İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Yox, alınmır. Kameralardakı uşaqlar arxamdan çəkir. Kim bilir onlar hansı təpələrə dırma-
şır, hansı yaylaqlara gedirlər. Qalxıram. Çöldə ulayan külək ayaz diliylə içimi yalayıb keçir. İçim 
sızlayır. Birdən qıçlarımın taqəti kəsilir. Təpəyə çıxa bilmirəm. O uşağı kitabın səhifələri arasın-
da  qoyub  qayıdıram.  Gözüm  divardakı  saata  sataşır.  Gecə  yarısıdı.  Dəqiqələr  ağır-ağır  sonrakı 
gündən dəm almağa başlayır. 
"Şagirdlərə daha bir dəfə baş çəkmək lazımdı", - deyə öz-özümə söylənib ağır, yorğun ad-
dımlarla kameralara doğru gedirəm. Üst mərtəbədən, qızlar kamerasından zəng səsi kimi cır bir 
qadın səsi eşidilir. Koridorlar ana səsinə heç bənzəməyən bu səslə oyanır, sanki diksinir. Nazan 
xanımın dişlərinin qıcırtısı belə eşidilir. Bir div kimi donquldanır. Hirslənir, əvvəl bir uşağın sifə-
tinə  şillə  vurur,  sonra  səsi  boş  koridorlarda  əks-səda  verir:  "Sus!  Zırıldama!  Gecənin  bu  vaxtı 
ananı haradan alım? İndi yatağa get! Bir daha gözümə görünmə! Burda bircə qoyun iyi, gübrə iyi 
çatmır! Təbii, yata bilməzsən!" 
... 
Uşaq deyəsən nəyisə izah etməyə çalışır. Nazan xanım bir neçə saniyə susub yenidən qışqı-
rır: "Kəəəs! Otağına! Tez!" 
Nədənsə Nazan xanımla məni eyni günə salırlar, həmişə birlikdə keşik çəkirik, gecə o, qız-
ların mərtəbəsində qalır, mən oğlanların. Səbəbini bilmirəm, uşaqlar hələ başını yastığa qoyma-
mış Nazan xanım özünü yatağa atır, yuxu bir qarabasma kimi gözlərinə çökür və işıqlar sönər-
sönməz yuxuya gedir. Aydın eşidilən bir uşaq ağlaması yuxusunu qaçırır. Hiddətli, hirsli, qızğın-
dı... Azğın sular kimi guruldayır, köpürür. Uşaqlar bu selin qarşısına çıxmamağı öyrənənə qədər 
bir neçə dəfə sulara qərq olurlar. 
Nazan xanım sanki mənə də qışqırır, bir müddət eləcə donub qalıram. Səslər kəsilincə yeni-
dən addımlayıram. Boş, səssiz koridorda əks-səda verən ayaq səslərim şam işığındakı əşyaların 
kölgəsi  kimi  uzanır,  böyüyür.  "Takk...  takk…"  ayaq  səslərim  qaranlıqda  çoxalır.  Məni  vahimə 
basır, sanki arxamca divlər gəlir. Və birdən dönüb arxama baxıram. Kimsə yoxdu. Qorxum dağı-
lır, düşüncəm dəyişir və daha diri, daha sərt addımlarla irəlləyirəm. O an sanki həbsxanadayam, 
bir həbsxana gözətçisiyəm… 
Bu məktəb, bu pansionat, bu çılpaq, soyuq divarlar və üzünü turşutmuş həbsxana gözətçilə-
ri... Kim bilir, bəlkə də bura yarı azad bir cəza evidi, uşaqlar da məhkumlardı. Səhər erkəndən 
qulaqlarda mişar kimi  işləyən bir zəng səsiylə qaçan  yuxular və bir zəng  səsiylə başlayan həbs 
həyatı... 
Zəng səsi…  Yataqlardan qalxın! Qaç! Əlini-üzünü  yu,  əyin-başını  geyin,  beş-beş düzlən, 
yemək salonuna keç! Çürük zeytun, köhnə pendir, metal stəkanda soyumuş çay və irəliki gündən 
qalma quru çörəklər... Sonra daha bir zəng səsi… Kitabını, dəftərini götür, beş-beş düzlən! İki 
ildir  tamamlanmayan  asma  körpünün  döşəli  əyri,  çürük  taxtalarına  qorxuyla  baxa-baxa  keç  və 
sıranı pozmadan beş yüz metr aralıdakı məktəbə get! 
Zəng səsi… Qırx dəqiqəlik bir hücrə həbsi: üçbucaq, kvadrat, düzbucaqlı, sahə, perimetr, 
hündürlük...  Kədəri böl, hüznü vur, həsrəti topla, qürbəti çıx... 
Zəng səsi... Beş dəqiqəlik azadlıq. Lakin azadlıq adına getdiyin hər yerdə: koridorlarda, pil-
lələrdə,  bağçada…  əli  dəyənəkli  gözətçilərin  qışqırıqları  eşidilir:  "Burada  gözləmə!"  "Qaçma!" 
"Danışma!" "Aşağıya en!" Aşağı enər-enməz daha bir zəng səsi, həyət gözətçilərinin bağırtıları: 
“Zəng çalındı!" "Oturma!" "Yellənmə!" "Danışma!" "Yuxarı çıx!" "Sinfə keç!" 
Və beş günlük bir təlimdən sonra açıq görüş günləri... Səhər erkəndən pansionatın bağçası-
na doluşan adamlar, qadınlar və beçə verən arılar kimi uzaq dağ kəndlərindən gələnləri  gözləri 
yuxulu dövrəyə alan oğlanlar, qızlar... Yolu bağlı kəndlərdən görüşə gələ bilməyən ana-ataların 
divar dibində çökmüş boynu bükük uşaqları... 
Gedirəm. Nazan xanımın dağıtdığı düşüncələrimi heç cür qaytara bilmirəm. Nədənsə oldu-
ğum məkandan kilometrlərlə uzağa düşürəm. Bəlkə bir azdan məhkumlar bu koridorlarda nəfəs-
liklərdən əllərini, başlarını uzadacaq, nəfəsliklərin qapağını barmaqlıqlara vuraraq qışqıracaqlar, 
bir üsyan başlayacaq və səslər bir-birinə qarışacaq: "Analarımızı istəyirik!" "Burada oxumaq is-
təmirik!" 
… 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
101 nömrəli kameranın ağzında dayanıram. Bütün işıqlar sönüb. Upuzun koridorun ortasın-
da yalnız bir lampa yanır. Koridoru  düz-əməlli işıqlandıra bilməyən lampanın zəif işığında ka-
meraya daxil oluram. Qapının ağzındakı çarpayılardan biri boşdu! Gözlərim böyüyür, zehnimdə 
bir-birinin ardınca min bir fikir dolanır. Bu soyuqda?.. Fərarilikmi?.. Ola bilməz, hələ çox bala-
cadılar. Amma… 
Əlimin yardımı ilə irəliləyir, çarpayılarda yatan uşaq məhkumları bir-bir yoxlayıram. Bir az 
aralıdakı  çarpayıda, bir  yastıqda əlim  iki uşaq başına dəyir. Kiçik  bir uşaq özündən bir-iki  yaş 
böyük  bir  uşağın  qoynuna  sığınmış,  yatır.  Gülümsəyirəm.  Bir  anda  bütün  qorxuları  yelə  verir, 
özümdən  qovuram.  Çarpayısından  fərarilik  edən  bu  uşaq  bir  əliylə  yatağına  sığındığı  uşağın 
əlindən tutmuşdu. İşıqlar sönəndə qorxur, bilirəm. Yataqda büzüşüb digər uşağa sığınması onun 
məktəbə hələ təzəcə  gəldiyini  anladır. "Qoy  yatsın!", deyirəm  öz-özümə, "bəlkə böyük qardaşı 
üçün darıxıb..." 
Növbəti kamera... Külək şüşələrdə ulayır... Qanad səsləri... Narahat quşlar pərvaz etməkdə. 
Bəlkə mən içəri girəndə hürküb havalanacaqlar. Bu kamerada, ikinci qatdakı çarpayıda bir uşaq 
yatağından  əməlli-başlı  sallanıb…  Adım  kimi  tanıyıram.  Bu  uşaq  indi  yamyaşıl,  bənövşəyi  çi-
çəkli  bir  yaylaqda  uçur.  Hər  yanı  çayır,  çəmən,  çiçəkdi...  Yanağında  məsum  bir  təbəssüm  var. 
Hərdənbir arxasına baxaraq qaçır. Onu qovan digər uşaqlar ona yetişə bilmirlər... Birdən üzü gə-
rilir, arxasınca gələn uşaqlar onu tutacaq. O, indi dərə ilə şırıl-şırıl axan çayın qarşıdakı sahilinə 
keçəcək. Gülür, daha sürətli qaçmağa başlayır, yataqda vurnuxur, indi atlanacaq... 
Gözlərimi yumub bu uşağın xülyalarına qapılıram. Qaçaraq dərə yatağına yaxınlaşıb onun 
əvəzinə qarşı sahilə atlanıram. Bədənim bir quş kimi yüngüldü, uçuram, ayaqlarım boşluqdadı. 
Yüksəklikdə başım fırlanır, yerə enmək istəyir, enə bilmirəm. Böyür-başımda çayır quşları, qa-
ranquşlar, kəpənəklər... Birdən bütün ağırlığımla yerə düşürəm. Düşdüyüm yer o dərənin sahilin-
dəki yamyaşıl çəmənlik deyil. Sərt, soyuq bir məkandı. O saat xülyalarım çəkilir. Yuxulu gözlə-
rimi böyük bir qaranlıqda açıram. Sarı, qırmızı çiçəklər, yaşıl əkinlər, bənövşəyi sümbüllər, qa-
ranquşlar,  kəpənəklər  yoxdu.  Bir  az  əvvəl  göydə  yanan  günəş  də...  Gicgahımdan  ilıq-ilıq  qan 
sızmağa başlayır. Əllərimi alnıma aparıram, əllərim qana boyanır. 
İkinci qat çarpayıdan düşmüş kimi gicgahım ağrıyır, sızlayır, döyünür… Uşağın çarpayıdan 
sallanan başını yavaşca yastığına qoyuram. 
Koridorun sağındakı son kamera... Hıçqırıqlarla boğulan bir uşaq səsi... "Ana! Anaa!" 
Tez qapının ağzına qaçıram, gözləyirəm. Koridorda küləyin o qorxulu səsindən və hərdən-
bir kameradan gələn bu səsdən başqa heç bir səs yoxdu. Uşaq təkrar inləyir: "Anaa! Anaa!" 
Akasiyanın yarı çılpaq budaqlarının kölgəsi qarşıdakı divara düşür. Divardakı kölgələr bir-
dən bir qadın silueti olur. Qadının arxasında da kiçik bir uşaq görünür. Qadının çiynində bir dər-
yaz var, dəryazın ucunda azuqə torbası... Qadın bir əliylə çiyninə atdığı dəryazı tutub, digər əlin-
də bir səhəng var. Akasiya əyildikcə kölgələr divarda titrəyir. Qadın  gedir, arxasına baxmadan 
gedir. Bu qadın, bu kamerada ağlayan uşağın anasıdı. Uşaq anasının arxasınca qaçıb qışqırır. Qa-
dın  eşitmir.  Akasiyanın  budaqları  titrədikcə  onların  arasından  kiçik  təpələri  aşırmış  kimi  əvvəl 
itib sonra yenidən görünür. Külək uğuldadıqca kiçik budaq əyilir, uşaq büdrəyib yerə yıxılır, son-
ra  qalxıb  təkrar  anasının  ardınca  qaçır.  Kiçik  addımlarıyla  ona  çata  bilmir.  Anasının  arxasınca 
ağlayaraq qışqırır: "Anaa! Anaa!" Bəlkə də divarda bu uşağın xəyalını görürəm. 
Ayaqlarımın ucunda içəri girirəm, səsin gəldiyi tərəfə yaxınlaşıram. Bir uşaq üzüüstə yastı-
ğa qapanıb. Çiynindən tutub yavaşca çevirirəm. Yatmayıb, qorxuyla yataqdan qalxır. Sonra hıç-
qıraraq ağlamağa başlayır. Səsimi qısaraq astadan soruşuram: "Niyə yatmırsan, oğlum?" 
Ağlayaraq cavab verir: "Annaaa! A-naa! Anamı…" 
"Yaxşı,  yaxşı! Ağlama, sakit ol! Yoldaşlarını oyadarsan. Madam  yata bilmirsən, qalx  gö-
rüm, gödəkçəni geyin, haydı, başmaqlarını da tax, mənimlə gəl!" 
Bu uşaqla digər kameraları birlikdə gəzirik, sonra mən qabaqda o arxada müəllim otağına 
gedirik. Otağa girəndə gözləri işıqdan qıyılır, gözlərimə baxa bilmir, davamlı şəkildə içini çəkib 
ağlayır.  Hıçqırıqdan  danışığı  boğulur,  nə  dediyi  anlaşılmır.  "Ağlama  görüm!  Ağlama,  sakit  ol, 
adın nədi sənin?" 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə