İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   2   3   4   5   6   7   8   9   10   ...   29

19 

 

 



 

tənzimlənməsinə keçid hesabına mümkün olmuĢdur. 

MərkəzləĢdirilmiĢ  sərt  planlaĢma  dövründə  cəmiyyət  qanunlara  deyil, 

Mərkəzi hakimiyyətin göstəriĢlərinə, yəni vahid idarəetmənin inzibati metodlarına 

əsaslanırdı. 

Bazar  Ģəraitində  iqtisadiyyatın  subyektləri  öz  fəaliyyətini  ―yuxarı 

instansiyaların‖ göstəriĢlərinə deyil, Azərbaycan Respublikasında fəaliyyətdə olan 

qanunlar və hüquqi-normativ aktlar əsasında həyata keçirilir. 

Məhz  buna  görə  də  qanunların  birbaĢa  təsir  etməsi  üçün  o,  mümkün  qədər 

müfəssəl,  müvafiq  münasibətləri  bilavasitə  tənzimləyə  biləcək  qədər 

detallaĢdırılmıĢ olmalıdır. 

Təsir  miqyasına  görə  normativ  aktlar  bu  və  ya  digər  dövlət  orqanları 

tərəfindən qəbul edilmiĢ mərkəzi tənzimləmə normativ aktlarına və lokal normativ 

aktlara bölünür. 

Lokal aktlar sahibkarın fərdi-hüquqi statusunu möhkəmləndirməklə, təĢkilatın 

idarəetmə  orqanları  tərəfindən  qəbul  edilir  və  həmin  təĢkilatda  yerinə  yetirilməsi 

mütləq  sayılır.  Burada  hüquqi  Ģəxslərin  əsasnamələri,  hüquqi  Ģəxsin  struktur 

bölmələri  haqda  əsasnamələri,  daxili  əmək  intizamı  qaydaları  və  təĢkilatda 

fəaliyyət  göstərən  digər  aktlar  nəzərdə  tutulur.  Mahiyyət  etibarı  ilə  bu  lokal 

normativ aktlar lokal (daxili istehsal) münasibətlərin tənzimlənməsini təmin edir. 

Ümumi və xüsusi normativ aktlar. Normativ aktların bu cür bölgüsü onların 

təyinatından asılı olaraq edilir. Yuxarıda qeyd edilən və universal xarakter daĢıyan 

normativ aktların hüquqi təsir gücünə və fəaliyyət miqyasına görə bölgüsü xüsusi 

əhəmiyyətə malikdir. 

Ümumi normativ aktlar iqtisadiyyatın bütün subyektləri üçün nəzərdə tutulur 

və  onların  bu  və  ya  digər  fəaliyyət  xüsusiyyətləri  nəzərə  alınmamaqla,  ümumi 

qaydaları əks etdirir. 

Xüsusi  normativ  aktlar  konkret  fəaliyyət  sferasının  hüquqi  tənzimlənməsi 

xüsusiyyətlərini əks etdirir. 

Normativ  aktların  ümumi  və  xüsusiyə  bölünməsinin  praktiki  əhəmiyyəti 




20 

 

 



 

ondan  ibarətdir  ki,  xüsusilər  ümumilərə  nisbətən  müəyyən  üstünlüyə  malikdir. 

Münasibətlər,  xüsusi  aktlarla  nizamlanmadıqda  və  yaxud  tam  nizamlanmadıqda 

onda yalnız ümumi aktlar tətbiq oluna bilər. 

Ümumi qanunvericilik obyektiv hüquq sistemini əks etdirdiyindən və kifayət 

qədər  ümumi  normaları  tərkibinə  daxil  etdiyindən  daha  sabitdir.  Xüsusi 

qanunvericilik isə obyektiv hüquq sistemi ilə ümumi qanunvericilik, yəni dolayısı 

ilə  əlaqələndirildiyindən  daha  dəyiĢkəndir.  O,  cəmiyyətin  hazırki  inkiĢaf 

mərhələsində  iqtisadi  siyasəti  əks  etdirən  daha  konkret  normalardan  idarətdir.  Bu 

əsasən  son  dövrlərdə  bir  çox  xüsusi  qanunların  dəyiĢməsində  və  daha  da 

təkmilləĢdirilməsində öz əksini tapır. 

Xüsusi  qanunların  qəbul  edilməsi  Ģübhəsiz  ki,  müasir  bazar  iqtisadiyyatı 

dövrünün xüsusiyyətlərindən irəli gəlir. Eyni zamanda qeyd olunmalıdır ki, xüsusi 

qanunların sayının həddindən artıq çox o

lm

ası dövlətin iqtisadiyyata müdaxiləsinin 



arzu olunmaz dərəcədə artmasından xəbər verir. 

Odur  ki,  müasir  dövrdə  ən  əsas  problemlərdən  biri  dövlətin  iqtisadiyyata 

müdaxiləsinin  hədd  və  hüdudlarının  iqtisadi  və  hüquqi 

cəhətdən 

əsaslandırılmasıdır. 

 

 



 

 

1.2. Ġqtisadiyyatın hüquqi tənzimlənməsinin reallaĢmasının hüquqi formaları 



Ġqtisadiyyatın hüquqi tənzimlənməsinin  xüsusiyyətləri müxtəlif ölkələrdə iki 

qrup amillərlə müəyyən edilir: 

-

 

Hər hansı bir ölkədə qəbul olunmuĢ iqtisadi dəyiĢikliklər paradiqması, yəni 



ölkənin sosial-iqtisadi inkiĢafı; 

-

 



Ölkənin iqtisadi, siyasi, ideoloji dəyiĢikliklərdən əvvəlki vəziyyətini 

müəyyənedici amillər. 

Birinci qrup amillərə baxarkən, qeyd etmək lazımdır ki, XX əsr dəyiĢikliklər 

və  iqtisadi  fəaliyyətin  islahatlarının  müxtəlif  «modelləri»ni  təklif  edən  çoxsaylı 




21 

 

 



 

iqtisadi  məktəblərlə  fərqlənirdi.  Bizim  tərəfimizdən  dünya  birliyi  ölkələrində 

həmin  konsepsiyaları  praktiki  istifadəsinin  tendensiyaları  tədqiq  olunmuĢdu.  Bu 

tədqiqatların  yekunları  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  hansı  bir  ölkənin 

milli  iqtisadiyyatının  islahatları  üçün  digər  ölkələrin  müvəffəqiyyətli  islahatlar 

təcrübəsini  tam  Ģəkildə  istifadə  etmək  olmaz  və  məhz  buna  görə  bu  tədqiqatların 

yekunlarına görə hər hansı bir ölkənin milli iqtisadiyyatının islahatları üçün digər 

ölkələrin müvəffəqiyyətli islahatlar təcrübəsini tam Ģəkildə istifadə etmək olmaz və 

məhz  buna  görə  islahatları  həyata  keçirən  təĢkilat  və  qrupların  hər  hansı  bir 

―modellərə‖ tam riayət etməkdən uzaqlaĢması müĢahidə olunur. Ġslahatlar lideri və 

onları  dəstəkləyən  alimlər,  sahibkarlar,  dövlət  müəssisələri  və  sairə  qruplar  milli 

iqtisadiyyatın  islahatını  hazırlayarkən  və  ona  dair  real  tədbirlər  həyata  keçirərkən 

ya  konkret  «modellərin»  nəzəri  maddələrini  ölkənin  xüsusiyyətlərinə 

uyğunlaĢdırmaq  və  ya  iqtisadi  fəaliyyətin  islahatlarını  «konsolidə  etmiĢ» 

konsepsiyalarını  tərtib  edərək  müxtəlif  modellərə  xas  olan  tədbirləri  kombinə 

etməyə  çalıĢırdılar.  Lakin,konkret  konseptual  islahatlar  sistemlərinin  zəruri 

fərqlərinə  baxmayaraq  belə  nəticəyə  gəlmək  olar  ki  XX  əsr  iqtisadi  məktəblərin 

―konvergensiya‖sı prosesi  templərinin  tədricən  artması  ilə  konseptual  maddələrin 

uyğunlaĢması  prosesi  ilə,  onların  müəyyən  dərəcədə  yeganə  paradiqmaya 

yönəldilməsi ilə xarakterizə olunur. Bununla belə dəyiĢikliklərin yeni paradiqması 

qətiyyən  müxtəlif  ölkələrdə  və  Ģərtlərdə  islahatçılıq  fəaliyyətinə  yanaĢmanın 

vəhdətində  əsaslandırılmır.  Əksinə  bu  paradiqmanın  əsası  dəyiĢikliklərin  və 

islahatların  baĢlanması  və  həyata  keçirilməsi  gediĢində  bu  və  ya  digər  ölkədə 

yaranan Ģərtlərin dəqiq təhlilinə və bu Ģərtlərə konkret proqramların bağlanması və 

onların  yerinə  yetirilməsi  planlarına zərurətlə  bağlı  müddəadır.  BaĢqa sözlə,  yeni 

paradiqmanın  yeganə  sabit,  dəyiĢməyən  qaydası  bu  və  ya  digər  ölkənin 

xüsusiyyətlərindən asılı olaraq, islahat prinsiplərinin dəyiĢməsinə zərurətin, hətta, 

belə  bir  təcrübənin  müsbət  olmasına  baxmayaraq,  digər  ölkələrin  təcrübələrinin 

kor-  koranə  yamsılanmasına  yol  verilməməsi  zərurətinin  təsdiq  edilməsindən 

ibarətdir.  Ġqtisadi  dəyiĢikliklərin  yeni  paradiqması  «eksperimentin  düzlüyü» 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə