İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
142 
Bir gün səhabələr Həzrət Rəsulullahın (s) hüzurunda 
idilər. Həzrət (s) onlardan soruşdu: “Qadın üçün ən yaxşı 
şey nədir?” 
Heç  kəs  düzgün  cavab  verə  bilmədi.  Həzrət  Əli  (ə) 
Peyğəmbərin  (s)  sualını  Fatimədən  (s)  soruşdu.  Fatimə 
(ə)  buyurdu:  “Qadın  üçün  ən  yaxşı  şey  odur  ki,  özgə 
kişiləri görməsin və özgə kişilər də onu görməsin”. 
Peyğəmbər  (s)  bu  sözləri  eşidəndə  sevindi,  cavabı 
bəyəndi  və  buyurdu:  “Fatimə  (ə)  mənim  bədənimin 
yarısıdır”.
194
 
İran  və  Əlcəzair  inqilablarında  qadının  hicabı 
düşmən  əleyhinə  şəhidlərin  qanından  da  güclü  silah  idi. 
Beləliklə, hicab bədbəxtlik və fəlakət amili deyil. Əksinə 
hicabsızlıq  bədbəxtlik  amilidir.  Hicab  isə  inkişaf  və 
ümidverici amildi. 
2-Qızların və qadınların ailə qurması 
Qız  həddi-büluğa  çatanda  oğlanlar  kimi  evlənmək 
onun üçün də təbii olur. Bundan imtina etmək axar suyun 
əksinə  üzmək  kimi  bir  işdir.  Bu,  təkcə  onun  inkişafının 
qarşısını  almaqla  nəticələnmir,  onu  süquta  uğradır. 
Xülasə,  ailə  qurmaq  məsələsində  qadının  hüququna 
kamil  şəkildə  riayət  olunmalıdır.  Hər  şeydən  mühüm 
budur  ki,  evlənmək  məsələsində  toyu  çətinləşdirmək, 
bərbəzəkli  keçirmək,  boş  və  mə`nasız  xərclərə  yol 
vermək  kimi  lazımsız  əməlləri  hər  iki  tərəf  aradan 
qaldırmalıdır.  Toy  İslamın  ilk  vaxtlarındakı  kimi  çox 
sadə keçirilməlidir ki, hər iki tərəfdən heç kəs məşəqqətə 
düçar olmasın. Kişi azad olduğu kimi qız və qadınlar da 
özlərinə həyat  yoldaşı seçməkdə azaddırlar. Belə işlərdə 
gərək  qız  və  qadının  şəxsiyyəti  sınmasın.  İki  həyat 
yoldaşının  razılığı  və  mehriban  olmaları  üçün  gərək 
lazım  olan  tədbirlər  görülsün.  Bir  sözlə,  əgər  kişi  ilə 
                                            
194
 Kəşful-ğəmmə, 2-ci cild, səh.92. 


 
143 
qadının  İslami  hüquqlarına  riayət  olunsa,  bir  çox 
problemlər öz düzgün həllini tapacaq. 
Həzrət  Peyğəmbər  (s)  buyurub:  “İslamda  Allah 
yanında evlənmək kimi sevimli heç bir əməl yoxdur”.
195
 
İmam  Sadiq  (ə)  buyurub:  “Evlənməkdə  əsas 
götürülən ölçü iffət və namuslu olmaqdır.
196
  
Həzrət  Peyğəmbər  (s)  buyurub:  “Qızınız  üçün  elçi 
gələnin  yaxşı  əxlaqı  və  dinindən  razı  qalsanız,  ona 
müsbət  cavab  verin.  Əgər  belə  etməsəniz,  böyük  bir 
fitnə-fəsad bərpa olacaq”.
197
 
Əlbəttə,  oğlanın  razılığı  lazım  olduğu  kimi,  gərək 
qızın da razılığına kamil şəkildə riayət olunsun.  İndi isə 
bu əhvalata diqqət yetirin:  
Peyğəmbərin  dövrü  idi.  Cavan  bir  qızın  atası, 
məsləhətləşmədən  onun  ailə  qurması  üçün  toy  tədarükü 
gördü.  Cavan  qız  Peyğəmbərin  (s)  hüzuruna  gdərək 
atasının bu əməlinə şiddətlə e`tiraz etdi. Peyğəmbər (s) o 
kişini  hüzuruna  çağırıb  danladı  və  bu  növ  ailə  qurmanı 
batil  saydı.  Qız  Peyğəmbərin  (s)  və  sonra  da  qohum-
əqrəbasının  yanına  getdi  və  dedi:  “Mən  həqiqətdə  bu 
evlənməyə  razı  idim.  Ancaq  istəyirdim  qızlar  başa 
düşsünlər  ki,  atalarının  qızlarını  ərə  verməkdə  tam 
ixtiyarları yoxdur”.
198
 
Cuvəybir  adlı  şəxsə  (yoxsul  qara  zənci  oğlana)  ərə 
getməyə razılıq verən qız - “Zəlfa”nın əhvalatı - hamıya 
mə`lumdur  və  qızlar  üçün  yaxşı  bir  dərsdir.  Bu  əhvalat 
da Həzrət Peyğəmbərin (s) zamanında baş verib. 
MƏ`RĠFƏTLĠ QADIN VƏ ƏRĠNĠN ƏTĠRĠ 
Aişə adlı şərafətli və gözəl bir qız Məs`əblə evləndi. 
Məs`əb  ər  olmaqdan  əlavə,  onun  üçün  tə`lim-tərbiyə 
                                            
195
 Qisarul-cuməl, səh.228 və 290, Vəsailuş-şiədən nəql olunub. 
196
 Həmin mənbə. 
197
 Həmin mənbə. 
198
 Tarixdəki dastanlar, 2-ci cild, səh.54. 


 
144 
müəllimi idi. Hicab, iffət kimi sair mə`nəvi fəzilətləri ona 
öyrətdi  və  həyat  yoldaşının  dünya  görüşünün  artması 
üçün çox çalışdı.  
Müharibə  başladı.  Məs`əb  döyüşə  getdi.  Bir  neçə 
müddətdən  sonra  qayıtdı.  Məs`əbin  mə`rifətli  həyat 
yoldaşı  onu  qarşılamağa  tələsdi.  Ona  təbrik  dedi  və  üz-
gözünün toz-torpağını təmizlədi. Məs`əb ona dedi: “And 
olsun  Allaha!  Qorxuram  ki,  bu  paltarın,  paslanmış 
zirehin  və  dəmir  silahın  iyi  sənə  əziyyət  versin.  Sənin 
mənə bu qədər məhəbbət göstərəcəyini gözləmirdim”. 
O  mə`rifətli  qadın  cavabında dedi:  “And  ola  Allaha 
bu iy mənim üçün müşk ətrindən daha yaxşıdır”.
199
 
YOXSUL KƏNDLĠNĠN ƏLLAMƏ MƏCLĠSĠNĠN QIZI 
ĠLƏ EVLƏNMƏSĠ 
Saleh 
Mazandarani 
Mazandaran 
kəndlərinin 
birindən  idi.  Valideynləri  yoxsul  olan  Saleh  dini  təhsil 
almaq üçün  İsfahana  gedərək oradakı bir mədrəsədə çox 
çətinliklə  təhsil  almağa  başladı.  Hətta  gecələr  mütaliə 
etmək  üçün  mədrəsənin  ümumi  çıraqlarının  yanında 
saatlarla  durar,  onların  nurundan  istifadə  edərdi.  Onun 
elmi  səviyyəsi  artdıqdan  sonra  Əllamə  Məhəmməd  Təqi 
Məclisinin dərsində rəsmi şəkildə iştirak etməyə başladı. 
Əllamə  onunla  danışıqlarında  və  bəhslərində,  Salehin 
mə`rifətli  bir  cavan  oğlan  olduğunu  gördü.  Molla  Saleh 
evlənmək  yaşına  çatığı  üçün  ailə  qurmaq  qərarına 
gəlmişdi.  Bir  gün  dərsdən  sonra  Əllamə  Məclisi  (rəh.) 
ona  işarə  etdi  ki,  gözləsin.  Şagirdlər  gedəndən  sonra 
Əllamə  ona  dedi:  “Eşitmişəm  ki,  evlənmək  qərarına 
gəlmisən?” 
Saleh ərz etdi: “Bəli”. 
Əllamə  içəridəki  otağa  keçərək  dərs  oxumuş, 
mə`rifətli və ağıllı qızı Aminəyə dedi: “İstəyirəm ki, səni 
                                            
199
 İslam tarixi dastanlarından, 2-ci cild, səh.63. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə