İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   19   20   21   22   23   24   25   26   27

 

49 


suların  yatan vədəsi  olmurdu. Dalğalar Qoca  «Muğan» gəmisinin həmişə burnuna döyürdü elə 

bil  qəsdi  vardı,  onu  həmişə  gecikdirirdi.  «Muğan»  hərdən,  Xəzərin  şimalında,  ala  çalpo  ilə 

üzləşirdi.  Dənizin  başında  qış  gülür,  ortasında  payız  ağlayır,  ayağında  hələ  də  keçməmiş  yay 

istiliyi  yandırırdı.  Cavanşirin  üzü  üç  mövsümdən  keçən  səfərlərin  heç  birində  gülmürdü. 

Əvvəllər ev-ailə dərdini ürəyində çəkən, gəmidə hamını  kefiköklər, damağıçağlar təki dindirən 

kişinin səsi indi ancaq əmrlərdə, göstərişlərdə, iclaslarda eşidilirdi. Hamı hiss edirdi ki, bu da bir 

vəzifə  borcudur.  Yerinə  yetirir,  məcburiyyətdir,  rəsmiyyət  xatirinə  deyilən  sözdür,  edilən 

tələbdir.  Dilində,  səsində  acılıq  vardı,  qəzəb  vardı,  üsyankarlıq  vardı,  amma  «bir  təsbehin»  üç 

qara  muncuğunun  bu  yağ  şaqqıltısı  çətin  duyulurdu.  Kapitanın  niyə  belə  dinib-danışdığı,  niyə 

belə oturub-durduğu barədə heç kim bir-birindən soruşmurdu, söhbət salmırdılar, sanki hamının 

xəbəri vardı, bilirdilər. Ancaq Tosunun yadından çıxmırdı, sanırdı ki, yəqin, Həlimətin vəziyyəti 

ağırlaşıb,  hörümçəkdən  can  diləyən  Peykan  da  xəstələnib,  bir  gözü  ağlayan,  bir  gözü  gülən 

Cavanşirin  «bacı  piri»,  «övlad  piri»  olmayacaqdı.  O,  kimsəsiz  evə  necə  gedəcəkdi?  Haçansa 

güləcəyini,  sevinəcəyini  gözlədiyi  evdə  necə  dayanacaq,  necə  duruş  gətirəcəkdi?  «Bacısının», 

«qardaş»  deyib  onu  çağıran  səsinə,  balasının  «Ata!»  harayına  –  divarlarda  qalan,  o  gələndən 

gələnə dillənən sədalara necə qulaq asacaqdı, necə dözəcəkdi? Gecə yarıdan da keçmişdi, Tosu 

hələ  də  yatmamışdı.  Divandaca  geyinəcəkli  uzanmışdı.  Onu  gah  divanın  söykənəcəyinə  sınan, 

gah da yerə-döşəməyə atmaq istəyən ləngərdə də çisəkli payız gecəsinin zülmətində də, küləyin 

ulartısında  da,  antenaların  vıyıltısında  da  elə  bil  inadkar  bir  aqilin  qabilin  təkidi  vardı,  Tosuya 

deyirdi  ki,  nə  olsun  o  böyükdür,  səninlə  könül  söhbəti  eləyən  deyil,  dərdini  sənə  danışıb 

yüngülləşmək istəmir, Cavanşir kişini tanımırsanmı? Bilirsənmi öz yükünü özü götürəndir, o acı 

«paydan pay» verib heç kimin əhvalını pozan deyil. Dur yanına get, utanma, dərdini soruş. O elə 

böyükdür  ki,  xətrini  istədiyi  kiçiyin  qayğı  kölgəsində  dincəlmək  istəyər,  nəvaziş  günlərində 

yatmaq  istəyər.  Tosu  qalxdı.  Keçid  körpüsünün  məhəccərindən  tuta-tuta  ağ  yallı  dəniz 

köhlənlərinin  kişnəyə-kişnəyə  başqa  göyərtəyə  happanışından  qaça-qaça  dəhlizə  girdi. 

Ayaqlarının  ucunda  kapitanın  qapısına  yaxınlaşdı,  şəhadət  barmağını  qatladı,  qolunu  qaldırdı, 

lakin  əlini  yanına  saldı.  Yavaş-yavaş  göyə  qayıtdı.  Dəhlizin  o  başında  dayandı,  bir  də  dala 

döndü, ehmallıca addımladı. Həmin qapı ağzında bir də ayaq saxladı. Qolu yenə çətin qalxdı, əli 

asan  endi.  Bu  vaxt  kimsə  şturman  budkasından  içəri,  dəhlizə,  sallanan  trapla  gurultu  sala-sala 

enməyə  başladı.  O,  artırmaların  ikisini  bir  eləyə-eləyə  düşəndə  Tosu  uclandı,  nə  qədər  cəld 

tərpənsə də, kapitan onu gördü. – Bu vaxt burda neynirsən? Tosu büzüşdü:  

– Heç... 

 

– Sözün vardı?  



– Xeyr.  

–  Bəs...  Kapitanın  da  sorğusu  yarımçıq  qaldı,  çünki  o  özü  də  bilmədi  ki,  daha  nə 

soruşsun.  Fikrini,  sualını  dürüstləşdirənə  kimi  Tosu  eşiyə  çıxdı.  Dəniz  ayqırlarının  kişnəşdiyi, 

gəmirişdiyi «meydanın» üstündən keçib öz kayutuna gəldi. Yenə də divana uzandı. Onu bir həya 

istiliyi  bürüdü.  «Mən  nə  axmaq  adamam!»  –  deyib  yumruğunu  alnına  vurdu.  Kapitan  mənim 

tayım – tuşumdu?! Gedim deyim: niyə bikefsən? «Aşına-aşına gedib çıxar təndir başına» mənim 

kimisinə  deyiblər.  Üz  görəndə  astar  da  istəyirəm.  –  Acı-acı  gülümsündü.  Heç  ağsaqqallar  da 

gedib öz tay-bərabərinin əhvalını mənim təki şəstlə xəbər ala bilmir, amma Allahın yumurtadan 

dünən cırt eləyib çıxan Tosusuna bax!» Qapı döyüldü, o saat da açıldı. Kapitan içəri girdi. Tosu 

dik  sıçradı.  Cavanşir  divanda  əyləşdi,  Tosuya  da  yanında  yer  göstərib:  «Otur!»  –  dedi.  Tosu 

əyləşdi  ki,  arxası  divanın  başaltısına  yapışdı,  bir-birinə  sıxılmış  dizləri  ilə  Cavanşirin  qılçası 

arasında  bircə  qarış  yer  qalsa  da,  başı  xeyli  uzaqda  idi,  əlləri  boğuşurdu.  –  Ərkinazla  indicə 

danışdım.  –  Kapitanın  gözlərində  sanki  təzə  bir  sabah  açılırdı,  üfüqün  dan  qızartısı  çöhrəsinə 

yayılmışdı, bəxtinin sifətindəki qaralığı əriyirdi, taleyinin üzündəki qırışlara dolub qalan zülməti 

pərən-pərən düşməyə başlamışdı. Tosu bircə atımlıq, bircə tutumluq bir heyrətlə baxdı: dənizin 

ortasından  (sahillə  necə  danışmaq  olar,  özü  də  xəstəxana  ilə)...  Kapitan  onun  nə  üçün 

təəccübləndiyini  duydu:  –  Tosu  bala,  –  dedi,  –  bizim  hava  telefonunun  əlində  nədir  ki!..  Lap 



 

50 


dünyanın o başıynan da danışmaq olar... Ülfət bacının özünü də çağırtdırdım. Kapitan telefonda 

eşitdiyi  «ahı»  xatırladı.  Telefon  elə  bil  bir  ana  alqışını  ürəyindən,  köksündən  çəkib  gətirmişdi. 

Cavanşirə  elə  gəlmişdi  ki,  bu  min  sözlü,  min  səsli  bir  nidaya  telefonda  qulaq  asmır,  bu,  bir 

görünməmiş quşdur, möcüzədir, təkcə onun gözlərinə görünür. Görür ki, bu quş müjdədir, topa 

buludlarından  ox  təki  keçir,  uçuşunda  azadlıq  var,  kandan  məkana  süzülür,  kam  yuvasından 

nakam budağına şığıyır, o budağa qopacaq, o budağın da yazda tökülən yarpaqlarının yeri qışda 

puçurlanacaq, qışda yaşıl yarpaqlar düzüm-düzüm olacaq, yarpaqlar nəğməyə dönəcək, bir ömür 

oxunacaq  bu  nəğmə,  susmayacaq  bu  nəğmə...  –  Beş-altı  gündən  sonra  xəstəxanadan  çıxacaq. 

Kapitanın gözlərindəki o sabah yavaş-yavaş söndü, onun yerində qurub sarılığı qaldı. Tosuya elə 

gəldi ki, kapitanla bu görünüşün ömrü bir neçə dəqiqə olmadı, bir sübhlə bir şər qarışanın arasını 

tutdu, Şərqlə Qərbin intəhasız dərinliyini doldurdu, amma indi axşam düşəcək, yer layla çalacaq 

bu  qaranlığı,  göy  dünyanın  bu  qara  parçasının  üstünə  ulduzlardan  bəzək  vuracaq,  qaranlıq  bu 

hörməti, ehtiramı götürməyəcək, hiddətlənəcək, çovğun, tufan qalxacaq, dünyanın hər addımını 

bir boğanacaq sökməyə, dağıtmağa başlayacaq. – Tosu, atana niyə məktub yazmamısan? Elə bil 

o  boğanağın  biri  bu  sözlər  idi,  Tosunu  göyə  çəkmək  istəyirdi.  O,  belə  qəfil  xəncər  yarası 

gözləmirdi. Belə qəfil ildırım, sel gözləmirdi. Xəncər ürəyinə saplandı, ildırım başına düşdü, sel 

heysiz  varlığını  qayalara,  daşlara  çırpa-çırpa  aparmağa  başladı...  Güdmülün  oğlu  da,  Tosu  da 

imtahandan kəsilən günün axşamı nabələd küçələrdən keçə-keçə dəmiryol vağzalına yönəldilər. 

Tosu kəndə getməyəcəkdi, Güdmülün oğlunu yola salacaqdı, özü isə oranın gözləmə salonunda 

gecələyəcək. Səhər tezdən də məktəbin divarında oxuduğu elana görə Xəzər Gəmiçilik İdarəsinə 

yollanacaq,  göndəriş  vərəqi  alacaqdı...  Gurultulu  gur  bir  küçədə  milisioner  fiti  hamını  ayaq 

saxlamağa məcbur etdi. Təkcə iki uşaq özünü səkillərdə, divarların dibində küt getmiş kündələrə 

oxşar  insan  topalarına  ata-ata  gizləməyə,  yayınmağa  çalışırdı.  «Onları  tutun!»  –  nidalarını 

eşitməyən  yox  idi.  Uşaqların  hərəsinin  əlində  bir  kömbə  çörək  vardı.  Çörəyi  sinələrinə 

sıxmışdılar,  elə  bil  ürəkləri  idi,  ürəklərini  qoruyurdular,  ürəklərini  götürüb  qaçırdılar.  Heç  kim 

tutmurdu,  saxlamırdı  onları,  əksinə  yol  verir,  təngənəfəs  milis  işçilərinə  qəsdən  mane  olur, 

milisionerləri  öz  «çaşqınlıqları»,  «bilməməzlikləri»lə  ləngidirdilər.  Uşağın  biri  özünü  Tosunun 

yanından  həyətə  saldı.  Tosu  qurcalandı,  vurnuxdu,  karıxmış  halda  izdihamın  içində  irəli,  geri 

yeridi, qorxdu ki, ondan soruşalar: «Sənin yanından hara getdi? Sən görməmiş olmazsan, düzünü 

de!»  Bir  kömbə  çörəkdən  ötrü  qan-ürək  olan  öz  tay-tuşunun  yerini  necə  deyəydi?!  Bəlkə  ata-

anasız, yetim qalmış bir sürü körpə uşağın böyük qardaşı idi, onlar «çörək!» deyib ağlaşırdılar? 

Bu  tutulsa,  yaxalansa  onların  axırı  hara  çıxardı?  Bir  qapı  bağlanmazdımı.  Bir  bölük  körpənin 

boğazına bıçaq çəkilməzdimi, başı kəsilməzdimi?! Tosu addımlarını yeyinlətdi ki, o yerdən çox 

aralansın.  Küçədə  dayanan,  yeriyən  tamaşaçıların  içində  ondan  yeyin  gedən  yox  idi,  gedişi 

gözdən-qulaqdan uzaq olmağa çalışanın gedişinə oxşayırdı. Tosunu yaxaladılar... milis maşınına 

mindirdilər. Onun andına inanmadılar. «Orda baxarıq, – dedilər, – hələ yoldaşının da ad-familini, 

ünvanını söyləyəcəksən.» Elə həmin gecə də Tosunu buraxdılar. Güdmülün oğluna ağzı çatmadı. 

Bəlkə  də  o  Tosunun  «tutulduğunu»  aralıdan  görmüşdü,  qorxusundan  yaxın  gəlməmişdi,  gedib 

kənddə  də  demişdi  ki,  «ətəyi  ələ  keçdi,  o  yerdən  çətin  qurtarar.»  Bəlkə  də  «mən  onu  şəhərdə 

itirdim, ikimiz də bir gələsi idik, yəqin, xətadan uzaq olmadı» söyləmişdi. Allah bilir, bəlkə də 

elə bir uydurma düzəltmişdi ki, Tosu yüz il fikirləşsə, tapa bilməzdi. Tosu indi gözlərini döyə-

döyə qalmışdı. Sözün düzünü kapitana necə desin? Bəs o, Tosunun öz atasının bir quruca kağızla 

itirib-axtarmadığını  kimdən  eşitmişdi?  Cavanşir  gördü  ki,  Bosu  bir  asanın  çətinliyi,  dolaşığı 

içində çırpınmaqda, bir yüngülün ağırlığı altında inləməkdədir, xırdalamağa başladı:  – Neçə ay 

imiş  ki,  atan  səni  axtarırmış.  Yazmadığı  nazirlik,  soruşmadığı  idarə,  xəbər  almadığı  təşkilat 

qalmayıb.  Dünən ona  yaxşı  bir cavab  yazdım,  yola saldım.  Yazdım ki,  Tosudan nigaran olma, 

Mehdi,  Tosu  mənim  -  Nazlının  köhnə  qonşusu  Cavanşirin  yanındadır.  Nazlıgildə  səninlə  gecə 

saat  dördə qədər söhbət  edən, sonra isə dənizə  – gəmiyə  yollanan Cavanşirin!.. Tosunu elə bil 

paltarlı-palazlı qaynar qazana salıb çıxarmışdılar. Hiss edirdi ki, kürəkləri, başı buğlanır, canında 

hələ  də  bir  qızdırma  havası  gəzir.  Kapitan  onun  danışası  halda  olmadığını  görüb  söhbətini 

yarımçıq qoymadı:  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə