İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə9/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Türkan mühazirə

Dördüncü nəsil(1973...) EHM-ləri BİS və ÇBİS texnologiyasına əsaslanır. Dördüncü nəsil EHM-lərə çoxprosessorlu HS-lər aid edilə bilər. Onlarda bir sıra
xarakteristikalar üçüncü nəsl EHM-lərə nəzərən daha da yaxşılaşdırılmışdır(sürət,
etibarlıq, strukturun avtomatik dəyişdirilə bilməsi – rekonfiqurasiya və s.). Misal
olaraq Elbrus-2 çoxprosessorlu kompleksini göstərmək olar(san. 100 mln-dək əməliyyat yerinə yetirə bilir, əmrlər sistemi yüksək səviyyəli alqoritmik dillərə çox yaxındır və s.). Dördüncü nəsil maşınları iki istiqamətdə inkişaf etdirilir və təkmilləşdirilir. Birinci istiqamət sürəti saniyədə 10 milyard əməliyyatdan artıq olan çoxprosessorlu hesablama sistemləri yaradılması. İkinci istiqamət ucuz və kompakt mikroEHM-lərin və onların bazasında hesablama şəbəkələrinin yaradılması.
Hesablama şəbəkələri bir-birindən müəyyən məsafədə olan və informasiya mübadiləsi, məsələlərin birgə həlli üçün bir neçə EHM-in xüsusi xətlə birləşdirilmiş sistemdir.
Beşinci nəsilin xüsusiyyətləri Yaponiya elmi-tədqiqatlar komitəsinin işi ilə əlaqədar olmuşdur (1981 il). Həmin layihəyə əsasən beşinci nəslin kompüterləri
yüksək məhsuldarlığa və etibarlığa malik olmaqla ucuz qiymətli olmalı, İBİS-lər
və yeni texnologiyalar əsasında qurulmalı, keyfiyyətcə yeni funksional tələblərə
cavab verməlidir.
İnformasiyanın səs və təsvirlərlə daxil və xaric edilməsinin səmərəli sisteminin tətbiq olunması, təbii dillərdən istifadə etməklə informasiyanın dialoq rejimində işlənməsi və məntiqi nəticəyə gəlmənin reallaşdırılması. V nəsil kompüterləri formal olaraq intellektual kompüterlər adlandırırlar. Bu kompüterlər özü-özünü proqramlaşdıra bilməli və tam mükəmməl informasiya mübadiləsi texnologiyalarına malik olmalıdir. Müasir kompüterlərlərdə intellektual elementlərdən – Smart və Pluq аnd Plаy texnologiyalardan, həmçinin geyri səlis məntiqli (Lütfizadə nəzəriyyəsi) elektron qurğulardan istifadə olunmağa başlanmışdır.
FK texniki təminatı
Gəlin ilk öncə öyrənək ki, kompüterimiz hansı tərkib hissələrdən ibarətdir. FK (Fərdi Kompüter) –in 3 əsas tərkib hissəsi var:

  • Sistem Bloku

  • Monitor

  • Klaviatura

İlk öncə hamının prosessor dediyi ama əsl adı Sistem Bloku olan qurğu haqqında danışaq.
Sistem bloku tərkibində kompüterin işləməsi üçün vacib olan qurğulardan ibarətdir. Bu qurğular sistem blokunun daxilində və xaricində yerləşir.
SB (Sistem Bloku) daxilində yerləşən qurğular:

  • Qida Bloku (Power Supply)

  • Ana kart (Ana plata, Sistem kartı)

  • Sərt Disk (Hard Disk, HDD, Vinçester, Sərt maqnit diski)

  • Disk sürücüsü (DVD reader, diskdən məlumat oxuyan və məlumat yazan qurğu)

  • Ana kart (Ana plata, Sistem kartı)

SB (Sistem Bloku) xaricində yerləşən qurğular:

  • Power düyməsi

  • Reset düyməsi

  • İndikatorlar

  • Disk qurğuları

  • Birləşdirici kontakt sistemləri (portlar)

Qida Bloku- kompüterin qurğularına enerji verən onları qidalandıran qurğudur. Yəqinki kompüterinizi işlədərkən həmişə kompüterin arxa hissəsindən çoxlu səs-küy gəlir. O səs-küyü yaradan qurğu qida blokudur. Qida Blokunun əsas vəzifəsi dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Çünki bizim rozetlərdən gələn cərəyan dəyişəndir. Ancaq kompüterin qurğuları sabit cərəyanla işləyir (Məs: CPU 60-150 vatt, Video Kart 10-150 vatt və.s). Ona görə də qida bloku dəyişən cərəyanı sabit cərəyana çevirir ki, qurğularda eneji dəyişkənliyi baş verməsin və bu da qurğuların sıradan çıxmasına səbəb olmasın.
Sərt Disk- İnformasiyanı uzun müddət yadda saxlamaq üçün istifadə etdiyimiz yaddaş qurğusudur. El dili ilə desək kompüterimizdəki şəkillərimiz, videolarımızın hər birini sərt diskdə yadda saxlayırıq. Sərt disk qat-qat sərt maqnit disklərindən ibarətdir. İnformasiyanı yaddaşdan oxumaq üçün sərt disk içərisində oxuyucu iynə vardır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə