böyürəndə  o  da  özünü  saxlaya  bilmədi,  ürəyi  ağzına  gəlib  qayıtdı. 

Kapitanın: «Sola!» əmrini eşidəndə canını dişinə tutdu, çarxı yavaş-yavaş o deyən səmtə burdu. 

–  Bosman!..  –  deyə  kapitan  mikrafonu  ağzına  yaxınlaşdırdı.  –  Üzən  lövbərləri  tez  hazırlayın. 

Tez, tez!.. Dalğalar indi ən çox gəminin arxasını atıb-tuturdu, burnuna çatmırdı. O biri matros bir 

də  böyürdü,  ağzını  tuta-tuta  özünü  kapitan  körpüsünə  atdı.  Tosunun  da  ürəyi  çaxnaşdı,  lakin 

öyünmədi.  Kapitan:  «Saxla!»  deyəndə  çarxı  düz  tutdu.  Qabaqda  bir  gəminin  bircə  dor  ağacı 

görünürdü. Onu da dəniz yavaş-yavaş udurdu. Amma dalğaların başında, sinəsində, neçə qayıq 

çırpınırdı. Ələmdar gəldi. Əsgəri qaydada dabanlarını cütlədi, əlinin birini gicgahına qaldırdı: – 

Yoldaş  kapitan  biz  hazırıq!  Kapitan  gülümsündü,  məsləhətçi  kapitan  da  qımışdı.  Elə  bu  arada 

birinci  şturman  gəlib:  –  Yoldaş  kapitan,  hər  şey  qaydasındadır!  –  dedi.  –  Başlayaqmı?  – 

Başlayın! – Yoldaş kapitan, – deyə Ələmdar öz arşın düzlüyünü sındırıb yalvaran adam vəziyyəti 

aldı, – qayığın birinin komandirliyini mənə tapşırın.  – Tapşırdım! – deyə Cavanşir kəsə cavab 

verdi. «Gör nə yağlanır? – Tosunun acığı tutdu.  

–  Yaratmaq  görmüşdüm,  daha  bu  qədər  yox.  Bədbəxt  oğlu  özünü  ölümün  üstünə  atıb 

vəzifə qazanmaq istəyir...» – Yenə sola! – Cavanşir budkanın arxa aynasından geriyə boylandı. 

Tosu  onun  əmrinə  əməl  eləyəndən  sonra  səsləndi:  Saxla!  –  Kapitan  körpüsünə  çıxdı,  əli  ilə 

birinci şturmana «başlayın!» işarəsi verdi. Tez budkaya yüyürdü. Sükan çarxını Tosunun əlindən 

aldı: – Sən də!? Sən də ora get! – dedi. – Bucurqadın birindən də sən yapış!.. Qayıqlar gəminin o 

yanından aşıb bu yanında təpələnən, yastılanan, bir daha dönmək istəyən cığal dalğaların başına 

iri  paltar  təknələri  təki  qondu.  Tosu  bəzi  kinolarda  tufanla  dəniz  görmüşdü,  cəsurların  ölüm-

dirim mübarizəsinə baxmışdı, inanmamışdı, elə bilmişdi şişirtmədir. Lakin indi üstdə azar tozu, 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə