İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə18/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

Gələcəyə kreativ baxış 
Prezident İlham Əliyevin 27 dekabr 2011-
ci il tarixli sərəncamı əsasında hazırlanmaqda
olan  “Azərbaycan  2020:  Gələcəyə  baxış”
İnkişaf  Konsepsiyası  bu  məqsədə  doğru
gedən  yolda  həyata  keçirilməsi  vacib  isla-
hatları  özündə  ehtiva  edəcəkdir.  İqtisadi
modernləşmə  prosesini  sürətləndirməklə
ümumi daxili məhsul istehsalının 2 dəfəyədək
artırılmasını  başlıca  vəzifələrdən  biri  kimi
müəyyənləşdirən həmin sənəddə 2020-ci ilə
qədər inkişafın başlıca təmayyülləri də dəqiq
əksini  tapmalıdır.  Həmin  məqsədlərə  nail
olunması  üçün  təbii  resurslardan  asılılığın
azaldılması və qeyri-neft sektorunun inkişaf
etdirilməsi  ilə  yanaşı,  elmtutumlu  istehsal
sahələrinə, innovasiyalara diqqətin artırılması
nəzərdə tutulur.
İnsan kapitalının yüksək inkişaf səviyyə -
sinə çatdırılması, xalqın bilik və bacarıqlarının
səmərəli tətbiqi mexanizmlərinin qurulması,
qloballaşmanın üstünlüklərindən yararlanan
önləyici inkişaf modelinə keçidin təmin ol-
unması yaxın perspektiv üçün qarşıya ciddi
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
39
Müasir dövrdə “biliklər iqtisadiyyatı”na
keçid zamanın tələbidir
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin 
"İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, 
Azərbaycandan Kənarda Təhsil Almış
Mütəxəssislər Təşkilatının
Ali Məclisinin sədri
“Millətin tərkibində kreativ və ağıllı in-
sanların,  yaradıcı  enerjiyə  malik  olan  in-
tellektualların sayının artması Azərbaycanda
müasir cəmiyyət qurulması üçün əsas stimul
ola  bilər.  Millətin  bu  keyfiyyətləri  milli
ideyanın formalaşmasının əsas tərkib hissəsi
kimi  ölkənin  innovativ  modernləşməsinin
əsasını təşkil etməlidir”.
Ramiz MEHDİYEV
Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü geridə qoymuş müstəqil
Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyduğu başlıca məqsəd ictimai
həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına
daxil  olmaqdır.  Bir  zamanlar  bu  hədəfin  reallaşması  təbii  olaraq  cəmiyyətdə
müəyyən skeptik yanaşmalara yol açırdısa, son illərdə həmin məqsəd milli ideya
səviyyəsinə yüksəlmişdir. 10 ilə yaxınlaşan müddətdə dövlət başçısı İlham əliyevin
rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan inanılmaz nailiyyətlər
Azərbaycanın belə yüksək iddiadan çıxış etməsinə və strateji məqsədə doğru inamlı
addımlar atmasına real imkanlar açmışdır. 
AKTUAL
AKTUAL


məqsədlər kimi qoyulmuşdur. Bütün bunlara
nail olmaq üçün həmçinin, biliklərə əsaslanan
iqtisadiyyatın formalaşdırılması, informasiya-
kommunikasiya  texnologiyalarının  sürətli
inkişafının təmin edilməsi, iqtisadi inkişafda
rentabelliliyə məhz yeni texnoloji mexanizm-
lər  əsasında  nail  olunması,  nəhayət,  bütün
bunları təmin edəcək yeni təfəkkürlü, kreativ
gəncliyin formalaşdırılması nəzərdə tutulur.
Bu  hədəflərin  lokomotivi  rolunda  isə  yeni
dəyişikliklərə  müvafiq  olaraq  formalaşan
kreativ elita, onun intellektual səviyyəsi və
yaradıcı qabiliyyəti çıxış edəcəkdir.
Prezident İlham Əliyevin praqmatik lider
olaraq son illərdə qarşıya qoyduğu mühüm
vəzifələrdən biri də məhz milli inkişafda in-
tellektual  irəliləyişə  nail  olmaqla,  davamlı
iqtisadi rifahın təmin edilməsindən ibarətdir.
Ölkənin  innovasiya  inkişafına  keçidin
zəruriliyi insan kapitalının reallaşdırılmasını
və ümumi rifah səviyyəsini təkmilləşdirmək
məqsədi ilə insanların potensial imkanlarının
səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın
hazırlanmasını zərurətə çevirir. Qlobal rəqabət
şəraitində  respublikanın  elmi  potensialının
davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ
və intellektual səviyyəli insanların istedadın-
dan dövlət quruculuğu prosesində maksimum
istifadə  edilməsi  dövlətin  innovasion
inkişafının təmini baxımından vacibdir.
Prezident İlham Əliyev hələ AMEA-nın
2011-ci  il  23  aprelində  keçirilmiş  ümumi
yığıncağında xüsusi vurğulamışdır ki, Azər-
baycan  dövləti  iqtisadi  inkişaf  prosesində,
ilk növbədə, cəmiyyətin intellektual poten-
sialına  istinad  edir.  Cənab  İlham  Əliyev
hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi
inkişaf prosesində səmərəli istifadə olunması,
daha  dəqiqi,  elmlə  iqtisadiyyatının  uğurlu
vəhdətinin təmin edilməsi vacibliyini xüsusi
vurğulamışdır: “Bütövlükdə Azərbaycan iqti-
sadiyyatının uğurlu inkişafı dünya miqyasında
bir  fenomendir.  Son  bir  neçə  il  ərzində
ölkəmizdə  iqtisadi  artım  ən  yüksək
səviyyədədir və biz bu göstəriciyə görə dünya
miqyasında  birinci  yerdəyik…Bununla
bərabər,  biz  uzunmüddətli  inkişaf  strate-
giyamızı müəyyən edərkən mütləq güclü elmi
bazaya  arxalanmalıyıq.  Biz  iqtisadi
inkişafımızın gələcək istiqamətlərini müəyyən
edərkən güclü elmi əsaslara söykənməliyik.
Burada düzgün proqnozlar verilməlidir”.
Proqnoz dedikdə, hər hansı iqtisadi sis-
temin  gələcək  vəziyyəti  üçün  kəmiyyət  və
keyfiyyət  parametrləri  formasında  əsas -
landırılmış tədbirlər kompleksi başa düşülür.
Proqnozlaşdırma  sistem  olaraq  müxtəlif
məqsədlərin  həyata  keçirilməsini  nəzərdə
tutur. Bu məqsədlərə ölkə, region və müəssisə
miqyasında  iqtisadi  inkişafın  məqsəd  və
vəzi fələrinin  müəyyən  edilməsi;  iqtisadi
inkişafın  təmin  olunmasının  optimal  is-
tiqamətini müəyyənləşdirməklə ona çatmağın
daha  səmərəli  variantlarının  tapılması;
məqsədə  çatmaq  üçün  mövcud  resursların
həcminin müəyyənləşdirilməsi vacibdir. Şüb-
həsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın
əsas mərhələlərini, görüləcək işlərin ardıcıl-
lığını  müəyyən  etmədən  uğur  qazanmaq
mümkün  deyildir.  Hazırda  Azərbaycanda
hazırlanmaqda  olan  İnkişaf  Konsepsiyanın
əsas  məqsədi  də  məhz  gələcək  inkişaf  tə-
mayüllərini  müəyyənləşdirmək  və  proqno-
zlaşdırmaq,  islahatların  sürətləndirilməsi
əsasında keyfiyyətcə yeni idarəetmə sistemləri
yaratmaq,  iqtisadiyyatın  bütün  sahələrində
köklü dəyişikliklərə nail olmaqdır. 
«Bilik iqtisadiyyatı»na keçidin
uğurlu bünövrəsi  
Azərbaycanda  fəlsəfi,  siyasi  və  iqtisadi
fikrin düzgün məcrada inkişafına, yeni dövrün
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
40


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə