İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 
127 
yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər 
əşraf, e`timadlı və varlı adamlardan iştirak edirdi. 
Məclis  imperatorun  əzəmətli  sarayında  təşkil 
olundu. Sarayın xüsusi  yerində əqiq,  yaqut, qızıl, gümüş 
və  müxtəlif  lə`l-cəvahirlərlə  bəzədilmiş  böyük  bir  taxt 
qoydular.  İmperatorun  qardaşı  oğlu  o  taxtın  üstündə 
oturdu.  Nikah  mərasimi  tədarükü  görüldü.  Qapıçı  və 
xidmətçilərin  hər  biri  xüsusi  xidmət  paltarlarıyla  öz 
yerlərində  durdular.  Sarayın  ətrafındakı  qırx  çıraq  və 
digər  çilçıraqlar  məclisə  xüsusi  gözəllik  verirdi.  Zəng 
çalındı.  Tanınmış  məsihi  ruhaniləri  əllərində  müqəddəs 
İncili  açıb  bir  neçə  ayə  oxumaq  istəyəndə  zəlzələ  baş 
verdi. Saray titrədi. Hər kəs taxtın üstündə oturmuşdusa, 
yerə yıxıldı. İmperatorun özü və qardaşı oğlu da taxtdan 
yerə  yıxıldılar.  Orada  olanları  qorxu  və  titrətmə  bürüdü. 
Böyük  keşişlərdən  biri  imperatorun  hüzuruna  gəldi  və 
ərz etdi: “Bu təəccüblü hadisə Allahın qəzəb və bəlasının 
nişanəsi,  mərasimin  sona  yetməsinin  əlamətidir.  Bizi 
mürəxxəs etsəydiniz gedərdik”. 
İmperator məclisin xətm olmasını e`lan etdi və hamı 
dağıldı.  Sonra  əmr  etdi  ki,  yerə  düşmüş  çırağı,  qəndili, 
taxtı və digər əşyaların hamısını öz yerinə qoysunlar. 
İmperator  bu  dəfə  qərara  gəldi  ki,  Məleykəni  digər 
qardaşı  oğlu  ilə  evləndirsin  və  öz-özünə  dedi:  “Bu 
zəlzələ hadisəsi onun üçün idi ki, Məleykə birinci qardaşı 
oğlu ilə deyil, ikinci qardaşı oğlu ilə evlənsin”. 
Sarayı  məclis  keçirmək  üçün  ötən  dəfəki  kimi 
bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə 
durdular. Taxtı da öz yerinə qoydular. Möhtərəm  məsihi 
ruhaniləri  xüsusi  paltarlarda  əllərində  şamdanlar  taxtın 
kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus 
taxtda  oturdu.  Nikah  mərasimi  başladı.  Keşişlər  nikahı 
oxumaq  istəyəndə  yenə  də  zəlzələ  baş  verdi.  Bütün 
məclisdəkilər  pərişan  oldular,  rəngləri  qaçdı  və  məclis 
bir-birinə  dəydi,  taxtlar  çevrildi.  İmperator  və  ikinci 


 
128 
qardaşı  oğlu  da  taxtdan  yerə  yıxıldılar.  Hamı  dəhşətli 
halda  sarayı  tərk  edərək  öz  evinə  getdi.  İmperator  qəm-
qüssə və fikir içində qərq oldu. Bir an da olsun belə bu 
iki təəccüblü hadisəni unutmurdu. 
NƏRGĠZĠN (Ə) MARAQLI YUXUSU 
Məleykə  pak  təbiətli  bir  qız  olduğu  üçün  o  cür 
adamlarla  evlənməyə  razı  deyildi.  Onun  arzusu 
allahpərəstlik,  mə`nəviyyat  və  səfa-səmimiyyətlə  dolu 
olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu 
da  fikir  içində  qərq  etdi.  O  öz-özünə  deyirdi:  «Mənim 
axırım necə olacaq? Axırda hara gedəcəm? Pərvərdigara 
mənə kömək ol və mənə nicat ver». 
O  daim fikirli  və  qəmgin  olardı.  Bir  gecə  onu  yuxu 
apardı.  Yuxu  aləmində  gördü  ki,  cəddi  Şəm`un  Həzrət 
Məsihlə (ə)  və Həzrət Məsihin  (ə)  ən  yaxın  sirdaşlarıyla 
birgə  saraya  daxil  oldular.  Birdən  imperatorun  taxtının 
yerində əzəmətli bir minbər qoyuldu. Sonra gördü ki, on 
iki nəfər çox xoş simalı, nurani və gözəl kişi saraya daxil 
oldular.  Yuxu  aləmində  Məleykəyə  deyildi:  “Saraya 
daxil  olan  bu  adamlar  İslam  Peyğəmbəri  (s),  İmam  Əli 
(ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), 
İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam 
Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən 
Əsgəridir (ə)”. 
Birdən  müşahidə  etdi  ki,  İslam  Peyğəmbəri  (s) 
üzünü  Həzrət  Məsihə  (ə)  çevirərək  dedi:  “Biz  bura 
Məleykəni Şəm`undan oğlum Həsən Əsgəriyə (ə) almaq 
üçün gəlmişik”. 
Həzrət  Məsih  (ə)  Şəm`una  dedi:  “Bəh-bəh!  Səadət 
sənə üz gətirib. Özünü Məhəmmədin (s) ailəsi ilə qohum 
et”. 
Şəm`un  bu  təklifdən  çox  sevindi.  Sonra  Həzrət 
Məhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və 
Məleykə ilə İmam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. 


 
129 
Sonra  Həzrət  Məsih  (ə),  Şəm`un  və  Həzrət  Məsihin  (ə) 
yaxın  sirdaşları  bu  nikaha  şəhadət  verdilər  (şahid 
olduqlarını bildirdilər). 
YUXU ALƏMĠNDƏ ĠSLAMI QƏBUL ETMƏSĠ 
Məleykə  deyir:  “Yuxudan  oyandım.  Ancaq  mənə 
təhlükə  yaranmaması  üçün  yuxumu  heç  kimə,  hətta 
cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin 
gecə-gündüz bu maraqlı yuxu  barəsində fikirləşirdim və 
öz-özümə  deyirdim:  “Mən  buradayam.  İmam  Həsən 
Əsgəri  (ə)  isə  buradan  çox  uzaq  bir  şəhərdədir.  Onun 
evinə  necə  gedib  çıxa  bilərəm?  İmam  Həsən  Əsgərinin 
(ə)  məhəbbəti  tamam  qəlbimi  bürümüşdü.  Yalnız  onun 
barəsində  fikirləşirdim.  Axırda  xəstələnib  yatağa 
düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə 
gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki 
mənim  xəstəliyim  cismi  xəstəlik  deyildi  ki,  onların 
müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub 
dedi: “Sənin bir arzun varmı ki, onu yerinə yetirim?” 
Ona  dedim:  Arzum  budur  ki,  döyüşdə  əsir  düşmüş 
müsəlman  dustaqlara  çətinlik  yaratmayasınız,  onlara 
işgəncə  verməyəsiniz.  Bəlkə  bu  yaxşı  işə  görə  Allah 
mənim  halımı  yaxşılaşdıra,  sağlamlığımı  mənə  qaytara, 
Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə 
mənə lütf və mərhəmət edələr. 
Atam  mənim  istəyimi  yerinə  yetirdi.  Müsəlman 
dustaqlarının  bir  hissəsini  azad  etdi.  Bə`zilərinin  də 
cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O 
gündən  sonra  mənim  halım  günbə-gün  yaxşılaşırdı.  Bu 
səbəb  oldu  ki,  atam  müsəlman  dustaqlarından  çoxunun 
ürəyini  ələ  almağa,  bağışlamağa  və  onları  razı  salmağı 
əmr  etdi.  Bu  hadisədən  on  dörd  gecə  ötdü.  Bir  gecə 
yatdım və  yuxuda  gördüm ki,  dünya və axirətin  əziz və 
möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), Həzrət Məryəm (ə) 
və  bir  neçə  digər  qadınla  mənim  yanım  gəldilər.  Həzrət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə