İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
119 
 
8)  Nə  üçün  Məmun  özü  Mərvdən  Bağdada  gedərkən  mam  Rzanı  (ə) 
Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o Həzrət həqiqətən də, vəliəhddirsə, 
Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi? 
Bunlar bir sıra suallardır ki, ilk baxışda ola bilər sadə görünsün, ancaq bir 
az diqqət yetirdikdə, məlum olur ki, Məmun bu işdə heç də sidq ürəkdən saf 
addım  atmayıb,  əksinə,  onu  bu addımı  atmağa  məcbur edən  başqa  səbəblər 
olmuşdur.  
 
mam Rzanın (ə) vəliəhdliyi qəbul etməsinin amilləri 
 
1)  mam  Rza  (ə)  o  vaxt  vəliəhdliyi  ona  görə  qəbul  etdi  ki,  gördü  əgər 
vəliəhdliyi  qəbul  etməsə,  nəinki  öz  canı,  həm  də  bütün  Ələvilərin  və 
dostlarının canı təhlükə altına düşməsin.  mam Rza (ə) həm özünü, həm də 
ş
iə dostlarını təhlükədən qorumalı idi. Çünki  slam ümməti onların vücuduna 
və  məsləhətlərinə  böyük  ehtiyac  duyurdu.  Onlar  camaatın  çətinlik  və 
ş
übhələrlə  qarşılaşdığı  zaman,  yol  göstərən,  rəhbər  və  başçı  olmaq  üçün 
mütləq  sağ  qalmalı  idilər.  Əgər  mam  Rza  (ə)  vəliəhdliyi  birdəfəlik  və  qəti 
şə
kildə qəbul etməyib həm  özünü, həm də dostlarını təhlükəyə salsaydı, bu 
fədakarlığını  mam  Hüseynin  (ə)  həyat  bəxş  edən  şəhadəti  kimi  ümmətin 
müşkülünü həll edəcəyi məlum deyildi.  
2) Bundan da əlavə, vəliəhdlik məqamına nail olmaq Abbasilər tərəfindən 
bir razılıq kimi hesab olunub Ələvilərin də, hökumətdə şərik olmasını sübut 
edirdi. 
3)  mam Rzanın (ə) vəliəhdliyi qəbul etməsinin səbəblərindən biri də bu 
idi  ki,  camaat  Peyğəmbər  (s)  ailəsinin  də  siyasi  səhnədə  hazır  olduğunu 
görüb  heç  də  onların  səhnədən  kənarda  olduqlarını  zənn  etməsin  və  belə 
fikirləşməsinlər ki, onlar ancaq elm adamları olub, əməldə millətin işinə heç 
bir qarışacaqları yoxdur. Bəlkə  mam Rzanın (ə)  bn Ərəfənin sualına verdiyi 
cavabdan məqsədi də, elə bu olmuşdur. O,  mam Rzadan (ə) soruşmuşdu ki, 
ey  Peyğəmbər  (s)  övladı,  hansı  səbəbə  görə  vəliəhdliyi  qəbul  etdin?  mam 
onun  cavabında  buyurur  ki,  babam  Əlini  (ə)  şuraya  daxil  olmağa  məcbur 
etmiş səbəbə görə vəliəhdliyi qəbul etdim.
1
  
                                                            
1
 Mənaqibi Ali Əbi-talib, c.4, səh.364  
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
120 
 
4)  Bunların  hamısından  əsası  isə  odur  ki,  mam  Rza  (ə)  vəliəhd  olduğu 
müddət  ərzində  Məmunun  əsl  simasını  camaata  tanıtdıraraq  onun  gördüyü 
işlərindəki məqsədini ifşa etməklə camaatın fikrindəki bütün şəkk-şübhələri 
aradan qaldırırdı. 
 
mam Rza (ə) həqiqətən də,  
vəliəhd olmağa meyilli idimi? 
 
Dediklərimiz  heç  vaxt  vəliəhdliyi  qəbul  etmək  məsələsində  mamın  (ə) 
batini istəyinə sübut ola bilməz. Əksinə, sonrakı hadisələr sübut etdiyi kimi 
mam  bilirdi  ki,  heç  vaxt  Məmun  və  ətrafındakıların  hiylələrindən  uzaq 
olmayıb  məqamdan  da  əlavə,  canı  onların  təhlükəsindən  salamat 
qalmayacaq.  mam  (ə)  çox  yaxşı  bilirdi  ki,  Məmun  nəyin  bahasına  olursa-
olsun, onu aradan götürmək (istər cismi, istərsə də mənəvi cəhətdən) istəyir. 
Lap  fərz  edək  ki,  Məmunun  heç  bir  pis  fikri  olmamışdır,  ancaq  dediyimiz 
kimi  mamın  (ə)  yaşını  nəzərə  aldıqda,  o  Həzrətin  Məmunun  ölümündən 
sonra  sağ  qalacağına  ümid  yox  idi.  Deməli,  bunların  heç  biri  mamın  (ə) 
vəliəhdliyi  qəbul  etməsinə  kifayət  etmir.  Bunları  nəzərə  almadıqda  və  fərz 
etdikdə  ki,  mamın  (ə)  Məmundan  sonra  sağ  qalmaq  ümidi  də  olub,  ancaq 
onun  hakimiyyəti  ilə  razılaşmayan  nüfuzlu  şəxslərlə  mütləq  üzləşməli 
olacaqdı. Həmçinin, hökuməti idarəetmə tərzində Allahın qayda-qanunlarını 
icra etməsi eynilə cəddi Peyğəmbər (s) və Əlinin (ə) hökumət idarəetmə tərzi 
kimi  olan  mam  Rza  (ə)  Abbasilərin,  onların  dostlarının  və  dünya  əhlinin 
narazılığı ilə üzləşəcəkdi. 
Bütün  dediklərimizi  nəzərə  aldıqda  məlum  olur  ki,  mam  Rzanın  (ə)  bu 
cür  təhlükəli  yolla  hökumətə  gəlməyi  qəbul  etməyəcəyi  təbii  idi.  Çünki 
hakimiyyətə gəldiyi təqdirdə nə təkcə öz məqsədlərinə nail olmayacaq, hətta 
Ə
ləvilərin,  eləcə  də,  onların  dostlarının  arzu  və  istəkləri  ilə  birlikdə  məhv 
olacağına  zəmin  də  yaradacaqdı.  Deməli,  bu  işə  müsbət  cavab  vermək 
məntiqsiz bir hərəkət olardı.
1
 
                                                            
1
 
8-ci  mamın siyasi həyatı, səh.162-165 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
121 
 
mam Rzanın (ə) yad ideologiya və  
fikirlər qarşısında rolu 
 
mam  Sadiqin  (ə)  həyatı  bölümündə  oxuduq  ki,  Abbasi  xəlifələrinin  ilk 
dövrü,  mədəni  və  nəzəri  sahədə  hərəkat  dövrü  idi.  O  zamanda  slam 
icmasında elmə qarşı misilsiz meyl və həvəs yaranmışdır. Bir çox fiqh, hədis 
elmləri  kimi  slami  elmlər,  tibb  və  astronomiya  kimi  dünyəvi  elmlər  geniş 
şə
kildə  yayılmışdır.  Digər  tərəfdən  o  zamanda  bir  çox  məzhəb  və  firqələr 
yaranmışdır.  Kitab  əhlinin  və  yunan  alimlərinin  fikir  və  əqidələri  ilə 
qarşılaşmanın  nəticəsində  müsəlmanların  zehnində  çoxlu  şübhələr 
yaranmışdı. 
Onu  da  əlavə  edək  ki,  mamın  (ə)  zamanında  belə  vəziyyətin  davam 
etməsi  ilə  yanaşı  slam  icmasında  ümumcəmiyyətin  fikir  və  düşüncə  tərzi 
yunan dilində olan kitabların tərcümə olunması nəticəsində artmağa başladı. 
Çünki  Məmunun  yunan  kitablarının  tərcüməsinə  xüsusi  meyli  var  idi.  O, 
Roma  imperatoruna  bir  məktub  yazaraq  bu  imperiya  ərazisindəki  qədim 
elmləri  ehtiva  edən  kitablar  məcmuəsini  onun  üçün  göndərməsini  istəyir. 
Roma  imperatoru  bu  təklifi  qəbul  edir.  Məmunun  tərəfindən  bir  qrup  alim 
Rumdan kitabları gətirib onun göstərişi ilə tərcümə etməyə başlamışlar.
1
  
Tərcümə  edilən  kitabların  bir  qismi  fəlsəfə  sahəsində  idi.  Bu  tərcümə 
olmuş  kitablarla  müsəlmanlar  yad  mədəniyyətlərlə,  xüsusi  ilə  Yunan 
mədəniyyəti ilə tanış oldular.  
Digər  bir  tərəfdən  onu  da  qeyd  edək  ki,  Məmun  Mötəzilə  məzhəbini 
qəbul etmiş, bu məzhəbin böyük alimlərini öz sarayına yaxınlaşdırmışdı. Bu 
məzhəbin  tabeçiləri  əql,  məntiq,  qiyas  və  nəzərin  tərəfdarları  idilər.  Və 
bəşərin  məhdud  əqlinə  arxalanmaqda  ifrata  varırdılar.  Dini  göstəriş  və 
ehkamları  ağılları  ilə  ölçürdülər.  Ağılları  qəbul  edəni  qəbul  edib  qalanını 
inkar  edirdilər.  Nəhayət,  bu  vəziyyət  müsəlmanlarda  bir  sıra  şübhələr  və 
iradlar icad etdi. 
                                                            
1
 
Ə
l-fehrest, səh. 353 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə