İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   19   20   21   22   23   24   25   26   27

 

47 


Ələmdar dünən gecə o vaxta kimi niyə yatmayıbmış? Bəlkə duyuq düşübmüş, onları izləyirmiş. 

Bəlkə  əməlli-başlı  oğurluq  eləyiblərmiş,  onların  bu  əyriliyini  heçə  endirən  bosmanın  ürəyidir. 

Kasıb insafıdır. Kapitan hər xırda-para şeydən ötrü dənizçini töhmətləndirərmi? Birdən Tosunun 

başa  düşmədiyi  bir  hava  çalınan  radio  susdu.  Kimsə  mikrafonla  iki  dəfə  üfürürdü,  iki  dəfə: 

«Diqqət, diqqət!» – deyib xəbərdarlıq etdi. Sonra kapitanın əllərini oxudu. Azca ara verib bir də 

oxudu: Ələmdara təşəkkür, bosmanın dediyi həmin o iki nəfərə isə axırıncı xəbərdarlıq. Tosuya 

elə gəldi ki, bu, gerçək deyil, kapitan insan ürəyini belə tez sındıra bilməz, bu, bosmanın bayaq 

dediyi sözlərdir, qulaqlarında səslənib. Axı, Cavanşir, xəstəxanadan çıxandan sonra, onu idarəyə 

aparmışdı,  yardım  ərizəsinin  üstünü  müavinə  yazdırmışdı,  mühasibata  getmişdilər,  orda  isə 

Tosuya bir kağıza qol çəkdirmişdilər, cibinə beş yüz manat pul qoymuşdular. Tosu ürəklənmişdi, 

elə bilmişdi indi hamıdan varlıdır. Var nə yaxşı şeymiş – adamın özünü özünə necə yekə, necə 

arxalı,  köməkli  göstərirmiş.  Tosu  bu  qədər  pulu,  özü  də  belə  pulu,  hamısı  da  əllilik,  heç  ata-

anasında da, kəndlərində döşünə döyənlərin heç birində də görməmişdi. Sonra bu yekəlik Tosuya 

qürur  verdi,  kapitanın  yanınca  dik-dik  yeridi,  hətta  yolda  bəzən  onu  keçdi  də.  Lakin  bu  hava 

canından  tez  çıxdı,  gerilədi,  axı  əynindəki  «köynəyi»  ona  özgə  alıb  vermişdi,  həmin  özgə  ona 

baxırdı, onu indi də öz evinə aparırdı,  öz evində də ona bir  odlu  «köynək» geyindirəcəkdi,  bu 

«köynək» onun öz qürurunu da yandırmayacaqdımı? Pulu cibindən çıxarıb kapitana uzatdı: 

– Mən...  

–  kəkələdi.  Heç  bilmədi  nə  desin,  necə  desin.  Axı  yaxşı  fikirləşməmişdi,  sözlərini 

seçməmişdi.  Kapitan  ayaq  saxladı,  onun  biləyindən  tutdu.  Tosunun  öz  əlini  öz  cibinə  qoydu. 

Tosu sanki xəncər çıxarmışdı, kapitanın ürəyinə saplamaq istəmişdi, o da bundan güclü, fəndgir 

çıxmışdı, öz silahı ilə, öz əli ilə onu, özünü vurdu. – Sənindir. Bir də belə fikirləşmə... Qabaqdan 

payız  gəlir.  Qış  gəlir,  şəhərdəsən,  özün  şəhərdən  özünə  paltar  alarsan.  Ərkinazla  bir  gedərsən, 

onun bəyəndiyini sən də bəyənəcəksən. – Gülümsündü. – Oğlanları qızlar yaxşı görürlər.  

– Təbəssümü üzündə yatıb qaldı. Yeridilər. Bu təbəssüm yolda da ərimədi, itmədi, əksinə, 

gözlərinin giləsində çiçək kimi açıldı. Bu, neçə bahar idi ki, Tosunun bircə addımlığı ilə gedirdi, 

ancaq  o,  bu  yazın  yaxınlığını  duymurdu.  Duymurdu  ki,  bu  onun  öz  ömrüdür,  kapitanın 

xəyalından keçib, kapitanın gözləri önündə dayanıb, bu ömrü Tosuya Cavanşirin arzuları verib, 

indi öz diləklərinə gülümsünür... – Kapitanın evinə ayaq basanda Tosunu bir bədbəxtlik havası 

vurmuşdu. Ona elə gəlmişdi ki, bu ev qəmlərlə doludur, qüssələr burada hönkür-hönkür ağlayır, 

kədərlər  bu  evdə  bəxtiyarlıq  həsrəti  çəkməkdən  kor  olub,  qapı  açılanda  da  həmin  acı  nalələr, 

həmin acı fəryadlar sevinirlər. Sevinirlər ki, xoşbəxtlik gəlir, fərəhin üzündə güləcəklər, ürəyində 

ağlayacaqlar...  Tosu  anasından  eşitmişdi  ki,  bədbəxtlıyın  cin  çığırtısı,  bayquş  ulartısı  var.  Belə 

səslər  həmişə  xarabalıqdan  gələr.  Bəxtiyarlığın  gülüşü,  qəhqəhəsi  var,  yellər  aparar,  yellər 

gətirər, elə bilirsən ki, hardasa toydur, saz çalınır, aşıq oxuyur, camaat əl çalır, camaat oynayır. 

Tosu bu evin dəhlizində cin çığırtısı, bayquş ulartısı eşitdi, sümüklərində də bir buz soyuqluğu 

gəzdi. İçəridən bir qadın səsi gəldi:  

– Gəldin, qardaş?.. Çarpayıda bir ana uzanmışdı. Güllü yorğanı sinəsinə çəkmişdi. Ölü əl-

qoluna oxşar qansız əl-qolları yorğanın üstünə düşmüşdü, heysiz idi, sanki qaldırsa, əti tökülüb 

yorğanında  qalacaqdı.  Saçlarında  nübar  üçün  bircə  qara  tük  də  tapılmazdı.  Təzəcə  daranmışdı. 

Darağın  dişləri  arasından  necə  keçmişdisə  eləcə  qalmışdı,  sanki  hana  ərişləri  idi.  Bozumtul 

gözləri  irəli  çıxmışdı,  kirpik  çaldıqca  qapaqlarla  çətin  örtülürdü.  Alnında  iki  qatar  dərin  qırış 

vardı. Dərisi sallanan çənəsi sinəsinə yapışmışdı. Çarpayının yanındakı stulda on altı – on yeddi 

yaşlarında bir qız oturmuşdu. Kitab oxuyurdu, üstünə «Kimya» yazlmışdı. Qız necə də arıq idi. 

Dar-düdük  donun  içində  də  oxlov  kimi  görünürdü.  Ayağa  qalxdı.  Cavanşir  «əyləşdiyi»  stulda 

oturdu.  Qadının  biləyindən  tutdu.  Alnından  öpdü,  üzünü  üzünə  söykədi.  Qadının  bir  əli  güclə 

qalxdı, onun boynuna qondu. – Yaman qorxdum, qardaş. Yaman güclü külək idi. Gəmiyə bir şey 

olmadı  ki?..  Cavanşir  dikəldi,  gülə-gülə  ağladı.  Gözlərinin  yaşını  qurulayıb  üzünü  yelə  onun 

üzünə yatırtdı.  



 

48 


– Qorxma, üzüm bərkdi, mənə heç nə olmaz!.. O vaxt qorxacam ki, sən sağalacaqsan... 

Bilirsənmi  niyə?  Qadının  səsi  yarımçıq  bayatı  kimi  eşidildi:  –  Niyə,  qardaş?  –  Xoşbəxtlər 

hamıdan çox qorxmurlarmı?  

– Hamısımı?  

– Yox, bəxtiyarlığı bədbəxtlikdən sonra tapanları deyirəm... Mənim qorxduğum o günlərə 

nə  qalıb  ki...  –  Təki,  qardaş,  təki  sən  deyən  olsun.  Səni,  balamı  bircə  dəfə  görmək,  tək  bircə 

dəfə...  Görmək  istəyirəm.  Dünyada  bundan  artıq,  heç  nə,  heç  nə...  Doluxsundu.  Qız  o  yana 

çəkilib  kirimiş-kirimiş  ağlamağa başladı. Cavanşir  yalandan güldü:  – Bir dəfə nədir ki!.. Məni 

də,  Peykanı  da  milyon  da  yox,  milyard  dəfə  görəcəksən.  Üzümü  görəndə  zəhlən  gedəcək.  Elə 

bilirsən ağarmışam? Qara palçıqdan yoğrulmuş həmin kəltənəm, üzümə baxanda ürəyin ağzına 

gələcək. Qadının dodaqlarında bir təbəssüm axdı, can verdi, ömrünü pıçıltıya tapşırdı:  –  Allah 

ağzından  eşitsin...  Sizi  bircə  dəfə,  görə  bilsəydim...  Tosu  donmuşdu.  Bu  evdəki  cin  çığırtısı, 

bayquş ulartısı otağın divarlarına da hopmuşdu,  divarlar da  çığırışırdı, ulayırdı. Cavanşir təkcə 

özü  yox  olmaq  istəyirdi,  təki  bu  çığırtılar,  bu  ulartılar  kəsiləydi,  Həlimətin  gözləri  açılaydı. 

Peykanın ətini yeyib qanını içən kədər öz karvanını çəkib keçəydi. Cavanşir sanki bəxtin, taleyin 

ayaqlarına düşmüşdü, üz-gözünü iqbalın ayaqlarına sürtürdü, onun ayaqlarının toz-torpağını duz 

kimi yalayırdı ki, bu evə, bu ailəyə bir gün bir işıq qapısı açsın, dünyaya, insanlara, həyata tək 

bircə  dəfə  baxmaq  istəyən  Həlimətin  arzusu  ürəyində  qalmasın...  Qardaş  bacını  necə  çox 

istəyərmiş...  Ömrünü  bacısına  vermək,  gözlərini  bacısına  vermək,  işıqlı  dünyasını  bacısına 

vermək,  bir  bacının  bircə  «oxqay»ı  üçün  özü  əbədi  zülmətdə  qalmaq  istəyərmiş.  Cavanşirin 

nəfəsi  daş  olsa  əridərdi,  amma  bu  evdəki  cin  çığırtısını,  bayquş  ulartısını  kəsə  bilmədi. 

Cavanşirin səsi, ürəyində ağlaşma quran, üzündə bəzənib toya gedən kədəri tilsim olsa sındırardı, 

göyləri çəkib yerə salardı, ancaq bu evdəki bədbəxtliyə əsər etmədi, əksinə, qəmlər, qüssələr qol-

qola tutuşdu, yan-yana  yapışdı, dünyanı dolanıb gələn mehə də  yol vermədi...  – Arvadımdır, – 

deyə  Cavanşir  Tosu  ilə  evdən  çıxıb  xeyli  aralanandan  sonra  pıçıldadı.  –  Peykan  da  qızımdır. 

Tosunu birdən elə bil geri çəkdilər, tutub saxladılar. Yerindən də tez qopdu. Cavanşir onun nə 

üçün heyrətləndiyini başa düşdü, Tosunun qoluna girdi, özü ilə yanaşı aparmağa başladı. – Bircə 

oğlumuz vardı... Əl çəkmədi, mənimlə dənizə getdi. Tualetə gözüyumulu gedərdi, qayıdıb bir də 

yatardı, hara gedib – gəldiyindən xəbəri olmazdı... Yadımdan çıxar, qapını bağlamaram. Nə vaxt 

getdiyini  bilmərəm.  Səhər  duranda  gördüm  yoxdur...  Meyiti  də  tapılmadı...  Gəmidən  harda 

yıxıldığını,  dənizin  harasında  boğulduğunu  kim  biləydi  ki...  Həlimətin  gözləri  həmin  qara 

xəbərdən  tutuldu...  Hamımız  qaranlıqda  qaldıq.  Bircə  oğlumuz  tam  çırağımız  vardı,  o  da  belə 

söndü...  Övlad  dərdi  yaman  ağır  dərddir,  Allah  heç  kimə  göstərməsin...  Həlimət  yetim  idi. 

Təzəcə ürəklənirdi... daha məndən başqa kimi var ki... Bir evdə üçük. Üçümüzün də üç dərdimiz 

var. Cavanşirin köksü körük kimi doldu, körük kimi də boşaldı. Gözlərinə bir cüt qara yaş gəldi. 

Bu qara yaşlar sanki ağ, ala şüşələr üzərində titrədi, qurudu. Yerində bir qızartı qaldı, bu qızartı 

da  damar-damar  oldu,  nazildi,  öz-özünə  tor  toxundu.  –  Peykan  tibb  institutuna  hazırlaşır.  Elə 

bilir həkim olsa, anasını sağaldacaqdır. Övlad arzusuna bax!.. Fikirləşmir ki, mümkün olan şey 

deyil, Həliməti nə qədər alim sağaltmağa çalışıb, bacarmayıb.  Onun bircə dərmanı var, onu da 

hardan  tapasan,  necə  tapasan  ki!..  Onun  gözlərinin  açılması  möcüzə  ola  bilər...  nə  deyim, 

inamımı itirməmişəm. Fikirləşirəm ki, belə şeylər az olmayıb. Deyirəm, nə ola, bir də gedəndə 

görəm  Həlimət  düyü  arıtlayır,  bəxtəvər  axşamımızın  xörəyini  hazırlayır.  Cavanşirin  pıçıltıları 

Tosunun başına qarayarpaq yağış kimi ələnmişdi. Ona elə gəlmişdi ki, göylər bu boyda şəhərdə 

bircə  evə  baxa  bilməyib,  bulud  gətirib,  ağlamağa  başlayıb.  Cavanşirin  o  pıçıltıları  Tosunun 

qulaqlarında bir də səsləndi. Bu pıçıltının hər sözündə  onun ürəyinin bir parçası qopub gəlirdi, 

özü də «bal!» deyirdi, «övlad!» deyirdi, bəxtini, iqbalını haraylayıb «hardasan?» çağırırdı, «bircə 

ürəyimiz  var,  amma  gör  nə  qədər  ağrı  vermisən?  Bu  insafdandırmı?!  Belə  də  kəmfürsətlik 

olarmı?!» söylədi. Belə ürəkli, belə diləkli adam da bir doyumluq çörəyə bir konservə görə iki 

adama niyə ürək ağrısı versin? Bu son sual Tosunun qulaqlarında cingildədi, sonra dənizə atılan 

bir  daş  kimi  batıb  getdi...  Payız  boz  üzlə,  tökülü  qaş-qabaqla  gəlmişdi.  Tez-tez  yağış  yağdırır, 

külək əsdirir, dənizi qoca kəl əti qaynadılan qazan təki şaqqıldadırdı. Küləyin bircə gün kəsən, 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə