İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
31
onların  hüquqi  şəxslərdəki  paylarından
tutulması  məqsədilə  Vergilər  Nazirliyi
15 fiziki şəxsə qarşı məhkəmələrdə id-
dialar qaldırmışdır. Artıq müvafiq iddi-
alardan 2 iş üzrə borc məbləğinin hüquqi
şəxsin əmlakındakı payına yönəldilməsi
barədə qətnamə çıxarılmış, 2 iş üzrə isə
borc  məbləği  ödə nildiyindən  müvafiq
məhkəmə  qərardadı  qəbul  olunmuşdur.
38 borclu fiziki şəxslə aparılan müvafiq
tədbirlər  nəticəsində  isə  borcların  tam
olaraq dövlət büdcəsinə alınması təmin
edilmişdir. 
Bununla  yanaşı,  hazırda  sahibkarlıq
fəaliyyətlərini  dayandıran,  lakin  dövlət
büdcəsi  qarşısında  öhdəlikləri  tam  icra
etməyən fiziki şəxslərin borclarının onların
mülkiyyətində olan nəqliyyat vasitələrinə
yönəldilməsi  prosesi  də  sürətləndirili -
mişdir.
Belə  ki,  ötən  dövr  ərzində  15  ver gi
ödəyicisinin nəqliyyat vasitəsinin üzərinə
həbs qoyulması məqsədilə aidiy yəti struk-
turlara müraciət edilmiş, 921 borclu vergi
ödəyicisinin 674,6 min ma nat məbləğində
borc  məbləğinin  dövlət  büdcəsinə
ödənilməsi təmin edilmişdir. 
Bundan başqa, vergidən yayınma faktı
ilə  əlaqədar  barəsində  hökm  çıxarılmış
şəxslərin tərkibi də tərəfimizdən mütəmadi
olaraq  araşdırılır.  Belə  ki,  aparılmış
araşdırma ilə vergidən yayınma faktı ilə
əlaqədar  barəsində  hökm  çıxarılmış
hüquqi şəxslərin rəhbərlərindən azadlıq-
dan  məhrum  etmə  cəzasının  müddəti
başa  çatmış  və  vergi  orqanında  ayrıca
fi ziki  şəxs  kimi  uçota  duraraq  yenidən
sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu,
eləcə də Vergilər Nazirliyinin baza məlu -
matlarına əsasən aktivləri müəyyən edilən
şəxslər barədə də tədbirlərin görülməsinə
başlanılmışdır. 
Nəhayət,  qeyd  etdiyiniz  məsələ  ilə
bağlı, ötən dövr ərzində vergi orqanları
tərəfindən  800-dək  borclu  vergi  ödəyi-
cisinin ölkədən getmək hüququnun məh-
dudlaşdırılması  barədə  müvafiq  icra
şöbələrinə müraciətlər edilmişdir. Həmin
vəsatətlər  nəticəsində  müvafiq  əsas -
landırılmış  təqdimatlar  hazırlanmış,  o
cümlədən 33 vergi ödəyicisinin ölkədən
getmə  hüququ  müvəqqəti  olaraq  məh-
dudlaşdırılmışdır.  Görülmüş  tədbirlər
nəticəsində 7 vergi ödəyicisi vergi borcunu
ödədiyinə  görə  barələrində  icraatlar
dayandırılmışdır. 
Göründüyü kimi, vergi borcunun alın-
ması  prosesində  çoxşaxəli  təsir  imkan-
larından istifadə olunur. Vergi borclarının
aradan qaldırılması istiqamətində aparılan
çevik menecment cari ilin birinci yarısında
borc  məbləğlərinə  təsir  etmişdir.  Belə
ki, ümumi borc məbləği cari ilin 1 yanvar
tarixi ilə müqayisədə 8,3%, ötən ilin mü-
vafiq dövrü ilə müqayisədə isə 17,8 %
azalmışdır. Hesab edirəm ki, bu göstəri-
cilər  vergi  borclarının  idarəolunması
sahəsində aparılan səmərəli menecmentə
dəlalət edir. 
- Vergi borcları daha çox hansı səbəb -
lərdən  yaranır?  Vergi  borcunun
yaranmaması üçün Vergilər Nazirliyi
tərəfindən hansı qabaqlayıcı addımlar
atılır? 
- Vergi ödəyicilərinin büdcə qarşısın-
dakı öhdəliklərinin tam və vaxtında icra
etməmələrinin səbəbləri, yəni borcların
yaranma səbəbləri müxtəlif ola bilər. Bu-
rada  öhdəliklərin  icra  edilməməsi,  mü -
vəqqəti maliyyə çətinlikləri və ya büdcəyə


32
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
ödənilməli  olan  vəsaitlərin  digər  is-
tiqamətlərə,  məsələn,  dövriyyə  vəsait -
lərinin  artırılmasına  yönəldilməsi  ilə
müşayiət oluna bilər. 
Bəzən borcların yaranmasının obyektiv
səbəbləri də olur. Məsələn, mövcud qa-
nunvericilik kəndli-fermer təsərrüfatlarının
fəaliyyəti, eləcə də dövlətdən sosial yar -
dım  alan  vətəndaşlarımız  üçün  vergi
orqanlarında  qeydiyyatdan  keçməyi
məcburi hesab edir. Azərbaycanda kənd
təsərrüfatının  vergidən  azad  edildiyinə
görə,  bir  çox  hallarda  fermerlər  vergi
ödəmədiklərinə  görə,  vergi  orqanlarına
müvafiq  bəyannamələri  də  təqdim  et-
mirlər.  Halbuki,  qanunvericilik  vergi
güzəştləri olduğu halda belə, vergi bəyan-
namələrinin təqdim edilməsini tələb edir.
Bu  eləcə  də  sosial  yardım  alan  vətən-
daşlarımıza  aiddir.  Vergi  orqanlarında
qeydiyyatdan  keçmiş  hər  bir  şəxs  qa-
nunvericiliklə müəyyən edilmiş dövrlərdə
vergi  öhdəliklərinin  yaranıb-yaranma-
masından asılı olmayaraq bəyannamələrini
təqdim  etməyə  borcludur.  Bəyannamə
təqdim  edilmədiyi  halda,  bu  maliyyə
sanksiyalarının tətbiq edilməsinə səbəb
olur ki, bu da son nəticədə həmin ödəyi-
cilərin borc öhdəliklərinin yaranmasına
gətirir. 
Bu baxımdan, biz bu sahədə məlumat-
landırma  və  maarifləndirmə  işlərindən
geniş  istifadə  edirik.  Hesab  edirəm  ki,
əslində  məcburi  tədbirlərə  keçməzdən
əvvəl  vergi  ödəyicilərinin  öhdəliklərini
vaxtında yerinə yetirilməsi baxımından
məlumatlandırılması kimi proqressiv iş
metodları  daha  səmərəli  nəticələr  əldə
etməyə imkan verir. Ümumiyyətlə, nəzə -
rinizə çatdırım ki, dünya təcrübəsi ictimai
təsir vasitələrindən istifadə edilməsinin
səmərəli olduğunu göstərir. Biz bu sahədə
hələ ilk addımları atırıq. Bu ilin martın
sonunda  ilk  dəfə  "2012-ci  ildə  vergi
borcu olmadan" adı altında ictimai aksiya
keçirilmişdir.  Bu  aksiya  zamanı  vergi
ödəyicilərinə  vergi  bəyannamələrinin
təqdim edilməsi və ödəmələrin vaxtında
həyata  keçirilməsi  haqqında  bildirişlər
paylanmış,  borclu  vergi  ödəyicilərinin
birbaşa təsərrüfat subyektlərinə getməklə
onlara borclarının olduğu barədə məlumat-
lar  çatdırılmışdır.  Əlbəttə,  bu  da  təsir
vasitələrindən biridir, biz gələcəkdə bu
kimi aksiyaların mütəmadi olaraq keçir-
ilməsini planlaşdırırıq. 
Nəhayət,  qeyd  etmək  istərdim  ki,
Cinayət Məcəlləsinin 213-cü maddəsinə
edilmiş  son  dəyişikliklərdən  sonra
vergiləri ödəməkdən yayınma faktı cinayət
tərkibi  yaradır.  Bu  vergidən  yayınma
hallarının məsuliyyət dərəcəsini artırmışdır
və sözsüz ki, vergi ödəyicilərinin vergi -
lərdən  yayınmaq  istəyi  və  cəhdlərinin
azalmasına  yönəlmiş  təsir  vasitəsidir.
Hazırda  vergidən  yayınmaq  niyyətində
olan  vergi  ödəyicilərinin  sayı  kifayət
qədər azalmışdır. 
- Bu il Avropadaxili Vergi Adminis-
trasiyaları  Təşkilatının  "Vergi
borclarının idarə edilməsi" üzrə işçi
qrupunun  ilk  iclası  Bakı  şəhərində
keçirildi.  Azərbaycanın  vergi  borc -
larının idarə edilməsində beynəlxalq
qurumlarla  əməkdaşlığı  necə  gedir
və  yerli  vergi  sistemi  bu  sahədə
beynəlxalq təcrübədən yararlanırmı? 
- Beynəlxalq təşkilatlarla, o cümlədən
Avropadaxili  Vergi  Administrasiyaları
Təşkilatı (IOTA) ilə mövcud olan əmək-


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə