İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
138 
dərsi  tə`til  edəcək.  Ancaq  iki  gündən  sonra  xəbər 
göndərdi ki, mənzilinə gedib tədris edəm”.  
Bu  qadın  İslam  elmlərindən  fiqh,  üsul,  fəlsəfə  və 
irfanda  ictihadın  ali  dərəcəsinə  nail  oldu.  Böyük 
alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.
190
 
XANIM ĠSFƏHANĠNĠN ƏSƏRLƏRĠ 
O, bir çox kitabların müəllifidir. Onun çap olunmuş 
əsərləri bunlardır: 
1. Məxzənul-ləali (İmam Əlinin (ə) şə`ninə yazılıb). 
2. Seyru-süluk dər rəveşe Ənbiya (ə). 
3. Məad ya axərin seyre bəşər. 
4. Əxlaq və rahe səadəte bəşər. 
5. Rəveşe xöşbəxti. 
6. Təfsire Qur`an be name “Məxzənul-irfan” dər 15 
cild. 
7. Nəfəhatur-rəhmaniyyə. 
8. Camiuş-şətat. 
9.  Ərbəinul-Haşimiyyə  (bu  kitab  ərəbcə  yazılıb  və 
Xanım  İsfəhaninin  şagirdlərindən  biri  “Ələviyyə 
Humayuni”  onu  tərcümə  və  çap  edib  yaymışdır.  Bu, 
Xanım İsfəhaninin ilk əsərlərindəndir). 
Xanım Əmin İsfəhaninin tə`sis etdiyi “Əmin” qızlar 
məktəbi  və  dini  dərslər  tədris  olunan  “Fatimə  (ə) 
məktəbi” mədrəsəsi kimi digər işləri də vardı. O xanımın 
özü də bu mədrəsədə tədrislə məşğul olardı. O, Ələviyyə 
Humayuni  (“Ərbəinul-Haşimiyyə”  kitabının  mütərcimi) 
və  “Fatimə  (ə)  məktəbi”nin  müdiri  kimi  şagirdlər 
yetişdirdi. Xanım İsfəhani 87 yaşında 1361-ci hicri şəmsi 
ilində İsfahan şəhərində dünya ilə vidalaşdı.
191
 
                                            
190
  Bu  icazələrdən  bir  hissəsi  tərcümə  olunmuş  “Ərbəinul-
Haşimiyyə”  kitabının  müqəddiməsində  gəlibdir.  (Bu  kitabı  mütaliə 
etmək  Xanım  İsfəhaninin  uca  elmi  məqamından  agah  olmaq  üçün 
kifayətdir). 
191
 “Ərbəinul-Haşimiyyə” kitabındakı müqəddimənin xülasəsi. 


 
139 
Beləliklə,  nəticə  alırıq  ki,  “Tövbə”  surəsinin  31-ci 
ayəsində  “Onlar  kişilərlə  bərabər  fəsadla  mübarizə  və 
əmr  be  mə`ruf,  nəhy  əz  münkər  meydanına  gələr” 
buyurulduğu  kimi,  qadınlar  müxtəlif  sahələrdə  ali 
dərəcədə  elmi  və  siyasi  tərəqqilərə  nail  ola  bilər,  ağır 
məs`uliyyətli  işləri  öhdəsinə  almaq  ləyaqətini  tapar  və 
böyük  şəxsiyyətli  kişi  və  qadınlar  yetişdirib  cəmiyyətə 
təhvil verə bilərlər. 
ĠMAM XOMEYNĠNĠN QADININ ġƏ`NĠNƏ 
BUYURDUĞU MÖHTƏġƏM BƏYANATLAR 
Qadın  kimdir  və  tarix  dünyada  necə  qadınların 
olduğunun  şahididir.  Biz  də  İslamın  necə  qadınlar 
yetişdirdiyini görmüşük.  
İslam tərbiyəsi almış bu qadınlar qan, can verməklə, 
küçələrdə  yürüşlər  edərək  bu  hərəkatı  qələbəyə 
çatdırdılar.  Bu  hərəkat  qadınların  sayəsində  qələbə 
qazandı.  Çünki  kişilər  küçələrdə  yürüş  edəndə,  qadınlar 
onları bu işə sövq edirdilər. Qadın elə bir məxluqdur ki, 
məhv  olunmayan  (İlahi)  bir  qüdrətlə  şeytani  qüdrəti 
aradan  apara  bilər.  Həmin  bu  qadını Rzaxan  və oğlunun 
dövründə öz məqamından aşağı səviyyəyə endirmişdilər. 
Ey  möhtərəm  qadınlar!  Bu  cür  şeytanlara  aldanmayın. 
Bunlar  sizləri  pozğunluq  bataqlığına  çəkmək  istəyirlər. 
Bunlar  hiyləgərlik  yolundadırlar.  İslam  dini  isə  sizin 
üçün xoş səadət yaradır. Sabah (cəmadiəs-sani ayının 20-
si,  Fatimə  Zəhranın  (ə)  anadan  olduğu  gün)  qadınlar 
günüdür.  Elə  bir  qadın  günüdür  ki,  iki  aləm  onunla  fəxr 
edir  və  qızı  (Zeynəb  (ə))  zalım  hökumətlər  qarşısında 
durub,  niqt  söylədi.  Elə  bir  adamın  qarşısında  durdu  ki, 
əgər  kişilər  onun  qarşısında  nəfəs  alsaydılar,  hamısını 
öldürərdi.  Lakin  o  qorxmayıb  Yezidin  hökumətini 
məhkum etdi və ona dedi: “Sən adam deyilsən”. 


 
140 
Qadın gərək belə bir məqama malik olsun.
192
 
Qadın  da  kişilər  kimi  bütün  sahələrdə  hüquqa 
malikdir.  Lakin  həm  kişiyə  bə`zi  şeylər  haramdır  (bə`zi 
fəsadların  yaranmasına  görə),  həm  də  qadına.  İslam 
istəyir  ki,  qadın  kişinin  əlində  oyun-oyuncağa 
çevrilməsin.
193
 
                                            
192
 1358-ci il, qadınlar günü münasibəti ilə İmam Xomeyninin (rəh.) 
bəyanatı. 
193
 İmam Xomeyninin bəyanatlarından, 1357/9/16 tarixində. 


 
141 
 
Yeddinci fəsil 
QADINLARIN ƏMƏL ETMƏLĠ OLDUĞU BĠR 
NEÇƏ VƏZĠFƏ 
Bu  fəsildə  qadınların  və  qızların  inkişaf  amili, 
tərəqqisinin əsası, kamilləşməsi və hərtərəfli səadətə nail 
olmaları  üçün  İslamda  lazım  sayılan  doqquz  mühüm 
əməli xülasə şəklində nəzərinizə çatdırırıq. 
1-Qadın üçün ən yaxĢı Ģey 
Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, 
öz  şəxsiyyətini  dərk  edəndə  oyun-oyuncağa,  alış-veriş 
əşyasına  çevrilməz,  öz  gözəlliyini  çirkin  adamların 
tamaşasından  qoruyub  saxlayar  və  yalnız  ərinə  məxsus 
olar.  İslam  hicabı  və  iffətli  olmaqla,  təlaq  və  ayrılıq, 
qeyri-şər`i  əlaqələr,  ana  bətnindəki  uşaqların  siqtinin 
(vaxtsız  salınmasının),  uşaqların  başsız  qalmasının  və 
onlarla digər fəsadın qarışısı alınar.  
Hicab  mədəni  və  əxlaqi  inqilabın  çarxlarının 
hərəkətə  gəlməsi  üçün  güclü  amil,  nəsillərin  süqutu 
təhlükəsinin  qarşısını  almağın  əsas  bünövrəsi  və  ailə 
mühitinin qorunması amilidir.  
İslam  hicabı  qadınlar  üçün  məhdudiyyət  deyil, 
qadınların  alış-veriş  əşyası  olmasının  qarşısını  alaraq, 
onları  cəmiyyətin  müxtəlif  sahələrində,  xüsusən  tibdə, 
maarifdə  (yə`ni  cismin  və  ruhun  sağlamlığında)  müsbət 
və  fəal  bir  qüvvəyə  çevirir.  Qur`ani-Məcid  iki  yerdə 
hicabı qadınlara vacib edir. Peyğəmbər (s) və imamlar (ə) 
da həmçinin buna çox tə`kid edirlər. 
Hicab  həqiqi  azadlığın  aradan  getməsi  üçün  səbəb 
deyil,  əksinə  insanın  həqiqi  azadlığının  carçısı,  amili  və 
onları  əyri  yollardan,  tüfeyli  həyat  sürməkdən  doğru  və 
düzgün yollara sövq edir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə