İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

 
124 
Həzrət  Süsən  (ə)  narahat  oldu  və  ağladı.  İmam 
Həsən Əsgəri (ə) anasına dedi: “Narahat olma! Şübhəsiz 
İlahi təqdir baş verməlidir”. 
İmam  Həsən  Əsgəri  (ə)  dövri  diktatorun  əmri  ilə 
(İraqda) Samirra şəhərinə sürgün olunmuşdu. 260-cı ildə 
Həzrət  Süsən  (ə)  həcc  əməllərini  yerinə  yetirmək  üçün 
Mədinədən Məkkəyə getdi. Mədinəyə qayıdanda hər gün 
İraqdan  gələn  xəbərlərlə  maraqlanırdı.  Ona  oğlu  İmam 
Həsən  Əsgərinin  (ə)  Samirrada  dünyadan  getməsi 
xəbərini  çatdırdılar.  Samirraya  gələndə  Cəfər  Kəzzabın 
(İmam  Hadinin  oğlu,  İmam  Həsən  Əsgərinin  qardaşı) 
yalandan İmam Həsən Əsgərinin (ə) irsinə iddia  etdiyini 
gördü.  Ona  e`tiraz  edərək  buyurdu:  “İmam  Həsənin  (ə) 
vəsisi mənəm”. 
Sonra  Həzrət  Süsən  (ə)  həmin  dövrün  qazisi  Əbu 
Şəvaribin  yanında  oğlu  İmam  Həsən  (ə)  tərəfindən 
özünün  vəsi  olmasını  isbat  etdi.
182
  Böyük  alim  Şeyx 
Səduq nəql edir ki, İmam Zaman Həzrət Məhdi (ə) zahir 
oldu  və  öz  cəddəsinin  (nənəsinin)  haqqını  Cəfər 
Kəzzabın  müqabilində  müdafiə  etdi.  Cəfər  mat-məttəl 
qaldı.  Daha  sonra  yazır:  “İmam  Həsən  Əsgərinin  (ə) 
anası (Həzrət Süsən) vəsiyyət etdi ki, dünyadan gedəndə 
məni  ərim  İmam  Hadinin  (ə)  və  oğlum  İmam  Həsən 
Əsgərinin  (ə)  qəbrinin  yanında  (Samirra  şəhərində) 
torpağa tapşırarsınız”. 
Xanım  dünyadan  getdikdən  sonra,  onu  orada  dəfn 
etmək  istəyəndə,  Cəfər  Kəzzab  mane  olaraq  dedi:  “Bu 
mənim evimdir. Heç kəsin burada dəfn olunmağa icazəsi 
yoxdur”. 
Bu  zaman  Həzrət  İmam-Zaman  (ə)  zahir  oldu  və 
Cəfərə  dedi:  “Ey  Cəfər!  Bu  sənin  evindir,  yoxsa 
mənim?” 
                                            
182
 İsbatul-vəsiyyət, Rəyahinuş-şəriətə uyğun nəql olunub, 3-cü cild, 
səh.25. 


 
125 
Beləliklə,  İmam  Zaman  (ə)  öz  nənəsi  Süsənin  (ə) 
haqqını müdafiə etdi və sonra qeybə çəkildi.
183
 
HƏZRƏT SÜSƏNĠN (Ə) ĠMAM-ZAMANLA (Ə) 
CAMAAT ARASINDAKI VASĠTƏÇĠLĠYĠ 
Həzrət  Süsənin  (ə)  yüksək  məqamını  bəyan  edən 
faktlardan biri də budur ki, İmam Həsən Əsgəri (ə) şəhid 
olanda  İmam  Zamanın  (ə) bibisi,  İmam Cavadın (ə) qızı 
Həkimə  xanımdan  (ə)  soruşdular  ki,  “şiələr  kimə  pənah 
aparsınlar və kimə müraciət etsinlər? 
O, cavabında dedi: “Cəddəyə (yə`ni Həzrət Süsənə), 
İmam Həsən Əsgərinin (ə) anasına müraciət etsinlər”. 
Şeyx  Səduq  bu  mətləbi  nəql  etdikdən  sonra  yazır: 
“Bu  cümlə  onun  (Süsənin)  şərafətinin,  kamal  və 
məqamının əzəmətini sonsuz həddə bəyan edir. Bu qadın 
o  ümmətlə  İmam  Məhdi  (ə.f.)  arasında  vasitə  olmaq, 
vəsilik  və  imamət  sirlərini  daşımaq  ləyaqətini 
qazanmışdı”.
184
 
12-Ġmam Zamanın (ə) anası Həzrət Nərgiz (ə) 
Qədim  döyüşlərdə,  adət  üzrə  bir  kəndi,  ya  şəhəri 
fəth  etsəydilər,  düşmən  qoşununun  kişi  və  qadınlarını 
əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın 
(ə)  anası  çox  iffətli,  pak  və  möhtərəm  bir  qadın  idi. 
Həzrət Nərgiz şərqi Rumdan (indiki Türkiyə ərazisindən) 
döyüş  əsirləri  arasında  İraqa  gətirilmiş  qızlardan  idi. 
İmam  Hadi  (ə)  onu  alaraq  oğlu  İmam  Həsən  Əsgəri  (ə) 
(on  birinci  İmam və  Həzrət  İmam Zamanın  (ə)  atası)  ilə 
ailə  qurmaq  üçün  seçdi.  Bu  evlənmə  nəticəsində  nurani 
bir  övlad,  yə`ni  Həzrət  İmam  Zaman (ə) 255-ci  hicri  ili, 
                                            
183
  İkmaluddin,  Səduq,  Rəyahinuş-şəriətə  uyğun  nəql  olunub,  3-cü 
cild,  səh.24  və  25;  Bütün  İmamların  (ə)  analarının  məzarları 
Mədinədə  yerləşir,  lakin  Həzrət  Süsənin  qəbri  Samirra  şəhərində 
İmam Həsən Əsgərinin (ə) qəbri kənarındadır. 
184
 Həmin mənbə. 


 
126 
şaban ayının 15-də Samirra şəhərində dünyaya gəldi. İndi 
isə  dünya  həmin  şəxsin  vücuduna  bağlıdır  və  o  qeyb 
pərdəsi  arxasındadır.  Bir  gün  gələcək,  dünya  onun 
rəhbərliyi  və  nəzarəti  altında  ədalət,  məhəbbət  və  səfa-
səmimiyyətlə  dolacaqdır.  İndi  isə  diqqət  yetirin,  İmam 
Zamanın (ə) anası Nərgiz Xatun (ə) 
185
  kimdir  və  İmam 
Həsən Əsgərinin (ə) evinə necə gəlib çıxdı? 
NƏRGĠZ - (Ə) ĠSANIN (Ə) VƏSĠSĠ ġƏM`UNUN 
NƏVƏSĠ 
İmam Zamanın (ə) anasının adı “Məleykə” (Məlika) 
idi.  O,  ata  tərəfindən  şərqi  Rum  imperatorunun  oğlu 
Yəşuanın  qızı,  ana  tərəfindən  isə  Şəmunun  nəvəsidir. 
Şəm`un  Həzrət  İsanın  (ə)  yaxın  sirdaşlarından  və  onun 
vəsisiydi.  Məleykə  sarayda,  imperator  ailəsində 
yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə 
bil  ki,  heç  bu  ailədə  yaşamırdı.  O,  anasına  və  öz  anası 
tərəfə oxşamış, Şəm`un kimi yaşamış və İsa ibn Məryəm 
kimi  səfa-səmimiyyətli,  mə`nəviyyatlı  olub  xüsusi  bir 
paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator 
ailəsi  ilə  qaynayıb  qarışmaq  istəmirdi.  Əksinə,  çox 
istəyirdi  ki,  pak  və  allahpərəst  bir  ailədə  yaşasın.  Allah 
ona  kömək  etdi  və  o,  mö`cüzəli  bir  şəkildə  hədəf  və 
istəyinə çatdı. 
HƏZRƏT NƏRGĠZĠN (Ə) ELÇĠLĠYĠ VƏ NĠKAH 
MƏCLĠSĠ 
Məleykə  evlənmək  yaşına  çatanda  babası  Rum 
imperatoru  onu  qardaşı  oğlu  ilə  evləndirmək  istədi.  Heç 
kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün 
imperator  özü  qardaşı  oğlu  tərəfindən  Məleykəyə  elçilik 
etdi  və  sonra  çox  əzəmətli  bir  nikah  məclisi  qurdu.  O 
məclisdə  üç  yüz  nəfər  seçilmiş  ruhani,  xaçpərəst  keşişi, 
                                            
185
 Həzrət Nərgizin (ə) əsil adı Məlika idi. Sonralar Nərgiz və Siqəl 
də adlandırılmışdır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə