İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə15/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   ...   7   8   9   10   11   12   13   14   15
Türkan mühazirə

Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer, skaner, sürətçıxaran bəzi hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. Ayrı-ayrı qurğular toplusuna görə bu qurğu bir qədər az yer tutur, amma ayrıca printerə nəzərən bir qədər çox yer tutur. ”Kombayn”ın tərkibində olan qurğular üçün heç bir standart olmur: Məsələn,printer çox vaxt şırnaqlı, bəzi hallarda isə lazer ola bilər, skaner də dartılan və ya planşet tipli ola bilər ; surət çıxaran qurğu isə komputerin iştirakı olmadan , “ skaner – printer “ əlaqələndiricisi rolunu oynayır. Belə qurğu orta qiymətli xarakteristikaya malik olur. Həm skaner, həm də printer hissəsi bir çox göstəricilərə görə ayrı-ayrı qurğulardan geri qalırlar. Bir də nəzərə alsaq ki, belə “kombayn” işdən çıxıb, xarab olduqda, biz eyni zamanda 3-4 qurğudan məhrum olmuş oluruq.
Plotter: daha mürəkkəb təsvirlərin (çertyoj, reklam, afişa) kağız üzərində daha böyük ölçüdə çap olunmasını təmin edir. Çap texnologiyasına görə müxtəlif növləri var: Perolu(qələmli), Karandaş-qələmli, Şırnaqlı, Elektrostatik, lazerli, LED plotterlər həmçinin istilik ötürməsi əsasında təsviri birbaşa çıxaran. Konstpuktiv olaraq(quruluşca) plotterlər barabanlı və planşetli olublar. Plotterin ayırdetməsi DPI – dot per inch-dir.
Akustik sistemlər (kalonkalar, speaker, ucadandanışan, səsucaldıcı): səs informasiyalarını dinləmək üçündür.
Proyektor: kompüter ekranındakı informasiyaları müstəvi üzərinə əks etdirən qurğudur.
Giriş-Çıxış qurğuları:

  • Modem

  • Sensor monitor

  • Fax

Modem: kompüterin internet şəbəkəsinə qoşulmasını təmin edir. Modem daxili və xarici olmaqla iki yerə bölünür. Daxili modem ana kart üzərində yerləşir. Modem telefon xətti ilə kompüter arasında rəqəmli elektrik siqnallarını analoq siqnallara və əksinə çevirir. Rəqəmli siqnalların analoq siqnala çevrilməsinə modulyasiya əksinə isə demodulyasiya deyilir. Kompüter rəqəmsal siqnallarla işləyir ancaq telefon analoq siqnallarla. Buna görə də, modem çevirici qurğu adlanır.
Sensor Monitor: sensor monitordan hər gün telefonlarımızda istifadə edirik. Toxunaraq informasiyanı daxil edirik. Ancaq displeydə informasiyalar əks olunaraq xaric olunur.
Fax: informasiyanı həm qəbul edir həm də xaric edilməsində iştirak edir. Xüsusi fax faylları vardır ki, fax qurğusunda çap olunur. Və xüsusi fax nömrələri mövcuddur


1



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə