İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Balasını qapdırmış sərçə kimi çırpındı Bəhri ustanın ürəyi. Toyda qazandığı pullar bir koz 
oldu cibində, ətini yandırmağa başladı. Əli yanına düşdü, sazı tuta bilmədi. Dodaqları ilə birlikdə 
bığı da titrədi. Biri qoluna girib kimsəsiz bir yerə aparsaydı, səhərə qədər ağlardı. Tufan Yusif 
olub böyüdü gözlərində. Bir Yaqubdu Bəhri usta. Içingəki ağrı iki damla göz yaşı olub yanaqla-
rıyla süzüldü. Və ağrıdan bir türkü doldu içinə… Sustu. Oxuya bilmədi…. 
Oğlan evinin bağçasına qısa bir səssizlik çökdü, qoz ağacının budaqlarına xəfifcə əsən yel 
toxundu. Ağac səssizliyi pozaraq inildədi. 
Osmanın başı bədəni üstə dayanmır, gözləri yumulurdu. 
- Başqa nə çalırsınız, çalın, oğlan, bura yas yeridimi? – deyə yenidən guruldadı. 
- Sən çal, bala, bildiyimiz havalardan çal. Anadan olanı o havaları dinlədik biz. O havalara 
ağladıq, o havalar ilə oynadıq, - masabəyi dedi. 
Tufan sazını yenidən sinəsinə basdı. Saz Bəhri ustanın və Tufanın ürəylərindəki alovu bö-
yüdərək inildəyirdi. Uzun-uzadı simləri köklədi, orta teli dilləndirərək başını göyə qaldırıb fərya-
da başladı Tufan: 
Bir yaratmış Allah bütün insanları 
Ayrılıq insanın sözündən olur 
Ayrı görmə gəl, bu insan oğlunu 
Hər əməl kişinin özündən olur. 
O yanıqlı səs dalğa-dalğa göy üzünə yayılır, göydə pırıl-pırıl alışıb yanan ulduzlara qədər 
çatırdı. Bütün ulduzlar titrəşirdilər… 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Abdal kişisi 
 
 
Kafedə uğultu, tüstü, sıxıntı… 
Birbirinə qarışan daş səsləri, zər səsləri… 
Qəzəblə  sovrulan  yaşıl  üçlük,  həyəcanla  gözlənilən  beşlik,  havada  uçuşan  kart  kağızları. 
Karol, valent, dama… 
Masalara gurultu ilə vurulan domino daşları və gülüşmələr, gülüşmələr… 
Qarson iki dəqiqədən bir qışqırırdı: 
- Altı elə, biri açıııık… 
Bir zamanlar bu kafedə mən də eyni ilə bu qarson kimi qışqırırdım: 
- Doldur gəlsin, usta! 
- Iki dənə süzgəcsiz,  çəək! 
- Şeytan  Bəkir gəlir, bismillah de, salavat çək, usta! 
- Koreyalı qazi gəlir, tam super usta! 
- Şahan usta gəlir, çayı dəm olsun…. 
- Patron yenə uduzdu, samovara su tök usta! 
Gurultular arasında keçmişdən bir iz, köhnə, tanıdığım, səmimi üzləri axtardım. Yox. Sonra 
bir daha göz gəzdirdim. Küncdə oturan bu ixtiyar?! O olmalıydı… 
Diqqətlə baxdım. 
Kafenin küncündəki taxta stulda ayağının birini altına qatlayaraq oturub, fələyin çiynindən 
endirmədiyi qəm yükünü çəkirmiş kimi başını sinəsinə sallayıb qalmışdı. Əlləri vurulmuş bir sər-
çə,  yaralı bir quş əlləri, titrəyir, çırpınır… Siqaret tustusundan saralmış bığları çiçək açmış gü-
lümbahara oxşayırdı.   Dərin cizgilər içində itmiş sifətində gözləri oyulmuş iki qara nöqtəyə ox-
şayırdı… Pencəyinin cibləri torbalanmış, qoltuğunun altı sökülmüş və ağ sapla çöldən kobudca-
sına tikilmişdi. Qara pencəyin söküyünə ağ sapla vurulan tikişlər, pencəyin söküyünü tutan bir 
itin dişləri kimi göstərirdi… 
Siqaretindən bir udum də çəkmək istədi və başını qabağa doğru əyərək iradəsindən asılı ol-
mayaraq titrəyən, çırpınan əlini dodaqlarıyla tapdı. Ciyərlərinə çəkdiyi siqaret tüstüsünü kafenin 
çirkli tavanına doğru buraxıb, çayını masadan çətinliklə götürdü, bir əliylə aramsız olaraq titrə-
yən başını tutub, digər əliylə stəkanı ağzına apardı… 
Bir neçə il qarsonluq elədiyim və illərcə baş çəkmədiyim kafeyə sürgündən qayıtmış birisi 
kimi gəlmişdim. Şahan ustanı belə görüncə heyrətləndim. Bədənimdən bir şeylər axıb töküldü, 
bir tərəfim uçdu, qəlbimə od düşdü. Şahan ustanın sazında həyata vəsiqə alan türkülər üçün göy-
nədim, alışdım, yandım…. 
O türkülər ki,  bu titrəyən əllərin pərdə-pərdə çaldığı  sazda sevdaların  əvvəli-axırı olurdu. 
Indi bu əllər nə saz, nə mizrab tuta bilir, nə də yol göstərə bilirdi ah çəkən türkülərə. Artık bu əl-
lər pərdələrdə gəzişə, sazı kökləyə bilməzdi. Çöl səmasında parlayan bir ulduz gözlər önündəcə 
axıb gedir, sönür, yoxa çıxırdı…. 
*** 
Çərşənbə gününün səhərisi Abdallar məhəlləsindən tezdən enər, qarşıdakı caminin adamla-
rından sonra ilk o gəlirdi kafeyə. Içəri girər-girməz də düşərdi atamın üstünə. 
«Həsən ağa, ağa da ölür,  aşıq da! Axirətdə savab qazanacaq deyilsən ki, qurbanı olduğum! 
Üzüm ayağın altına, ağam, mənim üsün bir şorba de». 
Şorbanı içib bitirər-bitirməz əliylə çay qarışdırırmış kimi bir işarə verərdi, dəmli çayını gə-
tirirdim. 
Çayından bir qurtum içər, bığlarını yuxarıya doğru burar, cami adamlarından Bəkir əmiyə 
ilişərdi, aralarında bir söz müharibəsi başlardı. 
- O biri dünyaya hansı üzlə gedəcəksən, Bəkir ağa? Acın qarnını  doyurmadın, qəzəbini ci-
lovlamadın, ağasan, amma əlin cibinə çatmır, cibini kürəyin tikiblər, qurbanı olduğum. Allah özü 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
bilər, amma  yəqin o tərəfdə alovun  gur olar sənin. Deməyə də dilim gəlmir, amma cənnət üzü 
görə bilməzsən… 
Bəkir ağa gülərdi: 
- Allah canını almır, qəlbin də üzün kimi qaradır sənin, içinin pasını tökmə yenə. Əsil sən 
nə üznən o tərəfə gedəcəksən? Sabah dəftəri sol tərəfindən verərlərsə, nə deyəcəksən?  Alnın heç 
möhürə dəydimi? Tövbən də qəbul olmaz sənin. Əlli ildir yeyib içir, saz çalıb, türkülər oxuyur-
san. Mən imam olsam, cənazəni yusam, Allah bəlamı versin… 
- Mənim dəftərimi sona qədər oxusalar, hər səhifəsindən iki günah çıxar. Raki, toyuq, raki, 
toyuq…  Onu  da  yuxarıda  şah  bilir,  aşağıda  padşah  bilir,  odumu  başımın  qaxıncı?  Dəyirmançı 
üçün oğurluq günahdımı, qurbanı olduğum? Toyuq onsuz da halaldır, raki üçün də qədəh başına 
bir qamçı vursalar, iki ildə qurtararam. Bəs sən neyləyəcəksən? 
- Saz çalıb türkü oxuduğun üçün qamçı vurmazlarmı? Başqa bir xeyirli iş görə bilməzdin-
mi, deməzlərmi? 
-  Kimsənin  malını  satmadım,  Bəkir  ağa,  saz  çaldım.  Kimsəyə  pis  söz  söyləmədim,  türkü 
söylədim. Xətirə dəyib, könül də qırmadlım.  Mənim çalıb oxuduqlarım günah hesabından silin-
mişlərdi… 
Bəkir ağa söz çatdıra bilməz, həmən geri verər, məni çağırıb pulu uzadardı. 
- Bunun qarnı doydu, buna qurğuşun da batmaz, oğlum, al bunu, mənə bir Bafra siqareti al, 
birini də bu ağlı çaş olmuşa. 
Şaban ağa siqareti cibinə qoyar: 
- Ağzınız dadlı olsun, ağalar, Allah sizi başımızdan əksik etməsin, - deyər və çıxıb gedərdi. 
*** 
Toylara kamança Haqverdi ilə gedərdi. Birlikdə çalarkən baxışları ilə bir-birini başa düşər, 
sazla kamanı eyni ahəngə salardılar. Hakverdi ilə toylara gələndə qonaqları salamlar, oturar otur-
maz sazını köklərdi. Sazını köklərkən: 
«Qurbanı olduğum ağalar, mənim sazım yalan dünya kimidi, əlli ildi kökləyirəm, elə hey 
kökdən düşür» deyərdi. Sonra Haqverdiyə tərəf dönüb: «Dilləndir kamanı, dəli oğlan!» - deyincə 
saz və kaman qarşılıqlı səs-səsə verərdilər. Haqverdi kamanı inlədib ayaq verəndə, Şahan ustanın 
həzin, dumduru səsi dalğa-dalğa yayılırdı çölün axşamlarına… 
Açdım pərdəni də, durnanı gördüm, 
Dost üzündən artar dərdim, qəmim. 
*** 
O, həyat dolu, söz əhli qoca aşıqdan geriyə yarı canlı ixtiyar qalmışdı. Salam verib, qarşı-
sında oturdum. Başını yırğalayaraq gözlərini üzümdə gəzdirdi. 
- Tanıya bilmədim, ağanın oğlu, - dedi, - gözlərim əvvəlki kimi seçmir, yaradanın hikmə-
tindən sual olunmaz, amma gözünü mənə dikdi qurbanı olduğum. Iynə udmuş it kimi titrəyib du-
ruram, görmürsənmi? Kimlərdənsən sən? 
- Şahan əmi, mən Həsən ağanın oğluyam. Tanıdınmı? Bu kafenin əvvəlki sahibi… 
-  Teho,  dəli  oğlan,  sözünə  bax  bunun,  tanımaz  olarammı?  Avşar  bəyini  tanımayan  aşıq, 
cəddini nə bilər, qurbanı olduğum! Elin, aşirətin içində tək idi Həsən ağa. Qışın yük atı kimi do-
lanıb-dolanıb  yanına  gələr,  hirsimizi  onun  üstünə  tökərdik.  Allah  birini  min  eləsin,  ovucladığı 
qum  yox,  qızıl  olsun  Avşar  bəyinin.  Azmı  çörəyini  yedik,  suyunu  içdik,  hamımzın  boynunda 
haqqı var. Böyük adam idi Həsən ağa. Könlü dərdindən, insanı halından tanıyardı. Dövran dəyiş-
di, ağanın oğlu, böyük-kiçik bəlli deyil indi. 
- Niyə ki, Şahan əmi? 
- Səhərin gözü açılan kimi əsaya söykənib güclə gəldim kafeyə, insan arasına çıxım, bir-iki 
kəlmə söz kəsim deyə. Məhəllə uşağı «aşıq gedir» deyə məni daşa basdılar. Bir ağlı kəsən çıxıb 
uşaqlara acıqlanmadı, qurbanı olduğum. Üzümü tutub bir şey də deyə bilmədim uşaqlara. Xətir-
hörmət qalmayıb. 
Əzildim, içim yandı, nə deyəcəyimi bilmədim. Sonra: 
-  Şahan  əmi,  uşaqdılar,  ağılları  kəsmir,  anaları,  ataları  görsəydilər,  acıqlanardılar  uşaqla-
ra… - deyə bildim. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə