İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konsti-
tusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanun-
vericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə
576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə
425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə
980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr
1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə
1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə
506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115) 30.2.6-cı mad-
dəsində “məlumatlar” sözündən sonra “(kommersiya hüquqi şəxslərin təsisçiləri (işti-
rakçıları)  və  onların  nizamnamə  kapitalındakı  payları  barədə  məlumatlar  istisna
olmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
57


“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il
12 iyun tarixli 383-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 383-IVQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram: 
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Re-
spublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbay-
can Respublikasının Prezidentinə məlumat versin; 
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azər-
baycan Respublikasının Prezidentinə məlumat versin; 
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqan-
larının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respub-
likasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
58


“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası
Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi
məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında”
Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konsti-
tusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır :
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında
vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım
haqqında” 2012-ci il martın 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
59


“İnformasiya əldə etmək haqqında” 
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konsti-
tusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azər-
baycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №12, maddə 1080; 2007, №8,
maddə 756; 2010, №3, maddələr 171, 172; 2011, №3, maddə 162, №7, maddə 617;
Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 2.4-1-ci maddə əlavə edilsin:
“2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Re-
spublikasının  siyasi,  iqtisadi,  hərbi,  maliyyə-kredit  və  valyuta  siyasəti  sahələrində
maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi,
digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının
qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd
olmasın.”;
2.6.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə
tutulmuş məqsədlərə zidd olmaması;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
60


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə