İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
134 
Xatuna  xəbər  verdi  və  ona  buyurdu:  “Bu,  intizarında 
olduğun o möhtərəm qadındır”. 
Həkimə onu bağrına basdı, xoş gəldin və təbrik dedi. 
İmam  Hadi  (ə)  ona  buyurdu:  “İslamın  izzətini, 
xristianlığın zillətini necə gördün?” 
O ərz etdi: “Sizin məndən daha yaxşı bildiyiniz şeyi 
mən necə deyə bilərəm”. 
Sonra  İmam  Hadi  (ə)  bacısı  Həkiməyə  buyurdu: 
“Onu  evə  apar  və  İslam  dininin  hökmlərini  öyrət.  O, 
oğlum  Həsənin  həyat  yoldaşı  və  Ali  Məhəmmədin  (s) 
Məhdisinin (ə) anası olacaq”. 
ĠMAM HADĠNĠN (Ə) NƏRGĠZƏ (Ə) MÜJDƏSĠ 
İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: “Müjdə 
olsun  sənə,  dünya  zülmə  qərq  olduqdan  sonra  onu 
başdan-başa ədalət dolu hökumət nuru ilə dolduracaq bir 
övladla!” 
Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat 
tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu 
babası)  Şəm`unun  yolunu  getdi  və  həmin  müqəddəs 
əqidə  və  hədəfi  davam  etdirdi.  Allah  da  ona  bu  işdə 
yardım  etdi.  Sonra  o,  İmam  Həsən  Əsgərinin  (ə)  həyat 
yoldaşı və Həzrət İmam Zamanın (ə) anası olmaq ləyaqət 
və  iftixarına  nail  oldu.  İmam  Hadinin  (ə)  bacısı  onu 
Seyyidə  (Xanım)  kimi  çağırardı.  Bu  xoş  səadətli  qadın 
hicri  261-ci  ildə,  bə`zi  rəvayətlərə  əsasən  İmam  Həsən 
Əsgəridən (ə) qabaq dünyadan getdi. Onun qəbri Samirra 
şəhərində  İmam  Həsən  Əsgərinin  (ə)  məzarının 
yanındadır.
186
  Bu  qadının  iste`dad  və  ləyaqəti  onun 
şəxsiyyətini  elə  bir  məqama  çatdırdı  ki,  bəşəriyyət 
aləminə nicat verən Ali Məhəmmədin (s) Qaimi (ə) onun 
tə`lim-tərbiyəsi ilə böyüdü.  
                                            
186
  Bihar,  51-ci  cild,  səh.6-dan  səh.10-a  qədər;  Rəyahinuş-şəriət,  3-
cü cild, səh.24-dən səh.32-yə qədər. 


 
135 
BĠR NEÇƏ GÖRKƏMLĠ ġƏXSĠYYƏT VƏ ALĠM 
QADINLARDAN XATĠRƏ 
İslam  tarixi  boyunca  digər  bir  neçə  görkəmli  alim 
qadınlar  da  olmuş  və  onların  hər  biri  öz  dövründə 
parlayıb  nur  saçmışlar.  Burada  sizin  nəzərinizi  onlardan 
bir neçə nümunəsinə cəlb edirik. 
ÜMMÜ XALĠD 
Ümmü  Xalid  Mə`bədiyyə  yaxşı  və  mə`rifətli  şiə 
qadınlarından  idi.  Bir  zaman  o,  mə`də  xəstəliyi  tapdı. 
Müalicə üçün təbibin yanına getdikdə, təbib ona bildirdi: 
“Bir  az  şərabla  qarut  (buğda  ya  noxud)  ununu  bir  neçə 
gün ye, yaxşılaşacaqsan”. 
Bu  qadın  öz-özünə  dedi:  “Sağalmaq  üçün  şərab 
içmək olar, yoxsa yox?” 
Qərara  gəldi  ki,  bu  məsələni  İmam  Sadiqdən  (ə) 
soruşsun.  O,  Həzrətin  (ə)  hüzuruna  gəldi  və  əhvalatı 
Həzrətə (ə) ərz etdi. İmam Sadiq (ə) buyurdu: “Səni onu 
içməməyə nə məcbur edir?”  
O  dedi:  “Mən  sizə  itaət  etmək  ipini  öz  boynuma 
salmışam” (Yə`ni qiyamət günü deyəcəm ki, Məhəmməd 
ibn  Cəfər  (ə)  məni  əmr  və  nəhy  edəndə,  mən  də  onun 
əmrlərinə itaət etdim). 
İmam  Sadiq  (ə)  üzünü  ona  çevirdi  və  buyurdu: 
“Ondan  hətta  bir  damcısını  da  dadma.  Yox,  and  olsun 
Allaha! Sənə ondan bir damcı da olsun belə içməyə icazə 
verməyəcəm”. 
Sonra  üç  dəfə  buyurdu:  “Ölüm  boğaza  çatanda 
(əliylə  boğazına  işarə  etdi)  peşiman  olacaqsan, 
anladınmı?”
187
 
ġƏHĠDĠ-ƏVVƏLĠN HƏYAT YOLDAġI ÜMMÜ ƏLĠ 
                                            
187
 Vəsailuş-şiə, 17-ci cild, səh.257. 


 
136 
Şəhidi-Əvvəl (fiqh kitabı “Lüm`ə”nin müəllifi) kimi 
tanınmış  Şəmsuddinin  (876-cı  hicri  qəməri  ilində  vəfat 
edib)  həyat  yoldaşı  Ümmü  Əli  müctəhidə  və  pərhizkar 
qadınlardan  idi.  Şəhidi-Əvvəl  onu  tə`rifləyər  və 
qadınlara,  dini  məsələləri  öyrənmək  üçün  ona  müraciət 
etmələrini  tapşırardı.  Onun  Rəziyuddin  (Məhəmməd), 
Ziyauddin  (Əli)  və  Cəmaluddin  (Həsən)  kimi  müctəhid 
oğlanları  bu  qadının  tə`lim-tərbiyəsi  ilə  boya-başa 
çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da 
var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, 
ictihad  və  pərhizkarlığın  sərhəddinə  kimi  çatmışdı. 
Şəhidi-Əvvəlin göstərişiylə qadınlar din elmlərini ondan 
öyrənərdilər.  O,  Şəhidi-Əvvəlin  tapşırığı  ilə  öhdəsinə 
qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, 
onu  “Sittul-Məşayix”  (hədis  ustadlarının  Xanımı) 
çağırardılar.
188
 
MĠRZƏ KUÇĠK XANIN HƏYAT YOLDAġI 
Qəhrəman,  vəfalı  və  düşüncəli  qadınlardan  biri  də 
(ingilis  istismarçıları  ilə  mübarizə  aparmış  meşə  sərdarı) 
Mirzə  Kuçik  Xanın  həyat  yoldaşı  idi.  Bu  xanım  ərinin 
həyatının ən çətin anlarında onunla idi və onunla birlikdə 
çiyin-çiyinə  mübarizə  aparırdı.  Mirzə  ona  dedi:  “Sən 
həyatımda  mənim  üçün  elə  bir  qadınsan  ki,  ən  çətin 
şəraitdə  dağ  kimi  müqavimətli  olmusan  və  eyni  halda 
mənə  olan  məhəbbətin  bir  zərrə  də  azalmayıb.  Həyatda 
yoldaş  və  həyatımın,  ömrümün  şəriki  olmağın  mə`nası 
budur.  Sənə  minnətdaram!  Uca  Allahdan  sənin  üçün  ən 
böyük mükafatı arzu edirəm”. 
Bu sözü dedi, həyat yoldaşı ilə xudafizləşdi və daha 
qayıtmayıb şəhid oldu.
189
 
PƏRVĠN E`TĠSAMĠ 
                                            
188
 Səfinətul-bihar, 1-ci cild, səh.722. 
189
 Sərdare cəngəl, 384. 


 
137 
Alim və nümunəvi qadınlardan biri də şe`r divanının 
müəllifi, şairə qadın Pərvin E`tisamidir. O, 1285-ci hicri 
şəmsi ilində Təbrizdə  anadan olub. Hələ ömrünün 35-ci 
baharını  yaşamamış  hicri  şəmsi  1320-ci  il  fərvərdin 
ayının  16-sı,  şənbə  gecəsi  dünyasını  dəyişib.  Bu  qadın 
çox dərin mə`nalı şe`rlərdən ibarət olan divanını özündən 
yadigar  qoyub.  Onun  məzarı  müqəddəs  Qum  şəhərində 
Həzrət  Xanım  Mə`sumənin  (ə)  hərəminin  böyük 
səhnində (Astanə meydanı tərəfdən hərəmə daxil olanda, 
sağ  tərəfdəki  ikinci  otaqda)  yerləşir.  O  xanımın 
şe`rlərindən bir neçə sətri sizə təqdim edirik. 
Bil ki, İran qadının nadanlıq etmişdir əsir, 
Həm ərə, həm arvada elmin nuru bir rütbədir. 
Həmçinin buyurub: 
Qadınla kişinin vəzifəsi nə? 
Dənizçi gəmini aparır önə. 
Gəmi möhkəmdirsə, dənizçi aqil 
Tufandan qorxu yox, əldədir sahil. 
BÖYÜK MƏQAM SAHĠBĠ VƏ MÜCTƏHĠDƏ QADIN 
XANIM ĠSFƏHANĠ 
Haqqında  qeyd  etdiyimiz  qadınlardan  biri  də 
möhtərəm  alim,  filosof,  müctəhid,  zamanədə  nadir  və 
müasir  qadın  kimi  tanınmış  Xanım  İsfəhani  Nüsrət 
Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan 
olub.  Atası  mərhum  Hacı  Seyyid  Məhəmməd  Əli 
Əminut-Tuccar  idi.  Onun  anası  da  abidə  və  pak  bir 
qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş 
yaşında İsfahanın tanınmış və mö`təbər tacirlərindən olan 
öz  əmisi  oğlu  Hacı  Muinut-Tuccarla  evlənib.  O  uşaqlıq 
dövrlərindən  iste`dad  sahibi  və  İslam  elmlərini 
öyrənməyə  çox  meyilli  idi.  Onun  ustadlarından  biri 
mərhum  Ayətullah  Hacı  Mir  Seyyid  Əli  Nəcəfabadidir. 
O  deyir:  “Bir  gün  eşitdim  ki,  Xanım  İsfəhaninin  uşağı 
dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə