İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
145 
sərvəti olmayan, lakin fazil və alim bir oğlana ərə verəm. 
Bu da sənin razılığından asılıdır”. 
Aminə cavabında dedi: “Yoxsulluq ki, eyb deyil”. 
Əllamə  onun  razılığını  alıb  toya  hazırlıq  görür. 
Aminə çox sadə şəkildə ər evinə gedir. Bu qadın o qədər 
mehriban  idi  ki,  əri  elmi  kitabları  mütaliə  edəndə,  elə 
vaxt  olurdu  ki,  bə`zi  məsələləri  həll  edə  bilmirdi  və 
ondan  kömək  istəyirdi,  Aminə  də  məsələni  həll  edərdi. 
Təzə evləndikləri zaman bir gün Molla Saleh evdən çölə 
çıxdı.  Qayıtdıqdan  sonra  gördü  ki,  həyat  yoldaşı 
məsələnin  cavabını  doğru-düzgün  yazıb  qoyub.  Bunu 
görə Saleh səcdəyə gedərək səhərə qədər ibadət və şükür 
etməklə  məşğul  oldu.  Onun  bu  əməli  üç  gün  çəkdi. 
Əllamə  macəradan  xəbərdar  oldu.  Molla  Salehi  çağırdı 
və ona dedi:  “Əgər qızımla evlənmək istəmirsənsə, səni 
başqa bir qızla evləndirim”. 
O cavabında dedi: “Əksinə, Allahın mənə əta etdiyi 
ne`mətinə  görə  şükür  və  ibadət  edirəm.  Ancaq  nə  qədər 
çalışıramsa,  görürəm  ki,  bu  şükürü  yerinə  yetirə 
bilmirəm”.
200
 
TOY LƏVAZĠMATI YERĠNƏ SĠLAH ALMAQ 
Həzrət Peyğəmbərin (s) dövründə Sə`dul-Əsvəd adlı 
bir müsəlman evlənə bilmirdi. Heç bir qadın onunla ailə 
qurmağa razı deyildi. Axırda əhvalatı Həzrət Peyğəmbərə 
(s) danışdı. Peyğəmbər (s) onu Ömər ibn Vəhəbin qızıyla 
nişanladı. Sə`d Peyğəmbərin (s) bu işindən çox şad oldu 
və  evlənmək  üçün  toy  tədarükü  görməyə  başladı.  Toy 
üçün tə`yin olunmuş vaxt gəlib çatdı. Sə`d toy ləvazimatı 
almaq  üçün  bazara  gedəndə birdən  qulağına  belə bir  səs 
dəydi: “Əl-cihad, əl-cihad”. 
“Döyüşə  hazırlaşın!  Tələsin,  silahınızı  götürüb, 
atlara minin. Fürsəti əldən verməyin . . . “. 
                                            
200
 Səfinətul-bihar, 2-ci cild, səh.41. 


 
146 
Sə`d  bir  az  fikirləşdi.  Sonra  qərara  gəldi  ki,  toy 
ləvazimatı  yerinə  qılınc  və  nizə  alsın.  O,  bunları  alıb 
özünü  İslam  ordusunun  döyüşçülərinə  çatdırdı  və  böyük 
qəhrəmanlıqla döyüşüb axırda şəhid oldu.
201
 
İndi  bizim  bundan  da  çox  cavanlarımız  vardır  ki, 
bütün varlığını İslam yolunda fəda etmişlər. Gəlin biz də 
bu  cavanlar  kimi  olaq.  Qadınlar  da  çətin  anlarda  və 
böhranlı vəziyyətlərdə gərək bu cür fikirləşsinlər. 
3-Ailədə qayda-qanunun və səfa-səmimiyyətin qorunub 
saxlanılması 
Məhəbbət 
ər-arvad 
arasındakı 
mehribanlığın 
bünövrəsi  və  övladların  tərbiyəsində  mühüm  amildir. 
Övladların  yoldan  azmalarının  və  törətdikləri  fəsadların 
əsas  səbəbi  ərlə  arvad  arasında  İslami  məhəbbətin  və 
düzgün  qayda-qanunun  olmamasıdır.  Məsələn,  kişinin, 
ya  qadının  narkotik  maddələrə  qurşanması,  namuslu  və 
iffətli olmaqda İslam qayda-qanunlarına riayət etməməsi 
və  onların  inadkarlığı  uşaqları  yoldan  elə  azdırır  ki,  elə 
bil daha onlar üçün çıxış yolu qalmır. Şübhəsiz ki, gərək 
evdə  mehribanlıq  olsun,  uşaqlar  rahat  və  arxayın  boya-
başa çatsınlar. Daha nigarançılıq və iztirab onlara hakim 
olmasın. İmam Sadiq (ə) buyurur: “Allah rəhmət etsin o 
kişiyə ki, həyat yoldaşıyla yaxşı rəftar edər. Çünki Allah 
onu həyat yoldaşı üçün himayəçi tə`yin etmişdir”. 
Həmçinin buyurur: “Kişinin ən pis düşməni əxlaqsız 
arvaddır”.
202
 
Qadın  və  qızların  şəxsiyyəti,  kişi  və  oğlanların 
şəxsiyyəti  kimi  qorunub  saxlanılsın.  Əgər  qadının 
şəxsiyyəti  tapdanılsa,  qəlbində  özünü  alçaldılmış  hiss 
edər. Bə`zən qızlar bu səbəbə görə, özlərini “alçaldılmış” 
bilib,  eyibli  olduqlarını  güman  edirlər.  Nəticədə 
evlənməkdən  boyun  qaçırır  və  buna  görə  də  cəmiyyət 
                                            
201
 İslam tarixi dastanlarından, 2-ci cild, səh.45. 
202
 Qisarul-cuməl, səh.289. 


 
147 
digər fəsadlarla üzləşir. Qur`an “Bəqərə” surəsinin 186-cı 
ayəsində, ər-arvadı bir-biri üçün “libas” bilir və buyurur: 
“Onlar sizin, siz də onların libasısınız”. 
Burada “libas” kəlməsi onların hər ikisini bir-birinin 
eybini  örtməsinə,  abır-həyalarını  qorumasına  və  özlərini 
iki  bədəndə  bir  ruh  kimi  hiss  etmələrinə  çox  gözəl  bir 
işarədir. Həzrət Peyğəmbər (s) qadınlara, digər qadınların 
örtülü  və  eyib  yerləri  barəsində  ərlərinə  danışanlarla 
oturub-durmağı nəhy edər və buyurardı: “Əgər bir qadın, 
başqa  bir  qadının  xüsusiyyətlərini  (yə`ni  örtülü  yerləri 
barəsində) öz ərinə danışsa, onun əri o qadının bədənini 
görmüş kimi olur”.
203
 
İndi  isə  qadınların  hüququna  riayət  etməyə  çox 
diqqət yetirmək üçün aşağıdakı Qur`ana aid bir əhvalata 
nəzər salın: 
“Həzrət Peyğəmbərin (s) zamanı idi. Ovs ibn Samit 
evinə  gələndə  mehriban  həyat  yoldaşını  namazda  səcdə 
halında  gördü.  İstədi  ki,  namazdan  sonra  onunla  cinsi 
əlaqədə  olsun.  Lakin  həyat  yoldaşı  bu  işə  meyilsiz 
olduğunu bildirdi. O narazı oldu və dedi: “Əntə ələyyə kə 
zəhri ummi”. 
O zaman bu sözə “zihar” deyilir, qadını boşamaq və 
onun kişiyə əbədi haram olması sayılardı. Xovlə hərçənd 
ki,  təqsirkar  idi,  amma  Ovs  da  tələsik  belə  qərara 
gəlməməli  və  arvadının  şəxsiyyətini  sındırmamalıydı. 
Hər halda o çox peşiman oldu və çarə yolu fikirləşməyə 
başladı. Xovlə də çox narahat olaraq özünü Peyğəmbərin 
(s)  yanına  çatdırdı.  Əhvalatı  ərz  etdi  və  bildirdi:  “Ovs 
mənim əmim oğludur. Ondan bir neçə övlad sahibiyəm. 
Onu çox sevirəm. Görəsən bir çarə yolu var?” 
Peyğəmbər  (s)  buyurdu:  “Hələlik  bu  barədə  Allah 
tərəfindən  bir  əmr  yoxdur.  Əgər  bir  əmr  olsa  sizə 
bildirərəm”. 
                                            
203
 Təfsire ibn Kəsir, 3-cü cild, səh.284. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə