İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

İmza: V.Hacıyev
03.04.15. 
Mövzu 3. XASIYYƏTNAMƏ, ARAYIŞ. 
Sual 11.
 
Xasiyyətnamə barədə məlumat yazın.
 
 
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ 
gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir 
edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi 
genişdir. İşə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb 
olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə 
əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə şəxsin 
partiyalılığı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz 
əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təşkilatı katibi də 
imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı: «Siyasi cəhətdən 
dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha demokratik, daha 
sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri 
imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir. 
Xasiyyətnamədə aşağıdakılar öz əksini tapmalıdır: 
şəxsin təvəllüdü; vəzifəsi


15 
milliyyəti; ailə vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-
mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı, 
xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə 
olunmalıdır. Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz 
(Məsələn, 
Zalım oğlu səhərdən axşama qədər dəzgah arxasında yoruldum 
demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir). 
 Sual 12. Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır? 
Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır: 
1.
Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir. 
2.
Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqı və 
siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 
3.
Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir. 
4.
Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur. 
5.
Xasiyyətnamələr vahid formada yazılır. 
6.
Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur. 
7.
Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin 
möhürü vurulur.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə