İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   ...   47

Gülarə Balayeva 
 
 

ibtidai  təhsilə  yeni  müstəvidə  yanaşılmasını,  onun  ən  müasir 
tələblər əsasında qurulmasını mühüm vəzifə kimi qarşıya qoyurdu.  
Heç şübhəsiz, bu vəzifənin yerinə yetirilməsində məzmunun 
müəyyən olunması həlledici amil hesab edilirdi.  
Azərbaycanda təhsil islahatlarının layihə çərçivəsində həyata 
keçirilməsi  ilə  bağlı  ümumiləşdirmələr  aparılarkən  qeyd  olunurdu 
ki, “Hazırda Təhsil Sektorunun İnkişaf layihəsi çərçivəsində ümumi 
təhsil  sistemində  məzmun  dəyişiklikləri  kurikulum  islahatı  adı 
altında  aparılır.  Yeni  kurikulumların  hazırlanması  zərurəti  onunla 
bağlıdır ki,  mövcud  kurikulum təhsilin müasir inkişaf tendensiya-
larını və davamlı inkişaf amillərini kifayət qədər nəzərə almır, bilik-
lərin tətbiqi aspektinə yönəlməmişdir” (99, s. 115). Təbii ki, belə bir 
ciddi problemin aradan qaldırılması, yeni məzmunun müəyyənləş-
dirilməsi məqsədi ilə ardıcıl və sistemli araşdırmaların aparılmasına 
ehtiyac  yaranmışdır.  İlk  növbədə,  ümumi  təhsilin  səviyyələrinin, 
onlara  məxsus məzmunun qurulması  ciddi  pedaqoji problem  kimi 
meydana  çıxmışdır.  Bu  gün  ibtidai  təhsilin  yeni  məzmununun 
yaradılması  sahəsində  müəyyən  işlər  görülsə  də,  onun  nəzəri-
pedaqoji problemləri sistemli şəkildə öyrənilməmişdir.  
XXI  əsr  təhsil  əsri  kimi  məktəblərin  mahiyyət  və  məzmu-
nunun düşüncə müstəvisində köklənməsini tələb edir. Son dövrün 
araşdırmalarında  bu  məsələyə  xüsusi  diqqət  yetirilir,  fikri 
fəaliyyətin təhsil üçün önəmli olması, onun aparıcı keyfiyyət kimi 
nəzərə  alınması  daha  qabarıq  ifadə  edilir.  Qeyd  olunur  ki,  “təlim 
materialları o qədər zəruri hesab edilmir, əsas məsələ bu material-
ların,  fikri  fəaliyyət  üçün  nə  dərəcədə  yararlı    olması  və  təfəkkür 
istiqamətində  fənlərə  necə  çevrilməsidir.  Hansı  materialın  məhz 
təfəkkürün fəaliyyəti üçün məzmuna daxil edilməsidir” (149, s.3-4). 
Bu  isə  ciddi  təcrübi,  eksprimental  araşdırılmaların  aparılmasını, 
ibtidai  təhsilin  məzmununun  müəyyənləşdirilməsi  istiqamətində 
işlərin görülməsini tələb edir.  
Tədqiqat zamanı məlum olmuşdur ki, ibtidai təhsilin məzmu-
nu ilə bağlı xeyli araşdırmalar aparılmışdır. Y.Ş.Kərimov, Ə.S.Bay-
ramov,  Ə.Ə.Əlizadə,  N.M.Kazımov,  Ə.Ş.Həşimov,  Y.R.Talıbov, 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 

Ə.A.Ağayev,  Ə.X.Paşayev,  F.A.Rüstəmov,  A.O.Mehrabov, 
L.M.Qasımova,  R.M.Mahmudova,  S.Həmidov,  A.Məcidova, 
M.M.Əmirov, 
C.Əliyeva, 
V.V.Kroyevski, 
M.A.Skatkin, 
L.V.Zankov,  A.Q.Kazanski,  T.S.Nazarov  və  başqaları  ibtidai 
təhsilin  məzmununun  nəzəri  problemləri  ilə  bağlı  məsələlərə 
toxunmuşlar.  Xüsusən  Y.Ş.Kərimov  ibtidai  təhsilin  məzmunu  ilə 
bağlı müxtəlif problemlərin həll olunması istiqamətində daha geniş 
fəaliyyət göstərmiş, özünəməxsus sistem yaratmışdır. Lakin ibtidai 
təhsilin ümumpedaqoji problemləri ilə məşğul olan mütəxəssislərin 
heç  biri  onun  məzmununun  nəzəri-pedaqoji  problemlərini  xüsusi 
tədqiqat  obyektinə  çevirməmişdir.  İbtidai  təhsilin  məzmununun 
təkmilləşdirilməsi  ilə  bağlı  araşdırmalarında  onun  altı  və  ya  beş 
yaşdan  başlanması,  üçillik  və  ya  dördillik  olması  ilə  əlaqədar 
kütləvi  pedaqoji  eksperimentlər  qoyaraq  elmi-pedaqoji  cəhətdən 
əsaslandırılmış nəticələrə gəlmişdir. Lakin onun da tədqiqatlarında 
ibtidai 
təhsilin 
məzmununun 
nəzəri-pedaqoji 
problemləri 
araşdırılmamış,  xüsusən  ibtidai  təhsilin  məzmununun  prinsipləri, 
funksiyaları, struktru sistemli şəkildə öyrənilməmişdir.  
Müxtəlif zamanlarda ibtidai təhsilin məzmununun təkmilləş-
dirilməsinə  dövrün  tələbinə  uyğun  olaraq  yanaşılmış,  onun  yerinə 
yetirilməsi zəruri hesab edilmişdir. Nəticədə müxtəlif vaxtlarda təh-
sil  islahatlarından,  hökumətin  qərar  və  göstərişlərindən  irəli  gələn 
vəzifə kimi ibtidai təhsilin məzmununda dəyişikliklər aparılmışdır.  
1999-cu ildən başlayaraq son dövrədək ümumi təhsil sahəsinə 
aid iki hökumət qərarı qəbul edilmişdir. Onlardan birincisi Müstəqil 
Azərbaycanın təhsil həyatında ilkin mühüm hadisə  kimi dəyərlən-
dirilən  “Azərbaycan  Respublikasında  ümumi  təhsilin  dövlət  stan-
dartları”dır. Bu sənəd 1999-cu ilin aprelində təsdiq olunmuşdur.  
İkinci sənəd 2006-cı ilin oktyabrında qəbul olunmuş “Azər-
baycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Kurikulu-
mu)”dur. 
Bu sənədlərin hər ikisində ibtidai təhsilin məzmununa tama-
milə yeni aspektdən yanaşılmış, orada nəticələrin müəyyənləşdiril-
məsinə üstün istiqamət kimi xüsusi diqqət yetirilmişdir. 2006-cı ildə 


Gülarə Balayeva 
 
 
10 
qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Kon-
sepsiyası (Kurikulumu)”nda ibtidai təhsilin məzmununu təşkil edən 
fənlərlə yanaşı, onların  əsaslandırılmaları və nəticələri də verilmiş-
dir.  
Bu dəyişikliklərin baş verməsində ibtidai təhsil sahəsində əldə 
olunmuş təcrübələr, müəllim və mütəxəssislərin praktikaya söykə-
nən fikirləri əsas götürülmüşdür.  
Oxuculara  təqdim  olunan  bu  kitabda  ilk  dəfə  olaraq  ibtidai 
təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri  sistemli  şəkildə 
araşdırılır. 
 İbtidai  təhsilin  məzmununun  prinsipləri,  funksiyaları  müəy-
yənləşdirilir. Yeni mexanizmlər, elementlər əlavə edilməklə ibtidai 
təhsilin  məzmununun  ənənəvi  strukturunda  dəyişikliklər  aparılır, 
onun yeni struktur modeli əsaslandırılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə