İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə4/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   2   3   4   5   6   7   8   9   ...   15
Türkan mühazirə

Alqoritmin xassələri


Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox tələbləri ödəməlidir. Bu tələblərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır:
1. Hər bir alqoritm müəyyən diskret addımdan ibarətdir. Bu alqoritmin diskretlik xassəsidir.
2. Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olun-malıdır. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələ­lərdə istifadə oluna bilər. Əsas tələb ondan ibarətdir ki, hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu alqoritmin müəyyənlik (determinlik) xassəsidir.
3. Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. Bu alqoritmin kütləvilik xassəsidir.
4. Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər sadə əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır. Bu alqoritmin nəticəlilik xassəsidir
5. Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Bu alqoritmin sonluluq xassəsidir . Hər bir addımdakı əməliyyatlar diskret taktlarla yerinə yetirilir.
Alqoritmin təsvir vasitələri
Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün aşağıdakı təsvir vasitələrindən istifadə olunur:
1. Adi dildə; Nəqli(sözlə) təsvir
2. Blok-sxemlə;
3. Proqramlaşdırma vasitəsilə (alqoritmik dildə təsvir).
1. Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar,
icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icrası insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna bilər.
2. Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin hər bir addımına bir blok uyğun gəlir. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur. Əgər xətlərin uclarında ox işarəsi yoxdursa, onda keçidin şaquli istiqamətdə yuxarıdan aşağıya, üfüqi istiqamətdə isə soldan sağa ötürülməsi qəbul olunmuşdur.
Alqoritmin təsvirində ən geniş tətbiq edilən sxem üsuludur. Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı Proqram Sənədlərinin Vahid Sistemi (PSVS) çərçivəsində istifadə olunan standart simvollar aşağıdakılardır:






Alqoritmin blok-sxem təsvirində hər bir mərhələnin məzmunu, mərhələnin icra ardıcıllığı, dövr olunan hissələr aydın görünür.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə