İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

İctimai elmlər

2009

Gündəlik tələbat əşyalarından (məs. qida, paltar, məktəb əşyaları və sairə)  birini seçir və 

ardıcıllıqla onun yaranmasından istifadəsinə  qədər bütün mərhələlərini yazır; istifadə olunan 



resursları növünə əsasən təsvir edir (təbii, insani, kapital); 

Konkret məbləğə (məs. 25 lari) uyğun olaraq onun üçün tanış olan mal və xidmətin əldə 

edilməsi  (məs. idman çantası,  Vardziyaya ekskursiya, bir kisə un və s.) variantlarını 



sadalayır və onlardan birini seçir; öz seçim səbəblərini izah edir və onları alternativ dəyər 

anlayışları ilə izah edir

Sinif  yoldaşlarının qrupu ilə birlikdə sinfin abadlığı üçün lazımi əşyalar və işlərin siyahısını 

tərtib edir, hansılardan bir neçəsini seçir, hansının əldə edilməsi və həyata keçirilməsində 



qrupa  başqalarının yardımı lazım deyil;   sinif yoldaşları ilə öz seçimini paylaşdırır və onu 

mövcud məhdudiyyəti və alternativlərinin müzakirəsi ilə əsaslandırır. 



Vət.IX 9.  Şagird insanın iqtisadi fəaliyyətinin əsas sahələrini və onların  

 

   

qarşılıqlı əlaqələrini təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Öz yaşadığı yerin misalında insanın müxtəlif  iş  fəaliyyətini sadalayır, hansılar ki, mənfəət 

əldə etmək üçün həyata keçirilirlər və onları malın istehsalı  və ya xidmətinə əsasə qruplaşdırır; 



hər işə istifadə edilən resursların tiplərini uyğunlaşdırır (məs. təbii, insani, kapital);

Yaşadığı diyarda yayılan ənənəvi və müasir iqtisadi fəaliyyətin sərfəliyinə əsasən müqayisə 

edir; iqtisadi fəaliyyət sahəsinin dəyişilmə səbəblərini müzakirə edir;  



”Mənim firavan yaşamağım nədən asılıdır? ” adlı inşa yazır, hansında başqa-başqa fənlərdən 

(tarix, coğrafiya, təbiətşünaslıq və s.) alınan informasiya və statistik analiz metodlarından 



istifadə etməklə öz mövqeyini əsaslandırır; 

Vət.IX 10.  Şagird özünün gələcək fəaliyyəti və karyerasını planlaşdırır. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Karyerası ilə əlaqədar öz məqsədlərini (məs. təhsilli, varlı, gözəl olum, təhlükəsiz yaşayım və 

s.) sadalayır; onların reallığı və əldə edilməsi yolları haqqında müzakirələr aparır; məqsədin 



həyata keçirilməsi yollarını müvafiq  öhdəliklərlə əlaqələndirir;  

Öz imkanları və məqsədlərinin təhlili əsasında iş fəaliyyətinin o sahələrini sadalayır, hansıları 

ehtimal ki, gələcək fəaliyyəti ilə əlaqələndirir; sinifdə həmfikirlərini aşkar edir, hansılarla 



birlikdə bu sahə haqqında informasiya toplayır və informasiyanı şərh etdikdən sonra ”mənim 

gələcək peşəm və karyeram” adlı qısa layihə üçün ərizə verir; 

Müəllimin yardımı ilə sinif yoldaşları ilə birlikdə peşə seçməkdə ona yardım edəcək yolları 

sadalayır, hansılar  ki, informasiyanın əldə edilməsi və analizlərin mərhələlərini, vaxtı, 



istifadə olunası metodların (məs. sorğu, müsahibə, yerlərdə tanış olmaq və s.) müəyyən 

edilməsini nəzərdə tuturlar. 

Öz imkanları və nailiyyətlərinin təhlili əsasında ”mənim gələcək peşəm mənə necə təsir 

edəcək” inşasını yazır (əks olunan məqsədlər və onların əldə edilmə yolları, arzu olunan və 



İ.E.IX. - 19


İctimai elmlər

2009

məcburi hadisələr, onun fikrinin  ictimai maraqlarla  uyğun olub olmaması); sinif yoldaşlarına 

mövzusunu təqdim edir. 

Tövsiyyə olunan məzmun:

1.  İstəklər və tələblər 

2.  İnsan hüquqlarının mənəvi əsasları və tarixi 

3.  Münaqişənin inkişafı və həlli yolları 

4.  Ədalətli dünya və dinc şəraitdə həyat

5.  Demokratiyanın əsasları və cəmiyyətin inkişafında onun əhəmiyyəti 

6.  Gürcüstanda demokratiya 

7.  Ictimai həyatda vətəndaş iştirakı

8.  Ədalət və mənəviyyat 

9.  Əhalinin sosial strukturu

10. Demokratik idarəçilik prinsipləri 

11. Hakimiyyət bölgüsü və idarə səviyyələri 

12. Qanunilik və ədalət qaydası

13. Seçim və rəqabət

14. Mənim karyeram

15.  Bazarlar və qiymətlərin tənzimlənməsi

16. Mənfəət və borc – vergilər

17. Büdcə - imkanlar, öhdəliklər və arzular 

İ.E.IX. - 10



İctimai elmlər

2009

Tarixə giriş 

X sinif

İstiqamətlərə əsasən nəticələr

Tar. X  İstiqamətlər  

Tarixi şərh və tədqiqat 

Kommunikasiya 

1. Şagird eyni tarixi hadisənin fərqli şərhlərini 

təhlil edir və qiymətləndirir.

2.  Şagird  ilkin  və  ikincidərəcəli  mənbələri 

təhlil edir.  

3. Şagird tarixi tədqiqatı planlaşdırır və həyata 

keçirir. 

4. Şagird tarixi mövzu yazır. 



  Nəticə və indikatorlar   Tarixi şərh və tədqiqat  

Tar. X  1. Eyni tarixi hadisənin fərqli şərhlərini təhlil edir və qiymətləndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Iki mənbəni müqayisə edir, hansılar ki, konkret tarixi hadisə (şəxsiyyət) haqqında başqa-

başqa informasiyalar verirlər (və yaxud da eyni tarixi hadisə və ya şəxsiyyəti başqa-başqa 



cür qiymətləndirir); konkret hadisənin müxtəlif şərhlərinə (məs.: tarixi mənbənin yaranma 

dövrü və mühiti, müəllifin milliyyəti, onun siyasi və yaxud dini meyli, sosial statusu və s.) 

səbəb olan  amilləri müzakirə edir;  

Konkret tarixi hadisə (şəxsiyyət) haqqında mövcud iki (və ya üç) tarixçinin fərqli nəzərlərini 

müqayisə edir, onu qiymətləndirir və həmin tarixi hadisə (şəxsiyyət) haqqında öz şəxsi 



nəzərini formalaşdırır;  

Müxtəlif tarixi şərhin hipotetik xarakterini müzakirə edir və anlayır ki,  hər hansısa bir şərh 

yeni tarixi materialın tapılması (dərc edilməsi) ilə yenidən qiymətləndirilə bilər; 



Tarixi faktı tarixi şərhlərdən fərqləndirir; onları bir-biri ilə (məs.: salnaməçilər özləri faktları 

seçirlər, hansılar ki, gələcək nəslə saxlanılır, buna görə də salnamə təkcə faktlardan ibarət 



sənəd deyil, eyni zamanda şərhdir – bizə qədər çatan tarixi faktlar haqqında, salnamələrin 

qiymətləndirilməsinin əhəmiyyəti ilə bizi tanış edir) müqayisə edir; 

Tarixi faktların analizinə əsaslanan hipotezi və tarixçilər tərəfindən söylənilən fikirləri 

(fərziyyələri) fərqləndirir, hansılar ki, tarixi faktlara əsaslanmırlar; fikirlərini (fərziyyələrini) 



söyləyir və mənbələrin öyrənilməsi əsasında onun düzgünlüyünü yoxlayır. 

İ.E.X. - 1




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə