İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

39 


yumşaldıb demişdi, abıra, həyaya bükə-bükə demişdi. İndi gör qız ismətinə görə hələ nə qədər 

təmizlənmiş söz-söhbətin özündə nələr varmış. Tosu istədi, kapitan yatmış olsa da, getsin, onu 

oyatsın,  Ələmdarı  çağırtdırsın,  o  araqarışdıranın  abrını  ətəyinə  bükdürsün.  Lakin  onu  özgə  bir 

duyğu  aldı,  saxladı:  o  axıb  gördü  ki,  Ərkinazın  duruşunda  böhtan  eşitmiş,  ürəyi  iftira  ilə 

yaralanmış  adam  hikkəsi  yoxdur.  Bu  duruşda  çoxdan  çəkdiyi  əzaba  dözə  bilməməyi  var.  Bir 

qayıq tufana düşüb, sahil görünmür. Bir gül boranda tərk olur, hələ yaza çox var. Bir göyü payız 

buludları  alıb,  şimşəksiz,  ildırımsız...  sübhə  şehi  qalacaq,  sabaha  qırovu  qalacaq.  –  Xörəyi 

yedinmi,  Tosu?...  Gedim  qab-qaşığı  aparım.  Tosudan  cavab  almamış  kayuta  yönəldi.  Tosu  da 

onun arxasınca addımladı. İçəri girdilər.  

–  Bəs  niyə  yeməmisən?  Otur  ye,  gözlərəm.  Əyləşdilər.  Aradan  anlar  keçdi,  hərəsində 

insan səbrinin bir saata çıxdığı hərəsi bir günün dəyanəti, dözümü ilə başa vurulan bir sərt yoxuş. 

Danışmadılar. Sükut onların üstünə quzğun kimi şığıdı, onlardan söz almaq, söz qoparmaq istədi, 

lakin özünün də qanadı qırıldı, özü də kayutda qaldı. Dillənmədilər. Hərəsi öz xəyal dünyasının 

bir  səhrasına  çıxdı.  Tosu  bu  səhrada  nə  axtardığını  bilmədi,  hara,  hansı  səmtə  yön  çevirdisə, 

qarşısına  bir  qırıq  qamış  çıxdı.  Meh  əsir,  bu  qırıq  qamışa  bir  sual  oxuyurdu:  «Ərkinaz  niyə 

ağladı?» Ərkinaz isə azırdı, itirdi bu səhrada. Heç kimi çağırmırdı. Heç kimi haraylamırdı. Sanki 

varlıqdan  yoxluğa, əzabdan aramgaha könüllü gedirdi.  – Niyə ağladın, Ərkinaz? Ərkinazın hər 

gözünə  bir  qara  daraq  endi.  Bu  daraqdır  qanad  qaşlarının  altına  çəkiləndə  Tosu  o  gözlərin 

hərəsində  bir  ala  yaş  gördü.  Soruşduğuna  da  peşman  oldu:  niyə  xəbər  aldım,  niyə  ağlatdım? 

Ərkinaz  gülümsündümü,  qəhərini  boğmaq  istədi,  yaxşı  bilinmədi,  amma  dodaqlarında  bir 

çaxnaşıq gəzdi. – Adam da tapmırsan, dərdini danışıb yüngülləşəsən. Görəsən, onun dərdi nə idi? 

O  necə  qüssə  idi  ki,  Ərkinaz  kimi  ağıllı  bir  qızın  səbir  dərinliyini  doldurmuşdu,  dəyanət 

genişliyinə  sığışmamışdı?  Tosunun  ürəyindən  keçdi  ki,  onu  asta-asta  dindirsin,  söylətsin,  öz 

dərdini də danışsın, qabaqca öz kədərinə, sonra da onun qəm-qüssəsinə gülsün. Ürəkdən gülən 

kimi gülsün. Öz qəmini yüz qat şişirdib qəh-qəh çəksin. Desin ki, dərd güləndən qaçar, ağlayanı 

tapar. Desin ki, Ərkinaz, yəqin, görməmisən, eləcə də adını eşitmisən, bizim yerlərdə ala qanqal 

bitir, özü də dağ döşündə, təpə sinəsində bitir. Harda güllük-çiçəklik görsən, ala qanqalı da orda 

görərsən. Bir balaca sazaq əsən kimi güllər, çiçəklər soluxşuyur, büzüşür, havalar yaxşı keçəndə 

də  əvvəlki  təravəti,  ətri  özünə  qaytara  bilmir.  Amma  ala  qanqalı  yayda  gün,  payızda  küləklər, 

yağışlar döyür, vecinə almır, daha da bərkiyir, sümüyə dönür. Qışın yorğan qarı da onu yatırda 

bilmir, baxırsan, dik durur, buynuz kimi ağarır. Tosu istədi Ərkinazı güldürə bilməsə, müəllimin 

bir gün dərsdən sonra, özü də davanın  lap pis  vaxtı onlara danışdığını danışsın.  Desin  ki, mən 

indi də bilmirəm müəllim ogünkü söhbəti kitablardan oxumuşdu, yaxud o da kimdənsə eşitmişdi. 

Amma  çox  şirin  söhbət  idi.  Dünyanın  yiyəsi  bir  oğul  ölür.  Hərəsi  bir  ox  atanda  göyün  üzünü 

bulud kimi tutan qoşunların böyüyü, hərəsi bircə ovuc su götürəndə Kür kimi bir çayı qurudan 

döyüşçülərə bircə himlə dünyanı alt-üst elətdirən, hökmü, zəhmi dünyanı tutan, dünyaya zəlzələ, 

vəlvələ salan. Aydan da, gündən də, zülmətdən də xərac alan. Ölüm ayağında vəsiyyət eləyir ki, 

məni  xeyir-ənsənimi  anam  heç  bir  dərdi  olmayanlara  yedirtsin.  Yas  yerinə  gələnlərin  heç  biri 

əlini çaya-çərəyə vurmayıb gedir... Bu söhbətlər Tosunun ürəyinə doldu, amma danışa bilmədi. 

Qapı  döyüləndə  Ərkinaz  cəld  qalxdı,  özünü  itirən  kimi  oldu,  əllərini  qab-qaşığa  uzadanda 

ovcundan yerə bir kağız düşdü. Beş-altı dəfə qatlanmışdı, döşəməyə dəyib qalxdı, divanın yuxarı 

başına  sarı,  döşəməyə  sürüşdü.  Növbətçi  matrosun  başı  içəri  uzandı:  –  Kepin  yanına!..  Qapını 

örtüb  getdi.  Ərkinaz  da  qab-qaşığı  stolun  üstünə  qoyub:  –  Acarsan,  yeyərsən,  –  deyib  onun 

dalınca çıxdı. Tosu kağızı götürüb cibinə qoydu, kapitanın yanına yollandı. Tələsə-tələsə getdi. 

Ona elə gəlirdi ki, Ərkinazı ağladan bu kağızdır. Bu kağız ona hər şeyi danışacaq, o, bu kağızda 

bir ömrü görəcək... Kapitan ayaq üstə idi. Qabaq aynadan qabağa baxırdı. Stolun üstündəki yekə 

papaqlı balaca lampa işığının hamısını aşağı vermişdi. Kapitanın qurşaqdan aşağısı çox, yuxarısı 

isə  az  işıqlanmışdı.  Yuxarıdakı  ala-toranlıqda  kapitanın  qara  çöhrəsi  sarıya  çalırdı.  –  Xoşuma 

gəlirsən, – deyə kapitan yaxınlaşıb bir əlini yenə Tosunun çiyninə qoydu. – Boş vaxtlardan bax 

beləcə istifadə etmək lazımdır. Sən qoçaq oğlana oxşayırsan. Həyat – qoçaqlarındır. Keçib stulda 

oturdu. Tosuya da üzbəüzündə yer göstərdi. O da əyləşməyincə danışmadı. – Adam hədər gedən 



 

40 


vaxtlarına qocalanda heyfsilənir. Deyir; kaş bir də cavan olaydım, ömrümü təzədən yaşayardım, 

– gülümsündü. Stolun üstünə axıb üzünə vuran işıqda bu təbəssüm elə sarı, elə acı göründü ki...– 

Qocanın bir də cavanlaşması nağıllarda olar. Telefon səsləndi. Boğmalı balqabağı boyda dəstəyə 

əlini uzadıb divara bərkidilmiş qısqaçdan taqqıltı ilə aldı: – Eşidirəm!.. O başdan danışanın səsini 

Tosu da eşitdi; kapitan dəstəyi qulağından xeyli aralamışdı. – Yoldaş kapitan, liman görünür.  

–  Bu  saat  gəlirəm.  Kapitan  dəstəyi  yenə  də  taqqıltı  ilə  qısqacın  arasına  sıxıb  yönünü 

Tosuya  çevirdi:  -  Çalışacağıq  gələn  il  dənizçilik  məktəbinə  düzələsən,  sonra  institutun  qiyabi 

şöbəsinə.  İndidən  imtahanlara  yaxşı  hazırlaş.  Çətinliyin  olsa,  mənə  ya  da  Ərkinaza  de.  O, 

hazırlıqlı qızdır, həm də sənin xətrini çox istəyir. – Stolun üstündə dəclənmiş iki qatar kitabları 

töküşdürdü,  nəyi  isə  axtardı,  tapmadı,  sonra  siyirtməni  çəkdi,  oradan  əl  boyda,  qırmızı  bir 

kitabça  çıxartdı:  –  Al  bunu  da  özündə  saxla,  amma  hələlik  oxuma,  vaxtında  sənə  deyərəm, 

əzbərləyərsən. Komsomol nizamnaməsidir. Qalxdı. Yenə əlini Tosunun çiyninə qoydu, onu yenə 

də qapının ağzınacan ötürdü, yenə də həminki nəvazişlə, qayğılı, ülfətli səslə dilləndi: – Ərkinaz 

mənə çox şey danışıb. – Tosu qanrıldı, istədi desin ki, axı mən ona nə söyləmişəm, kapitan bunu 

hiss  etdi,  əlinin  yüngül  təzyiqi  ilə  Tosunun  çiynindən  basa-basa  köksünü  ötürdü:  –  Əlbəttə, 

duyduqlarını. O da yetimdir. Bayatı bayatını tez tanıyar, tez tapar. Tosu: – Çox sağ olun! – deyib 

çıxdı. Ancaq məsləhətə, vədlərə görə minnətdarlıq elədi. Ərkinaz söhbəti, özü də kapitanın eyni 

sözləri  iki  dəfə  təkrar  etməsi  Tosunun  ürəyində,  beynində  ilişib  qalmadı,  başından  külək  kimi 

keçdi, duyğularına toz kimi qondu, onu da Ərkinazın ovcundan düşən kağızı tez oxumaq arzusu 

tez  uçurub  apardı.  O,  kağızı  oxumağa  elə  tələsmişdi  ki,  gələcəyinin  bu  gündən,  bu  gəmidən 

başlanan  yollarının bələdçisinə – kapitana üçcə kəlmə soyuq  «çox sağ olun»dan başqa ayrı bir 

söz  deyə  bilməmişdi.  Yadın  hörməti  adamı,  böyüyün  ehtiramı  kiçiyi  sıxmazmı,  sıxıb  suyunu 

çıxarmazmı?!  Əvvəl-əvvəl  nitqini  tutmazmı,  dilini  dolaşdırmazmı,  onu  durduğu  yerəcə 

yapışdırıb qurutmazmı, ordaca xeyli saxlamazmı?! Bu dəmdə böyüklük  də, kiçiklik də Tosuya 

görə bir idi, bərabər idi, o, indi bu halında acılarla şirinlərin müxtəlif dadını, tamını duymazdı. 

Onu bir ağ yuxu bir göy xəyal öz gerçəkliyinə, öz aşkarlığına çağırmışdı. Bircə vərəq kağız,  – 

onda nələrin yazıldığını bilməsə də,  

–  Tosuya  sanki  həyatda  heç  bir  şeylə  əvəz  olunmayan  bir  bəxtiyarlıq  bəxş  edəcəkdi. 

Onun  fikrində-zikrində  yalnız  bu  bəxtiyarlığa  tez  çatma  həvəsi,  ehtirası  çırpınmışdı,  özgə  heç 

nəyə  yol  qoymamışdı...  Qapını  qıfılladı,  qorxdu  ki,  Ərkinazın  yadına  düşər,  kağızı  axtarmağa 

gələr.  Kağızın  qatarını  açdı.  İki  qoşa  vərəq  idi.  İşığa  lap  yaxın  tutdu,  oxumağa  başladı:  «Əziz 

balam!  Uşaq  böyüyü  nə  tez  tanıyırmış,  nə  düz  tanıyırmış.  Sən  acıq  elədin,  dənizə  getdin. 

İbrahimin  dili  sən  gedəndən  sonra  açıldı:  dedi  ki,  qoyun,  qoltuğuna  hər  gün  ikicə  cüt  corab 

qoyub gətirsən,  yeməyimiz çıxar. Bal tutanın hamısı barmaq  yalayır. Quruca maaşa baxanların 

hamısının  ayın  ortasını,  başını  gözləməkdən  gözlərinin  kökü  saralıb.  Yel  əsəndə  az  qalırlar 

yıxılsınlar. Kimin ki ağzı halvalıdır, bil ki, qarpışdırması var. O çox dedi, mən az eşitdim. Axı 

ömrümdə  əyri  iş  görməmişdim,  haram  tikə  yeməmişdim.  Üstümə  elə  bozardı  ki,  elə  bil  canı 

mənim əlimdə idi: – Bu saat hamı oğrudur. Doğrunun koması başına çoxdan uçub. Dəmir-dümür 

pula getmir,  yoxsa zavoddan ton-ton  gətirərdim. Gözümüzü sənə dikmişik, sən də bizi  acından 

qıracaqsan. Əlacım kəsildi, hər gün iki cüt corab gətirdim. Ayrı cür eləyə bilməzdim, o məni atıb 

gedərdi,  tanıyanlar  da  deyərdilər  ki,  ər  saxlayan  arvad  deyil...  Satdı,  pulunu  yığdı,  həftədə  bir 

dəfə yaxşı bazarlıq elədi, özünə araq da aldı. Həmişə də mənim sağlığıma içdi...  Fabrikdən ölü 

kimi çıxırdım. Bircə adam «dayan!» desəydi, ürəyim dağılardı. Qorxu məni içəridən elə yemişdi 

ki, özümdən xəbərim olmamışdı. Onda bildim ki, xəstəxanadayam, ürəyim üzülüb, sağalacağıma 

güman  çox  azdır...  İndi  xəstəxanadayam.  İbrahim  yanıma  gəlmir,  gəlməyəcək  də!..  Evimizdən 

getdi, bir də qayıtmayacaq. Deyirlər bir aşpazla evlənib. Aldandım, mənim balam! Kişi səsi, kişi 

nəfəsi  gəlməyən  evə  baxan  çox  olur.  Sən  qonşuluğumuzdakı  bəzi  kişiləri  yaxşı  tanımırsan. 

Dedim, qoy gözləri özünə yığılsın. Adıma söz gələrdi... Axırı da belə, daha pis... Daha nə deyim, 

nə yazım... Gözlərim qapıda qalıb. Axı səni neçə ildir görmürəm...»  

* * *  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə