İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
11 
 
 
I FƏSİL 
 
 İBTİDAİ TƏHSİLİN MƏZMUNUNUN   NƏZƏRİ 
PROBLEMLƏRİ 
 
1.1 “Təhsilin məzmunu” anlayışının mahiyyəti 
 
Təhsil  quruculuğu  ilkin  olaraq  məzmundan  başlanır.  Ona 
bütövlükdə  təhsil  prosesinin  nüvəsi,  əsası  kimi  baxılır.  Təhsilin 
məzmununun müəyyənləşdirilməsi mühüm pedaqoji problem kimi 
dəyərləndirilməklə onun həll olunmasına ciddi sosial tələblər qoyu-
lur.  “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının  qanununda 
təhsilin  məzmununa  xüsusi  yer  ayrılır.  “Təhsilalanların  fasiləsiz 
təhsil  almasını  daim  yeniləşən,  müasir  standartlara  uyğun  gələn 
biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını da-
ha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömrü bo-
yu  təhsilin  hamı  üçün  açıq  və  bərabər  imkanlı  olmasını  təmin  et-
mək” və “yuksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, 
yeni  texnologiyalara  yiyələnmək,  informasiya  axınında  çevik 
istiqamət  tapmaq  bacarığı  formalaşdırmaq”  (119,  s.17-18)  və  b. 
təhsilin  məzmununa  və  təşkilinə  dair  ümumi  tələblər  kimi  təsbit 
olunur.  
Bəs  bu  tələblərin  öhdəsindən  uğurla  gəlmək  üçün  orta 
ümumtəhsil  məktəblərində  şagirdlərə  nəyi  öyrətmək  lazımdır? 
Yetişməkdə olan nəslin hazırlıq səviyyəsi, hər şeydən əvvəl, məhz 
bu  məsələnin  lazımi  həllindən  asılıdır.  Didaktikanın  başqa  elə  bir 
məsələsi yoxdur ki, onun ətrafinda təhsilin məzmunu probleminin 
ətrafında  olduğu    qədər  kəskin  müzakirələr  getmiş  olsun.  Cünki 
xalqın  mədəni  səviyyəsi,  dünyagörüşünün  xarakteri,  gənclərin 
ümumi  inkişaf  səviyyəsi  və  onların  həyata,  əməyə  hazırlığı  məhz 
təhsilin məzmunundan asılıdır. 


Gülarə Balayeva 
 
 
12 
Demokratik cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb 
verdiyi  təhsilin  keyfiyyəti,  insanların  dünyagörüşünün,  ümumi,   
təfəkkür  və  mənəvi  inkişaf  səviyyəsinin  əsasını  təşkil  edən 
ümumtəhsil üçün cavabdehlik daşıyır. Böyüyən nəslin yiyələnməli 
olduğu məzmunun seçilməsi məsələsini həll edən pedaqoji elm də 
məktəbin qarşısında duran vəzifələrə istinad edir. 
Təhsilin  məzmunu  anlayışının  mahiyyəti  nədən  ibarətdir? 
Məzmun  anlayışının  tərkibinə  hansı  elementlər  daxildir?  Məzmu-
nun  müəyyən  olunması  hansı  amillərlə  şərtlənir?  Didaktikanın 
problemləri ilə məşğul olan görkəmli alimlərin və pedaqoqların bu 
məsələlərə münasibəti, təbii ki, birmənalı deyildir. 
Ötən əsrdə də UNESCO tərəfindən “Təhsil  əsri”elan edilən 
XXI  yüzillikdə də  təhsilin məzmunu  anlayışının dərk  edilməsi və 
müəyyənləşdilməsi  ilə  bağlı  müxtəlif  yanaşmalar  meydana  çıx-
mışdır.  
Hətta “təhsilin məzmunu”, “təlimin məzmunu” anlayışlarının 
eyni  mənada  ifadə  olunması,  bu  anlayışların  bir-birini  əvəz  edə 
bilən  dublet  xarakterli  ifadələr  kimi  işlədilməsi  faktları  da  diqqəti 
cəlb  etmişdir.  Ona  görə  də  biz  təhsilin  məzmunu  anlayışının 
mahiyyətini  açıqlamaqdan  ötrü  təhsil  və  təlim  anlayışlarını  da 
nəzərdən  keçirməyi,  pedaqoji  anlayış  kimi  onların  özünəməxsus 
cəhətlərinə münasibət bildirməyi məqsədəuyğun hesab etdik. 
Təhsil  ərəb  mənşəli  söz  olub,  müxtəlif  mənalara  malikdir. 
Təhsil- 1) ələ gətirmə, hasil etmə, qazanma; 2) elmi məlumat əldə 
etmək,  oxuyub  öyrənmək;  3)  müntəzəm  surətdə  oxumaq 
nəticəsində əldə edilmiş biliklərin məcmusu” (36, s. 641) deməkdir. 
Heç şübhəsiz, dilimizdə pedaqoji anlayış kimi “təhsil”in  yaranması 
sözün yuxarıda şərh olunan ilkin mənası ilə bağlı olmuşdur. Alimlər, 
təhsillə  bağlı  insanlar  yeri  gəldikcə  ondan  istifadə  etmış,  tədricən 
əsas  pedaqoji  anlayışlardan  birinin  formalaşmasına  nail  ola 
bilmişlər. 
“Təhsil  mədəniyyətin  zəruri  tərkib  hissəsidir”  (30,  s.8). 
İnsanlar bəşəriyyətin   tarixi boyu  bu  məsələyə  həyatı  tələbatlarını 
ödəyən  bir  vasitə  kimi  baxmış, onun təşkili  və  həyata keçirilməsi 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
13 
üçün təşəbbüslər etmişlər. Alimlər əsas pedaqoji anlayışlardan biri 
kimi ona münasibət bildirmiş, mahiyyət və məzmununu açıqlamağa 
çalışmışlar. Araşdırmalar göstərir ki, mühüm pedaqoji anlayış kimi 
“təhsil”in şərhi diqqət mərkəzində olmuşdur. Prof. N.M.Kazımovun 
araşdırmalarında  bu  məsələyə  xüsusi  diqqət  yetirilmişdir.  Belə 
qənaət  hasil  edilmişdir  ki,  “təhsil  anlayışına  verilən  düzgün  tərif 
təhsilin  bütün  subyektlərini,  yəni  onun  daşıyıcılarını  əhatə 
etməlidir” (54, s. 79).  
Pedaqoji mənbələrdən birində  göstərilir ki:  “Təhsil  dedikdə, 
sistemləşdirilmiş biliklər, bacarıq və vərdişlər nəzərdə tutulur” (126, 
s.71). Yaxud başqa mənbədə qeyd olunur ki, “Təhsil uşaqların bilik, 
bacarıq  və  vərdişlər  sistemi”nə  yiyələnməsi,  bu  zəmin  üzərində 
onların dünyagörüşünün yaranmasıdır (11, s.6). Bu fikirlər aparılan 
müəyyən araşdırmaların nəticəsi olsa da, hiss olunur ki, məsələyə 
birtərəfli yanaşılmışdır. İlk növbədə, təhsilin yalnız bilik, bacarıq və 
vərdişlərdən,  daha  sonrakı  fikirdə  bilik,  bacarıq  və  vərdişlər 
sisteminə  yiyələnmə  prosesindən  ibarət  olması  ona  birtərəfli 
mövqedən yanaşıldığını aydın şəkildə göstərir. 
Təhsillə  bağlı  araşdırmalarda  onun  bir  sıra  xüsusiyyətləri 
konkret  olaraq  belə  təsnif  olunur:  “1.  Təhsilin  müvafiq  biliklər, 
bacarıqlar və vərdişlər sistemini əhatə etməsi. 2. Xalq təsərrüfatının 
tərkib  hissəsi  olması.  3.  Təhsilin    müvafiq  tədris  müəssisələrində 
həyata keçirilməsi. 4. Təhsilin müəyyən müddətdə davam etməsi. 5. 
Təhsilin təlimlə üzvi şəkildə əlaqədar olması. 6. Təhsilin tərbiyə və 
inkişaf imkanlarına malik olması” (54, s. 12- 22).  
Təsnifatdan  göründüyü  kimi,  təhsilin  daşıyıcıları,  onun 
atributları  müxtəlifdir.  İlk  növbədə,  təhsilin  bilik,  bacarıq  və 
vərdişlər sistemini əks etdirməsi onu nəticə kimi xarakterizə etməyə 
imkan  verir.  Xalq  təsərrüfatının  tərkib  hissəsi  olması  isə  onun 
ayrıca bir sistem olduğunu aydın şəkildə əks etdirir. Elə ona görə də 
hər  bir  müstəqil  dövlətdə  təhsil  sistemləri  fəaliyyət  göstərir. 
Müstəqil dövlət kimi Azərbaycan Respublikasının da özünəməxsus 
təhsil  sistemi  vardır  və  onun  fəaliyyəti  dövlət  tərəfindən  təsdiq 
olunmuş qanunla tənzimlənir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə