İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

Əsərdə  qarşıdakı  illərdə  ümumi  daxili
məhsul  istehsalında  əsas  ağırlığın  məhz
qeyri-neft  sektorunun  üzərinə  düşəcəyi  də
xüsusi qeyd olunur: “Hökumətin planlarına
görə, ölkədə adambaşına düşən ümumi daxili
məhsulun (ÜDM) həcmi inkişaf etmiş ölkələr
səviyyəsində olmalıdır. Hazırda bu göstərici
7  min  dollardan  bir  qədər  artıqdır.  2003-
2011-ci  illərdə  ÜDM-in  üç  dəfə  artdığını
nəzərə  alsaq,  bu,  çox  böyük  tərəqqinin
göstəricisidir.  Növbəti  on  il  ərzində  ÜDM
minimum iki dəfə artmalıdır. Bu artım əsasən
qeyri-neft sektorunun inkişafı hesabına təmin
ediləcəkdir”.
Akademik  Ramiz  Mehdiyevin  son  əsə -
rində yer almış fikirlər həm də onu göstərir
ki,  «Azərbaycan  2020:  gələcəyə  baxış»
İnkişaf Konsepsiyasında neftdən qazanılan
gəlirlərin insan kapitalına çevrilməsi tədbirləri
geniş əksini tapacaqdır. Konsepsiyanın hazır-
lanması zamanı iqtisadi inkişafın yeni inno-
vativ metodlar əsasında sürətləndirilməsi və
bu  kontekstdə  texnoloji  modernləşmə  pro -
sesinin  həyata  keçirilməsi  məsələləri  də
diqqətdə saxlanılacaqdır.
Dünya təcrübəsi göstərir ki, texnologiyalar
sahəsində  innovasiya  təmayüllü  kiçik  və
orta  sahibkarlığa  kömək,  xarici  şirkətlərin
və potensial investorların innovasiya sahibkar-
lığının  inkişafına  cəlb  olunması,  inkişafın
müxtəlif mərhələlərində innovativ texnoloji
layihələrə  yerli  və  xarici  investisiyaların
cəlb  olunması  infrastrukturun  inkişafı
baxımından  vacib  amillərdən  biridir.  Eyni
zamanda,  yeni  iş  yerlərinin  yaradılmasına
nail  olmaq,  yüksək  ixtisaslı  və  beynəlxalq
təcrübəyə malik mütəxəssislər yetişdirmək,
birgə tədqiqat layihələri, regional innovasiya
sistemi formalaşdırmaq, yeni müəssisələrin
yaranmasına münbit şərait yaratmaq, ümumi
iqtisadi inkişafda informasiya-kommunikasiya
texnologiyalarının (İKT) xüsusi çəkisini artır-
maq və s. bu kimi mühüm məqsədlərin real-
laşdırılması  üçün  inkişaf  etməkdə  olan
ölkələrdə yüksək texnologiyalar üzrə xüsusi
iqtisadi zonaların yaradılması vacibdir. Məhz
bu baxımdan, Azərbaycanda İKT üzrə texno -
parkların  və  elm  yönümlü  inkubatorların
yaradılması istiqamətində müəyyən tədbirlərin
həyata  keçirilməsi  vacib  məqsədlər  kimi
qarşıda durur.
Ümumdünya İqtisadi Forumunun infor-
masiya texnologiyalarının inkişafına (Global
Information  Technology  Report  2012)  dair
yeni hesabatında Azərbaycan İKT-nin inkişaf
səviyyəsinə  görə  142  ölkə  arasında  61-ci
olmuşdur  Azərbaycan  reytinqdə  3,9  balla
ötənilki mövqeyini 9 pillə yaxşılaşdırmışdır.
Bu, ölkəmizdə İKT sahəsində böyük inkişaf
potensialının  mövcudluğunu  bir  daha  təs-
diqləyir. 
Modernləşmədə kreativ gəncliyin rolu 
Azərbaycanda müasir dövrün çağırışlarını
həssaslıqla  duyan  yeni  təfəkkürlü,  kreativ
gəncliyin  formalaşdırılması  zərurəti  daha
çox dövlət idarəçiliyinin müasirləşdirilməsi,
«elekton hökumət»in yaradılması, bir sözlə,
bütün  sahələrdə  idarəetmənin  kompyuter-
ləşdirilməsi, innovasion yeniliklərin tətbiqi
ilə bağlıdır. Kreativ gəncliyin yetişdirilməsi
zərurəti  həm  də  insan  kapitalının  gü-
cləndirilməsini tələb edir. İqtisadi modern-
ləşmə  və  demokratikləşməni  təmin  edən
mühüm  faktorlardan  biri  də  məhz  insan
resurslarının inkişafı, elmin, təhsilin, infor-
masiya texnologiyalarının səviyyəsinin dur-
madan yüksəldilməsidir. Məhz bu reallıqlar-
dan çıxış edən akademik Ramiz Mehdiyev
yazır  ki,  modernləşmə  hər  bir  şəxsiyyətin
yaradıcı  potensialının  açılmasını  təmin  et-
məklə  yanaşı,  şəxsiyyətin,  cəmiyyətin  və
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
45


dövlətin  maraqlarının  yaxınlaşmasını  real-
laşdırmaqla,  ölkənin  daha  yüksək  inkişaf
pilləsinə keçməsini nəzərdə tutur. Müəllifin
təhlillərinə əsasən, bu proses yalnız “insan
kapitalı”nın  formalaşmasının,  cəmiyyətin
hərtərəfli  inkişafının  əsas  amili  olan  təhsil
sisteminin  modernləşdirilməsi  sayəsində
mümkündür.
Əsərdə yer almış bu fikir də xüsusi maraq
doğurur ki, müasir dövrdə şəxsiyyətin siyasi
sosiallaşması prosesi əhalinin məhz gəncliyə
ünvanlanır, daha dəqiqi, gənclər öz maraq -
larında, baxışlarında, dəyərlərində, mədəni
davranışlarda  əhəmiyyətli  dəyişikliklərə
məruz qalırlar: “Gənc nəsil tamamilə haqlı
olaraq öz ölkəsinin sabitliyinin və inkişafının
əsas amili, cəmiyyətdə fundamental dəyişik-
liklərin aparıcı qüvvəsidir. Azərbaycan dövlə-
tinin  əhalisinin    66  faizini    35  yaşınadək
gənclərin təşkil etməsi faktını nəzərə alsaq,
tam məsuliyyətlə söyləmək olar ki, mədəni
praktika kimi təhsil təkcə əmək bazarı üçün
mütəxəssis hazırlanmasına deyil, ilk növbədə
şəxsiyyətin formalaşmasına və millətin mədəni
təcrübəsinin müəyyən hissəsinin nəsillər va-
sitəsilə  ötürülməsinə  cavabdeh  olan  insti-
tutdur.  Məhz  buna  görə  Prezident  İlham
Əliyev milli təhsil sisteminin inkişafı məsələsi-
ni  Azərbaycanın  gələcək  inkişafının  əsas
şərti kimi göstərmişdir. Prezident hesab edir
ki,  Azərbaycanın  inkişafının  yeganə  yolu
təhsildən,  müasir  biliklərdən,  intellektual
əməyin  inkişafından,  informasiya  və
kompyuter  texnologiyalarının  geniş  tət-
biqindən keçir”.
Təhsilin beynəlmiləlləşməsi, qlobal rəqa -
bət  şəraitində  intellektual  səviyyənin  daim
artırılması  və  xidmətlər  sahəsinin  prioritet
olması  üçün  zəruri  şərait  yaradılması  son
dərəcə  vacibdir.  Bütün  bunlara  nəzərən
akademik Ramiz Mehdiyev yazır ki, müasir
hakim  elitanın  üzərinə  düşən  vəzifə  XXI
əsrdə  Azərbaycanın  siyasi,  iqtisadi  və  so-
siomədəni gerçəkliyini modernləşdirməkdən
ibarətdir.  Müəllifin  fikrincə,  gənc,  kreativ
və intellektual insanların istedadından istifadə
edilməsi, dövlətin innovasiyalı inkişafını və
həyata  keçirilən  siyasətin  varisliyini  təmin
etməyə  qadir  olan  əsas  amildir.  Odur  ki,
Müəllifin fikrincə, milli təhsil sistemi müasir
dövrün  tələblərini  və  standartlarını,  yeni
nəslin  yetişdirilməsi  və  tərbiyə  olunması
sahəsində bilikləri və texnologiyaları, dünyada
cərəyan edən ümumi meyillərə müvafiq olan
metodları əhatə etməlidir. Əsərdə həmçinin
vurğulanır ki, Azərbaycan təhsil sisteminin
başlıca  vəzifəsi  ölkənin  fasiləsiz  modern-
ləşdirilməsi və inkişaf etmiş cəmiyyətə tam
transformasiyası üçün zəruri olan insan kap-
italının keyfiyyət və kəmiyyətcə artırılmasın-
dan ibarətdir. Bu səbəbdən, milli təhsil sis-
teminin modernləşdirilməsi insan kapitalının
inkişafı çağırışlarına cavab verən əsas amilə
çevrilir.  Azərbaycanın  biliklərə  əsaslanan
qlobal iqtisadiyyata qoşulması milli innovativ
infrastrukturun yaradılmasını tələb edir.
Ümumilikdə, Azərbaycan Respublikası
Prezidenti  Administrasiyasının  rəhbəri,
akademik Ramiz Mehdiyevin «XXI əsrdə
Azərbaycan  ideyası  kreativ  millət  kon-
tekstində» əsərində hasil olan ümumi qə-
naət  belədir  ki,  Azərbaycanda  təkamül
yolu  ilə  gerçəkləşən,  tədrici  xarakter
daşıyan modernləşmə prosesi, ilk növbədə,
idarəçiliyə yeni ruh və müasirliyin, habelə
innovativ yeniliklərin gətirilməsi prinsipinə
əsaslanır. Məhz bu transformasiya davamlı
iqtisadi  inkişafı  şərtləndirməklə,  ölkədə
dövlətçilik ənənələrinin möhkəmlənməsini,
siyasi-intellektual  elita  ilə  xalqın  yaxın
mənəvi bağlılığını təmin edir.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
46


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə