İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



 

-

 



Azərbaycan Respublikasında dövlət proqramlarının iĢlənib hazırlanması və 

reallaĢdırılması mexanizmi öyrənmək; 

-

 

Ġqtisadi  inkiĢafın  təmin  edilməsinin  hüquqi-normativ  əsası  kimi  dövlət 



proqramlarının rolunu tədqiq etmək və əhəmiyyətini müəyyənləĢdirmək; 

-

 



Azərbaycan  Respublikasinda  Ġqtisadi  inkiĢafın  təmin  edilməsinin  hüquqi- 

normativ əsası kimi sosial-iqtisadi inkiĢaf dövlət proqramlarının icrası yekunlarını 

təhlil etmək və nəticələrinin səmərəliliyini müəyyənləĢdirmək. 

Tədqiqatın praktiki əhəmiyyəti iqtisadi inkiĢafla bağlı qərar, proqram, layihə, 

təklif  və  tövsiyələr  hazırlanması  prosesində,  əlaqədar  elmi-tədqiqat  iĢlərində 

istifadə 

oluna 

bilinməsində, 



alınmıĢ 

nəticələrin 

regional 

inkiĢafın 

sürətləndirilməsində,  təsərrüfatçılıq  mexanizmlərinin  təkmilləĢdirilməsidə  istifadə 

edilə  bilməsindədir.  Əldə  edilmiĢ  nəticələr  iqtisad  fakultələrinin,  xüsusilə  iqtisadi 

hüquq  ixtisası  üzrə  müəllim  və  tələbələr,  həmçinin  müəllif  tərəfindən  araĢdırılan 

məsələlərin  Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsi  istiqamətində  köməkçi  material 

kimi  istifadə  edilə  bilməsi  ilə  bağlıdır.  Dissertasiyanın  materialı  həm 

Azərbaycanda, həm də ondan kənarda iqtisadi fəaliyyət ilə məĢğul olan subyektlər 

üçün maraq kəsb edəcəkdir. 

Tədqiqatın  elmi  yeniliyi  kimi  tədqiqatda    iqtisadiyyatın  hüquqi 

tənzimlənmənin  dövlət  tənzimlənməsi  sistemində  yeri  və  rolu  tədqiq  edilmiĢdir, 

iqtisadiyyatın  hüquqi  tənzimlənməsinin  reallaĢmasının  yeni  hüquqi  formalarını 

öyrənilmiĢdir,  inkiĢaf  mahiyyətinin  və  həyata  keçirilməsi  mexanizmi,  iqtisadi 

siyasətinin formalaĢması və həyata keçirilməsi xüsusiyyətləri tədqiq edilmiĢdir. 

 

Dissertasiyanın strukturu giriĢ, üç fəsil, yeddi paraqraf, nəticə və təklif hissəsi 



və  ədəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiya  iĢinin  məzmunu  aĢağıdakı 

kimidir: 

GiriĢ  hissə  tədqiqat  iĢinin  predmetini,  obyektini,  araĢdırmanın  məqsədlərini, 

vəzifələrini,  elmi  yeniliyini,  əhəmiyyətini  əks  elətdirir.  ―Ġqtisadiyyatın  hüquqi 

tənzimlənməsinin  nəzəri-metodoloji  əsasları‖  adlanan  birinci  fəsil  üç  paraqrafdan 

ibarətdir. Bu fəsildə dövlətin iqtisadiyyata müdaxiləsinin hüquqi-normativ aktlarla, 




 

 



 

qanunlarla,  fərman,  sərəncam,  qərarlarla  tənzimlənməsi  iĢıqlandırılmıĢdır.    Ġkinci 

fəsil 

―Müasir  Ģəraitdə  dövlət  proqramlarinin  iĢlənib  hazırlanmasi  və 



reallaĢdirilmasi  mexanizminin  təhlili‖dir  və  iki  paraqrafdan  ibarətdir.  Ġkinci  fəsil 

iqtisadi  inkiĢafda  mühüm  rol  oynayan  dövlət  proqramlarının  hazırlanması  və 

kompleks  təhlilini  əhatə  edir.  ―Dövlət  proqramlarının  iĢlənib  hazırlanması  və 

reallaĢdırılması  mexanizminin  hüquqi  təminatının  təkmillədirilməsi  istiqamətləri‖ 

adlanan  üçüncü  fəsildə  dövlət  proqramları  ilə  əlaqədar  olan  hüquqi-normativ 

aktlarının qəbul olunmuĢ təkmilləĢdiriliməsi istiqamətləri tədqiq edilmiĢdir. 




 

 



 

FƏSĠL I. ĠQTĠSADĠYYATIN HÜQUQĠ TƏNZĠMLƏNMƏSĠNĠN NƏZƏRĠ-

METODOLOJĠ ƏSASLARI 

1.1.Ġqtisadiyyatın hüquqi tənzimlənməsinin dövlət tənzimlənməsi sistemində yeri 

və rolu 

Bazar  münasibətlərinin  formalaĢması  və  inkiĢafına  sistemli

 

proses  kimi 



yanaĢılması,  radikal  iqtisadi  islahatlar  üçün  hüquqi  bazanın  yaradılmasında 

obyektiv iqtisadi qanunlardan, qanunauyğunluqlardan istifadə, Konstitusiya aktı və 

prezident  fərman  və  sərəncamları,  müxtəlif  səpgili  normativ  -  hüquqi  aktlar  və 

habelə 


geniĢ  təkrar  istehsalın  əsas  prinsipləri  iqtisadiyyatın  hüquqi 

tənzimlənməsinin nəzəri və metodoloji əsaslarını təĢkil edir. 

Bu  mühüm  prinsiplər  əsasında  dövlət  iqtisadi  inkiĢafın  cari  və  perspektiv 

problemlərini 

ardıcıl  surətdə  həll  edərək,  iqtisadiyyatın  məqsədyönlü 

tənzimlənməsini  həyata  keçirir.  Bu  baxımdan,  bazar  iqtisadiyyatının  tələblərinə 

uyğun  müvafiq  qanunların,  normativ-hüquqi  aktların  qəbul  edilməsi  yeni  iqtisadi 

münasibətlər sisteminin mahiyyətindən irəli gəlir. Bir sözlə, iqtisadiyyatın hüquqi 

tənzimlənməsi  mülki,  əmək,  inzibati,  gömrük,  torpaq,  müəssisələr,  sahibkarlıq  və 

s.  haqqındakı  qanunvericilikdən  istifadə  edərək,  iqtisadi  münasibətlərin  düzgün 

tənzimlənməsi 

həyata 


keçirilir.  Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsinin 

mahiyyətinə aĢağıdakı nöqteyi - nəzərdən yanaĢmaq olar: 

1.

 

Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsi,  qanunvericilik  sistemi  kimi,  hüquqi 



normalara  əsaslanmaqla,  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsinin  üsul  və 

qaydalarını  müəyyənləĢdirir.  Qanunvericiliyin  öyrənilməsi  arbitraj  -  məhkəmə 

(iqtisad  məhkəməsi)  təcrübəsini  təhlil  edərək, hüquqi  normaların  qəbulunda, dərk 

edilməsində və tətbiqində vahidliyə nail olma məqsədini güdür. 

2.

 

Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsi  elmi,  hüquqi  tənzimlənmənin  obyekt 



və subyektlərini araĢdırmaqla, toplanan informasiya əsasında, onun gələcək inkiĢaf 

istiqamətlərini müəyyənləĢdirir. 

3.

 

Ġqtisadiyyatın  hüquqi  tənzimlənməsi  tədris  fənni  kimi  qanunvericiliyin, 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə