İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



 

edilməsi  və  bu  sahələrdə  davamlı  inkiĢafa  nail  olunması  hər  bir  dövlətin  əsas 

vəzifələri sırasında dayanan məsələlərdəndir. Həmin sahələrin davamlı inkiĢafının 

təmin  edilməsi  ilk  növbədə  zəngin  tənzimləyici  normativ-hüquqi  bazanın 

formalaĢdırılmasını  tələb  edir.  Təbii  ki,  normativ-hüquqi  baza  dedikdə,  yalnız 

məhdudiyyətlər yaradan direktiv sənədlər deyil, müəyyən istiqamətlərdə fəaliyyət, 

norma və standartları müəyyənləĢdirən istiqamətverici sənədlər də nəzərdə tutulur. 

Dünya  təcrübəsi  də  sübut  edir  ki,  idarəetmə  və  inkiĢaf  tədbirlərinin  əvvəlcədən 

qəbul  edilmiĢ,  mövcud  Ģəraiti  nəzərə  alan  və  elmi  cəhətdən  hərtərəfli 

əsaslandırılmıĢ 

normativ 

sənədlərin 

tələbləri 

əsasında 

reallaĢdırılması 

uzunmüddətli  və  daha  səmərəli  nəticələrin  əldə  edilməsinə  Ģərait  yaradır.  Bütün 

bunlar  isə  dövlət  proqramları  sahəsində  dövlət  tənzimləməsinin,  yəni  iqtisadi 

proseslərə dövlətin mümkün  müdaxiləsinin  zəruriliyini  müəyyənləĢdirir. Məhz  bu 

inkiĢafın təmin edilməsinin hüquqi tədbirlər sisteminin əsasını təĢkil edən məqsədli 

dövlət  proqramlarının  əhəmiyyəti  böyükdür.  Son  illərdə  dövlət  tərəfindən 

regionların  sosial  -  iqtisadi  inkiĢafına  və  ayri-ayrı  sahələrin  inkiĢafına  yönəlmiĢ 

çoxlu  sayda  dövlət  proqramları  iĢlənib  hazırlanmıĢ  və  hal-hazırda  da 

reallaĢdırılmaqdadır  ki,  bu  proqramlar  da  regional  inkiĢafın  və  bu  inkiĢafa 

yönəlmiĢ  dövlət  siyasətinin  hüquqi  əsasını  təĢkil  etməkdədir.  Ġqtisadi  inkiĢaf 

proqramları  hazırlanarkən  xarici  bazara  daha  çox  rəqabət  qabiliyyətli  məhsul 

çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar hesabına tələbatın 

ödənilməsi  səviyyəsinin  yüksəldilməsi,  istehsal  potensialından  səmərəli  istifadə, 

iqtisadiyyatın  sahə  və  ərazi  quruluĢunun  təkmilləĢməsi  ön  plana  çəkilir.  Regional 

inkiĢafın dövlət proqramları əsasında davamlı inkiĢafının təmini istiqamətində ilk 

ciddi  addım  2004-cü  ildə  prezidentin  müvafiq  sərəncamı  ilə  təsdiq  olunmuĢ 

―Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkiĢafı  Dövlət  Proqramı 

(2004-2008-ci  illər)‖  ilə  qoyulmuĢdur.  I  regional  inkiĢaf  proqramı  çərçivəsində 

nəzərdə tutulmuĢ tədbirlərin uğurla reallaĢdırılması nəticəsində regionların iqtisadi 

potensialı  hərəkətə  gətirilmiĢ,  buradakı  əmək  ehtiyatları  dövriyyəyə  cəlb 

olunmuĢdur.  Bir  sözlə,  ölkənin  davamlı  və  tarazlı  inkiĢafına  yönəldilmiĢ  bu 



 

 



 

proqramın  icrasına  baĢlanılması  ilə  Azərbaycanda  regional  inkiĢafın  təməli 

qoyulmuĢ,  bölgələrdə  iqtisadi  fəallıq  xeyli  dərəcədə  canlanmıĢ,  insanlarda 

təĢəbbüskarlıq hissi güclənmiĢdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu 

il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiĢ ―Azərbaycan Respublikası 

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkiĢafı  Dövlət  Proqramı‖nın 

icrası  ölkə  iqtisadiyyatının  inkiĢafında  mühüm  əhəmiyyət  kəsb  etməklə, 

makroiqtisadi 

sabitliyin 

təmin 


olunmasında, 

sahibkarlıq 

fəaliyyətinin 

geniĢlənməsində, yeni müəssisələrin və iĢ yerlərinin yaranmasında, infrastruktur və 

kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin 

aĢağı  düĢməsində  və  əhalinin  rifah  halının  yaxĢılaĢdırılmasında  müstəsna  rol 

oynamaqdadır.  1-ci  və  2-ci  regional  inkiĢaf  proqramları  çərçivəsində  nəzərdə 

tutulmuĢ  tədbirlərin  uğurla  reallaĢdırılması  nəticəsində  regionların  iqtisadi 

potensialı  hərəkətə  gətirilmiĢ,  buradakı  əmək  ehtiyatları  dövriyyəyə  cəlb 

olunmuĢdur.  ―Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-

iqtisadi inkiĢafı  Dövlət  Proqramı‖nın icrasına  baĢlanılması  ilə ölkəmizin davamlı 

və  tarazlı  inkiĢafı  yeni,  daha  sürətli  mərhələyə  qədəm  qoymuĢdur.  Adıçəkilən 

sənədlərlə  yanaĢı  Azərbaycan  regionlarının  kompleks  inkiĢafını  nəzərdə  tutan 

―2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə 

etibarlı  təminatına  dair  Dövlət  Proqramı‖  kimi  sənədlər  də  Azərbaycan 

regionlarında sosial sahələrin inkiĢafının hüquqi əsasını təĢkil etməkdədir. 

Dissertasiyanın  predmetini  davamli  sosial  -  iqtisadi  inkiĢafinin  təmin 

edilmiəsilə  bağlı  yaranan  iqtisadi  və  idarəetmə  münasibətlərində  hüquqi 

tənzimləmə  aləti  və  mexanizmi  kimi  dövlət  proqramlarinin  əhəmiyyəti,  yeri  və 

rolunun  müəyyənləĢdirilməsi,  tədqiqat  iĢinin  obyektini  isə  Azərbaycan 

Respublikasının  təsərrüfat  kompleksləri,  sosial  -  iqtisadi  inkiĢaf  ilə  bağlı  digər 

proseslər təĢkil edir. 

ĠĢin  nəzəri  və  metodoloji  əsasını  regional  iqtisadi  inkiĢaf  və  regionların 

inkiĢafının zəruriliyi, regionların inkiĢafının təmin edilməsinin hüquqi mexanizmi 

və  əsası  kimi  dövlət  proqramlarının  əhəmiyyəti  ilə  bağlı  iqtisadçı  alimlərin 



 

 



 

müxtəlif  istiqamətlərdə  apardıqları  araĢdırmaları  təĢkil  edir.  Elmi  araĢdırmada 

kompleks  təhlil,  dialektika,  müqayisə,  monitorinq,  ekspert  qiymətləndirilməsi, 

proqram-məqsədli  yanaĢma,  məntiq,  tarixi  yanaĢma,  statistik  metodlar  tətbiq 

edilmiĢdir.  Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin, Ġqtisadiyyat, Maliyyə, Vergilər Nazirliklərinin materialları, qanun və 

normativ  aktlar,  hökumətin  qərarları,  Prezident  sərəncamları,  habelə  ölkədə 

fəaliyyət göstərən ayrı- ayrı iri Ģirkətlərin məlumatları və hesabatları təĢkil edir. 

Təqdim  edilən  problemin  aktuallığı,  onun  nəzəri  və  praktiki  əhəmiyyəti 

dissertasiyanın  mövzusunun  seçilməsini  müəyyən  etmiĢdir, tədqiqatın  predmet  və 

obyekti məqsəd və vəzifələri, həmçinin onun məntiqi və strukturunu Ģərtləndirir. 

Dissertasiya 

təqiqatının 

məqsədi  davamlı  sosial-iqtisadi  inkiĢafının 

tənzimlənməsinin  hüquqi  mexanizminin  nəzəri  və  praktiki  aspektlərinin  təhlilini 

aparmaq,  sosial-iqtisadi  potensialdan  səmərəli  istifadənin  və  sosial-iqtisadi 

inkiĢafının təmin edilməsinin hüquqi əsası kimi məqsədli dövlət proqramların yeri 

və  rolunu  müəyyənləĢdirmək  və  bu  istiqamətdə  nəzəri  və  praktiki  təkliflər 

hazırlamaq,  davamlı  sosial-iqtisadi  inkiĢafının  təmin  edilməsinin  hüquqi 

təminatının  və  ölkə  inkiĢafının  müasir  vəziyyətinin  təhlilini  aparmaq,  bu 

istiqamətdə həyata keçirilən dövlət siyasətinin hüquqi təminatının xüsusiyyətlərini 

müəyyənləĢdirməkdir. 

Bununla  əlaqədar  olaraq,  tədqiqatda  aĢağıdakı  konkret  vəzifələrin  yerinə 

yetirilməsi nəzərdə tutulmuĢdur:  

-

 

dövlətin  iqtisadi  inkiĢaf  strategiyasının  formalaĢdırılmasının  nəzəri 



məsələlərini təqiq edilməsi və davamlı sosial-iqtisadi inkiĢafa dair nəzəri baxıĢları 

öyrənmək və müqayisəli təhlil etmək; 

-

 

sosial-iqtisadi  inkiĢafın  dövlət  tənzimlənməsinin  əsas  istiqamətlərinin 



müəyyənləĢdirilməsi və inkiĢaf problemlərinin metodoloji məsələləri tədqiq etmək; 

-

 



Sosial-iqtisadi inkiĢafın təmin edilməsində dövlət proqramları öyrənmək; 

-

 



Azərbaycan  Respublikasında  davamlı  inkiĢafın  təmin  edilməsinin  hüquqi 

təminatı məsələlərini tədqiq etmək; 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə