İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

daşlığın genişləndirilməsi Vergilər Nazir-
liyi  qarşısında  duran  prioritet  hədəf -
lərdəndir.  Vergilər  Nazirliyi  artıq  uzun
illərdir  bu  təşkilatın  işində  fəal  iştirak
edir, Aİ-yə üzv dövlətlər və İİƏT-ə üzv
olan  digər  dövlətlərdə  vergitutma
sahəsində  gedən  prosesləri,  həmçinin
ümumi  tendensiyaları  yaxından  izləyir,
bu  dövlətlərdə  tətbiq  edilən  qabaqcıl
təcrübələr barədə məlumatları mütəmadi
olaraq əldə edir. Bütün bunlar isə Azər-
baycanda  vergi  sisteminin  Avropa  İtti-
faqının beynəlxalq prinsiplərə uyğun şə -
kildə inkişaf etdirilməsi baxımından çox
mühümdür. 
Avropadaxili Vergi Administrasiyaları
Təşkilatının  Bakı  şəhərində  keçirilən
"Vergi  borclarının  idarə  edilməsi"  üzrə
işçi qrupunun ilk iclası da vergi borclarının
idarə  edilməsi  sahəsində  təcrübə
mübadiləsinin  aparılması  üçün  böyük
platforma rolu oynadı. Tədbirdə iştirak
edən 20 ölkənin vergi borclarının idarə
olunması  üzrə  ekspertləri  ilə  vergi
borclarının  səmərəli  idarə  edilməsinin
istiqamətləri üzrə fikir mübadiləsi apar -
dılar. 
Biz  dünya  ölkələrinin  səmərəli
təcrübələrini yaxından öyrənirik. Məsələn,
bir  sıra  qabaqcıl  ölkələrin,  o  cümlədən
Avstraliya, Kanada, ABŞ və İrlandiyanın
təcrübələrini araşdırmışıq. Bu ölkələrin
vergi sistemlərində vergi borclarının alın-
ması üzrə iş prosesi borclu vergi ödəyi-
cilərinə  göstərilən  xidmətlərdən,  yəni
vergi  ödəyicilərinə  onların  borcunun
yaranması  barədə  dərhal  məlumatların
verilməsindən başlayır. Bu ölkələrdə bor-
cun məcburi alınması istiqamətində təd-
birlərə başlanmazdan əvvəl vergi ödəyi-
ciləri ilə borcun ödənilməməsi səbəbinin
birgə araşdırılması üçün üzbəüz əlaqələrin
("face-to-face contact") yaradılması vacib
amillərdən  hesab  edilir.  Azərbaycanın
Vergilər Nazirliyi bu praktikadan istifadəni
səmərəli hesab etmiş və ötən ilin avqus-
tundan  bu  praktikanın  tətbiqinə
başlamışdır.  2012-ci  ilin  birinci  yarısı
ərzində  vergi  ödəyiciləri  ilə  borcların
birgə araşdırılması üçün birbaşa əlaqələrin
yaradılması praktikası nəticəsində dövlət
büdcəsinə 23,3 mln manat borc ödənil -
mişdir.  Bu  konkret  olaraq,  beynəlxalq
təcrübənin tətbiqi ilə əldə etdiyimiz nəticə
hesab oluna bilər. 
- Sahir müəllim, daha bir məsələyə
toxunmaq  istərdik.  Son  günlər
Vergilər  Nazirliyi  əmək  münasi-
bətlərinin  tənzimlənməsi  ilə  bağlı
genişmiqyaslı tədbirlərə başlamışdır.
Bu sahədə nəzarət tədbirlərinin güc -
ləndirilməsi nə ilə bağlıdır? 
- Azərbaycan Respublikasının Prezi-
denti,  cənab  İlham  Əliyev  2012-ci  ilin
birinci yarısının yekunlarına həsr olunmuş
Nazirlər Kabinetinin geniş iclasında ölkə -
də məşğulluq problemlərinə toxunmuş,
qeyri-leqal məşğulluğun yaratdığı fəsad-
ları, vətəndaşların sosial və əmək hüquq -
larının pozulması hallarının aradan qal -
dırılmasının  vacibliyini  vurğulamışdır.
Bu problem Azərbaycan kimi inkişaf et-
məkdə olan əksər dövlətlərdə müşahidə
olunan  bir  prosesdir.  Geniş  investisiya
layihələrinin reallaşdırıldığı, böyük iqtisadi
quruculuq proseslərinin getdiyi bir ölkədə
məşğulluğun  faktiki  səviyyəsi  yüksək
olmalıdır. 
Hazırda  əmək  münasibətlərinin  tən -
zimlənməsi  sahəsində  dövlət  orqanları
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
33


müvafiq tədbirləri həyata keçirirlər. Azər-
baycanın vergi orqanları da öz növbəsində,
qeyri-leqal məşğulluğun aradan qaldırıl-
ması, muzdlu işçilər cəlb edilməsi zamanı
əmək müqavilələrinin bağlanması zərurəti
ilə  bağlı  vergi  ödəyicilərini  məlumat-
landırırlar. 
Qeyd  edim  ki,  bəzi  təsərrüfat  sub-
yektləri  tərəfindən  vergi  orqanlarına
təqdim  olunan  muzdlu  işlə  əlaqədar
əmək  haqqından  gəlir  vergisi  hesabat-
larında real vəziyyətə uyğun göstəriciləri
əks  etdirmirlər.  Belə  ki,  iqtisadiyyatın
ayrı-ayrı  sektorlarında  çalışan  bir  sıra
vergi ödəyicilərinin muzdlu işlə əlaqədar
təqdim etdiyi vergi bəyannamələrindəki
əmək haqqı məbləğləri təsərrüfat subyek-
tinin  real  potensialı,  eləcə  də  həmin
sektor üzrə fəaliyyət göstərən və əmək-
haqlarının düzgün müəyyən edilməsinə
üstünlük verən vergi ödəyicilərinin əmək-
haqqı məbləği göstəriciləri ilə uzlaşmır
və  onlardan  hətta  bəzən  bir  neçə  dəfə
aşağı olur. 
İşəgötürənlər tərəfindən iş yerlərinin
rəsmiləşdirilməməsi, eləcə də əməkhaq -
larının real göstəricilərinin gizlədilməsi
vergidən  yayınma  halları  ilə  yanaşı,
muzdla çalışan işçilərin əmək hüquqlarını
pozmaqla,  gələcək  dövlət  sosial  təmi-
natından da məhrum edir. Bütün bunlar
əmək münasibətlərində vergi nəzarətinin
daha da gücləndirilməsini zəruri edir və
göstərilən  halların  aradan  qaldırılması
və gəlir vergisi üzrə vergitutma bazasının
leqallaşdırılması  istiqamətində  vergi
orqanlarının da üzərinə böyük vəzifələr
düşür. 
İşəgötürənlər tərəfindən iş yerlərinin
rəsmiləşdirilməməsi hallarının qarşısının
alınması  istiqamətində  Vergilər  Nazir-
liyində  xüsusi  Qərargah  yaradılmışdır.
Hazırda Qərargah tərəfindən bu sahədə
geniş tədbirlər aparılır. 
Vergi  ödəyiciləri  bilməlidirlər  ki,  iş
yerlərinin qeydiyyatı düzgün aparılmalı,
fiziki  şəxslərin  hər  hansı  işlərin  yerinə
yetirilməsinə cəlb edilməsi əmək müqa -
viləsi bağlamaqla rəsmiləşdirilməli, orta
aylıq əməkhaqları real müəyyən edilmə-
lidir.  İş  yerlərinin  rəsmiləşdirilməməsi
öz növbəsində işəgötürənlər üçün ciddi
maliyyə sanksiyaları və inzibati cərimələr
deməkdir. Nəzərinizə çatdırım ki, Vergi
Məcəlləsinin 58.10-cu maddəsinə görə,
vergi orqanı tərəfindən əmək müqaviləsi
bağlamadan işləri yerinə yetirdiyi aşkar
edilən hər bir şəxs üzrə işəgötürənə 1000
manat  məbləğində  maliyyə  sanksiyası
tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin
53.1-ci maddəsinə əsasən Əmək Müfət-
tişliyi  tərəfindən  əmək  müqaviləsini
bağlamadan işəgötürənlər tərəfindən fizi -
ki şəxslərin hər hansı işlərə cəlb edilməs-
inə görə - vəzifəli şəxslər 3000 manatdan
5000 manatadək miqdarda, hüquqi şəxslər
20000 manatdan 25000 manatadək miq-
darda  cərimə  edilir.  Bu  kifayət  qədər
sərt sanksiyalardır. 
Bildirmək istəyirəm ki, vergi orqanları
bu sahədə geniş nəzarət tədbirləri həyata
keçirəcəkdir və bu sahədə qanunvericiliyin
müddəalarının tam mənada bərqərar ol-
ması təmin ediləcəkdir.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
34


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə