İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
İçini çəkir, kəkələyərək cavab verir: "Uh, uh... Mir Seyid." "Mir Seyid, hansı kənddən gəl-
misən?" "Aşağı Civanlıdan." "Neçənci sinifdə oxuyursan?" "Üçüncüdə." "Nazan xanımın sinfin-
dəmi?" "Bəli." "Bura nə vaxt gəlmisən?" "Dö, dö... dörd gündü." "Niyə başqa yoldaşların kimi 
məktəb  açılanda  gəlmədin?  Bax,  onlar  artıq  öyrəşiblər."  "Mən  kənddə  oxuyurdum."  "Demək, 
kəndinizdə  məktəb  var,  bəs  bura  nə  üçün  gəldin,  Mir  Seyid?"  "Məktəbimiz  vardı,  ıhıı,  ıhıı, 
ıhııı..." 
Ağlamaqdan danışa bilmir, sakitləşdirib bu yuxu fərarisini sorğu-suala çəkirəm: "Ağlama, 
Mir Seyid! Ağlama! Müəlliminiz yoxdu? Demək, təyinat alıb getdi, müəlliminiz gedincə məktə-
biniz də bağlandı." "Yox, müəllimimiz də vardı. Vardı, ıhıı, ıhıı, ıhhıı..." 
Mir Seyid tıxanır, boğulur, kəkələyir, danışa bilmir. Sinəsi enib qalxır, bir stəkan su veri-
rəm, udqunaraq içir. "Ağlama, Mir Seid! Bax, birinci sinifdə oxuyan uşaqlar belə artıq ağlamır-
lar.  Ağlama,  haydı  anlat  görüm,  niyə  kəndinizdə  oxumadın?"  "O,  o,  məktəbimizi  yandırdılar! 
Müəllimimiz  öldü!  Atam  da...  Iııhıhıhııı!.."  "Kim  yandırdı,  Mir  Seyid? Kim  öldür..."  "Atamı... 
Atamı..." "Yaxşı, Mir Seyid, yetər, ağlama!" 
… 
Otağa soyuq hava dolur. Bədənim quru budaqlar kimi titrəyir. Külək qulaqlarımda küyül-
dəyir, fırtına qopur, qasırğaya dönür. Bu an ağaclar yarpaq-yarpaq sovrulur, dağlar daş-daş ovu-
lur. Ulu dağlar, əngin düzənliklər, sərin yaylaqlar, güllə səsləri önümdən keçib gedir. Bütün dərə-
lər qan olub içimə axır. Mir Seyidə tərəf dönürəm: "Mir Seyid, ağlama, haydı, sakit ol artıq! Sən 
indi yat, yat! Səhər danışarıq, olarmı?" "Xeyr, mən orada yatmayacağam, mən bu məktəbdə oxu-
mayacağam, mən kəndə gedəcəyəm." "İstəsən burada, bax, mənim yatağımda yat. İşığı da yanılı 
qoyaram, olarmı?" "Xeyr, mən yatmayacağam, kəndimizə gedəcəyəm." "Amma indi gecədi, həm 
də yollar bağlıdı, yollar açılanda səni göndərərəm gedərsən." "Xeyr, səhər açılanda gedəcəyəm." 
Mir Seyid tez yola gələnə, yıxılıb yatana oxşamır. Tay-tuşlarına baxanda güclü, qüvvətlidi, 
iri əlləri, ayaqları var, dağ uşağıdı. Onu yatırtmaq üçün aşılmaz, mərhəmətsiz dağlara aparmaq, 
sarı,  bənövşəyi  çiçəkli  yaylaqlarda  başını  qatmaq,  dik  qayalardan,  üsyankar  dərələrdən  keçirib 
kərpic evli viran kəndlərdə gəzdirmək, yaxşıca yormaq lazımdı… 
"Mir Seyid, kəndiniz buradan görünürmü?" "Yox, görünmür, çox uzaqdı..." "Mənim kən-
dim də çox uzaqdı,  Mir Seyid", öz-özümə deyirəm. "Kəndinizin  dağları  da görünmür, Mir Se-
yid?"  "Onlar  görünür."  "Haydı,  gəl!  Səninlə  üst  mərtəbəyə  çıxıb  pəncərədən  baxaq,  kəndinizi 
mənə göstər, görüm ha tərəfdədi" "Yaxşı." 
Dördüncü mərtəbəyə qalxırıq. Sol tərəfdə gövdəsi zülmət qaranlıqda itmiş, qarlı zirvəsi ay 
işığında parıldayan və qaranlığın  içində bir buz  kütləsi  kimi  yüksələn Ağrı dağı...  Ağrının  yan 
tərəfində  ağ  saçlarını  səmaya  doğru  uzatmış  Zor  dağları...  Dağların  qoynunda  tək-tük  işıqlar 
yanır.  Yaxın  kəndlərdən  gələn  it  hürüşləri  küləyin  səsinə  qarışır.  Cincavat  çayı  bütün  səsləri 
köpüklü  sularına  qatır,  özüynən  uzaqlara  aparır.  Gözlərimi  bütün  heybətiylə  gecənin  sinəsini 
yarıb göyə yüksələn Ağrı dağından ayıra bilmirəm. Heyrətdəyəm. Xəyala dalmışam. Mir Seyid 
yavaşca səslənib xəbərdarlıq edir: "Müəllim, kənd o tərəfdə deyil, bu tərəfdədi!" "Eləmi?" 
Başımı çevirib Mir Seyidin boy verib böyüdüyü dağlara baxıram. Əliylə sağ tərəfdəki dağ-
ları göstərir: "Bizim kənd bax, ordadı, müəllimim. Təkəldinin arxasında. Qışda kimsə bizim kən-
də gedə bilmir, maşınlar çıxa bilmir. Kəsə bir yol var, amma gərək atla gedəsən. Atam o yoldan 
gəlirdi. Yay olsa, mən də ordan gedərəm, mən heç qorxmuram, yolu da tanıyıram." 
"Kədərlənmə, Mir Seyid, bahar gələndə gedərsən. Bax, sizin kəndin maşınları buradan qal-
xır, səni maşına mindirərik, gedərsən." "Bizim kəndin maşını yoxdu. Hamı kənddən köçüb, dörd-
beş dənə ev qalıb." "Olsun, sizin kəndə  yaxın, digər kəndlərin  maşınına  mindirərik, gedərsən." 
"Qazilərəcən maşınla getsəm, oradan kəndə piyada gedə bilərəm, yaxındı." "Amma indi getmək 
olmaz, Mir Seyid, bahar gələndə..." "Amma bahara hələ çooox var." "Olsun, sən məktəbə alışar-
san, onda tez gələr." "Yox, tez gəlməz." "Gələr, gələr, bu qar ərisin, dərhal gələr." "Atam sağ ol-
saydı,  qışda  belə  atla  gələ  bilərdi.  Atam  ölməsəydi…"    Udqunaraq  davam  edir,  sözlərini  çətin 
tamamlayır: "Mənə velosiped alacaqdı…" 
Cavab verə bilmirəm. Dilim dolaşır. "Mir Seyid, sizin kənd yayda çox gözəl olur, elə deyil-
mi?" "Bəli, amma qışda da gözəldi. Bir bizim kəndə gəlin, çox gözəldi..." 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Mir Seyid hələ indidən yaylağın qarı-ayazı, qışı-baharı, qurdu-quşu, çiçəyi, böcəyi, otu, ti-
kanı üçün darıxdığını anladır. Altun çiçək, bənövşəyi süsən, qız kirpiyi, gəlincik, göybaş, bənöv-
şəyi  çiçək…  Çiçəklər  dərələrdə,  təpələrdə,  qarın  tutmadığı  daldalarda,  dağın  koğuşlarında  boy 
verib açır. Dəvədabanı, kəklikotu, yovşan, çobanyastığı... bütün otlarla birlikdə torpağı yarıb üzə 
çıxır. Qanqal, şəkər tikanı, çölnoxudu, dəvətikanı, cürbəcür otlar... Kəndə doğru gedir, tozlu yol-
larla qaçır, heç bir tikan ayağına batmır… Və quşlar. Dağların, yaylaqların quşları: Mir Seyid ya-
şılbaş sonalarla, qızıl rəngli anqutlarla,  telli durnalarla sulara enir və bir xınalı kəklik sürüsünə 
qoşulub dağlarda süzür. Artıq ağlamır, amma gözləri hələ nəmlidi, gözləri par-par parıldayır Mir 
Seyidin. Düşünürəm  ki,  indi  yatmağa razı  olar:  "Haydı,  Mir Seyid,  kameraya,  yatağına  gedək! 
Bir az da orada danışaq!" "Yaxşı, amma yayda bizim kəndə gələcəksən!" "Olar, gələrəm." 
Pillələri tələsə-tələsə enirəm. Arxamca başmaqlarını şappıldadaraq gəlir. Uşaqlar dərin yu-
xudadılar. Kameraya giririk. Mir Seyid dəmir tutacaqlardan yapışaraq yatağına çıxır, ədyalını üs-
tünə çəkir. Artıq bir neçə sual da versəm yatacaq. "Demək, sizin kəndin dağlarında çoxlu kəklik 
olur?" "Bəli, qar çox yağanda atam kəklikləri əllə tuturdu." "Eləmi?" "Təbii." "Necə? Kəkliklər 
uçmur?" "Qar çox yağanda uça bilmirlər." "Onda de görüm atan kəklikləri necə tuturdu?" "Qar 
çox yağanda kəkliklər yem tapa bilmirlər, düzdümü?" "Bəli." "Yem tapa bilməyəndə kəndə gə-
lirlər. Qanadları da qardan islanır. Qanadları islananda uça bilmirlər. Atam kəklikləri qovub yo-
raraq tuturdu. Atam sağ olsaydı, mənə velosiped alardı, müəllimim..." 
Mir  Seyid  yayda  kəndə  getsəm,  məni  atasının  atına  mindirəcək.  Söz  verir.  Atasının  çox 
gözəl bir atı var. Mən ata minib dördnala çapacağam, o da velosipedinə minəcək, ötüşəcəyik. 
Səhərə  az  qalır.  Axşamdan  bəri  hədə-qorxu  diliylə  danışan  külək  sakitləşməyə  başlayıb. 
Mir  Seyidin  səsi  az  eşidilir,  göz  qapaqları  ağırlaşıb,  yorulub.  Bədəni  soyuq  yataqda  yatır,  ruhu 
düşür yollara, dağların ətəyindəki o kəndə doğru uçur. Bəlkə də yaylaqlara qar yağır. Mir Seyid 
təzə  qarda  bir  kəklik  kimi  batıb  qalır.  Pəncərənin  taxtasına  qonub  duran  bir  qumru  kameraya 
girir, Mir Seyidin çarpayısına qonur. Qapını açıq qoyub yavaşca çıxıram. 
Mir Seyidin gözləri uzun müddət gözlərəmin qarşısından getmir. Sanki qarşımdadı... Otağı-
ma gedə-gedə Mir Seyitlə danışıram: alışacaq, öyrəşəcəksən Mir Seyid! Əvvəl  soyuq yataqlara 
girəcək, anasız yuxulara dalacaq və qorxulu yuxular görəcəksən. Bəzən altını isladacaqsan, palta-
rını bədəninin istiliyi ilə qurudacaqsan. Dərsdə turşumuş iy verəcəksən. Nazan müəllim səni si-
nifdən çıxaracaq, kameraya göndərəcək. Paltarlarını özün yuyacaqsan, yəni soyuq suya salıb çı-
xaracaq, sıxıb  çarpayının dəmirlərinə,  ya da qızdırıcının üstünə sərəcəksən. Bəzən sevdiyin  bir 
yeməyin dadı qalacaq damağında, doymayacaqsan. Bir az da yemək istəyəcəksən, yemək qurtar-
mış  olacaq,  verməyəcəklər.  Bəzən  loxmalar  boğazında  qalacaq,  uda  bilməyəcəksən.  Bir  parça 
quru çörəyi gəvələyərək yeməkxanadan çıxacaqsan. Xəstələnəcəksən. Qapısında tibb məntəqəsi 
yazılan həkimsiz, tibb bacısız otaqda yatacaqsan. Hansı dərmanı nə vaxt içməyi bilmədən uda-
caqsan həbləri. Öskürəcəksən, ciyərlərin söküləcək. Zəng səsləri ilə yuxuların qaçacaq, alaqaran-
lıqda səksənərək oyanacaqsan. Təlaşlı, narahat halda qaçacaqsan. Yolları qar örtəcək, həftə sonu 
anan görüşünə gələ bilməyəcək, divarların dibində boynu bükük qalacaqsan. Atan sağ olsa, gə-
lərdi. Atan daha heç vaxt gəlməyəcək, Mir Seyid. Yetimliyə alışacaqsan. Mir Seyid, unudacaq-
san! Qulaqlarında uğuldayan güllələrin səsini, məktəbinizin divarlarına sıçrayan qanı, səni kənd-
dən qoparan, bu soyuq divarlar arasına atan canavar üzlü adamları unudacaqsan. Bəlkə müəllimi-
nin  üzünü  də  unudacaqsan,  amma  yaddaşından  o  bənövşəyi  dağlar,  çiçəkli  yaylaqlar  və  atanın 
üzü silinməyəcək. Hər bahar, hər bayram gözləyəcəksən. Gözlə, Mir Seyid, atan sənə velosiped 
gətirəcək! 
Qar yağır, külək sakitləşib. Özümü çarpayıya atıram. Sakitlikdi. Hər saniyə sanki böyük bir 
zəngə  vurulan  toxmaqdı:  "çık,  çık,  çık..."  Qalxıb  divardakı  saatın  batareyasını  çıxarıram.  Saat 
susur. Yataqda o tərəf-bu tərəfə çevrilirəm. Yuxular uzaq, yuxular qaçaq. Əzik, yıxıq, yorğunam. 
Gözlərimi yumuram. O qoca qadının əlləri, o kərpic ev, yerdən yataq, Aşağı Civanlı kəndi, Mir 
Seyidin atası, güllələnən müəllim,  divarlarına qan çilənən məktəb, o məktəbdən sürgün olunan 
uşaqlar və Mir Seyid... 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə