İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
148 
Qadın ağlaya-ağlaya evə qayıtdı. O hər gün Mütəal 
Allah  tərəfindən  bu  barədə  bir  əmrin  gəlməsi  ümidi  ilə 
Peyğəmbərə  (s)  müraciət  edirdi.  Mehriban  Allah 
“Mücadilə” surəsinin ilk ayələrini əziz Peyğəmbərinə (s) 
nazil  etdi.  Ayələrin  mə`nası  belədir:  “Ya  Peyğəmbər! 
Sənə  şikayət  edən  və  səninlə  danışan  qadını  eşitdim. 
Allah eşidən və görəndir. Əmr belədir: Qadınları ilə zihar 
edib,  sonra  sözlərindən  peşiman  olub  dönənlər  bir  kölə 
azad  etdikdən  sonra  qadınları  onlara  halal  olur.  Kim 
(azad etməyə bir kölə) tapmasa, iki ay ardıcıl oruc tutsun. 
Əgər  buna  da  gücü  çatmasa,  altmış  yoxsulu  yedirdib 
doydurmalıdır”. 
Həzrət  Peyğəmbər  (s)  Allahın  əmrini  Ovsa  xəbər 
verdi.  Ovs  dedi:  “Oruc  tutmağa  və  kölə  azad  etməyə 
gücüm  çatmır.  Siz  kömək  etməsəniz,  altmış  fəqiri  də 
doydura bilmərəm”. 
Peyğəmbər  (s)  ona  lızmı  miqdarda  buğda,  ya  arpa 
yeməyi  verərək  dua  etdi.  O  da  həmçinin  Allahın  əmrini 
icra  etdi.  Həzrət  Peyğəmbər  (s)  bu  ər-arvadın  yenidən 
bir-biri  ilə  qalan  həyatlarını  davam  etdirəcəyini  bildirdi. 
Onlar    təzədən  ailə  qurub,  yeni  həyata  başladılar.  Bu, 
gücsüz  qadının  müdafiəsi  idi  ki,  onun  barəsində  Qur`an 
ayələri  nazil  oldu.  Peyğəmbər  (s)  şəxsən  özü  ailə 
mühitinin  islahı  və  qorunması  üçün  tam  ciddiyyətlə 
çalışdı. 
Bu macəradan belə nəticə alınır ki, qadınlar da gərək 
öz ərlərinin iffətinin qorumağa çalışsınlar və özləri üçün 
çətinliklər  yaratmasınlar.  Gördüyümüz  kimi,  adı  çəkilən 
qadın ərinə lazım olan şəraiti yaratmamaqla, onun həyat 
yoldaşı olan kişi isə tələsik qərara gəlməklə özlərini necə 
də çətinliyə saldılar. 
Həzrət  Peyğəmbər  (s)  buyurub:  “Hər  kəs  Allaha 
xatir  özünün  bədxasiyyət  qadınıyla  səbirli  və  mehriban 


 
149 
olsa,  Allah  ona  dərgahında  şükr  edənlərin  mükafatını 
verər”.
204
 
4-ġəhidin hər iki tərəfli qohumlarının, onun uĢaqlarına 
diqqət yetirmələri 
Əlbəttə şəhidə ehtiram hamı üçün vacibdir. Çünki o, 
ən yaxşı sərmayəsini, yə`ni öz canını İslam, cəmiyyət və 
ölkəsi  yolunda  fəda  etmiş,  bununla  düşmənin  qarşısını 
almağa  səbəb  olmuşdur.  Əgər  şəhidlər  olmasaydı, 
hamıya ziyan dəyərdi. Bu arada xüsusilə şəhidlərin yaxın 
qohumları  çox  diqqətli  olmalıdırlar.  Məxsusən  şəhidin 
qadınına,  uşaqlarına,  ata  və  anasına  nəhayət  dərəcədə 
ehtiram  olunmalıdır.  Təəssüflər  olsun  ki,  bəzən  şəhidin 
ata-anasıyla həyat  yoldaşı arasında xırda bir səbəbə görə 
dava-dalaş   düşür.  Əgər  hər iki  tərəf  İslam  cəmiyyətinin 
qayda-qanunlarına  bağlı  olsalar  və  ona  əməl  etsələr,  heç 
bir  kin-küdurət  və  düşmənçilik  ortaya  çıxmaz.  Həzrət 
Peyğəmbər (s) öz göstərişlərinin birində buyurur: “İnsan 
şəhid olanda haqq münadisi nida edər: 
Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi 
və heç bir qəlbdən ötüb keçməyən ne`mətlər sənə müjdə 
olsun!” 
Həzrət (s) sonra davam edir: “Allah-təala buyurur: 
Mən  şəhid  yadigarlarının  himayəçisiyəm.  Hər  kəs 
onları  sevindirsə,  məni  sevindirər  və  hər  kəs  onları 
qəzəbləndirsə, məni qəzəbləndirirər”.
205
 
Şəhidin məqamını və onun yadigarlarının ehtiramını 
yada  salaq.  Görəsən  xırda  bir  səbəb  üstündə,  onun  pak 
ruhunu narahat etməyə və ona hər iki tərəfdən yaxın olan 
adamları  qəmgin  etməyə  dəyərmi?  Yadda  saxlamaq 
lazımdır ki, bizim hər sahədə qayda-qanunlarımız vardır. 
Nə  üçün  qayda-qanunlara  diqqət  olunmasın  və  nəticədə 
Allah  eləməmiş  İslam  və  şəhidlərin  yolunun  əksinə 
                                            
204
 Qisarul-cuməl, səh.289, Vəsailuş-şiədən nəql olunub. 
205
 Məcməul-bəyan, 2-ci cild, səh.538. 


 
150 
olaraq,  acı  və  xoşagəlməz  hadisələr  baş  versin. 
Ümidvarıq  ki,  şəhidlərin  qohumları  öz  dəyərlərini  başa 
düşüb  lazımsız  işlərlə  öz  böyük  hörmətlərini  hədər 
verməyəcək  və  şəhidlərin  pak  ruhunu  incitməyəcəklər. 
Unutmamalıyıq 
ki, 
şəhidlərin 
uşaqları, 
onların 
bədənlərinin yarısıdırlar. Onlar şəhid övladı olmaqlarıyla 
fəxr edirlər. Gərək onların həyatları bə`zi inadkarlıqların 
əlində  oyuncağa  çevrilməsin.  Bu  məsələlərin  həllinin 
açarı  şəhidin  ata-anasının  və  həyat  yoldaşının  əlindədir. 
Yaranmış çətinliklərin həllinə məntiqlə, mehribançılıq və 
məhəbbətlə  yanaşmaq  lazımdır.  Başqaları  da  çətinliyin 
həllində  yardımçı  olmalıdırlar.  Əgər  bacarmırlarsa, 
müdaxilə etməməlidirlər. 
5-Ali ruhiyyə, dözümlülük və nigaran olmamaq 
Təbiidir ki, əgər böyük dövlətlərin müdaxiləsi olsa, 
uzun  sürən  müharibələrdə  çoxlu  ziyanlar,  didərginlər 
olacaq,  bir  çox  evlər  viran  qalacaq,  şəhidlər,  yaralılar, 
əlillər və sair yaranacaq. Bu çətinlikləri aradan qaldırmaq 
üçün  bütün  qüvvələrin  səfərbər  olunmasından  və  zərər 
çəkmişlərə  nicat  verməyə  tələsməkdən  əlavə,  güclü 
ruhiyyə,  səbir,  inqilabçı  dözümü,  nigaranlıqdan  uzaqlıq 
kimi  insanı  təhlükələrdən  saxlamaq  üçün  gərəkli  olan 
köməklər  lazımdır.  Bu  ruhiyyə  təvəkkül,  ixlas,  iman  və 
Haqqın  insan  üçün  tə`yin  etdiyi  taleyin  müqabilində 
təslim  olmaq  sayəsində  əldə  edilir.  Qur`an  ayələri, 
hədislər,  İmam  Əlinin  (ə)  Nəhcül-bəlağədəki  kəlamları 
və  mə`sum  imamların  (ə)  sözləri  insana  bu  cür 
hadisələrdə yaxşı köməkçi və munisdir. 
Həm  Peyğəmbər  (s)  və  həm  də  İmam  Sadiq  (ə) 
buyurublar:  “Hər  bir  imanlı  insan  bəlaya  düçar  olanda, 
onun  qarşısında  səbirli  və  dözümlü  olsa,  Allah  ona  min 
şəhidin savabını (mükafatını) verər”.
206
  
                                            
206
 Üsuli kafi, 2-ci cild, səh.92; Bihar, 71-ci cild, səh.93 və 94. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə