İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

37 


yağlıymış,  acısı  necə  şirinmiş...  Tosunun  nə  üçün  dillənməməyi  elə  bil  kapitana  bəlli  imiş, 

gülümsündü:  

–  Əvvəllər  sevirdin,  indi  yox,  eləmi?  Tosu  hər  əlini  bir  dizinin  üstünə  qoyub  şəkil 

çəkdirən adam kimi oturmuşdu, başını tərpətdi.  – Eybi  yoxdur,  yenə sevərsən. Eşitdiyimə görə 

yetimsən, düzdürmü? Tosunun gözləri bərələ qaldı: kapitan bunu hardan bilirdi? – Ərkinaz dedi. 

Tosu udqundu: – Axı, mən ona da... – Boğazı tutuldu, yenə açıldı: – Mən ona... – Boğazı bu dəfə 

kilidləndi,  nə  qədər  çalışdısa  səsini  gətirə  bilmədi.  Onu  bu  əzabdan  kapitan  qurtardı:  –  Yəqin 

duyub. O, çox həssas qızdır. Hə, get bir ərizə gətir, kapitan fondundan sənə pul yazacam, Bakıya 

çatanda  alarsan.  Tosu  qıpqırmızı  qızardı.  Onu  tər  basdı.  Başından  buğ  qalxdığını  hiss  etdi. 

Kapitan  pencər  kimi  sıxılan  bu  oğlanı  öz  kayutunda  çox  saxlayıb  çox  utandırmaq  istəmədi:  – 

Bosman nə desə, sözünə bax, kapitan nastavnik gələndə imtahan verərsən, səni matros keçirərik, 

ondan  sonra...  –  Cavanşir  gülümsündü,  –  öz  aşının  suyunu  özün  verərsən.  –  Qalxdı,  əlini 

Tosunun  kürəyinə  yatırtdı.  Tosu  da  durdu.  Kapitan  onu,  əli  də  kürəyində,  qapının  ağzına  kimi 

yola  saldı.  Tosu  ayaq  saxladı.  Ürəyinə  bir  ərköyün  söz  gəldi.  Bir  istədi  deməsin,  amma  o 

kəlmələr Tosudan güclü çıxdı, kapitanın həlimliyi, mehribanlığı ilə yumşalan pilə inadını qırdı: – 

Ələmdarla  bir  kayutda  olmaq  istəmirəm.  Kapitan  gülümsədi.  –  Baş  üstə,  düzələr.  Bu  saat 

tapşıraram.  

* * *  


Tosuya  ikinci  mərtəbədə  kayut  vermişdilər.  İki  tərəfə  açılan  aynaları  vardı.  Qabaqdakı 

aynadan baxanda baş göyərtə, gəminin ortası, keçid körpüsü, dor ağacları, yan aynadan baxanda 

isə  dəniz  görünürdü.  Bu  kayut  bir  adamlıq  idi.  Deyirdilər  ki,  qonaq  kayutudur.  Bu  kayutun 

çarpayısı da, stol-stulu da, pərdələri də yaxşı idi; burada bir divan da, paltar şkafı da vardı. Onun 

kayutuna hamıdan qabaq Ələmdar gəldi. Tosunu qucaqladı, sıxdı, bir dəfə fırlayıb  yerə qoydu. 

Kürəyinə bir yağlı şapalaq vurdu, qolunun birini dirsəkdən qatlayıb koğaya döndərdi, onun nazik 

boynunu  bu  koğaya  aldı,  Tosunu  gülə-gülə,  şadlana-şadlana  incitdi.  Tosu  bu  saxta  istəyin,  bu 

saxta  mehribanlığın  içində  bir  az  da  kinləndi,  ürəyində,  elə  bildi  təmiz  ağ  paltar  geyinib,  ona 

mundar  yapışır,  bu  mundarın  ləkəsi  onun  əyin-başından  çətin  təmizlənəcək,  çətin  silinəcək. 

Nəhayət,  Tosunu  buraxdı,  özünü  yumşaq  divanın  üstünə  atdı.  Ətli  üzündəki  gözləri  işım-işım 

işıldadı.  Sonra  bir  əlini  qaldırıb  onun  çiyninə  şappıldatdı:  –  Məndən  niyə  gizlədirsən,  a  lotu? 

Tosu mat qalmışdı, çünki bu Ələmdar o Ələmdar deyildi, şam olub Tosunun gözünün qabağında 

yanmaq, yana-yana əriyib itmək istəyirdi. – Nəyi? – Kepnən qohumluğunu.  

–  Heç  nəyim  deyil.  Ələmdar  boğazını  irəli  uzadıb  Tosunun  qulağına  pıçıldadı,  sanki 

tünlüyə  düşmüşdülər,  ikisinin  bir  sirri  vardı,  çox  otursalar  o  gizli  iş,  əməl  açılacaqdı,  durub 

aradan  çıxmalı  idilər:  – Elə  yox,  de  ki,  heç  nəyi  deyiləm,  axı  o  səndən  çox  böyükdür,  yaş  da, 

vəzifədə  də.  Özünü  kiçiklikdə  ,  onu  da  həmişə  böyüklükdə  saxla.  Böyük  yolunu  gözləməsən, 

böyüyə  bilməzsən.  Hihildədi.  Hər  ovurduna  elə  bil  bir  alça  almışdı,  ovurdları  qalxıb  gözlərini 

örtdü. Əlini irəli uzatdı. Tosu «üstünü gəlmədi», gülüşünü xıxırda-xıxırda yatırdan boğazı açıldı, 

ağzından bir quş parıltısı uçdu. Alçalar aşağı sürüşdü, suya düşmüş qara muncuq təki parıldayan 

gözləri güclə sevilən bir pərtliklə pərdələndi: – Üstünə diri ilan da salsalar, boynuna götürmə, o 

kişinin şanına kəsir gətirir. Burda elə bic əlləm-qəlləmlər var ki... İllah da Ərkinaz...  

Təkcə  mən  bilmişəm,  mən  də  bu  sirri  özümlə  gora  aparacam.  Nahaq  söz  necə  ağır 

olarmış. Tosu bu ağırlığın altından çıxmaq istədi: – Vallah, qohum-zad deyilik. Yetiməm, mənə 

yazığı  gəlir.  Ələmdarın  alçaları  yenə  qalxdı,  gözlərini  yenə  örtdü.  Gözlərini  islaq  muncuq 

parıltısı bu dəfə qaçağan, oynağan bir fəxrlə dövrələndi: – Yeri düşəndə məndən də de. Axı, mən 

dənizçilik  məktəbini  bitirmişəm.  İstəsə,  irəli  çəkər.  Mən  də  səni.  Dünya  belə  qurulub,  qardaş. 

Kənd adamısan, bilirsən ki, arabanı kəl çəkir, çərgov da bərk ayaqda köməkdir. Gərək hamısını 

saz saxlayasan ki, dara düşəndə göylərdən kömək ummayasan. Tosu quruyub qalmışdı. Bilmirdi 

daha necə and içsin, onu necə inandırsın ki, kapitanı bu gəmidə görüb, bu gəmidə tanıyıb, onların 

heç bir qohumluğu çatmır. Ələmdar qımışdı:  –  İcazə ver, bu divanına uzanıb,  bir  az dincəlim. 

Böyüklərin  yerində  dincəlməyin  ayrı  ləzzəti  var.  Tosu  dillənmədi.  Ələmdar  yaylı  divanda 

yırğalandı, özünü atıb-tutdu:  



 

38 


– Bəh... bəh... kef çəkəcəksən.  

–  Qalxıb  oturdu,  heyrətlə  dilləndi:  –  Ə,  bu  Ərkinaz  nə  yaman  bic  imiş,  ə!..  Ona  özün 

demisən? Tosunun canı boğazına yığılmışdı, qeyzlə səsləndi: – Heç nə deməmişəm!  

– Özü gəlib dimdiyinə keçib, qorxma. Dalında da o boyda arxan, nə vecinə!.. Tosu daha 

dözmədi,  ayağa  qalxdı.  Araya  boz  bir  sükut  çökdü.  Bu  qeyzli,  qəzəbli  səssizlik  Tosunun  üz-

gözündə qaynadı, daşdı, kayutu doldurdu, Ələmdarı da bozartdı. Lakin Ələmdarın boz-bozaraq 

sərtlikdə, bu şaxtalı havada üşüməyən, qılığını, qırımını itirməyən həlim səsi eşidildi: – Baş üstə, 

Tosu...  Baş  üstə...  Onun  dönüşü,  çevrilişi,  qapıya  sarı  gedişi,  qapıdan  çıxışı  da  yumşaq  oldu, 

nəzakətli, ədəbli oldu, boz sükutun boz sərtliyinə atılan addımları da elə bil beşikdə yatan körpə 

yanına  yönələn  ana  yerişi  idi,  istəmirdi  körpəsi  vaxtsız  oyansın,  vaxtsız  ağlasın,  bir  yuxu 

kürlüyü, bir ərköyün dəcəlliyi vaxtlı yazın bir dünya ətrini, bir dünya təravətini dağıtsın, küskün 

salsın.  Tosunu  bu  gün  yaman  işlətmişdilər.  Baş  göyərtənin  üçdə  birinin  rəngini,  pasını 

təmizləmişdi.  Polad  iskənə  ilə  fətir  qalınlıqda  rəngi  qazıyıb  qoparmaq,  sonra  da  oranı  polad 

qaşovla  qaşovlamaq,  ağardıb  parıldatmaq  asan  idimi?!  Bütün  günü  dizləri  üstə  düşüb  bütün 

ağırlığını  qollarına,  bütün  gücünü  əllərinə  yığa-yığa  polad  lövhələrin  «gönünü»  soymaq  onu 

xurd-xəşil  eləmişdi.  Qollarının,  qıçlarının  ağrısını,  zoqqoltusunu  itdən  ayrılandan  sonra  hiss 

etmişdi.  Çarpayıya  üzüqoylu  necə  düşmüşdüsə,  eləcə  də  yatıb  qalmışdı.  Qapını  döyüb  şam 

yeməyinə  çağırıldığını  da  eşitməmişdi.  Gecəyarı  oyandı.  Qalxıb  işığı  yandırdı.  Stolun  üstündə 

bir nimçə aş, qaşıq, ikicə parça çörək, bir stəkan da kompot gördü. Bunları,  yəqin ki, Ələmdar 

gətirməmişdi,  yemək-içməyin  düzülüşündə  qadın,  qız  səliqəsi  vardı  çünki  qab-qaşığın  altına 

sığallı  ağ  kağız  sərilmişdi.  Tosuya  elə  gəldi  ki,  bunlar  Ərkinazın  qayğısıdır,  lakin  bu  qayğıda 

qəmli bir bayatı oxunur, əvvəlki istək yoxdur, əvvəlki şuxluq yoxdur, bu qəmli bayatı ömrü boyu 

oxunacaq,  hara  getsə  onunla  gedəcək,  getdiyi  yerlərin  göyləri  də  həmin  bayatını  gəzdirəcək, 

həmin bayatını  çağıracaq, ancaq bu bayatını  təkcə Tosu eşidəcək. Bu bayatı Ərkinazın  üzündə 

həmişə hönkürəcək, gözlərində həmişə ağlayacaq, səsində, nəfəsində yetimlənəcək, bu bayatını 

yayın  istisi  də  üşüdəcək.  Tosu  bu  bayatıdan  qaçmaqmı  istədi,  dərdini,  qəmini  kayutda  qoyub 

gedənin özünü axtarıb tapmaqmı istədi, eşiyə çıxdı. Dəhlizdən orta göyərtəyə adladı. Məhəccərə 

söykəndi. Göydə dükcə-dükcə buludlar vardı. Bu dükcələr lopa-lopa kösöv güllərinə, ulduzlar da 

bu güllərin altından işarə qora, çınqıya oxşayırdı. Ay bu dükcələrin üstündən ağır-ağır keçirdi. 

Dəniz  uzaqlarda  qapqara  görünürdü,  yaxında  tala-tala  işıqlanırdı.  Gəmi  getdikcə  bu  işıqlı 

talaların biri itir, digəri peyda olurdu. Gəmi dənizə elə bil ütü çəkirdi. Dor ağacının başındakı bir 

yaşıl, iki qırmızı işıq sanki göydən asılmışdı, görünməz bir əl onları göydə saxlaya-saxlaya gəmi 

ilə  bərabər  irəli  aparırdı.  Meh  dəydi,  Tosunun  qollarında  uyuyan  zoqqultular  bir  də  oyandı. 

Mühərriklərin  məhəccərdə  də  çırpınan  döyüntüsü  bu  sızıntıları  bir  az  da  artırdı.  Tosu 

üşürgələndi.  Xəfə  kayut,  isti  yataq  onu  özünə  çəkdi.  Geri  dönmək  istəyəndə  kiminsə  keçid 

körpüsü ilə gəldiyini gördü. Tanıdı, Ərkinaz idi. Tosu tərpənmədi. Ərkinaz trapla yuxarı yanına 

qalxdı.  –  Nə  gec  oyandın,  Tosu?  Aynadan  baxırdım...  Tosu  yönünü  ona  sarı  çevirdi.  Ağ  üzü 

haləli  gördü.  Bu  halə  qara  saçların  qaranlığı  ilə  dövrələnmişdi,  ağ  sinəyə  axmışdı,  qırmızılığı 

sezilməyən  donunun  qaralığından  çıxa  bilməmişdi.  Gözlərinin  alasında  bir  hiddət  ağarırdı,  ağ 

üzün, ağ sinənin məlhəm haləsinə kin yayırdı. Tosuya elə gəldi ki, Ələmdar ona nəsə deyib, özü 

də  Tosudan  deyib.  Deyib  ki,  Tosu  kapitanın  qohumudur,  sən  də  adamlıq  eləyib  onu  «Üzən 

şəhər»ə aparmısan, yedirib-içirmisən, o da gəlib çənəsini boş qoyub, ağzına gələni danışıb. Guya 

orda kefə baxmısınız. Guya əmiş-qəmiş olmusunuz. Əşi, dili var, ağzı yoxdu sandığımız gədənin 

söylədikləri  bəyəm  deyiləsidir  deyəm?!  Uzun  həngamə!..  Tosu  bu  fikrinin  gerçəkliyinə  elə 

inandı  ki,  Ərkinazın  ağzını  aramaq  istəmədi,  özünə,  gücünə  güvənən  kişi  kimi  dilləndi:  – 

Ələmdarı  sən  tanımırsan?!  Bu  nə  cavab  idi?  Bu  sözün  yeri  idimi?  Ərkinaz  ona  bir  az  da 

yaxınlaşdı: – Ələmdarı? Tosu onun sözünü tez kəsdi:  

– Qələt eləyir! – Sənə düz deməyiblər, Tosu. – Mənə heç kim heç nə deməyib, özüm başa 

düşmüşəm. – Nəyi? Tosu ağlına gələni dilinə gətirə bilmədi. Ərkinazın gözlərində parıltı gördü. 

Bu  parıltılar  süzüldü,  gözlərindən  üzüldü,  yanaqları  aşağı  axdı.  O  ağlayırdı.  Demək,  Ələmdar 

kapitana Tosunun fikirləşdiklərindən də pis danışmışdı. Kapitan da, yəqin ki, hər sözü Ərkinaza 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə