İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

 
130 
Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. 
İxtiyarsız  həyat  yoldaşım  İmam  Həsən  Əsgərini  (ə) 
xatırladım.  Ürəyim  üzüldü  və  Fatimeyi-Zəhraya  (ə)  ərz 
etdim  ki,  İmam  Həsən  Əsgəridən  (ə)  gileyliyəm.  Mənə 
baş  çəkmir.  Daha  ağlamaq  mənə  aman  vermədi,  zarzar 
ağladım.  Həzrət  Fatimə  (ə)  buyurdu:  “Nə  qədər  ki,  sən 
xaçpərəstsən,  oğlum  sənin  sorağına  gəlməyəcək.  Əgər 
Allah  və  Həzrət  Məsihin  (ə)  səndən  razı  qalmasını 
istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İmam Həsən 
Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”. 
Mən  dedim:  “Ey  möhtərəm  xanım!  Bütün 
vücudumla İslamı qəbul etməyə hazıram”. 
Həzrət (ə) buyurdu: “De, əşhədu ənla ilahə illəllahu 
və əşhədu ənnə Məhəmmədən (s) rəsulullah”. 
Mən  dedim:  “Allahın  birliyinə  və  Həzrət 
Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”. 
Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu 
bağrına  basıb  nəvaziş  etdi  və  buyurdu:  “Sevin!  Sənə 
müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) 
görüşünə  gələcək  və  sən  onun  ziyarətinə  müvəffəq 
olacaqsan!” 
Yuxudan  oyandım.  Çox  sevinirdim.  Daim  Allahın 
birliyinə  və  Məhəmmədin  (s)  peyğəmbərliyinə  şəhadəti 
dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında 
idim.  Hər  gecə  həmin  fikir  və  düşüncəylə  yatırdım.  Bir 
gecə  yuxuda  gördüm  ki,  İmam  Həsən  Əsgəri  (ə) 
görüşümə  gəldi.  Onunla  görüşdən  çox  sevindim. 
Gileyləndim  ki,  niyə  mənim  görüşümə  gəlmirdin? 
Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu. 
O  buyurdu:  “Ayrılığa  səbəb  bu  idi  ki,  sən  İslam 
dinində  deyildin.  Bundan  sonra  Allah  səni  zahirdə 
mənim  həyat  yoldaşım  edənə  kimi  görüşünə  gələcəm”. 
Yuxudan  oyandım.  Hər  gecə  o  böyük  insanı  yuxuda 
görərdim.  Bundan  sonra  halım  yaxşılığa  doğru  gedirdi. 


 
131 
Allahın  mərhəməti  ilə  öz  sağlamlığımı  yenidən  əldə 
etdim. 
RUMLULARLA MÜSƏLMANLARIN DÖYÜġÜ 
Məleykə  arzu  edirdi  ki,  bir  gün  Rum  imperatoru 
ailəsindən  uzaqlaşsın,  bu  ailənin  dünyapərəstlik 
mühitindən  nicat  tapsın  və  İmam  Həsən  Əsgərinin  (ə) 
evində xidmət və iftixar səadətinə nail olsun. Bu zaman 
rumlularla müsəlmanlar arasında uzunmüddətli müharibə 
davam  edirdi.  Bu  müharibələrdə  bəzən  müsəlmanlar 
qalib  gəlirdilər,  bə`zən  də  rumlular.  Təbiidir  ki, 
müharibədə  insanlar  əsir  alınıb,  əsarətə  düşərdilər.  Bu 
uzun müddətli döyüşlərdə bə`zən müsəlmanlar rumlulara 
əsir düşər, bə`zən də əksinə, rumlular müsəlmanlara əsir 
olardılar. O zaman adət-ən`ənə belə idi ki, əsirləri kəniz 
və  qul  kimi  satar,  ya  da  öz  əsirləri  ilə  dəyişərdilər. 
Səfərlərin birində, Məleykə bir neçə qadınla imperatorla 
birlikdə  olan  zaman  İslam  ordusuyla  rastlaşdılar. 
Rumlularla  İslam  ordusu  arasında  toqquşma  baş  verdi. 
Bu  savaşda  müsəlmanlar  qalib  gəldilər.  Qadınların  bir 
hissəsi, o cümlədən Məleykə müsəlmanlara əsir  oldular. 
Əsirləri  gəmilərlə  Dəclə  çayı  ilə  satmaq  üçün  Bağdada 
gətirdilər.  Alverçilərdən  biri,  Əmr  ibn  Yəzid  adlı 
tanınmış qul alverçisi idi. 
ĠMAM HADĠNĠN (Ə) TƏ`YĠN ETDĠYĠ 
NÜMAYƏNDƏ 
Bir  gün  İmam  Həsən  Əsəgərinin  (ə)  əziz  və 
möhtərəm  atası  İmam  Hadi  (ə)  Samirra  şəhərində 
təcrübəli  qul  alverçisi  olan  dostu  Buşr  ibn  Süleymanla 
görüşərək  ona  altında  öz  imzası  olan  rum  dilində 
yazılmış bir məktub verdi. Həmçinin ayrıca bir pul kisəsi 
də  verərək  buyurdu:  “İstəyirəm  Bağdada  gedib  bu  pul 
kisəsi ilə bir kənizi alıb bura gətirəsən”. 


 
132 
Buşr  ibn  Süleyman  dedi:  “Çox  yaxşı.  Hər  nə  əmr 
etsəniz itaət edərəm”. 
İmam  Hadi  (ə)  buyurdu:  “İndi  isə  eşit,  sənə  izah 
edim kənizi necə  alacaqsan.  Filan  gün  buradan  Bağdada 
tərəf  hərəkət  edərsən.  Çalış  ki,  filan  gün  dan  yeri 
sökülməmişdən 
qabaq 
Bağdadın 
tanınmış 
çay 
körpüsünün yanına yetişəsən. Ora çatanda görəcəksən ki, 
bir neçə gəmi öz yükünü boşaltmaq üçün çayın kənarına 
gəlirlər.  Bu  arada  əsir  düşmüş  qadınların  gəmidən 
düşürülüb,  kəniz  kimi  satışa  qoyulduğunu  görəcəksən. 
Müştərilər  gəlib  kənizləri  alıb  özləri  ilə  aparacaqlar. 
Diqqət  et.  Görəcəksən  ki,  gəmilərdən  birində  Əmr  ibn 
Yezid  bir  qızı  satır.  Qul  alverçiləri  kənizləri  alıcılara 
göstərəcəklər.  Amma  o  qız  özünü  göstərməyə  icazə 
verməyəcək. Öz hicab və iffətini qoruyacaq. O,  iki ipək 
paltar  geyinmiş  olacaq  və  çiynində  dəridən  qiymətli  bir 
paltarı  varıdır.  Qul  alanlar  onu  görüb  almaq  üçün  israr 
edərlər. O narahat olub rumca deyər: “Amandır, hicabım 
əldən getməsin!” 
Alıcılardan biri deyər: “Mən bu kənizi üç yüz dinara 
alıram”. 
Qız ona cavab verər: “Süleymanın mülkü qədərincə 
var-dövlətin olsa, sənin kənizin olmağa razı deyiləm”. 
Əmr  ibn  Yezid  o  qıza  deyər:  “Çarə  yoxdur,  gərək 
səni satam”. 
O  deyər:  “Tələsmə!  Mən  istədiyim  müştəri 
tapılacaq. Gərək müamilə iki tərəfin razılığı ilə olsun”. 
Bu  zaman  Əmr  ibn  Yezidin  yanına  get.  De  ki,  bu 
qadın  üçün  rum  dilində  yazılmış  bir  məktub  var.  Bu 
məktubu o qadına ver oxusun. Əgər razı olsa, onu nişanə 
və  əlamətləri  bu  məktubda  yazılmış  şəxs  üçün  alacam. 
Məktubu ona verəndə o, razı olacaq. Bu zaman onu al və 
buraya gətir”. 


 
133 
Məleykə  bir  neçə  qadınla  birlikdə  əsir  olanda,  onu 
heç  kəsin  tanımaması  üçün  özünü  Nərgiz  adlandırdı 
(onun ərəbcə tələffüzü Nərcisdir). 
Buşr  ibn  Süleyman  İmam  Hadinin  (ə)  tapşırığı 
əsasında  müəyyən  olunmuş  gün  Bağdada  gələrək  səhər 
tezdən  çaydakı  körpünün  yanına  getdi.  O,  burada 
gəmilərin  körpüyə  çatdığını  və  kənizlərin  satışa 
qoyulduğunu  gördü.  Bu  zaman  İmam  Hadinin  (ə) 
buyurduğu  xüsusiyyətlərə  malik  olan  kənizi  gördü. 
Müştərilər onu almaqda israr etsələr də o, onların kənizi 
olmağa  meyilli  deyildi.  Buşr  qabağa  gəldi  və  satıcının 
icazəsi  ilə  İmam  Hadinin  (ə)  məktubunu  Nərgizə  verdi. 
Nərgiz o məktubu oxuyanda ixtiyarsız əhvalı dəyişdi və 
gözləri  yaşardı.  Sevincindən  qəhər  boğazını  tutduğu 
halda  sahibi  Əmr  ibn  Yezidə  dedi:  “Məni  bu  məktubun 
sahibinə sat”. 
O  israr  və  tə`kidlə  hökmən  məktub  sahibinə 
satılmasını  tələb  etdi.  Əmr  ibn  Yezid  dedi:  “Çox  yaxşı. 
Mane yoxdur”. 
Sonra qiymət barəsində Buşr ibn Süleymanla söhbət 
etdi.  O,  İmam  Hadinin  (ə)  göndərdiyi  kisədəki  həmin 
miqdar  pulla  razılaşdı.  Buşr  deyir:  “Pul  kisəsini  verib 
kənizi  aldım  və  onunla  birlikdə  oradan  çıxıb  yola 
düşdük.  O  tez-tez  məktubu  çıxardıb  öpür  və  gözlərinə 
sürtürdü.  Mən  təəccüblənib  dedim:  “Sən  ki,  məktub 
sahibini tanımırsan, niyə məktubu bu qədər öpürsən?” 
O  dedi:  “Sənin  mə`rifət  və  agahlığın  azdır.  Əgər 
Peyğəmbəri  (s)  və  onun  canişinlərini  tanısaydın,  belə 
deməzdin?” 
Sonra öz əhvalatını əvvəldən axıra kimi mənim üçün 
danışdı.  Mən  Həzrət  Nərgizin  (ə)  ali  və  uca  düşüncəli, 
mə`nəvi şəxsiyyətini və paklığını anladım. Bundan sonra 
ona  çox  ehtiram  etdim.  Samirraya  çatdıq.  Onu  İmam 
Hadinin  (ə)  hüzuruna  apardım.  İmam  Hadi  (ə)  ona  “xoş 
gəldin”  dedi  və  əhvalını  soruşdu.  Sonra  bacısı  Həkimə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə