İctimai elmlər
2009
Gürcüstan coğrafiyası
IX sinif
İstiqamətlərə əsasən nəticələr
Zaman və məkan
Mühit və sosial sistemlər
Dövlət idarəçiliyi və
siyasət
1. Xəritə və digər
coğrafi vasitələrin
(fotoşəkillər,
qrafiklər, cədvəllər,
diaqramlar və
s.) köməkliyi ilə
yeri, hadisəni
və prosesləri
xarakterizə edir;
tematik xəritəni
tərtib edir.
2. Gürcüstanın təbii şərtlərini
xarakterizə və təhlil edir;
3. Gürcüstanın əsas təbii və
antropogen landşaftını, onların
təsərrüfatda istifadəsini
əlaqələndirir;
4. Gürcüstanda coğrafi-ekoloji
problemlərin yaranmasının
təbii və antropogen mənbələrini
xarakterizə edir;
5. Əhalinin demoqrafik
göstəriciləri və dinamik
xüsusiyyətlərini ölkənin iqtisadi
fəallığı ilə əlaqələndirir;
6. Gürcüstan əhalisinin miqrasiya
və urbanizasiya proseslərini
təhlil edir və proqnozlaşdırma
aparır;
7. Gürcü ənənlərinin coğrafi
xüsusiyyətlərini təhlil edir;
8. Gürcüstanın ərazi
yerləşməsini müzakirə
edir və ölkə üçün
əhəmiyyətini tərtib
edir;
9. Gürcüstanda
təsərrüfatın strateji
sahələrini və onların
inkişaf perspektivlərini
təhlil edir;
10. Dünyanın
sosial-iqtisadi
ölçülərinə əsasən
Gürcüstanın yerini
müəyyənləşdirir.
Nəticə və indikatorlar Zaman və məkan
Coğ. IX. 1. Xəritə və digər coğrafi vasitələrin (fotoşəkillər, qrafiklər, cədvəllər,
diaqramlar və s.) köməkliyi ilə yeri, hadisəni və prosesləri
xarakterizə edir; tematik xəritəni tərtib edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Xəritə, qrafiklər, cədvəllər, diaqramlar və sxemlərin vasitəsilə təqdim edilən coğrafi
•
informasiyanı təhlil edir;
Fotoşəkillərə əsasən Gürcüstanın peyzajlarını təhlil edir;
•
Koordinat torundan istifadə etməklə Gürcüstanın əhəmiyyətli coğrafi obyekt, region və
•
inzibati mərkəzlərinin yerlərini müəyən edir;
İ.E.IX. - 7
İctimai elmlər
2009
Araşdırma məqsədini nəzərə almaqla müvafiq tematik xəritələrdən istifadə edir;
•
Eyni yerin müxtəlif tematik xəritəsini müqayisə etmək əsasında kompleks şəklində təhlil
•
edir (məs. Fiziki coğrafi, əhalinin, kənd təsərrüfatı sahəsinin xəritələri);
Axtarılan informasiya əsasında Gürcüstanın tematik xəritələrini (ərazi, tarixi-coğrafi əyalətlər,
•
əhalinin sıxlığı, əsas dinlərin yayılması və s.) tərtib edir;
Statistik informasiyanın əsasında müxtəlif mürəkkəbliyə malik olan cizgiləri tərtib edir
•
(qrafik, diaqram və s.);
Qrupda işləyən zaman ekspedisiya keçirmək üçün hər hansı bir tarixi-coğrafi əyaləti/
•
bölgəni/rayonu seçir və sinfin qarşısında ekspedisiyanın həyata keçirilmə planını təqdim
edir (məqsəd,marşrut, müddət, hərəkət vasitəsi, digərləri ilə müqayisədə seçilən marşrutun
üstünlüyü, aparılası əşyaların siyahısı və s.); ekspedisiyanı təsvir edən sxematik planı tərtib
edir.
Mühit və sosial sistemlər
Coğr. IX. 2.
Gürcüstanın təbii şərtlərini xarakterizə və təhlil edir;
Nəticə əldə edilmişdir, əgər şagird:
Fiziki-coğrafi ölçülər arasında səbəb-nəticə əlaqələrini tərtib edir və onların coğrafiyalarını
•
tərtib edir (məs.: Gürcüstanın relyef formalarını və iqlim xüsusiyyətlərini hidroqrafik
şəbəkənin formalaşması və yayılması ilə əlaqələndirir); bu göstəricilərə əsasən qərbi və
şərqi Gürcüstanı müqayisə edir;
Xəritə və digər informasiyadan istifadə edərək əhəmiyyətli coğrafi obyekt və hadisələri
•
xarakterizə edir; onların arasından rekord göstərici olanını seçir (yağmurlu, küləkli, quraqlıq
və s.) və uyğun
kontur xəritəsini doldurur;
Xəritə və mətni materiallardan istifadə edərək Gürcüstan üçün səciyyəvi əhəmiyyəti olan
•
resursları təsvir edir (mineral sular və s.) və əhalinin təsərrüfat işləri ilə əlaqələndirir (məs.:
zonal və kənd təsərrüfatı ixtisaslaşdırılması); qeyd olan xüsusiyyətlərə əsasən Gürcüstanın
regionlarını qruplaşdırır;
İnformasiya toplayır (dərslik, kütləvi-mediya və sairə), Gürcüstanın təbii-fəlakət hadisələrini
•
(zəlzələ, quraqlıq, uçqun və sairə), ətraf mühitin problemləri və onların mümkün həlli
yollarını müzakirə edir;
İnformasiya toplayır (Gürcüstanın atlası və s.) və Gürcüstanın iki fərqli regionunu əyani
•
əlamətlər əsasında (yerləşməsi, relyefi, iqlimi, hidroqrafik şəbəkəsi və s.) müqayisə edir;
oxşarlıq-fərqləri istədiyi forma ilə təsvir edir;
Ətraf mühitin təhlükəsizliyinə əsasən Gürcüstanın energetik resurslarını qruplaşdırır və
•
müqayisə edir (məs. ənənəvi və alternativ energetik resurslar) ;
Ətraf mühitin sabit inkişaf mövzuları ilə tanış olur, onlardan Gürcüstan üçün aktual olanını
•
ayırır və səbəb və nəticələrini müzakirə edir.
İ.E.IX. - 8