İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

malında toplanması iki toplum arasın-
dakı  razılaşma  ilə  baş  vermişdir.  Can
güvənliyinin  təmin  edilməsi  üçün
yaradılan bu şərait içərisində kiprli türk-
lər illərlə problemin həllini gözlədikdən
sonra adanın şimalında öz dövlətini qur-
mağa  məcbur  qalmışdır.  Həyatımızı
davam etdirə bilməmizin yeganə çarəsi
bu idi... 
Mülkiyyət probleminin həll edilməsi
üçün  hələ  də  müzakirələr  davam  edir.
Türkiyə Kiprdə işğalçı deyil, qurtarıcıdır.
Qarabağ  torpaqlarının  ermənilər  tərə -
findən  işğalı  ilə  Kiprdə  liderlərin  an -
laşması  ilə  həyata  keçirilən  əhali
mü ba diləsi  sonrasında  ortaya  çıxan
ayrılma eyni hadisə deyildir. Kiprli türk-
lər  cənubda  malını-mülkünü  qoyaraq,
eynilə  şimalda  yaşayan  yunanlar  kimi
can güvənliyini təmin etmək üçün köç
etmişdir. “Annan planı” adı ilə bilinən
BMT  həll  paketini  kiprli  türklər  fəda -
karlıqla qəbul etmişlər, amma yunanlar
rədd  etmişdir.  Qara bağda  Kiprlə  bağlı
saydığım bu proseslərin heç biri yaşan-
mamışdır. Fərq budur.
- Sərdar bəy, rauf bəyin də Azərbay-
can, xüsusilə, Qarabağ problemilə
bağlı  özünəməxsus  düşüncələri
vardı. Ata nızın  bu  istiqamətdə  ya -
dınızda  qalan  düşüncə  və  xatirə -
 lərini 
oxucularımızla 
bölüşə
bi lər  sinizmi?
-  Azərbaycana  çox  özəl  bir  marağı
vardı.  Rəhmətlik  Heydər  Əliyev  ilə
Türkiyədə görüşmüşlər və aralarında isti
bir dostluq yaranmışdı... İllər sonra bir-
likdə Azərbaycana getdiyimiz zaman bu
dəfə  Prezidentiniz  İlham  Əliyev  ilə
tanışmış və söhbət etmişdi. O görüşdə də
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
37
Serdar DENKTAŞ
1959-cu ildə Lefkoşada doğulmuşdur.
Birləşmiş  Krallıqda  “London  College  of
Printing”də  mətbəəçilik  sahəsində  təhsilini
tamamladıqdan sonra, Birləşmiş Krallıq Cardiff
Universitetində  iqtisadiyyat  təhsili  almışdır.
Cardiffdə  Türk  Tələbə  Dərnəyini  qurmuş  və
Tələbə Birliyi İdarə Heyətinin üzvü olmuşdur.
Şimali Kipr Türk Respublikasında 1986-cı ildə
Şimali Kipr Mədəniyyət Dərnəyini, 1989-cu ildə
isə Gənc İş adamları Dərnəyini quraraq sədr-
liyini etmişdir. Kipr Kredit Bankının müdiri ol-
muşdur.
Serdar Denktaş 1990-cı ilin parlament seç -
kilərində Milli Birlik Partiyasından Lefkoşa mil-
lət vəkili seçilmişdir. 1990-1992-ci illərdə Şimali
Kiprin  Daxili  İşlər,  Kənd  İşləri  və  Ekologiya
naziri olmuşdur. 
1993-cü  ilin  parlament  seçkilərində  isə
Demokrat Partiyasından Lefkoşa millət vəkili
seçilmiş  və  1994-1995-ci  illərdə  gənclik  və
idman naziri olmuşdur. 1996-cı ildə Demokrat
Partiyasının  sədri  seçilmişdir.  1996-cı  ildə
dövlət naziri və Baş nazirin müavini olmuşdur.
2001-2003-cü  illər  arasında  isə  turizm  və
ekologiya naziri vəzifəsində çalışmışdır. 
1998  və  2003-cü  il  seçkilərində  yenidən
Demokrat Partiyasından Lefkoşa millət vəkili
seçilmişdir. Həmin illərdə Baş nazirin müavini
və xarici işlər naziri olmuşdur. 
2005-ci il seçkilərində Demokrat Partiyasın-
dan Lefkoşa millət vəkili seçilən Denktaş, 28
aprel 2005-ci ildə qurulan koalisiya hökumə -
tində Baş nazirin müavini və xarici işlər naziri
olmuşdur. 
Hazırda  Demokrat  Partiyasının  sədri  və
Lefkoşa millət vəkilidir. 


ifadə etdiyi kimi, ən böyük arzusu Azər-
baycan – Şimali Kipr Türk Respublikası
əlaqələrinin ən yüksək səviyyəyə çıxarıl-
ması  və  bu  əməkdaşlığın  digər  dünya
ölkələrinə  nümunə  təşkil  etməsi  idi...
Həyatda  olduğu  zaman  bunu  görə
bilmədi,  inşallah,  onun  önümüzə  qoy-
duğu bu hədəf bir gün gerçəkləşər.
- Bildiyiniz  kimi,  Qa rabağ  proble-
mindən  dolayı  Azərbaycan  Şimali
Kiprin müs təqilliyini rəsmi olaraq
tanıya bil mir. Buna baxmayaraq, iki
qardaş  toplum  ara sında  münasi-
bətlərin inkişaf etdi rilməsi istiqamə -
tində, sizcə, nələr edilə bilər?
- Hər şeydən öncə, Qarabağ problemi
ilə Kipr problemi arasındakı fərqlər həm
akademik, həm də mədəni anlamda in-
cələnməli  və  fərqliliklər  hər  kəs  tərə -
findən  doğru  bilinməlidir.  Bildiyim
qədəri ilə, bu istiqamətdə başladılmış hər
hansı  bir  çalışma  yoxdur.  Bu,  təmin
edildikdən sonra, siyasi baxımdan tanın -
ma olmasa belə, mədəni və ticari müna-
sibətlərin inkişaf etdirilməsi önündə heç
bir əngəl qalmaz. Hər iki xalqın içindəki
simpatiya və sevginin daha irəli səviy -
yələrə  daşınması  üçün  iki  ölkə  səla -
hiyyətlilərinin sıx-sıx bir araya gəlməsi,
mövcud təmasların artırılması yaxşı bir
başlanğıc ola bilər.
-  Türk  dünyasının  inteqrasiyası
yönün də  atılan  mövcud  addımları
necə qiy mət ləndirirsiniz?
-  Türk  dövlət  və  toplumları  konfe -
derasiyasının formalaşması üçün zəruri
addımların  atılmaqda  olduğunu  gör-
mürəm.  Avropa  İttifaqı  kimi  bir  inte-
qrasiyanın formalaşması halında bölgədə
böyük bir güc və iqtisadi bazar ortaya
çıxacağına inanıram... Ancaq, dediyim
kimi, bu istiqamətdə atılan sağlam ad-
dımlar olduğu düşüncəsində deyiləm.
- Sərdar bəy, son olaraq jurnalımız
vasitəsilə  Azərbaycan  toplumuna
vermək istədiyiniz mesajlar varmı?
- Azərbaycanlı qardaşlarıma ən içtən
sev gilərimi çatdırıram.
- Sərdar  bəy,  çox  təşəkkür  edirik.
Belə  gözəl  və  səmimi  müsahibə
üçün... Sağ olun! 
- Mən təşəkkür edirəm, Elşən bəy.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
38


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə