İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə19/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

tələbi  kimi  cəmiyyətdə  həllini  gözləyən
aktual nəzəri məsələlərin həllinə böyuk töh-
fələr vermiş Azərbaycan Respublikası Prezi-
dentinin  Administrasiyasının  rəhbəri,
akademik  Ramiz  Mehdiyev  “XXI  əsrdə
Azərbaycan  ideyası  kreativ  millət  kon-
tekstində” əsərində ölkənin inkişaf perspek-
tivlərini  məhz  biliklər  iqtisadiyyatı  ilə
əlaqələndirir,  elm  tutumlu  istehsalatların,
yüksək texnologiya və innovasiyaların inkişafı
zərurətini  önə  çəkir.  Kifayət  qədər  dərin
elmi-fəlsəfi və iqtisadi təhlilə, zəngin faktoloji
bazaya söykənən əsərdə Azərbaycanın mo -
dernləşməsi  prosesində  bilik  və  innovativ
texnologiyaların, habelə onların mükəmməl
şəkildə  tətbiqi  ilə  səmərəli  nəticələr  əldə
edən  kreativ  gəncliyin  formalaşmasının
əhəmiyyəti  diqqətə  çəkilir:  “Bu  strateji
hədəfə nail olmaq Azərbaycan cəmiyyətinin
hər bir üzvünün müasir inkişafın meyillərini
və yollarını dərk etməyə çalışması, özünün
tərəqqiyə nail olmaq istəməsi ilə mümkündür.
Bunun  üçün  öyrənmək,  təhsil  səviyyəsini
artırmaq, düşünmək, əmək vərdişlərini tək-
milləşdirmək qabiliyyətini inkişaf etdirmək,
sosial  məsuliyyəti  və  nəticə  etibarilə
şəxsiyyətin,  bütövlükdə  ölkənin  rəqabətqa-
biliyyətini  güc ləndirmək  lazımdır.  Millətin
tərkibində kreativ və ağıllı insanların, yaradıcı
enerjiyə malik olan intellektualların sayının
artması Azərbaycanda müasir cəmiyyət qu-
rulması üçün əsas stimul ola bilər. Millətin
bu  keyfiyyətləri  milli  ideyanın  formalaş-
masının əsas tərkib hissəsi kimi ölkənin in-
novativ modernləşməsinin əsasını təşkil et-
məlidir”.
Ölkənin davamlı inkişafının neft-qaz və
digər təbii resurslarla deyil, məhz elm, bilik,
güclü  “insan  kapitalı”  ilə  bağlı  olduğunu
dəfələrlə  bəyan  etmiş  dövlət  başçısı  İlham
Əliyev bu fikirdədir ki, yüksək ixtisaslı kadr
potensialı bu gün hər bir dövlətin davamlı
sosial-iqtisadi,  mədəni-intellektual  yük-
səlişinin əsas şərtidir. Müasir dünyada elmi-
informativ  biliklər  inkişafın  mühüm  kata -
lizatoruna,  innovasiya  yeniliklərin  başlıca
təminatına, habelə iqtisadiyyatın lokomotivinə
çevrilmişdir. Bunu ABŞ, Almaniya, Yaponiya,
Şimali  Koreya,  Finlandiya,  İsrail  və  digər
dövlətlərin  iqtisadi  inkişaf  strategiyasına
nəzərən əminliklə demək olar.
Elm  tutumlu  məhsulların  buraxılışına
görə, dünya bazarında ölkələr aşağıdakı kimi
təmsil olunmuşlar: ABŞ 25, Avropa İttifaqı
ölkələri 35, Yaponiya 11, Sinqapur 7, Cənubi
Koreya  4,  Çin  2,  Rusiya  0,4  faiz.  İnkişaf
etmiş ölkələrin təcrübəsi həm də onu göstərir
ki,  özündə  yeni  bilik  və  həllər  saxlayan
texnologiyalar, məhsullar, avadanlıqlar ÜDM
artımının 70-85 faizini təşkil edir. 
Müasir dövrdə elmtutumlu informasiyanın
yaradılması, əldə edilməsi, istehsal prosesinə
praktik tətbiqi təkcə sosial-iqtisadi inkişafın
deyil, həm də qlobal rəqabətin mühüm şərti -
dir. İnformasiya cəmiyyətinin əsas kapitalı
bilik,  informasiya  və  bu  informasiyanın
daşıyıcısı  olan  şəxs  olub,  yeni  keyfiyyətli
biliyə əsaslanan iqtisadiyyatın yaranmasını,
mükəmməl  innovasiya  siyasətinin  həyata
keçirilməsini tələb edir.
Azərbaycanda son illərdə bu sahədə əldə
olunan yüksək inkişaf göstəriciləri əsası ulu
öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuş
uğurlu bünövrəyə əsaslanır. Ümummilli lider
hələ respublikaya birinci rəhbərliyi dövründə
cəmiyyətin bütün sferalarında inkişafın məhz
elmi  əsaslara  söykənməsinə  çalışmış,  sə-
nayenin  ayrı-ayrı  sahələrində  elmi-texniki
tərəqqinin ən son nailiyyətlərindən istifadə
olunması, intellektual resursların artırılması
vacibliyini önə çəkmişdir. Cəmiyyət inkişaf
prosesinin elmi-intellektual əsaslar üzərində
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
41


qurulmuş, yeni innovasion mərhələsinə qədəm
qoymuş, Azərbaycanda yüksək ixtisaslı kadr-
lar  hazırlayan  yeni-yeni  ali  və  orta  ixtisas
məktəbləri açılmışdır.
Böyük  strateq  respublikaya  ikinci  rəh-
bərliyi  dövründə  də  insan  kapitalının  yük-
səlişinə xidmət edən bütün zəruri tədbirləri
həyata  keçirmiş,  hələ  70-80-cı  illərdə  for-
malaşdırmış zəngin elmi-intellektual poten-
siala istinad edərək özünün mükəmməl elm
və  təhsil  konsepsiyasını  irəli  sürmüşdür.
Heydər Əliyev eyni zamanda yeni texnolo -
giyaların tətbiqi zəruri hüquqi-normativ baza
formalaşdırmış,  2003-cü il 17 fevral tarixdə
imzaladığı  “Azərbaycan  Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-
2012-ci illər)” müasir informasiya texnologi -
yalarının  Azərbaycanda  tətbiqi  sahəsində
strateji  vəzifələri  müəyyənləşdirmişdir.  İlk
dəfə olaraq məhz bu sənəddə dövlətin innova -
siya  inkişafında  elmin  rolu  önə  çəkilmiş,
elm tutumlu yeni texnologi yalarının inkişafı
məsələsi zəruri tələb kimi əksini tapmışdır.
Be ləliklə, Azərbaycanın gələcək modernləş -
məsi və kreativ iqtisadiyyatın formalaşdırılma -
sında müasir texno logiyaların, innovasiyaların
rolu uzaqgörənliklə önə çəkilmişdir.
Akademik Ramiz Mehdiyev “XXI əsrdə
Azərbaycan  ideyası  kreativ  millət  kontek-
stində” əsərində haqlı olaraq yazır: “Keçən
əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi
seçim ilə müasir Azərbaycanın siyasi, iqtisadi
və  sosial-mədəni  sahələrdə  inkişaf  is-
tiqamətləri müəyyənləşmişdir. Bir daha təsdiq
olunmuşdur ki, güclü, qüdrətli dövlət qurmaq,
zamanın  axarından  geri  qalmamaq  üçün
siyasi  və  iqtisadi  transformasiya,  yeni  in-
tellektual nəslin formalaşması, innovasiyalar,
cəmiyyətin səfərbər edilməsi zəruridir”.
«Kreativ modernləşmə»
zamanın çağırışıdır 
Böyük alman mütəfəkkiri İmmanuel Kant
vaxtı ilə özünün fəlsəfi traktatlarında yazırdı
ki, “Cəmiyyət mütərəqqi ideyalar üzərində
hərəkət  edən  canlı  mexanizmdir”.  Hər  bir
cəmiyyətin inkişafı, yeni dövrün reallıqlarına
cavab  verməsi  üçün  həqiqətən  də  elmi-in-
tellektual potensiala ehtiyac duyulur. Təsadüfi
deyildir  ki,  ötən  9  ildə  ölkənin  dinamik
inkişafının  praktik  nəticələri  həm  də  elm-
təhsil sisteminin modernləşdirilməsində, in-
novativ-texnoloji  yeniliklərin  tətbiqində
göstərir. Yeni inkişaf mərhələsinin tələblərinə
cavab  verən,  sistemli  şəkildə  reallaşdırılan
bu islahatlar, eyni zamanda, ölkədə müasir
biliklərin, “nau-hau” texnologiyalarının tətbiqi
əsasında  güclü  “insan  kapitalı”nın  for-
malaşdırılması  məqsədinə  hesablanan
siyasətin səmərəliliyini göstərir. Azərbaycan
məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi
kimi son illərdə elm və təhsilin, o cümlədən
ali təhsil sisteminin həlli vacib problemlərinin
müəyyən qismini aradan qaldırmaq imkanı
qazanmışdır.
Akademik Ramiz Mehdiyev “XXI əsrdə
Azərbaycan  ideyası  kreativ  millət  kontek-
stində” əsərində bütün bunlara diqqəti çəkərək
yazır  ki,  Prezident  İlham  Əliyevin  “qara
qızılın”  insan  kapitalına  çevrilməsi  istiqa -
mətində yürütdüyü siyasət məhz Azərbaycanın
modernləşməsinə  xidmət  edir:  “İlham
Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan
dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ
başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin
icrasına  başlayandan  az  sonra  imzaladığı
“Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın  sürətləndirilməsinə  dair  tədbirlər
haqqında” (noyabr, 2003-cü il), “Azərbaycan
Respublikası  regionlarının  sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
42


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə