İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

kanm  inkişalı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağ- 
lıdır. Əvvəllər Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə Za- 
qafqaziyanm  vahid  energetika  sistemindən  220  kilovoltluq 
Ararat-Babək,  110 kilovoltluq Ararat-Şərur, Aqarak-Ordubad elek- 
trik xətləri ilə və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsi 
ilə təchiz edilirdi.  Ermənistan Respublikasınm həyata keçirdiyi blo- 
kada siyasəti nəticəsində  1990-cı ildən etibarən muxtar respublikaya 
elektrik enerjisi verilişi dayandırıldı, yalnız Araz Su Elektrik Stansi- 
yasında  istehsal  edilən  15-20 meqavat  gücündə elektrik enerjisi  şə- 
bəkələrə ötürüldü.
1991-92-ci  illərdə  yaranmış  çətin  şəraitə  baxmayaraq,  ulu 
öndər Heydər Əliyevin rəhbərliyi ilə blokadada olan Naxçıvan Mux- 
tar Respublikasmı elektrik enerjisi ilə təchiz etmək məqsədilə Türki- 
yədən  154 kilovoltluq və trandan Naxçıvana 132 kilovoltluq yüksək 
gərginlikli  elektrik  verilişi  xətləri  çəkildi  [1,  2010,  20  oktyabr]. 
Türkiyədən və  tran  İslam  Respublikasmdan  elektrik enerjisi  alın- 
mağa  başlandı.  1993-cü  ilin  ortalarm da muxtar  respublikaya  İran 
İslam Respublikasından 42 meqovat, Türkiyə Respublikasından isə 
63 meqovat gücündə elektrik enerjisi daxil olurdu [15, 2010, 20 okt- 
yabr].
90-cı  illərin  ortalarından  başlayaraq  m uxtar  respublikaya 
daxil olan elektrik enerjisinin paylamlmasım yaxşılaşdırmaq, itkiləri 
azaltmaq,  enerji təchizatınm etibarlıhğım yüksəltmək üçün bir sıra 
mühüm tədbirlər həyata keçirildi.  İlk növbədə  “Koroğlu”,  “Araz”, 
“Culfa” ,  “Çeşməbasar”,  “A rpaçay”,  “Sədərək” ,  “Xalxal”  yarım- 
stansiyaları tikilib quraşdırılmış və onlarm gücü artırılmışdır. 2010-cu 
ildə Naxçıvan şəhərində “Xalçaçılıq”, “Xətai” və “Sənaye qovşağı” 
elektrik  yarımstansiyaları  qurulmuşdur.  Ümumilikdə  bu  dövr  ər- 
zində muxtar respublika üzrə 36 ədəd müxtəlif güclü transformator 
yarımstansiyasınm quraşdırılması və 55,1 km uzunluğunda 10 və 0,4 
kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır 
[9, s.  104].
M uxtar  respublika  əhalisini  və  istehsal  sahələrini  elektrik 
enerjisi  ilə  təmin  etmək  üçün  2006-cı  ildə  görülən  tədbirlərin  əhə- 
miyyəti  daha  böyük  olmuşdur.  2005-ci  ildə  m uxtar  respublikaya 
təbii  qazm  verilməsi  yeni  elektrik  stansiyalarmm  işə  salmmasına
126


səbəb olmuş,  Naxçıvan Qaz-Turbin Elektrik  Stansiyasmda turbin- 
lərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində burada 60 meqovat 
gücündə enerji  istehsal  etmək  imkanları  yaranmışdır.  Ölkə  başçısı 
İlham Əliyevin himayəsi ilə muxtar respublikada  87  meqovat  elek- 
trik enerjisi istehsal etmək gücünə malik modul tipli elektrik stansi- 
yası  çox  qısa  müddətdə  tikilərək  istifadəyə  verilmişdir.  Heydər 
Əliyev Su Anbarı üzərində 4,5  meqavat  gücündə,  Ordubad rayonu 
ərazisində Gilan çayı üzərində 22 meqavat gücündə Biləv Su Elektrik 
Stansiyaları tikilmişdir. Bundan başqa Ordubad və Arpaçay su elek- 
trik  stansiyalarmm  inşası  üçün  texniki-iqtisadi  cəhətdən  əsaslan- 
dırma işləri davam etdirilir.
Naxçıvan M uxtar Respublikasmm Ali  Məclisində  Naxçıva- 
nm  enerji  ilə  təminatı məsələsi  dəfələrlə müzakirə  edilmiş,  qarşıda 
duran vəzifələr müəyyənləşdirilmiş və muxtar respublikanm elektrik 
enerjisi  ixrac  edən  bir  bölgəyə  çevrilməsi  məsələsi  qoyulmuşdur. 
Artıq  m uxtar  respublikada  enerji  təhlükəsizliyi  təmin  edilmişdir. 
Sovet  hakimiyyəti  illərində  cəmi  1  elektrik  stansiyası  olan  muxtar 
respublikada  bu  gün  artıq  5  elektrik  stansiyası  fəaliyyət  göstərir. 
1988-ci  ildə  m uxtar  respublikada  86  milyon  kilovat-saat  elektrik 
enerjisi istehsal olunmuşdursa, 2010-cu ildə bu göstərici 6 dəfə arta- 
raq 534 milyon kilovat-saata çatmışdır. Əvvəllər elektrik enerjisinin 
böyük bir hissəsi qonşu ölkələrdən idxal edildiyi halda, bu gün mux- 
tar respublika artıq elektrik enerjisi ixrac edən bir diyara çevrilmiş- 
dir.
2.7. Əhalinin qazla təmin edilməsi
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi 
inkişaf strategiyasmm uğurlu  davamınm məntiqi  nəticəsidir  ki,  öl- 
kəmizin ayrı-ayrı bölgələrində olduğu kimi, muxtar respublikamızda 
da irimiqyaslı layihələr reallaşır, genişmiqyaslı quruculuq tədbirləri 
həyata keçirilir. Görülən işlərin bir hissəsini də muxtar respublikamızda 
əhalinin və təsərrüfat subyektlərinin təbii qazla təmin olunması isti- 
qamətində həyata keçirilən layihələr təşkil edir.  Ölkə başçısı İlham 
Əliyevin  11  fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq etdiyi  “Azər- 
baycan  Respublikası  regionlarmm  sosial-iqtisadi  inkişafı  Dövlət
127


Proqramı  (2004-2008-ci  illər)”  və  bu  D övbt  Proqrammm  icrasmı 
yüksək  səviyyədo  təmin  etmək  məqsədilə  Naxçıvan  M uxtar  Res- 
publikası  Ali  Məclisi  Sədrinin  9  iyun  2005-ci  il  tarixli  Sərəncamla 
təsdiq  etdiyi  “Naxçıvan  M uxtar  Respublikasmın  Regional  Inkişaf 
Proqramı  (2005-2008-ci  illər)”  muxtar respublikamızda irimiqyaslı 
layihəbrin reallaşmasma geniş  imkanlar açdı.  Hazırda muxtar res- 
publikamızın  iqtisadiyyatı  inkişaf  edir,  yeni  istehsal  müəssisələri 
yaradılır.  Təbii  ki,  bu  inkişafm  fonunda  təbii  qaza  olan tələbat  da 
artır.  «Azərbaycan  Respublikasmm  yanacaq  enerji  kompleksinin 
inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)»na uyğun olaraq 
ölkəmizin  ayrı-ayrı  regionlarmda  olduğu  kimi,  muxtar  respub- 
likamızda da ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.  Lakin 
məkrli qonşularımız 1991-ci ildə muxtar respublikaya qaz verilməsini 
dayandırdıqdan sonra əhalinin qazla təmin edilməsində problemlər 
yaranmışdı. Muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün  1992-ci 
ilin  avqustun 24-də Naxçıvan  M uxtar Respublikası Ali  Məclisinin 
Sədri  Heydər  Əliyev  İran  İslam  Respublikasmda  səfərdə  olarkən 
prezident  Əli  Əkbər  Haşimi  Rəfsəncani  ilə  görüşmüş,  iqtisadi 
əlaqəbrin genişləndirilməsi, həmçinin muxtar respublikanm qaz tə- 
ləbatmı təmin etmək barədə söhbətlər aparmış və razılıq əldə etmiş- 
di.
İran  tərəfi  Xoy-Culfa  qaz  kəmərinin  tikintisini  öz  üzərinə 
götürmüşdü.  Kəmər  istifadəyə verildikdən  sonra m uxtar respubli- 
kaya  sutkada  1  milyon  kub metr  qaz verilməli  idi.  Lakin müəyyən 
səbəblərdən qaz çəkilişi bir qədər yubandı.  İran İslam Respublikası 
Naxçıvan  MR-ə  ayda  100  ton  maye  qaz  göndərməyi  öhdəsinə 
götürmüşdü.  1998-ci ildə maye qazla qazlaşdırılmış mənzilbrin sayı 
46274-ə çatdırıldı. M uxtar respublikanm həyatmda baş verən ən əla- 
mətdar hadisə uzun ilbrin fasiləsindən sonra ölkə Prezidenti İlham 
Əliyevin  bilavasitə  himayə və  qayğısı  nəticəsində 2005-ci  ildə  İran 
İR-dən mübadilə yolu ilə Naxçıvan MR-ə təbii qaz kəmərinin çəkilişi 
oldu.  Qısa müddət  ərzində Culfa-Naxçıvan yüksək təzyiqli,  Naxçı- 
van-Cəhri  orta təzyiqli magistral,  Naxçıvan şəhər orta təzyiqli dai- 
rəvi  qaz  kəmərinin  çəkilişi  başa  çatdırıldı.  Culfa-Ordubad  və 
Şahbuz-Sədərək  ötürücü  qaz  kəmərinin  təmiri  və  bərpası  tamam- 
landı. 2005-ci ildə 6770 mənzil və  195 fərdi ev qazlaşdırıldı.  Sonrakı
128


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə