İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması


Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə)



Yüklə 0,53 Mb.
səhifə5/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   2   3   4   5   6   7   8   9   ...   15
Türkan mühazirə

3. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə). Alqoritmin proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Alqoritmin ən yığcam təsvir vasitəsi alqoritmik dildir. Çox vaxt proqramı yazmamışdan əvvəl məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının mümkünlüyünü göstərir. Yəni tam kvadrat tənliyin alqoritmini istənilən proqramlaşdırma dili vasitəsilə təsvir edə (proqramlaşdıra) bilərik. Tam kvadrat tənliyin (TKT) həll alqoritminin (a-A, b-B, c-C olmaqla) FORTRAN dilində yazılışını belə göstərmək olar:
PROGR TKT
READ(5,1) A,B,C
1FORMAT (3F8.2)
D=B**2- 4. *A*C
İF (D=O) 2,3,4
2 WRİTE (6,10)
10 FORMAT (2X,”həlli yoxdur”)
GO TO 11
3 X= - B/(2. *A)
WRITE (6,20) X
20 FORMAT (2X,F10.4)
GO TO 11
4 X1= -B+SQRT (D)
X2= -B+SQRT (D)
WRITE (6,30) X1,X2
30 FORMAT (2X, F10.4 , 5X, F10.4)
11 CONTİNUE
END
Yuxarıda yazılmış birinci sətir proqramın adını göstərir(TKT).
İkinci sətirdəki əmr a,b,və c əmsallarını maşına daxil etmək üçündür. READ-oxumaq deməkdir, 5 rəqəmi displeyin məntiq işarəsidir. Bu onu göstərir ki, a,b,c əmsalları maşının displeyinə verilməlidir. 1 rəqəmi isə a,b,c əmsallarının maşına veriləcəyi formatın nömrəsidir. FORMAT operatorunun qarşısındakı 1 rəqəmi ilə eynidir.
Üçüncü sətirdə a,b,c əmsallarının hansı formatda maşına veriləcəyini ifadə edir. 3F8.2 yazısındakı 3 rəqəmi a,b,c əmsallarının sayını göstərir, F hərfi əmsalların sabit vergüllü olduğunu bildirir.
8.2 yazılışındakı 8 rəqəmi əmsalları ifadə edən rəqəmlərin ümumi sayını, 2 isə vergüldən sonra iki rəqəm olduğunu göstərir.
Dördüncü sətirdə diskriminant hesablanır.
Beşinci sətirdə diskriminant sıfır ilə müqayisə olunur.
Altıncı sətir çap etmək üçündür. Buradakı 6 rəqəmi çap qurğusunun məntiqi nömrəsidir,10 nişanı idarəetməni sonrakı sətirdəki formata ötürür.
Yeddinci sətirdə format operatorundan sonrakı 2X yazılışı çap qurğusunun kağızda iki addım buraxdıqdan sonra yazması üçündür.
Səkkizinci sətirdəki GO TO 11 operatoru idarəetməni 11 nişanı yazılmış 17-ci sətrə göndərmək üçündür. 17-ci sətirdəki 11 CONTİNUE əmri heç bir əməliyyat aparmır, sadəcə olaraq idarəetməni sonrakı STOP əmrinə ötürür.
9-cu sətirdə (budaq) X-in yeganə qiyməti hesablanır. 10 və 11-ci sətirlər X-in yeganə qiymətini çap etmək üçündür.
On ikinci sətirdəki GO TO 11 əmri ikinci budaqlanmanın sonunda yazılmışdır və idarəetməni 11-ci nişana göndərir.
On üçüncü (budaq) və on dördüncü sətirlər uyğun olaraq x1 və x2-nin qiymətlərini hesablayır.
On beşinci və on altıncı sətirlər x1 və x2-nin qiymətlərini çap edir. 30 nişanı olan FORMAT operatorundakı mötərizənin içərisindəki 2x yazısı x1 qiymətinin əvvəlində iki addımın boş saxlanılmasını, 5x isə x1 və x2-nin qiymətləri bir- birindən 5 addım aralı çap ediləcəyini göstərir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə