İCTİMAİ elmləR 2009


Vət.IX 4.  Şagird sosial problemlərin həllində insanların və cəmiyyətin



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

İctimai elmlər

2009

Vət.IX 4.  Şagird sosial problemlərin həllində insanların və cəmiyyətin  

 

   

rolunu qiymətləndirir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

İnsanın müəyyən bir tələbatını insanın müəyyən bir hüququ ilə uyğunlaşdırır (məs.: qida 

– həyat, əmək və digər hüquqlar; münasibət – həyat, söz, əmək, təhlükəsiz mühit və sairə 



hüquqlar və s.) və öz cavabının düzgünlüyünü əsaslandırır; 

Kütləvi mediya vasitəsilə  kimsəsiz  uşaqlar haqqında dərc olunan informasiyanı   əldə edir, 

onu təhlil edir və həmin problemin həllində öz planını təqdim edir



O təhlükələri sadalayır, hansılar ki, yeniyetmələri tütün, alkoqol və narkotiklərin qəbuluna 

sövq edir; Gürcüstan, qonşu dövlətlər və dünyanın uyğun statisik  göstəricilərini müzakirə 



edir; prevensiya tədbirlərinin nümunələrini göstərir

Sosial xəstəlikləri(məs. alkoqolizm, narkomaniya, QİÇS, vərəm və s.) olan insanlara qarşı  

cəmiyyətin digər  üzvlərinin mövqeyi haqqında mövzu yazır, hansında onun tərəfindən təsvir 



olunan münasibətlərin ədalətliliyi haqqında öz mövqeyini bildirir;  

Terminləri fərqləndirir – qaçqın və köçkün; Gürcüstanın, eləcə də dünyanın başqa-başqa 

ölkələrindən  buna  uyğun    misallar  gətirir;  səbəbləri  müzakirə  edir,  hansılar  ki,  insanı 



yaşadığı yeri tərk etməyə (məs. müharibə və silahlı münaqişə, insan hüquqlarının pozulması/

diskriminasiya, yoxsulluq və işsizlik, təbii fəlakətlər və s.) məcbur edir



  İdarəçilik 

Vət.  IX 5.  Şagird insanın istəklərini, imkanlarını və obyektiv resurslarını  

 

   

bir-birindən fərqləndirir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Demokratiyanın əks edilməsi və inkişafı haqqında müzakirələr aparır; Gürcüstan və digər 

ölkələrin nümunələrini müqayisə edir



Yazılı və yaxud da şifahi şəkildə sinif yoldaşlarının qrupu ilə birlikdə hazırlanmış demokratik 

sinif /məktəb modelini təqdim edir; öz nəticələrini əsaslandırmaq üçün dəlillər gətirir; 



Bərabərhüquqluluq və azadlıq haqqında müxtəlif (konservativ, sosialist, liberal, dini və s.) 

fikirləri müqayisə edir;  onun üçün ən qəbul edilənini seçir. 



Vət.IX 6.  Şagird insanın iqtisadi fəaliyyətinin əsas sahələrini və onların  

 

   

qarşılıqlı əlaqələrini təhlil edir.  

Nəticə əldə edilmişdir, əgər şagird: 

Mərkəzi və yerli hakimiyyət arasında fərqləri müzakirə edir; 

Sinif yoldaşları ilə birlikdə hakimiyyətin başqa-başqa şaxələrini (icraçı, qanunverici və 



hüquqi) qruplaşdırır və onların funksiyalarını fərqləndirir

İ.E.IX. - 17



İctimai elmlər

2009

Dövlət orqanlarından birini seçir və onu hakimyyətin uyğun şaxəsi ilə əlaqələndirir; bu 

orqanın funksiyalarını və onun hakimyyətin digər orqanları ilə əlaqəsini müzakirə edir; 



Dövlət orqanları və ya müəssisələrini sadalayır, hansılar ki, onun konstitusiya hüquqlarının 

müdafiə və öhdəliklərinin yerinə yetirlməsini təmin edirlər; onların əməllərinin effektivliyi 



haqqında fikrini söyləyir; 

Yaşadığı yerdə həll olunası məsələlərin siyahısını tərtib edir və buna uyğun olaraq dövlətin 

o  nümayəndələrini  adlandırır,  hansılara  ki,  birinci  müraciət  edilməlidir;  öz  nəticəsini 



əsaslanıdırır (şaxə və səviyyə/instansiyaya əsasən);

Sinif  yoldaşları ilə birlikdə hər hansı bir dövlət orqanını seçir (məs. qamqeoba/meriya, 

parlament, məhkəmə, nazirlik və s.) və”İşdə bir gün” uyğun simulyativ oyunda iştirak 



edir; 

Vət.IX 7. Gürcüstanda idarəçiliyin demokratikləşdirilməsini müzakirə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Dövlət orqanlarından birinin seçki qaydalarını (məs. parlament, prezident, şəhərin meri, 

özünüidarəetmə orqanı, hakim və s.) müzakirə edir;  Gürcüstan və digər ölkələrin misallarını 



müqayisə edir; onun fikrincə, onlar arasında ən ədalətli qaydaları seçir; 

Sinif yoldaşları ilə birlikdə müəyyən bir seçim vəzifəsi və ya orqanının (məs. məktəb 

direktoru, deputat, mer və s.)  haqqında informasiya əldə edir və simulyativ  seçiklərdə ona 



aid olunan rolu (məs. seçici, namizəd, tərəfdar, müşahidəçi, jurnalist, hüquqmühafizəçi və s.)  

yerinə yetirir; ehtimal edilən və əldə edilən nəticələri bir-biri ilə müqayisə edir, nəyin əsasında 

sinif yoldaşları ilə birlikdə hər bir iştirakçının rolunu/funksiyasını qiymətləndirir. 

Dövlətin demokratikləşmə prinsiplərini sadalayır (məs. hakimiyyət bölgüsü və nümayəndəliyi, 

çoxpartiyalılıq, söz azadlığı və s.) və hər birinə əsasən Gürcüstanın dövlət idarəçiliyini 



xarakterizə edir; digər demokratk ölkələrlə müqayisə edir; təhlil əsasında yekun nəticə 

çıxarır ki, hansı idarəçilik daha demokratikdir; 

Yaşadığı yerin nümunəsi əsasında demokratiyanın quruluşunda cəmiyyətin  rolunu müzakirə 

edir; cəmiyyət və idarəçi orqanların əməkdaşlığı əsasında müzakirələr aparır. 



  İqtisadiyyat 

Vət. IX 8.  İnsanın istək və arzularını bir-birindən fərqləndirir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

 

Sinif yoldaşları ilə birlikdə müzakirə edir ki, insanın yaşamağı üçün nə lazımdır və onları öz 



ehtiyacları ilə uyğunlaşdırır; insanın tələbat və istəklərini razı salmaq yollarını sadalayır;  

Sinif yoldaşları ilə birlikdə tələbatların ierarxiyası haqqında müxtəlif düşüncələri  müzakirə 

edir;  sinif  yoldaşlarına qrup tərəfindən adı çəkilən və əhəmiyyətinə əsasən tərtib edilən  



tələblərin siyahısını təqdim edir; 

İ.E.IX. - 18




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə