İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir şikayət var kitabəsində, yüz illər öncə  Aşıq Paşanın dilindən yazılan o səs hələ canlı, 
hələ də dipdiri. 
Türk dilinə hər kəs baxmaz idi 
Türklərə hər kəsin könlü axmaz idi 
Səssiz, sakit, yüz illərdir çölün ortasında bir təpədə qərar tutub Aşıq Paşa türbəsi. 
Bu təpədən əsrlərdir Kılıçözünə, Ahi Evrana, Casabəyə baxar. 
Yay, qış, bahar… 
Yolçular bu türbədə enər, bu türbədə minər. 
Kim  bilir  bu  türbə  neçə  yolçunu  qarşılayıb,  Karvansarayın  bağırını  günəş  dələrkən,  neçə 
yolçunu yola salmıb, günəş Qurd belindən aşarkən. 
Mahaldan Sila torpağına gedənlər  burda düşər. Düşər və çiçək açarlar. Çiçək açarlar, çünki 
ana, ata, oğul, bacı, qardaş və ömür yoldaşları gələr qarşılamağa. 
Qürbət bu türbədən başlar, gedənlər burda   ayrılar gözü yaşlı qalanlarından. 
Bəzən burda nağaralar, zurnalar   ötər. Əskər yola salarlar.  Igidlər halaya durar, qızlar-gə-
linlər ağlar. Anaların dilləri dualı, əlləri havada. 
Çölün qıvraq, qayışbaldır dəliqanlıları türkülərlə, halaylarla gedər şərqə, ya da qərbə doğru. 
Analar əskərlərin arxasınca kassa-kasa  su atarlar, əlləri kədərlə düşər yanlarına. 
Əskərlər yola salınandan sonra analar türbəyə gələrlər, türbənin pəncərələrindən çölə dua-
lar yayılar. Ərənlərdən, övliyalardan hümmət dilər  analar, boya-başa çatdırdığı oğlanları sağ-sa-
lamat dönsünlər deyə. 
Gecə-gündüz, yay, qış, hey yolçular minər burda, hey yolçular düşər buraya. 
Fasilə vaxtı böyük qardaşıma zəng eləyirəm. 
- Qağa, gəlirəm. Gözləyin, saat birdə, ikinin yarısında türbədə düşəcəyəm. 
- Oldu, - deyir, - saat birdə mən türbədə olaram. 
Bəydağı, Sultan Suyu, Qaradağ, Darendə, Gürün… Avtobus sürətlə keçir. Mazıqıran keçidi 
yavaş-yavaş əriyir, qurtarır, avtobusun pəncərələrindən yox olur. Uzunyayla, Pinarbaşı, Bünyan, 
bir-bir  arxada  qalırlar.  Yırrı-yığıncaqlı  qoca        Kayseri,  qarşısında  başı  dumanlı  Ərciyəz…  Və 
Mucur… Və bizim boz dağlar, əhəngli  torpaqlar görünür, sarı, quru, çılpaq təpələr. 
Anamın gözü yoldadır. Indi düyü kiftəsi bişirib, xəmiri yoğurub, mən çatan kimi içli çörək 
bişirəcək. Məni görüncə, şükr edib duaya duracaqdır. «Ya Rəbbi, cəmi-cümlətanın balasını qoru, 
mənimki də onların içində!» 
Türbə görünür. 
Yolun iki tərəfinə düzülmüş insanlar, yolçu gözləyənlər, yolçu yola salanlar, analar, atalar, 
uşaqlar, çamadanlar, çantalar… 
Müavinin bir gözü məndədir. 
- Abi, türbədə düşməyəcəkdinmi? 
- Hə, türbədə. 
- Ustaaa, türbədə saxla. 
Aşıq Paşa türbəsi. 
Düşürəm. 
Məni qarşılamağa gələn birisi yox? 
Təkrar zəng eləyirəm. 
- Gəlirəm, gözlə, - deyir, - dərsdəyəm, bir azdan çıxacağam. 
Türbənin yanındakı bulağın başında bir oturacaq var, otururam. 
Aşıq Paşa türbəsi! Məmləkət! Seyr eləyirəm. 
Aşağıda  Qılıncözü,  hər  iki  tərəfi  yamyaşıl!  Ağbayır  qarşımda  bozarıb  durub,  şoranlıq, 
kimsəsizlik… 
Birisi yanıma gəlir. 
Üstü-başı  dağınıq,  yayın ortasında şalvarının qıçlarını corabına salıb. Dərə keçirmiş kimi. 
Şalvarının belini ağ  iplə möhkəmcə sarıyıb. Əlində bir dəyənək var. Başında  şapka, şapkanın 
əvvəllər  ağ  olduğu  bəlli,  amma  indi  o  ağlıqdan  əsər  qalmayıb,  torpaq  rənginə  çalır.  Köynəyin 
yaxaları dovşan qulağı kimi, bir də nazik bir qalstuku vurub. Qalstukun düyünü yaxasının içində 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
itib,  yox olub.  Gözləri  fırıl-fırıl oynayır, əlində   siqaret  var,  çəkib-çəkib  tüstünü  yuxarı üfürür. 
Kefi sazdı, dünya vecinə deyil, aramsız gülür. 
- Salami əleyküm, abi. 
- Əleykümə salam. 
Siqaretini çıxardır. Siqareti «Samsun»dur. Əzilmiş siqaret qutusu. Qutunun içində bir neçə 
dənə siqaret qalıb. Gözlərimə baxaraq birini mənə uzadır. 
- Çək. 
- Sağ ol, mən sənə verərəm, bax, mənim siqaretim daha çoxdu, al bunlardan çək. 
- Olmaz! Sən qəribə bənzəyirsən, qardaş, burdan çək. 
Hansımızın daha qərib olduğunu düşünürəm, gülümsəyirəm. 
- Yaxşı, - deyirəm,  bir siqaret yandırırıq. 
- Adın nə, qurban? – soruşuram. 
- Rəşid, abi. 
- Burda neyləyirsən? 
- Vətəni gözləyirəm, onuynan ikimiz gözləyirik. 
- O kimdi? 
- O, gündüz yatır, uyuyur  türbədə, gündüz mən gözləyirəm, gecə o. Qədir əmini deyirəm, 
övliyalar gecə gözləyirlər… 
- Hə, tamam. 
- Abiiiiii? 
- Nə var, Rəşid? 
- Mənim  ağlımda zor bir fikir vra, amma kimsəyə demərəm. 
- Nəydi ağlındakı, Rəşid, haydı, mənə de. 
- Iııh ıh.  Demərəm. 
- Eləmə, Rəşid, inciyərəm, vallahi, söylə, qurban. 
- Kimsəyə deməsən, söylərəm. 
- Oldu, kimsəyə demərəm. 
- Kimsəyə demə haaa! 
- Tamam, tamam, kimsələrə demərəm. 
- Bax, burdan bir avtobusa minəcəyəm. 
- Eeee? 
- Ver əlini, Ankara. Ankaraya  yaxınlaşınca da, özümü avtobusdan aşağı atacağam. 
- Aman Rəşid, niyə özünü avtobusdan atırsan? 
Əlini ağzına qoyur, səsini tamam aşağı salır. 
- Susssss! Sürücüyə heç pul verməyəcəyəm, onun üçün… 
- Həəə, anladım, Rəşid. Ağlındakı fikrin doğrudan da zor  imiş Rəşid. 
- Zordu, əlbəttə, beş kuruş vermədən Ankaraya ged. 
Rəşidlə həmən sirdaş oluruq, birbirimizi sevirik. Vətənin, məmləkətin, millətin qayğıları da 
var Rəşidin çiyinlərində. Məmləkətdə quraqlıqdır, yağış yağmır. Əkinlər yaxşı deyil… 
-  Susayıbbsansa,  su  iç,  -  deyib  bulağı  göstərir,  sonra  davam  eləyir.  –  Yağış  yağmır,  abi, 
yenə əkinlər olmadı. 
- Niyə yağmır, Rəşid? 
- Namaz qılmırlar, şərəfsizlər. Qədir əmim elə deyir. 
- Qılsalar, yağarmı? 
- Gurultu ilə yağarmış həm də. 
- Sən qılırsan? 
- Mənə düşmür. 
- Niyə? 
- Vətəni gözləyirəm mən. 
- Həəə, unutdum dediyini. 
- Bax, mən burda olmasam, gələrlər. 
- Kim gələr? 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə