İCTİMAİ elmləR 2009


İ.E.VII. - 3 Tar. Coğ. VII 3.   Xəritədə coğrafi obyektlər və ərazilərin yerlərini müəyyən



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   2   3   4   5   6   7   8   9   ...   32

İctimai elmlər

2009

İ.E.VII. - 3



Tar. Coğ. VII 3.   Xəritədə coğrafi obyektlər və ərazilərin yerlərini müəyyən  

 

   

 

edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Xəritədən  istifadə  etməklə  dünya  və  Gürcüstanın  əhəmiyyətli  coğrafi  obyektlərinin 

koordinatlarını müəyyən edir;  



Siyasi xəritədən istifadə edir və şərti işarələri təsvir edir (rənglər, sərhədlər), hansılarla 

əraziləri (dövlətlər, inzibati vahidlər, paytaxtlar) siyasi xəritədə qeyd edir;   



Xəritə və statistik informasiyadan istifadə etməklə cədvəl tərtib edir, hansında qitələrə əsasən 

üç ən böyük və üç ən kiçik ölkələrin (sahə və əhaliyə əsasən) xarakterlərini yerləşdirir; 



Gürcüstanın atlasından istifadə edir və ərazi vahidlərindən birini xarakterizə edir (yeri, 

sərhədləri, relyefi, hidroqrafik şəbəkəsi, inzibati mərkəzləri);



Xəritədən istifadə etməklə  Gürcüstanın ümumcoğrafi yerini müəyyən edir; oxşar və fərqli 

yerlərdə olan ölkələri müqayisə edir, onları cədvəldə qruplaşdırır; 



Atlasdan istifadə etməklə Gürcüstanın müxtəlif dövrlərinin (orta əsrlər, Sovet dövrü, hal-

hazırda) siyasi-inzibati bölgü xəritəsini doldurur və onları müqayisə edir. 



  Mühit və iqtisadiyyat  

Tar. Coğ. VII 4.  Təbii şəraitin yaşayış tiplərinə və təsərrüfatın inkişafına nə  

 

   

 

kimi təsir göstərdiyini izah edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Sinifdə qrup işi zamanı arxeoloji və etnoqrafik (dərslikdə verilən və ya tapılan) materiala diqqət 

yetirir və suallara cavab verir – bu əşyalara sahib olan xalq (əhali) nə ilə məşğul idi;



Gürcüstanın kontur xəritəsində müxtəlif növ yaşayış məntəqələrini qeyd edir və konkret 

coğrafi mühitdə onların meydana gəlməsi səbəblərini qeyd edir (məs. şəhərlər niyə çayların 



sahilində salınırdılar); başqa-başqa mühitlərin əhalisinin yaşayış xüsusiyyətlərini müzakirə 

edir (çay dərələrinin ətrafında, dəniz sahillərində, dərələrdə, dağlarda, industrial və aqrar 

regionlarda);  öz yaşayış məntəqələri ilə onları müqayisə edir (yaşayış məntəqələrinin 

fotoşəkilləri və yerlərinin planları ilə tanış olur və analiz edir) ;

Fotoşəkil və ya xəritədən istifadə edərək müxtəlif ərazilər üçün xarakterik peyzajı təsvir 

edir (məs. tropik meşələr, səhra, çöl və s.) və onu həmin ölkənin (regionun) kənd təsərrüfatı 



ilə əlaqələndirir;  

Sinifdə qruplarla işləyən zaman fotoşəkillərin vasitəsilə başqa-başqa coğrafi mühitdə mövcud 

iki xalqı müqayisə edir və onlar arasında fərqləri (material, memarlıq) təyin edir;   



təbii-fəlakət hadisələrinin (sel axını, uçqun, quraqlıq, daşqın və s.) coğrafiyası haqqında 

informasiya tapır və onları qruplaşdırır (məs. cədvəl vasitəsilə); 



Statistik materialın əsasında oxşar balları olan iki zəlzələni xarakterizə edir (məs.: Spitak 

və Raça), başqa-başqa nəticələrin  (tələfat, ziyan, təbiətin transformasiyası) səbəblərini 



müzakirə edir və cədvəl vasitəsilə qruplaşdırır;


İctimai elmlər

2009

İ.E.VII. - 4

Təbii-fəlakət hadisələrindən mümkün müdafiə tədbirləri haqqında fərziyyələrini   bildirir,  

həmin tədbirləri Gürcüstanda və digər ölkələrdə tətbiq edilən müdafiə vasitələri ilə müqayisə 



edir (məs.: svan memarlığının uçqunlara uyğun olması;  

Kənd təsərrüfatı bazarının assortimentini təhlil edir, onları Gürcüstanın bölgələrinə əsasən 

qruplaşdırır (məs. cədvəl vasitəsilə), kənd təsərrüfatı tiplərini müəyyən edir və nəticələri 



onun üçün arzu olunan forma ilə təqdim edir.  

Tar. Coğ. VII 5.  Təbii ehtiyatların rasional və çoxtərəfli istifadəsini 

 

   

 

müzakirə edir.   

    

Nəticə əldə edilib, əgər şagird: 

Bir  materialdan  hazırlanan  müxtəlif  arxeoloji  əşyaları  (məs.  gildən  qab  və  kərpic  də 

hazırlanırdı )  qruplaşdırır  (zərflər və cədvəldən istifadə etməklə);  



Təbii ehtiyatları və iqtisadiyyatın uyğun sahələrini qruplaşdırır (zərflər və cədvəldən istifadə 

etməklə);  



Məişətdə istifadə olunan əşyaların ehtiyat tipləri ilə əlaqələndirir

Sxem  vasitəsilə  ehtiyatların  tapılmasından  istifadəsinə  qədər  adlarının  dəyişdirlməsini 



göstərir (neft – yanacaq - elektroenergiya);  

yazılı şəkildə ifadə etməlidir ki, yalnız erkən dövrlərdə mövcud ehtiyatlardan istifadə etməklə 

onun ailəsi təsərrüfat həyatını necə qurardı; 



 təbii ehtiyatları müxtəlif xüsusiyyətlərə əsasən ayırır və onları cədvəldə qruplaşdırır (tükənən 

və tükənməyən, bərpa olunan və bərpa olunmayan);   



 Onun ailəsinin, şəhərin/kəndin, ölkənin istifadə etdiyi təbii ehtiyatların siyahısını tərtib edir; 

uyğun simvolikadan istifadə edərək kontur xəritəsində tapıntı yerlərini göstərir;   



Sinifdə qrup işi zamanı sadalanan ehtiyatları müxtəlif əlamətlərə əsasən təsnif edir: onların 

istifadəsinin əhəmiyyətli (birinci, ikinci, az əhəmiyyətli, əhəmiyyətli) və mənimsənilməsi 



dövrünə əsasən (ən qədim, qədim, yeni, perspektivli);

Sinifdə qrup işi zamanı sadalanan ehtiyatlardan istifadə etməklə yaranan çirkləndirmə barədə 

(çox çirkləndirir, çrklənidirir, az çirkləndirir) müzakirə aparır; 



Qrupda iş zamanı təsərrüfatın müxtəlif sahələri tərəfindən bəzi ehtiyatların istifadəsinin 

zəruriliyi və intensivliyi barədə müzakirə aparır və onların qənaətli istifadəsini müəyyən 



edir (məs.: su və elektrik enerjisi). 

Tar. Coğ. VII 6.   İqtisadiyyat və təbiətdə elmi-texniki tərəqqi nəticəsində  

 

   

 

yaranan dəyişiklikləri təhlil edir.  

     

Nəticə əldə edilib, əgər şagird: 

Sinifdə qrup və ya individual iş zamanı şkalada üç və ya dörd ideyanı (kəşfi) qeyd edir 

hansılar,  onun  fikri  ilə  qədim  zamanlardan  indiyədək  iqtisadiyyatda  ən  əhəmiyyətli 



dəyişikliklərə səbəb olub və sinfin qarşısında qrupun seçimini sübuta yetirir;  


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə