İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Abdallar məhəlləsindən soyuq gecəyə qarışıb enən taksilər gəlib Karacanın kafesinin qaba-
ğında dayandılar. Içəri yenə çox qələbəlikdi. Adəm  oğlu kiçik Bəktaşın ustalıqla çaldığı oynaq 
havanın müşaiyyəti ilə  nağarasını  başının üstündə çalaraq girdi kafeyə. Gənclər Adəmi görüncə 
yellər əsən buğda zəmisi kimi dalğalandılar, qalxıb Adəmlə oynamağa başladılar, kafe toy evinə 
döndü. 
Qısa bir səssizlik oldu. Oyun başlayacaqdı. Adəmlə kiçik Bəktaş on beş gün öncəki yerləri-
ni aldılar. Aparıcı oyunçular ekranda görününcə sayırdı: Taffarel, kapitan Bülənt, Popesku, Fa-
tih, Ümid, Okan, Hakan… Hacı! 
Gənclər Haci adını eşidincə böyük bir uğultu qopdu kafedə. Hacıyə təriflər yağdırırdılar. 
- Aslanım. 
- Qoçum! 
- Bu axşam bütün Italya gəlsə, Hacını dayandıra bilməz! 
- Bütün Italyanı dördnala qaçdırar bu gecə. 
Adəm də özünü başa düşürmüş kimi göstərib çubuğunu dik tutaraq ekrandakı  Hacıya bağı-
rırdı: 
- Hacı! Evdəki uşaqlar mənim nağaramdan öncə sənin ayaqlarına baxır. Qurban olduğum, 
bu kafirlərnən ancaq sən bacararsan… Ən azı iki qol gözləyirəm haaaa! 
- Hacı bu gün qol ata bilməyəcək, bax, bura yazıram, Adəm! 
- Ağzından yel alsın, qurbanı olduğum. Evdə Bəktaş ustanın tütünü yoxdu vallah. 
Gülüşmələr arasında oyun başladı. 
Kiçik  Bəktaş da qələbəlikdəki  insanları  seyr  edirdi.  Kim  bilir öz uşaqlarına nələr  anlada-
caqdılar. Adəm qulaqlarını qol səsinə şəkləmiş, toplayacağı bəxşişləri düşünürdü, ara-sıra da qə-
ləbəliyin təpkisinə ortaq olurdu. 
Italyan komandasındakı zənci oyunçunun kobud hərəkətinə hirsləndi gənclər, küfürün biri 
bir quruş. Adəm həmən özünü yetirdi: 
- Oğlan, uşaq, o Qara var ya, o Qara, Hacının qabırğalarını, belini qıracaq. Hacıya göz ver-
di, işıq vermədi, ya bu. Ac it  qursağı qapan kimi qapdı topu yenə. Allah colma-cocuğunun üzü-
nə baxsın, nə olar, ayağı qırılsa. Qurbanı olduğum Tahir əmi, bir az da afrikada gəzib dolaşsay-
dın nə olardı. 
Gənclər gülməkdən yerə yıxılırdılar. 
Bir başqa vəziyyətdə yenə rəqib komandanın zənci oyunçusunun təpiyi ilə Hacı ağrı içində 
yerə sərildi. Zənci futbolçu da yerdəydi. Hacı hiddətlə qalxdı və zəngi futbolçunun üzərinə yeri-
di. Adəm əlindəki çubuğu göstərərək yenə ortalığa atıldı. 
- Hacııı! Al bunu da, o Qaranın yan-başını qaralt, nə olar!  Çörəyini gətirərəm, dəli oğlan! 
Altmış beş milyon arxandayıq! Qorxma, Hacı! Vur! 
Qələbəlikdən biri də Adəmə söz atdı: 
- Elə demə, oğlan, Adəm! O da yazıqdı. Kafirin komandasında çörək pulu qazanmaq üçün 
oynayır. 
Adəm kafe sahibini səslədi: 
- Adnan, qurbanın olum, bu fənərlilərin burda nə işləri var? 
Adəm qırx illik Qalatasaraylıydı, artıq çörəyi də sarı-qırmızıydı. 
Ilk yarı bitdi, ikinci yarı başladı. Dəyişən bir şey yoxdu. Dəqiqələr irəliləyir, oyun heç cür 
Adəmin istədiyi kimi getmirdi. Qalatasaray futbolçularının sanki üstlərinə ölü torpağı səpilmişdi. 
Qələbəlikdən küfürlər yüksəlir, köks ötürmələr çoxalırdı. Oyunun son dəqiqələriydi. Adəmin gö-
zündəki işartılar yerini yavaş-yavaş kədərə buraxırdı. Qalatasaray bir qol belə atmamışdı. Adə-
min əlindəki çubuq başı aşağı, zurna səssizdi. 
Birdən qələbəlik dalğalandı. Bir anlığa nəfəslər tutuldu. Aparıcı səsini yüksəltdi. «Gözəl bir 
hərəkət! Hacı rəqibini keçdi! Birini də keçdi! Sağ tərəfdə Hakan boş! Əmrə də soluna gəldi! Hacı 
qalanı qarşısına aldı! Sevdiyi yer! Topu sol tərəfinə çəkdi! Oralardan gözəl vurur…» 
Nəfəslər tutulmuşdu, oyunu izləyən gənclər fərqində olmadan ayağa sıramış, stullar çevril-
miş, çaylar dağılmış, stəkanlar qırılmışdı. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Adəm cəld bir hərəkətlə nağaranın ipini boynuna keçirtdi, çubuğu havaya qaldırdı. Küçük 
Bəktaş da zurnanın fitilini islatmış, ovurdunu doldurmuş, zurna ağzında gözləyirdi. 
Aparıcı qışqırırdı: 
- Hacı, yaxşı vur! 
- Hacıııı! 
- Zərbə! 
Zaman qalaya gedən futbol topu ilə irəliləyirdi sanki. Top süzərək qalaya doğru gedirdi… 
Böyük bir gurultu qopdu. 
- Qooooooooooo…. 
Nağara, zurna coşdu 
Sonra bu gurultunu ahlar, vahlar təqib elədi. Adəm nağaraya iki dəfə vurmuşdu ki, gənclər 
üzüntü içində yerlərində oturdular. 
Aparıcı  da  ah  çəkərək  davam  edirdi:  «Top  dirəkdən  döndü,  hörmətli  tamaşaçılar,  şanssız 
bir an, budur,  təkrar baxırıq…» 
Kameralar Hacını yaxından təkrar göstərərkən 90 dəqiqə gözləyib bir lirə də bəxşiş toplaya 
bilməyən və ümidini itirən Adəm Hacıya qışqırdı: 
- Evin yıxılsın Hacııııı! Çörəyimnən oynadın! 
Oyun bitdi, çöldəki soyuq hava Adəmin üzünü yalayıb keçdi. Kafe birdən boşaldı. Gənclər 
küfürlər yağdıraraq üç-beş məhəlləyə dağıldılar. Adəm kiçik  Bəktaşa tərəf döndü: 
- Olsun, heç olmasa isti bir yerdə oturduq, iki stəkan çay içdik, oğlum, - dedi. 
Adəm öndə, kiçik Bəktaş arxada bazar yerindən burulub, soyuq gecənin içində yox oldular. 
 
 
 
Türkcədən çevirən:  Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Türbənin dəlisi 
 
 
Anamın  iki  kəlmə  sözü ürəyimi  sızlatdı,  vurdu, yaraladı  məni.  «Yay  gəldi,  keçir,  oğlum, 
gözlədim…  Keçən  gecə  səni  yuxuda  gördüm,  ürəyim  istədi,  qurbanı  olduğum,  uzaqmı  yerdi, 
bala? Çox şükür, at var. Maşın var…»  «Tamam, ana, - dedim. – haklısan, gələcəyəm». 
O  gecə  elə  hey  anamın  sözləri  qulaqlarımda  səsləndi:  «Yuxumda  gördüm  səni,  ürəyim, 
istədi, oğlum». 
Sabah tezdən durub avtovağzala getdim. 
Malatya avtlvağzalı. 
Iyulun sonu. 
Daha günün ilk saatları, amma adamların tərdən köynəkləri  bədənlərinə yapışır. 
Sürücü köməkçilərinin səsləri bir-birinə qarışır. 
- Istanbul, Istanbuuul! 
- Ankara, indicə çıxırıq, Ankara, Ankaraaaa… 
Biri yanıma yaxınlaşır. 
- Abi*, haraya? 
- Kırşəhrə. 
- Gəl, abi, həmən çıxırıq, Ankara maşını, boş yer var. 
Sözləri bir-birinə calayır, qolumdan yapışır, çantamı da alır. Səsimi çıxarda bilmirəm. Çan-
tamla birlikdə iradəmi də alır bu iri  cüssəli adam. Arxasına düşürəm, bu gur səsli adamın. Tinə 
gedirik, «Usta, Kırşəhrə» deyir, biletimi kəsdirib verir əlimə. Pulu uzadıram. 
Avtobusun yola düşməsinə bir neçə dəqiqə var. Yolçular hazırdılar. Tələsik özümü avtobu-
sa salıram. Sürücünün müavini əlində bir dəstə kağızla dolaşır avtobusun içində. Yolçulardan so-
ruşur: 
- Abla*, on doqquz, iyirmimi? 
- Bəli. 
- Harda düşəcəksiz? 
- Ankarada. 
- Iyirmi birmi? 
- Hə də, qurban! 
- Kirvə, harda düşəcəksən? 
- Vallah, Ankarada, qurban. 
- Kirvə, şəhərdəmi? 
- Yox, babo, qarajda. 
Müavin  soruşa-soruşa  yanıma  qədər  gəlir.  Yarısı  boş  avtobusun  ən  arxasında  otururam, 
təkəm, məndən başqa avtobusun arxa tərəfində kimsə yoxdu. 
- Iyirmi dördmü, abi? 
- Bəli. 
- Harda düşəcəksən? 
- Kırşəhirdə. 
-Abi, türbədəmi? 
- Bəli, bəli, türbədə. 
Türbə! Birdən məmləkət canlanır gözlərim önündə. Bir məmləkət havası dolur içimə. Bir 
neçə il olub türbədə düşmədiyim. 
Şərqdən qərbə, qərbdən şərqə gedən hər avtobus, hər sürücü, hər müavini türbəni tanıyır. 
Ulu yollar üstündə bir daynacaqdı Türbə. 
Qayada şahin kimi durur, əzəmətli, məğrur. 
Yanı başında bir meşəlik, dörd yanı söyüt, qovaq, şam ağacları. Ətrafında minlərcə illərdən 
bəri ayaqda duran baş daşları. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə