İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə7/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Türkan mühazirə

Birinci nəsil (1946-1958) EHM-lərin element bazası elektron vakuum lampaları. Passiv elementlər kimi rezistorlardan və kondensatorlardan istifadə edilmişdir. Elektron lampaları metal özül üzərində yerləşdirilir, özül özü EHM-in korpusuna bağlanır. Elementlər naqillərlə birləşdirilir. Birinci nəslin EHM-ləri MESM, BESM, ENİAC (Electronic Numerical İntegrator and Computer) 18000 elektron lampasından istifadə olunurdu.
Nəslin əsas xarakteristikası:
1. Ölçüləri: bu maşınlar iri şkaflardan ibarət idi və 200 m2 sahə tuturdu, çəkisi 27 ton.
2. Sürəti: saniyədə 10-20 min əməliyyat.
3. İstismarı şox mürəkkəb idi, lampalar tez-tez sıradan çıxırdı.
Birinci nəsil EHM-lərin yaddaşı maqnit barabanlarında təşkil olunurdu. Birinci nəsil hesablama maşınları üçün xarakterik istifadə üsulu maşınla bilavasitə mübadilə üsulu olmuşdur. Proqramlar əsasən maşın dilində (əmrlərin ikiliksəkkizlik say sistemindəki kodlarından istifadə edərək) yazılırdı. Əsas iş rejimi “açıq” rejim idi. Bu rejimin mahiyyəti aşağıdakılardan ibarətdir:
Maşın T müddəti ərzində proqramçı-riyaziyyatçının ixtiyarına verilirdi. T=t1+t2+t3
t1- müddətində proqramçı idarəetmə pultu arxasında oturub proqramı sazlayırdı.
Proqramın hissə-hissə icrası mümkün olurdu. Proqram sazlandıqdan sonra alqoritmin sazlanması başlanırdı (t2 müddəti). Nəhayət, alqoritm seçildikdən sonra və proqram sazlandıqdan sonra məsələnin özü həll olunurdu(t3 müddəti).
Ümumiyyətlə, t1 maşın vaxtı sərfinin 50 %-ə qədərini təşkil edirdi (t1+t2)>>t3.
Belə maşınlardan biri İBM firmasının laboratoriyasında Hovard Aykenin rəhbərliyilə bir qrup alim tərəfindən hazırlandı və onu Mark I adlandırıldı. Mark I 23 mərtəbəli onluq ədədlər ilə dörd əsas hesab əməliyyatını yerinə yetirirdi, həm də xüsusi daxili alqoritmlərin koməyilə triqonometrik və loqarifmik funksiyaları
hesablaya bilirdi. Maşın yalnız irəliyə tərəf hərəkət edən perfolentdən “proqramlaşdırılırdı” (perfolentdə də informasiya perfokartda olduğu kimi müəyyən yerlərdə deşiklərin açılması ilə kodlaşdırılırdı). Buna görə də dövrlərin
yerinə yetirilməsi və idarənin geriyə ötürülməsi mümkün deyildi. EHM-in iş rejimi – birproqramlı.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə