Mövzu Milli iqtisadiyyat və ictimai təkrar istehsal



Yüklə 24,17 Kb.
səhifə1/4
tarix25.03.2023
ölçüsü24,17 Kb.
#103203
  1   2   3   4
Mövzu 2


Mövzu 2. Milli iqtisadiyyat və ictimai təkrar istehsal
2.1. Makroiqtisadiyyat və milli iqtisadiyyat anlayışlarının ümumi və fərqli cəhətlər.
2.2. İctimai təkrar istehsal bütövlükdə iqtisadiyyatın əsası kimi.
2.3. İctimai istehsalın quruluşu.
2.4. Geniş təkrar istehsal.
2.1. Makroiqtisadiyyat və milli iqtisadiyyat anlayışlarının ümumi və fərqli cəhətlər.
Makroiqtisadiyyat iqtisadiyyatın fəaliyyətini vahid bir tam kimi tədqiq edir. «Makro» («böyük» deməkdir) sözönün hissəsi də göstərir ki, bu bölmə xalq təsərrüfatmın irimiqyaslı problemlərinin nəzərdən keçirilməsinə həsr olunub. Makroiqtisadiyyat iqtisadi nəzəriyyənin və ya, Qərbdə qəbul olunduğu kimi, siyasi iqtisadın sahəsidir və dövlət qurumlarının özəlliklərindən asılı olmayaraq iqtisadi sistemin bütövlükdə necə fəaliyyət göstərməsini aydınlaşdırmağa ünvanlanıb.
Makroiqtisadiyyat, iqtisadi nəzəriyyənin tərkib hissəsi və ya bölməsi kimi və milli iqtisadiyyat, müstəqil elm (müasir şəraitdə iqtisadi nəzəriyyədən ayrılmış) və tədris fənni kimi, dövlət qurumları çərçivəsində mövcud olan iqtisadi sistemlərin (strukturlar, altsistemlər, subyektlər və s.) fəaliyyəti (təkrar istehsalı) prosesini öyrənməyə ünvanlanıb. Bu həmin məfhumların dərkinin əsasında duran ümumi cəhətdir.
«Milli» məfhumu «ümumdövlət» məfhumunun sinonimi kimi, milli iqtisadiyyat isə ayrı-ayrı etnik qurumların - millətlər və xalqların deyil, dövlətin iqtisadiyyatı kimi başa düşülməlidir. «Millət» dedikdə bütün xalq, ölkənin əhalisinin hamısı başa düşülür. Məsələn, Rusiyanm milli iqtisadiy- yatmdan danışdıqda, Rusiya çoxmillətli ölkə olsa da, nəzərə almaq lazımdır ki, söhbət bütün Rusiya Federasiyası əhalisindən, yəni federal səviyyədə olan hadisələrdən gedir. Beləliklə, milli iqtisadiyyat ayrılıqda götürülmüş ölkənin (dövlətin) konkret-tarixi vəziyyətini və inkişafını ümumi qanunauyğunluqlardan daha çox xüsusi, spesifik qanunauyğunluqlar mövqeyindən və ya makroiqtisadiyyatın ümumi qanunauyğunluqlarmm, amma konkret-tarixi şəraitdə, təzahür formalarını öyrənir.
Bu mövzunun öyrənilməsinə milli təsərrüfatm formalaşması və inkişafının əsası kimi ictimai təkrar istehsalın nəzərdən keçirilməsindən başlamaq daha məqsədəuyğundur. Ictimai təkrar istehsal milli iqtisadiyyatı üzvi tamlıq kimi, sadəcə olaraq müəssisələr, ev təsərrüfatları, sahələr, bölmələr, komplekslərin məcmusu kimi deyil, özünü təkrar istehsal edən sistem kimi təsəvvür etməyə imkan vərər. Bu, o deməkdir ki, bu sistemin elementləri arasında qarşılıqlı təsir və əlaqələr iqtisadi proseslərin arasıkəsilməz davam etdirilməsi, bərpası və təkrar olunması üçün şərait yaradırlar.


Yüklə 24,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə