İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə14/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   ...   7   8   9   10   11   12   13   14   15
Türkan mühazirə

Sheet-fed skanerlər – ilə işləmək faks aparatı ilə işləməyə bənzəyir. Kompüterə surəti daxil ediləcək məlumat olan kağız xüsusi üsulla qurğunun içərsinə dartılır. Bu skanerlərin mənfi cəhəti odur ki, kitab, jurnal və.s kimi cildlənmiş vasitələrin surətini daxil etmək mümkün deyil.
Overhead skanerlər – “overhead” proyektorlarını xatırladır. Bu skanerlərdə kompüterə surəti köçürüləcək kağız skanerin lövhəsi üzərinə baş-ayaq qoyulur, skanerin digər hissəsidə bunun üzərindən məlumatı oxuyur. Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.
Qrafiki Planşet (digitayzer): hər hansı qrafikanı digitayzer üzərində çəkərək kompüterə daxil edə bilərsiniz. İstədiyimiz rəsmləri, çertiyojları planşet üzərində çəkmək olar. Ayıretməsi LPI – line per inch-dir. Yəni bir düymə düşən xəttlərin sayı.
Mikrofon: səsimizi analoq formada kompüterə daxil edən qurğudur. Daxil olan analoq formada olan səs siqnalları səs kartı vasitəsilə kompüter daxilində rəqəmsal informasiyaya çevrilir.
TV-Tüner: kompüterdə TV verilişlərinə baxmaq üçündür. 2 forması vardır: plata və
avadanlıq. PCI slotu və USB vasitəsilə kompüterə qoşulur.
Web-Camera: görüntümüzü analoq formada kompüterə daxil etmək üçündür. Analoq formada kompüterə daxil olunmuş informasiya video kart vasitəsilə analoq formadan rəqəmsala çevirilir.
Çıxış qurğuları:

  • Monitor

  • Printer

  • Plotter

  • Akustik Sistemlər (kalonkalar)

  • Proyektor

Monitor: kompüter daxilindəki informasiyaları qrafiki,cədvəl və mətn formasında əks etdirən çıxış qurğusudur. Monitor şaquli və üfüqi nöqtələr (piksəllər) çoxluğundan ibarətdir. Monitorun ayırdetməsi (PPI- pixel per inch)-dur. Monitor diaqonal düym ilə ölçülür (1 düym= 2.54 sm).
Monitorun növləri:
a) Elektron Şüa Borulu b) Maye Kristallı c) LCD Plazma ekranlı
Printer: informasiyanı kağız vərəq üzərinə çap etmək üçün istifadə edilir. Printerlər kompüterə LPT və USB portları vasitəsilə qoşulur. Printerin ayır etməsi DPI –dot per inch-dir. Printerlər işləmə prinsipinə görə iki yerə bölünür:
Zərbsiz və Zərbli
Zərbli printerlər: Literli və Matrisli
Matris tipli zərbli printerlər – Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün olan işarələr bu və ya digər üsulla kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Printerin başlığı 9,18 və ya 24 iynəli ola bilirlər. Bir qayda olaraq ,müasir printerlər “rezident” və ya yüklənən miqyaslı şriftlərlə təmin olunurlar. Bu sahədə Epson, Star, Micronics, Okidata firmalarının məhsulları daha çox yayılmışdır.
Literli: Prinsipcə matrisli kimi işləyir.
Zərbsiz printerlər: Şırnaqlı , Termiki, Lazer və Led
Şırnaqlı printerlər. Bu cür zərbsiz printerlər demək olar ki, tam səssiz işləyirlər. Mürəkkəblə işləyən şırnaqlı printerlər ardıcıl, matris tipli zərbsiz printerlər aralıqlı işləyən çap qurğularına aid edilə bilərlər.
Termoprinterlər. Bu üsulla təsviri kağıza çap etmək üçün kağızın ayrıca götürülmüş hər hansı bir hissəsi qızdırılır. Belə halda kağız müəyyən termohəssas örtüklə örtülür. Lokal qızdırma zamanı həmin örtüyün təsviryaradıcı birinci komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində görünən ləkə yaradır. Ümumiyyətlə, bu üsulla müxtəlif rənglərdə çap etmək mümkündür. Bir qayda olaraq , çap vaxtı qara rəngli təsviri həmin edən örtük daha yüksək temperature və çap başlığının böyük təzyiqini tələb edir.
Lazer və LED (Light Emitting Diode) printerləri. Lazer printerlərində surət çıxaran maşınlarda olduğu kimi, təsviri əldə etmək üçün elektroqrafik prinsipdən istifadə edilir. Bu proses zamanı elektrostatik potensial relyefli yarımkeçirici qatda təşkil edilir və sonra bu relyef vizual şəkildə göstərilir. Vizual şəkildə göstərmək üçün quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan foto həssas çap barabanı və optik-mexaniki sistemdir. Bu cür printerləri istehsal edən “Hewlett Packard” firmasıdır.
Lazer printerlərindən başqa, LED (işıq diodlu) printerli də vardır.Burada yarımkeçirici lazeri-xırda işıq diodları əvəz edir. Bu halda mürəkkəb optik sistemdən istifadə etməyə ehtiyac qalmır. İşığa həssas baraban üzərində bir sətrin təsviri eyni zamanda alınır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə