İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

illər)  təsdiq  edilməsi  haqqında”  (fevral,
2004-cü  il)  fərmanları  ilə  ölkənin  sosial-
iqtisadi inkişafına təkan vermişdir. Azərbay-
canın inkişafı problemlərinin yeni, innovativ
dərkinə keçid prosesinə təkan verən də məhz
bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf
etmiş  dövlətləri  sırasına  daxil  olmaq  üçün
cəmiyyət həyatının bütün sahələrinin mod-
ernləşdirilməsi prioritetə çevrilmişdir”.
Yeni əsrdə hər bir cəmiyyətin həyatında
mütərəqqi texnologiyaların rolu artır, iqtisadi
artımın  xarakteri  dəyişir,  «ictimai  tərəqqi»
anlayışı  və  onun  meyarları  barədə  yeni
baxışlar  meydana  çıxır,  bazarların  qlobal-
laşması  prosesi  baş  verir.  Belə  şəraitdə
müstəqil  Azərbaycan  dövləti  dünya  iqti-
sadiyyatının  strategiyasına  uyğun  olaraq
özünün innovasiya siyasətini həyata keçir-
məyə çalışır. İnnovasiya dedikdə, ümumən,
cəmiyyətdə elmi-texniki tərəqqinin gerçək-
ləşdirilməsi  aləti  kimi  özünü  göstərən  ye-
niləşmə  prosesi  başa  düşülür.  Bu  mühüm
prosesdə elmi-texniki tərəqqinin yenilikləri
nəzərə alınır, müasir elmi tədqiqatların aparıl-
masına  diqqət  artırılır.  İstehsal  və  sosial
sahələrdə elmi-texniki tərəqqinin nailiyyət -
lərindən  istifadə  etmək  istiqamətində  in-
vestisiya fəaliyyətinin bir forması da məhz
innovasiyadır.
İnnovasiya  prosesi  bir  sıra  mühüm  is-
tiqamətlərdə həyata keçirilir. Bunlar əsasən,
elmi-texniki proqramların həyata keçirilməsi;
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
məqsədilə məhsuldar qüvvələrin tərkibində
keyfiyyət dəyişiklikləri etmək üçün funda-
mental  tədqiqatların  maliyyələşdirilməsi;
texnika  və  texnologiyanın  prinsipcə  yeni
qənaətçil  növlərinin  işlənib  hazırlanması;
yayılması və tətbiqi, ixtiraların və kəşflərin
tətbiqinin  genişləndirilməsi  nəticəsində  is-
tehsalın texniki səviyyəsində keyfiyyət də -
yişikliklərinin sürətləndirilməsi; iqtisadiyyatın
sahələrində  yeniliklərin  tətbiqi  nəticəsində
sosial, iqtisadi və ekoloji səmərənin artırıl-
masının  təmin  edilməsi  kimi  strateji  is-
tiqamətlərdir.
“XXI  əsrdə Azərbaycan  ideyası  kreativ
millət  kontekstində”  əsərində  akademik
Ramiz Mehdiyev göstərir ki, ölkənin innovativ
modernləşməsinə, müasir cəmiyyət qurucu-
luğuna nail olmağın daha bir mühüm amili
sosialyönümlü  iqtisadiyyatın, sosial ədalətin
və güclü prezident hakimiyyətinin mövcud
olmasıdır.  Güclü  milli  liderin  təşkilatçı  və
istiqamətverici rolu olmadan ölkəni inkişaf
etmiş  dövlətlər  sırasına  çıxarmaq  üçün
göstərilən bütün cəhdlər uğursuzluğa düçar
ola  bilər.  Əsərdə  həmçinin  vurğulanır  ki,
Prezident İlham Əliyevin innovasiya-kreativ
sektorun  inkişafını  dəstəkləməsi  ölkə  iqti-
sadiyyatının rəqabət qabiliyyətinin artırılması
sahəsində atılan mühüm addımlardan biridir.
Əsərdə yer almış bu fikirlə də tam razılaş-
maq olar ki, modernləşmənin xarici texnoloji
nailiyyətlərin, özgə ideya və konsepsiyaların
sadəcə tətbiqi olması qənaətindən uzaqlaşmaq
lazımdır.  Belə  ki,  hər  bir  dövlətin  əsas
nailiyyəti insan kapitalıdır və buna görə də
modernləşmə  məhz  milli  kadrlara,  milli
kreativ zümrəyə arxalanmalıdır. Azərbaycanda
bu potensialdan səmərəli istifadə modernləşmə
baxımından  müsbət  nəticələrini  göstərir.
Modernləşmə məqsədilə dövlət əsaslı kapital
qoyuluşu hesabına həyata keçirilən layihələrin
əsas  məqsədi  insanların  yüksək  rifahının,
firavan  yaşayışının  təmin  edilməsidir.  Re-
gionlarda və paytaxt Bakıda qlobal layihələrin
həyata keçirilməsi - yeni yolların, körpülərin,
piyada  keçidlərinin  salınması,  kommunal
xarakterli problemlərin həlli, abadlıq, quru-
culuq  tədbirlərinin  genişləndirilməsi  infra-
strukturun  müasirləşdirilməsi  yolu  ilə  in-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
43


sanların həyat keyfiyyətinin yüksəldilməsinə
xidmət  edir.  Bu  tədbirlər  nəticəsində  həm
də insanların düşüncə və yaşayış tərzi, həyata
baxışı  dəyişir,  modernləşmənin  mahiyyəti
ictimai  təfəkkürdə  aydın  dərk  edilir,  yeni
texnologiyalar daha sürətlə mənimsənilir.
Akademik  Ramiz  Mehdiyev  yaradıcı
tədqiqatlara əsaslanan kreativ modernləşmənin
vacibliyini də xüsusi önə çəkir: “Prezident
İlham Əliyev və onun komandası bəzi Asiya
dövlətlərinin  təcrübəsini  öyrənərək  özləri
üçün müəyyən etmişlər ki, böyük, ambisiyalı
məsələlərin həlli üçün qeyri-standart yollar
axtarmaq,  modernləşməni  elmin  son
nailiyyətləri, yeni texnologiyalar və idarəetmə
metodları əsasında həyata keçirmək lazımdır.
İqtisadiyyatda,  siyasətdə,  elm  və  təhsildə,
sosial sahədə, mədəniyyətdə yaradıcı tədqiqat-
lara əsaslanan innovativ «kreativ» modern-
ləşmə  vacibdir.  Bu  innovativ  tədqiqatları
real ictimai təcrübədə tətbiq etmək gərəkdir.
Dövlət  vəzifələri  zamanın  tələbinə  uyğun
dərk etməsə, özünü tarixin arxa planına at-
acaqdır.  İnnovativ  modernləşmə  öz  tipo -
logiyasına  görə  təkamülyönlü  inkişafa
yaxındır.  Bu,  Azərbaycanın  inkişaf  strate-
giyasının ruhuna tam cavab verir”.
İqtisadiyyatın innovativ inkişafı 
“XXI  əsrdə Azərbaycan  ideyası  kreativ
millət  kontekstində”  əsərində  iqtisadi  mo -
dernləşmə prosesi geniş təhlilə cəlb olunmuş
və məsələyə münasibətdə klassik və çağdaş
nəzəriyyələrin  müqayisəli  şəkildə  təhlili
aparılmışdır. 
Müəllifin fikrincə,  klassik modernləşmə
nəzəriyyəsinə  uyğun  olaraq  ənənəvi  cə -
miyyətin  müasir  cəmiyyətə,  yəni  aqrar
cəmiyyətin  sənaye  cəmiyyətinə  transfor-
masiyası  modernləşmə,  müasir  cəmiyyətin
postmodern cəmiyyətə, yəni sənaye cəmiyyə-
tinin postsənaye cəmiyyətinə transformasiyası
isə postmodernləşmə kimi səciyyələnir.
Azərbaycan  iqtisadiyyatının  modern-
ləşməsi ilə bağlı dəyərli fikirləri göstərir ki,
görkəmli  filosof  nəzəri  və  təcrübi  bilikləri
uğurla sintez edərək inkişafın yeni təmayül-
lərini  dürüst  şəkildə  müəyyənləşdirmişdir.
Müəllif  haqlı  olaraq  vurğulayır  ki,  birinci
istiqamət  məhz  respublikanın  innovativ
inkişafıdır. Bu istiqamət Azərbaycan şirkətləri
tərəfindən müasir texnologiyaların mənim-
sənilməsini, yeni, rəqabətədavamlı məhsullar
istehsalının  təmin  edilməsini  və  ixrac
bazarlarının  genişlənməsini  nəzərdə  tutur.
Əsərdə  inkişafın  ikinci  istiqaməti  kimi  di-
namik  inkişaf  edən  bazar  təsisatlarının
möhkəmlənməsini  və  rəqabətin  təmin
edilməsini  diqqətə  çəkir.  Bu  istiqamət
sahibkarlığın inkişaf etdirilməsini, ölkə iqti-
sadiyyatına investisiyaların cəlbini nəzərdə
tutur.
Akademik  Ramiz  Mehdiyevin  fikrincə,
mili  inkişafın  üçüncü  istiqaməti  milli  iqti-
sadiyyatın daha da şaxələndirilməsini, müasir
texnologiyaların tətbiqi ilə məhsul istehsalının
genişləndirilməsini, emal sənayesinin və “bi-
liklər iqtisadiyyatı”nın rəqabətqabiliyyətinin
artırılmasını nəzərdə tutur. Dördüncü istiqamət
olaraq “insan kapitalı”nın yeni keyfiyyətinə
nail olunması, yaradıcı düşünə bilən kadrların
yetişdirilməsi,  onların  hazırlıq  səviyyəsini
kreativ  iqtisadiyyatın  tələblərinə  uyğun-
laşdırılması  zəruriliyi  vurğulanır.  Nəhayət,
modernləşlmənin  beşinci  istiqaməti  kimi
iqtisadi artımın yeni mənbələrinin yaradılması
üzrə  işin  davam  etdirilməsi  zərurətindən
söhbət açılır. Müəllifin fikrincə, Bakı-Tbil-
isi-Qars dəmir yolunun və beynəlxalq dəniz
ticarəti limanının tikintisinin başa çatdırılması
bu  məqsədə  nail  olmağa  kömək  edəcək,
ölkənin tranzit potensialını xeyli artıracaqdır.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
44


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə