İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

 



 

prioritetlərə  uyğun  olaraq  iqtisadiyyatın  bölmə  və  sahələrinin  inkiĢafının 

stimullaĢdırılması; 

3.

 



ĠĢ  yerləri  çatıĢmazlığı  probleminin  həlli  və  məĢğulluğun  səmərəli 

səviyyəsinə nail olmaq; 

4.

 

Sosial  ədalətə  riayət  etməklə,  əhalinin  sosial  qruplar  üzrə  təminatının 



tənzimlənməsi; 

5.

 



Bazarların açıqlığının təmin edilməsi, müqavilələrin bağlanması azadlığına 

riayət  olunması  daxil  edilməklə,  tam  rəqabət  mexanizminin  yaradılması  və 

saxlanmasının müdafiə olunması; 

6.

 



Dünya bazarında milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini təmin etmək 

üçün  və  sahibkarlığın  inkiĢafı  üçün  əlveriĢli  münbit  Ģəraitin,  rəqabətli  bazar 

mühitinin  inkiĢafı.  Dövlət  bazar  mexanizm  ilə  həyata  keçirilməsi  mümkün 

olmayan  sahələrdə  də  yüksək  səviyyəli  rəqabət  qabiliyyətliliyin  təmin  edilməsinə 

çalıĢmalıdır. 

7.

 



Ġqtisadi  inkiĢafın  keyfiyyət  cəhətdən  yüksəldilməsi,  o  cümlədən  yaĢayıĢ 

mühitinin  və  həyat  keyfiyyətinin  yaxĢılaĢdırılması  üzrə  iĢçilərin  hərtərəfli 

inkiĢafının  stimullaĢdırılması  və  istehlakçıların  hüquqlarının  müdafiəsinə  dair 

tədbirlər sisteminin həyata keçirilməsi. 

Qeyd  edilən  mühüm  problemlərin  həlli  ilk  növbədə  iqtisadiyyatda 

balanslaĢdırılmıĢ  artım  və  əmək  məhsuldarlığının  yüksəldilməsi  üçün  Ģəraitin 

yaradılmasını, ETT-nin sürətlənməsini, qiymətlərin mümkün sabitliyinə və müsbət 

tədiyyə balansının yaradılmasına nail olunmasını tələb edir. 

Ümumiyyətlə,  dövlətin  iqtisadiyyata  qeyri  -  səmərəli,  məqsədyönsüz 

müdaxiləsi ümumi tarazlığı poza bilər. Odur ki, bu cəhətlər dövlət tərəfindən daim 

nəzərə alınmalıdır. 

Dövlət  tənzimlənməsinin  obyekti  kimi  milli  iqtisadiyyatın  dinamik, 

proporsional  inkiĢafı  əsas  götürülərək,  ölkənin  mikro  və  makro  səviyyələrdə 

balanslaĢdırılmıĢ  inkiĢafının  təmin  edilməsi  nəzərdə  tutulur.  Milli  iqtisadiyyatın 

inkiĢafı  isə  təsərrüfat  subyektlərini  ölkəmizin  və  xarici  ölkələrin  ərazilərində, 



14 

 

 



 

həmçinin  xarici  ölkələrlə  birgə  fəaliyyət  göstərən  istehsal  və  xidmət  sahələrini 

əhatə  edir.  Bu  zaman  ölkə  iqtisadiyyatının  hüquqi  tənzimləməsinin  obyektlərinə 

aid edilir: 

1.

 

Sahibkarlar arasında qarĢılıqlı münasibətlər; 



2.

 

Dövlətlə  iqtisadi  subyektlər,  ölkə  ərazisində  təsərrüfat  fəaliyyətini  həyata 



keçirən  hüquqi və fiziki Ģəxslərin qarĢılıqlı əlaqəsi; 

Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsi  sistemində  obyekt  kimi  əĢyalar,  yəni 

istehsal  olunan  və  dövriyyəyə  buraxılan,  həmçinin  istehsalı  və  satıĢı  qanunla 

qadağan  olunan  və  ya  ölkənin  strateji  maraqlarına  uyğun  gəlməyən  əmtəələr  və 

əmtəə  qrupları  götürülə  bilər.  Həmçinin,  iqtisadiyyatda  mövcud  olan  iqtisadi 

fəaliyyət və xidmət növləri obyekt kimi hüquqi tənzimləməyə daxil edilir. 

Dövlət  tənzimlənməsinin  subyekti  kimi  Azərbaycan  Respublikası 

Konstitusiya  və  Qanunlarına  əsasən  fəaliyyət  göstərən  öz  institutları  simasında 

çıxıĢ  edir.  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  mərkəzi  və  regional 

səviyyələrdə həyata keçirilir. 

Milli  iqtisadiyyatın  dövlət  idarə  edilməsi  funksiyasının  yerinə  yetirilməsi 

üçün  icraedici  orqanlar  yaradılır.  Onlardan  baĢqa  koordinasiya  və  konsultativ 

(məsləhətçi) orqanlar da yaradılır. Koordinasiya orqanları komissiya adlandırılır və 

marağı olan icra hakimiyyəti orqanlarının müəyyən sosial — iqtisadi məsələlərinin 

həllində razılaĢdırılmıĢ hərəkətlərinin təminini təĢkil edir. 

Ġqtisadiyyatın hüquqi tənzimlənməsinin subyekti kimi həm də hər hansı bir 

iqtisadi fəaliyyətlə məĢğul olan fiziki və hüquqi Ģəxslər nəzərdə tutulur ki, onların 

da fəaliyyətləri Azərbaycan Respublikasının müvafiq qanunları və hüquqi-

normativ aktları ilə tənzimlənir. 

Fəaliyyətdə  olan  iqtisadiyyatın  hüquqi  tənzimlənməsinin  mövcud  sistemi 

birdən birə yaranmamıĢdır. O müəyyən mərhələlərdən keçmiĢdir. 

Səlahiyyətli  dövlət  orqanının  aktında  ifadə  olunan  dövlətin  iradəsi  hüquqi 

tənzimləmənin mənbəyi kimi anlaĢılır. 

Qanunverciliyin siste

min

i təĢkil edən bu aktlar aĢağıdakılardır: 




15 

 

 



 

 



Azərbaycan Respublikası Konstitusiyası; 

 



Referendumla qəbul olunmuĢ aktlar; 

 



Azərbaycan Respublikasının qanunları (məcəllələri); 

 



Azərbaycan Respublikası Prezidentinin fərmanları; 

 



 Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 

 



Mərkəzi  Ġcra  Hakimiyyəti  orqanlarının  normativ  aktları  (nazirlik,  dövlət 

komitələri, respublika idarələri, Nazirlər Kabineti yanında komitə və idarələr); 

 

Həmçinin,  Naxçıvan  Muxtar  Respublikasının  qanunları,  bu  respublikanın 



Nazirlər  Kabinetinin  qərarları,  yerli  icra  hakmiyyəti  orqanlarının  normativ 

xarakterli  aktları  (qeyd  olunan  aktlar  Azərbaycan  Respublikasının  qanunvericilik 

sisteminə  daxildir).  Habelə  bələdiyyələrin  aktları  hüquqi  tənzimləmə  mənbələri 

kimi istifadə edilir. 

Bələdiyyələr dövlət hakimiyyəti orqanlarına aid deyildir, lakin Konstitusiyaya 

uyğun  olaraq  onların  aktlarının  icrası  ərazisində  yaĢayan  vətəndaĢ  və  hüquqi 

Ģəxslər üçün məcburidir. 

Qeyd  edək  ki,  yuxarıda  qeyd  olunan  aktlar  Azərbaycan  Respublikasının 

Konstitusiyasına zidd olmamalıdır. 

Azərbaycan  Respublikası  Konstitusiyası  birbaĢa  təsiri  olan  normativ  hüquqi 

aktdır. Burada dövlətin iqtisadiyyata təsiri maddə 15-də belə ifadə olunur: 

«Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında  iqtisadiyyatın  inkiĢafına 

Ģərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa 

və haqsız rəqabətə yol vermir.» 

Ümumiyyətlə, Qanunvercilik iqtisadi fəaliyyətlə məĢğul olan Ģəxslər arasında 

və  ya  onların  iĢtirakı  ilə  yaranan  münasibətləri  tənzimləyir.  O,  tənzimlənən 

münasibətlər 

iĢtirakçıların 

bərabərliyinin 

tanınmasına, 

mülkiyyətin 

toxunulmazlığına, müqavilə azadlıqlarına və s. əsaslanır. Münasibətlərin qanunve-

riciliklə  və  ya  tərəflərin  razılığı  ilə  tənzimlənməsi  mümkün  olmadığı  halda,  eyni 

mahiyyətli  münasibətləri  tənzimləyən  qanun  tətbiq  olunur  (buna  qanunun 

analogiyası  da  deyilir)  Azərbaycan  Respublikasının  daxili  normativ  -  hüquqi 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə